Month: November 2018

  • Головная боль: власти решат проблему детсада “Джуджалярим” без кровопролития – ФОТО

    Бездомные собаки разгуливают по центральным улицам и парку города Шабран целыми стаями, ответственные структуры обещают справиться с проблемой в короткие сроки.

    Проблема бездомных собак во многих районах республики остается нерешенной. Шабран в этом смысле не является исключением. Так, на одной из центральных улиц города, перед зданием детского сада “Джуджалярим”, а также в расположенном рядом парке круглосуточно гуляют стаи собак.

    Как рассказал региональному корреспонденту Sputnik Азербайджан один из жителей Шабрана, Рамиз Алиев, происходящим больше всего обеспокоены родители, чьи дети и внуки ходят в упомянутый детский сад, передаёт Median.Az .

    Бродячие собаки
    “Каждое утро я вожу своего внука в садик и встречаю тут много бездомных собак, их порой собирается десять, а то и больше. Мы живем неподалеку, и раньше за своим младшим внуком я посылал старшего внука, но в последнее время вынужден сам идти за ним”, – жалуется Алиев.

    По его словам, за последние десять дней собаки уже дважды напугали детей, и теперь его внук боится идти в садик. “В такой ситуации оказались не только мы. У кого есть возможность, отвозят своих детей на автомобилях, а что делать нам?”, – сетует Алиев и просит ответственные органы заняться проблемой.

    По словам другой жительницы района Самиры Юсифовой, собаки стали для горожан настоящей головной болью. Опасность грозит не только детям, которые ходят в садик, но и тем, что приходят в парк погулять.


    Бродячая собака
    “Из-за собак мы боимся водить детей в парк. Собаки опасны еще и тем, что являются переносчиками болезней. С них лезет шерсть, от них воняет, а там же дети играют”, – жалуется женщина.

    Работники детского сада также рассказали, что из-за собак не могут в теплое время выводить детей на прогулку.

    Представитель Исполнительной власти Шабранского района по Шабранскому городскому административному округу Илькин Агаев сказал Sputnik, что вопрос скоро решится. “Отстреливать собак нам не разрешают, но мы можем собрать их и отвезти в удаленное место. Обещаем, проблема будет решена в ближайшее время”, – сказал Агаев.

  • Витамины: с чем их едят

    Витамины — жизненно необходимые для нашего организма вещества, которые могут поступать только из пищи. Даже само слово “витамин” происходит от латинского vita — “жизнь”.

    За что отвечают разные витамины, как избежать их дефицита, а также чем чреват их переизбыток — смотрите в инфографике РИА Новости.

  • “Gəlib valideynlərinin meyitini də aparmırlar”

    Qətibə Əsədova: “Bir kişi üç gün can verdi, yaxınlarına zəng edib xəbər versək də, gəlmədilər, axırda özümüz götürüb apardıq”

    “Qocalar evi” deyəndə, istər-istəməz, göz önündə atılmış, tərk edilmiş qocaların yaşadığı məkan canlanır. Belə bir məkan Bakıda, mərkəzdən bir qədər kənarda yerləşən Bilgəh qəsəbəsində də var. Burada paytaxtdan, həmçinin Azərbaycanın bütün bölgələrindən gələn tərk edilmiş qocalar yaşayır. Dövlətin onların bütün ehtiyaclarını təmin etməsinə baxmayaraq, oranın sakinlərinin hər birinin üzündə kədər, hüzn var.

    Bu günlərdə Sputnik Azərbaycan-ın əməkdaşı Bilgəh qəsəbəsindəki həmin qocalar evində, daha dəqiq desək, “Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi”ndə olub, müəssisənin rəhbəri Qətibə Əsədova ilə söhbət edib.


    Qətibə Əsədova

    – Qətibə xanım, hazırda müəssisədə nə qədər qoca yaşayır?

    – Mən bura gələndə müəssisədə 120 nəfər qoca yaşayırdı. Şərait o qədər də qənaətbəxş deyildi. Sonradan burada 5 mərtəbəli bina inşa edilərək, qocaların ixtiyarına verildi. Qocalar evi iki hissədən ibarətdir. Hazırda burada dövlət təminatında 218 nəfər qoca yaşayır. Onların geyimi, yeməyi, müalicəsi, bütün lazım olanlar dövlət tərəfindən ödənilir. Onlar özləri də pensiya alırlar və aldıqları pensiyaları özlərində qalır, istədikləri kimi xərcləyirlər. Başqa ölkələrlə müqayisədə Azərbaycanda qocaların pensiyaları özlərində tam olaraq qalır. Digər ölkələrdə bu vəsaitin müəyyən miqdarı onlardan alınır.

