Month: November 2018

  • В Украине азербайджанскому журналисту пригрозили оружием

    Командированный в столицу Украины сотрудник информационного агентства Report Мубариз Асланов регулярно сталкивался с преследованием и угрозами со стороны неизвестных.

    Как передает Median.Az со ссылкой на Report, в Киеве 20 ноября в 19:30 по местному времени (21:30 по бакинскому – ред.), М.Асланов, выходя из кафе близ места проживания по адресу ул. Шота Руставели, 4, заметил, что неизвестные, находившиеся в автомобиле марки «Шкода» с государственным номерным знаком AA6164BI, демонстративно фотографировали его. Когда он попытался подойти к автомобилю, на него направили оружие. В автомобиле находились двое мужчин и женщина. Журналист, опасаясь, что в него могут выстрелить, скрылся за дверьми кафе, но, когда спустя какое-то время вышел и попытался подойти к автомобилю, его снова начали фотографировать. Затем автомобиль уехал. О произошедшем журналист проинформировал полицию Украины по номеру «102» и представителя МИД в посольстве Азербайджана в Украине.

    Слежка продолжилась и в последующие дни. Так, 23 ноября, ближе к ночи, возвращаясь к месту проживания, на пересечении улиц Бассейная и Шота Руставели он лицом к лицу столкнулся с неизвестным, который преградил ему путь и начал фотографировать. На вопросы журналиста тот ничего не ответил, вместо этого бросился бежать.

    Сегодня утром, 26 ноября, в 10:00, когда М.Асланов шел по ул. Эспланадная, 20, у стоявшего на дороге автомобиля марки «Джип» резко открылась задняя дверь, неизвестный нацелил автомат на журналиста и жестом приказал замолчать. Когда журналист приблизился к автомобилю и спросил: «Кто вы? Чего хотите?», неизвестный закрыл дверь. Когда М.Асланов хотел открыть дверь машины, стоявший в стороне высокий человек в очках схватил его за руку со словами: «Вам же сказали молчать!» и оттолкнул его, после чего сел в автомобиль, и они уехали.

    При правовой и организационной поддержке азербайджанской диаспоры уже состоялось обращение в полицию Печерского района Киева, возбуждено уголовное дело под номером EO 57636 по статье 129 (Угрозы убийством) УК Украины, ведется расследование, устанавливаются личности неизвестных.

    Во время предварительного расследования удалось отследить все передвижения «Шкоды». Выяснилось, что этот автомобиль весь день преследовал М.Асланова, часами ждал его.

    Отметим, что М.Асланов, который долгие годы освещает диаспоральную деятельность в Украине и общественно-политическую жизнь страны, до сих пор никогда не сталкивался с подобным. Журналист был командирован в Украину во время происходившего там конфликта для освещения общественно-политической обстановки и не встречал никакого препятствования профессиональной деятельности.

    На этот раз М.Асланов был командирован для подготовки интервью с депутатами Верховной Рады (парламент) Украины, рядом министров кабмина, общественно-политическими деятелями страны, депутатами, а также других материалов, отражающих развитие отношений между Азербайджаном и Украиной.

  • Azərbaycanlı jurnalist Ukraynada silahlı hədələrə məruz qalıb

    Ukraynanın paytaxtı Kiyevə ezam olunmuş “Report” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov naməlum şəxslər tərəfindən təqiblə və silahlı hədələrlə rastlaşıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, noyabrın 20-də, Kiyevdə qaldığı yerə yaxın kafelərin birindən çıxarkən AA6164BI dövlət nömrə nişanlı, “Şkoda” markalı avtomobildən naməlum şəxslər tərəfindən izlənərək fotosunun çəkildiyini görən M.Aslanov avtomobilə yaxınlaşmaq istəyərkən ona tərəf silah tuşlanıb.

    Avtomobildə iki kişi, bir qadın olub. Atəş açılmasından ehtiyat edərək kafe qapısında daldalanan jurnalistin bir müddət sonra avtomobilə yaxınlaşmaq istəyəndə yenidən fotosu çəkilib. Avtomobil hadisə yerindən uzaqlaşıb. Jurnalist hadisə ilə bağlı Ukrayna polisinin “102” xidmətinə və Azərbaycanın Ukraynadakı səfirliyində Daxili İşlər Nazirliyinin nümayəndəsinə məlumat verib.

    Buna baxmayaraq, jurnalist növbəti günlərdə də izlənməsini hiss edib və noyabrın 23-ü gecəyə doğru, yaşadığı yerə qayıdarkən “Bassseyn” küçəsi ilə “Şota Rustaveli” küçəsinin kəsişməsində yenə, – bu dəfə üz-üzə naməlum şəxs tərəfindən qarşısı kəsilərək fotoları çəkilib. Naməlum şəxs ondan kim olması ilə bağlı suallara cavab verməyərək hadisə yerindən qaçaraq uzaqlaşıb.

    Bu gün, noyabrın 26-sı səhər saat 10:00-da isə həmin əraziyə yaxın, “Espaladnaya” küçəsi 20 ünvanında səki ilə gedərkən yolunun üstündə dayanan “Jeep” markalı avtomobilin qəflətən arxa qapısı açılıb, naməlum şəxs əlindəki avtomatı M.Aslanova tuşlayaraq barmağı ilə “Sus!” işarəsi verib. Jurnalist ondan “Siz kimsiniz? Nə istəyirsiniz?” sualı verərək yaxınlaşan zaman şəxs qapını bağlayıb.

    M.Aslanov avtomobilə yaxınlaşaraq qapını açmaq istəyəndə kənarda hündürboy, eynəkli bir şəxs onun qolundan tutaraq “Sizə dedilər axı, susun!” deyərək onu kənara itələyib və həmin avtomobilə əyləşərək oradan uzaqlaşıb.

    Bununla bağlı Azərbaycan diasporunun hüquqi və təşkilati dəstəyi ilə Kiyev şəhər “Peçerskiy” rayon polisinə müraciət olunub, Ukrayna Cinayət Məcəlləsinin 129-cu (Ölümlə hədələmə) maddəsi ilə “EO 57636” nömrəli cinayət işi qaldırılıb, həmin şəxslərin araşdırılması aparılır.

    İlkin araşdırmalar nəticəsində, noyabrın 20-də jurnalisti təqib və təhdid edən “Şkoda” markalı avtomobilin həmin gün hərəkət istiqamətləri müəyyənləşdirilib, avtomobilin bütün günü M.Aslanovu təqib edib, onun olduğu yerlərdə saatlarla jurnalisti gözlədiyi məlum olub.

    Qeyd edək ki, uzun illərdir Ukraynadakı diaspor fəaliyyətini və ölkənin ictimai-siyasi həyatını işıqlandıran M.Aslanov dəfələrlə bu ölkədə olsa da indiyə qədər belə bir hal ilə rastlaşmayıb. Jurnalist Ukraynada baş verən münaqişə zamanı da oradakı ictimai-siyasi vəziyyəti işıqlandırmaq üçün ezam olunmuş və peşə fəaliyyətinə heç bir maneə görməyib.

    Bu dəfə M.Aslanov Ukraynanın Ali Radasının (parlament) deputatları, Nazirlər Kabinetinin bir sıra nazirləri, ölkənin ictimai-siyasi xadimləri, deputatları və sair ilə Ukrayna və Azərbaycan arasında münasibətlərin inkişafını əks etdirən müsahibələr, yazılar hazırlamaq məqsədi ilə ezam olunub.

  • İlham Əliyev Hikmət Hacıyevi yüksək vəzifəyə təyin etdi

    Prezident İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamla Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

    Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Уволен глава таможенного комитета Нахчывана

    Асаф Саттар оглу Мамедов освобожден от должности председателя Государственного таможенного комитета Нахчывана.

    Как передает Median.Az со ссылкой на Report, соответствующий указ подписал 24 ноября председатель Верховного совета Нахчыванской автономной республики Васиф Талыбов.

  • Naxçıvan Gömrük Komitəsinin sədri işdən çıxarılıb

    Asəf Səttar oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 24-də fərman imzalayıb.

  • В Азербайджане начинает вещание новый телеканал

    Новый специализированный новостной телеканал ARB 24 выйдет на общереспубликанское вещание в Азерайджане утром 27 ноября.

    Как передает Median.Az со ссылкой на Report, об этом сказал директор отдела стратегического развития медиагруппы ARB Исмаил Гасанов.