    – Qocalar bu müəssisəyə hansı şərtlərlə qəbul edilir?

    – Qocalara evinə, əsasən, heç kimi – övladı, yaxınları olmayan şəxslər yerləşdirilməlidir. Ancaq bu qocalar evində təkcə kimsəsiz qocalar deyil, həyat yoldaşı, övladları tərəfindən imtina edilmiş qocalar da yaşayır. Qocalar evinə gəlmək istəyən hər bir kəs öz bölgəsi üzrə sosial müdafiə fonduna müraciət etməlidir. Fond özü vətəndaş haqqında məlumatlar əldə edəndən sonra müəssisəmizə göndərir.


    – Qocaların yaxınları, övladları onları yoluxmağa gəlirmi?

    – İndi övladlarda valideyn sevgisi çox azdır. Övladlar unudurlar ki, bu ana onu 9 ay bətnində daşıyıb, ona süd verib, qucağında saxlayıb, onu yuxusuz gecələrinin hesabına böyüdüb. Övladlar ana-ataları ilə kənar insanlar kimi rəftar edərək evdən çıxarırlar. Gəlin deyir, “evim dardır, uşağım var, mən rahatlıq istəyirəm”, oğul deyir da anaya deyir ki, “gəlin səni istəmir, ya sən çıxmalısan, ya mən”. Nəticədə valideynlərini gətirib qocalar evinə qoyurlar. Eləsi də var ki, bir övladı olur və həmin övlad rəhmətə gedəndən sonra bura üz tutur.

    Düzdür, bizim mentalitetdə ata-ananı qovmaq yaxşı qarşılanmır. Amma nədənsə son zamanlar bu kimi hallar artır. Əlbəttə, bu yaxşı hal deyil. Həftənin bazar günləri bizdə görüş günləri olur. Ancaq nadir hallarda qocaların övladları onları yoluxmağa gəlir.

    – Telefonla olsa belə, əlaqə saxlamırlar?

    – Qocaların əksəriyyəti bura rayonlardan gəliblər. Qocaları bura gətirən zaman övladları gələcək hadisələrdən xəbər tutmaq üçün telefon nömrələri qoyurlar. Hansısa hadisə baş verdiyində, biz zəng edib onlara xəbər veririk. Yarım saata cavab verəcəklərini deyirlər. Ancaq nə qədər gözləsək də, onlardan bir xəbər çıxmır. Məcbur qalıb, özümüz onları dəfn edirik. Gəlib valideynlərinin meyitini belə, aparmırlar. Dövlətin təminatında olduğu üçün biz dövlət hesabına dəfn edirik.

    Bu yaxınlarda bir kişi üç gün can verdi. Yaxınlarına zəng edib xəbər versək də, gəlmədilər. Axırda gördük ki, vəziyyəti pisdir, özümüz götürüb apardıq.

    – Heç öləndən sonra belə, maraqlanmırlar?

    – Çoxunun yaxını, qohumu gəlmir, rəhmətə gedəndə biz dəfn edirik. Ancaq üstündən bir müddət keçəndən sonra gəlirlər ki, “biz yaxınımızın məzarını ziyarət etmək istəyirik”. Biz dəfn etdiyimiz qocaların məzarının üstünə adlarını yazmırıq. Sadəcə adlarını kağıza yazıb, şüşə qabda məzarlarının yanına qoyuruq. Dəfn işləri ilə məşğul olan işçimiz onları aparıb axtardıqları şəxsin məzarını göstərir. Sağlığında qiymət vermədikləri insanların məzarına gedib ziyarət edirlər…

    İnsan öz ata-anasını atmaz. Hər kəs nə vaxtsa buna görə cavab verəcək. Atılmış valideynlər özlərini xoşbəxt hiss etmir.

    – Qocalar evinin sakinləri ilə nə kimi problemlər yaşayırsınız?

    – Onların evlərindən çıxarılıb bura gətirilmələri elə böyük problemdir. Qocalar çox aqressiv və çox inamsızdırlar. Onları müşahidə edəndə görürəm ki, günahın 50 faizi övladlarında olsa da, digər 50 faizi özlərindədir. Qocalar yola verməyi bacarsaydılar, evlərində öz övladlarını yola verərdilər. Günümüzün 2-3 saatı xoşagəlməyən söhbətlərlə keçir. Yeni gələndə çox aqressiv olurlar. Onlar bu mühitə adaptasiya olana qədər zaman keçir, nisbətən bir az düzəlirlər. Qocalar 2-3 aya bir-birlərinə uyğunlaşa bilirlər.

    Onlar səhv etsələr də, deyirəm ki, elə siz deyəndir. Mən alışıram onlara, onlar deyəni dəstəkləyirəm. Elələri də var ki, dözülməz dərəcədə kaprizləri olur, mülayimliyi, şirin dili sevirlər. Gərək səhv də desələr, onlarla razılaşasan. Bir müddət sonra vəziyyəti başa salanda isə başa düşürlər. Mənə elə gəlir ki, onlar məni sevirlər. Aralarında 90 yaşlı olanı var ki, mənə “ana” deyir…

    – Bəs qocaların yaxınları ilə necə, problemlər yaşayırsınızmı? Məsələn, mal-mülk iddiaları olurmu?

    – Əvvəllər belə problemlər çox yaşamışıq. Ancaq indi çalışırıq ki, qocaları bura götürəndə nələri varsa, siyahıya alaq. Məsələn, ötən günlərdə Masallıdan bir nəfər götürdük, nəyi vardısa, yazdıq. Ancaq başqa ciddi problemlərlə qarşılaşmırıq. İndi qocalar evində yaşayanların çoxu ziyalılardır.

    – Müəssisəni tərk edib, ailəsinin yanına qayıdan olurmu?

    – Bir neçə il öncə mən də qocaların evlərinə qayıtması, ailələri ilə yaşaması üçün çalışdım. Bir neçəsini qaytardım. Aradan 3-4 gün keçdikdən sonra, zəng elədilər ki, “məni burda öldürürlər, məni qarşılayın, qayıdıram”. Biz çalışırıq ki, qocalarımız öz yaxınları ilə yaşasın. Ancaq gedib, qayıdırlar.

    Bir Dilarə xanımımız var, iki oğlu var. Oğlanları gəlib onu apardı, ancaq qadın iflic olub geri qayıtdı. Danışırdı ki, gəlin ona gün verməyib. İddia edirdi ki, gəlini ona televizora baxmağa icazə vermirmiş, hamamda isti sudan istifadə etməyə imkan yaratmırmış.

    – Burada qocaların asudə vaxtı necə planlaşdırılır?

    – Bizim qocalar evində müxtəlif peşə sahibləri: rəssam, ingilis dili müəllimi, şairlər var. Son zamanlar qocalarımızı “ASAN xidmət”ə yönləndirmişik. Qocalarımız könüllü olaraq gedib gün ərzində bir neçə saat orada çalışırlar. Vaxtilə bağça müəllimi olmuş, həmçinin rusdilli qocalarımız orada rahatlıqla çalışırlar. Hər gün səhər gedib, günorta qayıdırlar. Bu, çox gözəl bir işdir. Bu iş qocaları yenidən həyata qaytarır. Onlara yaşamağa stimul verir.

    Qocalar evi Sabunçu rayonunun ərazisində olduğu üçün bütün tədbirlərə qatılırıq. Leyla xanım Əliyeva bizim qocalar evinə avtobus verib. Həmin avtobusla qocalarımızı müxtəlif tədbirlərə, ekskursiyalara aparırıq.

    – Əvvəllər qocalar evinə QHT-lər, ayrı-ayrı şəxslər yardımlar edirdilər. İndi bu vəziyyət necədir?

    – Çox zəifdir. Bura gəlmək o qədər çətindir ki, Bilgəhə gələnə qədər adamın bir günü gedir. İstəyərəm ki, gəlsinlər. Bu da bir köməkdir. Nazirlik belə bir qayda tətbiq edib ki, kim yemək-geyim və s. digər vəsaitlər gətirsə, qeyd edin və xəbərdarlıq edin. Əlbəttə, biz də bu barədə xəbərdarlıq edirik. Ancaq gələn olmur.