    Он отметил, что телеканал полностью готов к началу функционирования.

    Напомним, что новый специализированный новостной телеканал вышел на внутреннее тестовое вещание 12 ноября.

    Отметим, что НСТР объявил конкурс на открытие общереспубликанского телевещательного канала с 16 ноября по 16 декабря 2017 года (31-й телевещательный канал в Баку и Абшеронском районе). ООО Türkel TV (ARB 24) был объявлен победителем конкурса, ему выдали бессрочную лицензию на общереспубликанское телевещание на 31-м телеканале.

  • Sabahdan Azərbaycanda yeni telekanal yayıma başlayır

    Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziya kanalı – ARB 24 noyabrın 27-də səhər saatlarından etibarən ümumrespublika yayımında olacaq.

    Median.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında ARB media qrupunun strateji inkişaf direktoru İsmayıl Həsənov deyib.

    O bildirib ki, televiziya kanalı fəaliyyətə başlamağa tam olaraq hazırdır.

    Xatırladaq ki, yeni televiziya kanalı noyabrın 12-dən daxili test yayımına çıxmışdı.

    Qeyd edək ki, Milli Televiziya və Radio Şurası 2017-ci ilin noyabrın 16-da ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) müsabiqə elan edib. Həmin ilin dekabrın 16-dək davam edən müsabiqənin qalibi “Türkel TV” MMC (ARB 24) olub. Ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

  • В Самухском районе “ВАЗ 2105” сбил насмерть пешехода

    Как сообщает Median.Az, 25-го ноября примерно в 9 часов утра в селе Чобанабдаллы автомашина марки “ВАЗ 21053”, управляемая жителем села Эльвин Рагимовым сбила жительницу села Светлану Магеррамову, вследствии чего она скончалась на месте происшествия.

    В Самухском РОП по факту ведется расследование.

  • Samuxda “VAZ 2105” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, noyabrın 25-i saat 9 radələrində Çobanabdallı kəndi ərazisində kənd sakini Elvin Rəhimov idarə etdiyi “VAZ-21053” markalı avtomobillə həmkəndlisi
    Svetlana Məhərrəmovanı vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Samux RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanın ilk pullu yolunda ödənişlərə nə vaxtdan başlanacağı məlum oldu

    Ələt-Astara-İran sərhədi avtomobil yolunun ödənişli olması ilə bağlı işlərə başlanılıb.

    Bu barədə modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

    A.Nəcəfli qeyd edib ki, artıq yola qoyulacaq turniketlər də sifariş verilib:

    “Turniketlər Cənubi Koreyadan alınacaq. Ölkəyə gətirilən kimi onların quraşdırılmasına start veriləcək. Təbii olaraq, giriş-çıxışlarda, yol qovşaqlarında turniketlərin quraşdırılması üçün müəyyən vaxt tələb olunur”.

    AAYDA rəsmisinin sözlərinə görə, turniketlərin quraşdırılması yekunlaşdıqdan sonra ödəniş məsələsinə baxılacaq:

    “Ödənişin hansı sistemlə ediləcəyi müzakirə olunacaq. Ödənişin məbləğini Tarif Şurası müəyyən edəcək”.

    A.Nəcəfli qeyd edib ki, Ələt-Astara-İran sərhədi avtomobil yolunda ödəniş 2019-cu ilin I rübündə işlərin yekunlaşdırılmasından sonra tətbiq olunacaq:

    “İşlərin gedişindən asılı olaraq, işlər yubana da bilər. Hər halda bu barədə ictimaiyyətə məlumat veriləcək”.

    Qeyd edək ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.

    Sifarışçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olan yolun podratçı şirkətləri Azərbaycanın “Evrascon-AzVirt” Birgə Müəssisəsi, Türkiyənin “Kolin İnşaat, Turizm Sənaye və Ticarət”, “Özgün Yapı Sənaye və Ticarət” və “Polad Yol Yapı Sənaye və Ticarət” şirkətləri, texniki nəzarətçisi isə İtaliyanın “IRD Engineering”, Almaniyanın “Kocks Consult GmbH”, ABŞ-ın “TERA International Group” və Yaponiyanın “NİPPON KOEL UK Co” şirkətləridir.

    Ümumilikdə, magistral yol boyu 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb və yol cizgi xətləri çəkilib.