    Nadir hallarda olur ki, kimsə halva çalıb gətirir. Təşkilatlar gəlmək istədikdə isə, mən bu barədə nazirliyə xəbərdarlıq edirəm. Mən də istərdim ki, qocalarımız xatırlansın. Bu da bir köməklikdir.
    //sputnik.az

  • Məktəb bufetlərində acınacaqlı vəziyyət: Hansı qidalar qadağandır?

    Bəzi məktəblərdə ictimai iaşə xidmətlərinin göstərildiyi istehsalat sahələrində nöqsanlar aşkar edilib.

    Məlumatına görə, Təhsil Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təsdiq etdiyi monitorinq planına əsasən, Bakı şəhərində yerləşən 53 ümumi təhsil müəssisəsində ictimai iaşə xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş bufetlərin cari vəziyyəti, müvafiq sahələrin mövcudluğu, zəruri avadanlıq və inventarlarla təminat və qida təhlükəsizliyi sahəsində texniki və normativ-hüquqi aktlardakı tələblərə riayət edilməsi vəziyyətinin qiymətləndirilməsi həyata keçirilib.

    Aparılmış monitorinqlər zamanı bir sıra məktəblərdə ictimai iaşə xidmətlərinin göstərildiyi istehsalat sahələrində bəzi çatışmazlıqlar aşkar edilib. Onların aradan qaldırılması və mütəmadi olaraq profilaktik tədbirlərin həyata keçirilməsi üçün metodiki göstərişlər verilib və nəzarət tədbirlərinin gücləndirilməsi üçün zəruri tədbirlər görülüb.

    Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, məktəb bufetləri direktorlar tərəfindən ayrı-ayrı şəxslərə icarəyə verilib:

    “Dörd il bundan əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “məktəb bufetləri standartı” hazırlandı. Bizim təklifimiz nəzərə alınaraq, məktəb bufetlərində qazlı içkilərin, kolbasa, enerji içkiləri və bəzi ət məhsullarının ət satışına qadağa qoyuldu. Amma hələ də problemlər var.

    Bizim birliyin məktəb bufetlərində apardığı monitorinqlərin nəticəsinə görə, məktəb bufetlərinin 60 faizi heç də standartlara cavab vermir. Məktəb bufetləri direktorlar tərəfindən ayrı-ayrı şəxslərə icarəyə verilib və şərikli biznes kimi fəaliyyət göstərir.

    Hazırda uşaq bağçaları, məktəblər nəzarətdən kənarda qalıb. Uşaq bağçalarına gətirilən ətlərin mənşəyi bilinmir. Onlar biznes işinə xidmət edən obyekt kimi fəaliyyət göstərir. Biz həmişə təklif vermişik ki, bufetlərə nəzarət güclü olmalıdır. Bizim birliyə nöqsanlarla bağlı şikayətlər daxil olur”.

    Eyyub Hüseynov marketlərdə satılan məhsulların bufetdə daha baha satılması barədə də danışıb:

    “Qiymət və keyfiyyət məsələsini məktəbdə yaradılan valideyn komitələri həll etsinlər. Onların fəaliyyətini artırmaq lazımdır. Ümumiyyətlə, ictimai nəzarət olmayan yerdə həmişə problem olur. O cümlədən, uşaq bağçalarında və məktəblərdə də bu cür hallar var”.

    Qeyd edək ki, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsullar aşağıdakılardır:

    1. İstifadə müddəti bitmiş və aşağı keyfiyyətli qida məhsulu.

    2. Bir gün əvvəl hazırlanmış qida.

    3. Xarab olma əlamətləri olan meyvə-tərəvəz məhsulları.

    4. Baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları.

    5. İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla).

    6. İçalatı təmizlənməmiş quş.

    7. Vəhşi heyvanların əti.

    8. Suda üzən quşların yumurtası və əti.

    9. Qabığı çirklənmiş yumurta və həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta.

    10. Germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər.

    11. Termiki emala məruz qalmayan yaxıl noxud.

    12. Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar.

    13. Ev şəraitində hazırlanmış istənilən qida məhsulu və konservlər.

    14. Kremli şirniyyat məmulatları (piroq və tortlar).

    15. Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama.

    16. Ev şəraitində hazırlanmış qatıq.

    17. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları).

    18. Termiki emala məruz qalmayan içkilər və morslar, kvas.

    19. Kənd təsərrüfatı heyvanlarının xəstəliyinə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd.

    20. Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq.

    21. Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər.

    22. Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar.

    23. İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr.

    24. Təbii kofe, alkoqollu, enerji içkiləri.

    25. Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar.

    26. Qazlaşdırılmış içkilər.

    27. Bitki yağları əsasında süd məhsulları və dondurma.

    28. Saqqız, çipslər.

    29. Tərkibində etalon olan (0,5 faizdən artıq) qımız və turş süd məhsulları.

    30. Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studentlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş ətli və balıqlı yeməklər.

    31. Yumurtalı makaronlar, qayğanaq.

    32. Çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər.
    //oxu.az

  • Günün ulduz falı: 24 noyabr, 2018

    Qoç – bilik və bacarıqlarınızı artırın. İxtisas müstəvisində irəliləyişlər üçün imkanlar var. Kommersiya, bizneslə məşğul olanlar üçün əlverişli zamandır.
    Günün ikinci yarısında borc almayın, kredit götürməyin. Məsuliyyətli və önəmli anlaşmanı ertələyin. Sizi aldada bilərlər.

    Yaxınlarınızla münasibətlər kiçik də olsa, sınağa məruz qalacaq. Vədlərə əməl olunmayacaq. Axşam saatlarına yaxın əhvalınız pisləşə bilər. Enerjinizi kiçik mübahisələrə sərf etməyin.

    Buğa – hissləriniz işlərinizə köklü təsir etməsin. Günün ilk yarısında fikir ayrılıqları və ya münaqişə əhvalınızı korlaya bilər. Önəmli iş üçün əlverişli zaman deyil. Yaxşı tanımadığınız insanlarla ünsiyyəti məhdudlaşdırın.

    Günün ikinci yarısında emosiyalar həmkarlarınızla təmaslarda problemlər yaratmamalıdır. Yolda ehtiyatlı olun.

    Ailə üzvlərindən qayğıkeş, səimimi münasibət görəcəksiniz. Təşəbbüskar olun, qısamüddətli səfərə çıxın. Mühüm işə başlamaq olar.

    Əkizlər – günün ilk yarısında enerji aktivliyi səviyyəniz aşağıdır. Səhhətinizdə kiçik problemlər yarana bilər. Amma buna görə nəzərdə tutulan işləri təxirə salmayın. Tənbəllik etməyin, süstlüyə qapılmayın.

    Günün ikinci yarısında çətin problemin həllinə dostları və ya tərəfdaşları da cəlb etmək olar. Aramla çalışın, məqsədə doğru inadla irəliləyin.

    Şəxsi münasibətlərdə sakitlik hökm sürəcək. Axşam saatlarını rutin, ənənəvi işlərə həsr edin. Aldığınız sifarişin və ya tapşırılan işin təfərrüatlarını ciddi müzakirə edin.

    Xərçəng – günün ilk yarısı önəmli işlər zamanı deyil. Diqqətsizlik və ya unutqanlıq ağır fəsadlı problem yaratmasın deyən ayıq olun. İmkan varsa, zəruri informasiyanın axtarışlarına başlayın.

    Aktiv olun.

    Günün ikinci yarısı məhsuldarlıq vəd edən dönəmdir. Yeni ideyalar və məlumatlar peşəkar fəaliyyət müstəvisində irəliləyişə təkan verəcək.

    Yaxınlarınıza vaxt ayırın. Onların işlərində iştirak edin. Münasibətlərdə müəyyən problemlər ola bilər. Sevdiyiniz insan sizi onu anlamamaqda suçlayacaq.

    Şir – günün ilk yarısında insanların gur olduğu məkanlara yollanmayın. Mühüm hesab etdiyiniz işdə diqqətlə davranaraq bütün detallara fikir verin.

    Problemlərin həllini ertələməyin.

    Günün ikinci yarısı intensiv zəhmət vaxtıdır. Əzmkar olun, qətiyyətli insan təsiri bağışlayın.

    Yaxınlarınıza sürəkli iradlar bildirməyin, onları incitməyin. Dedikləriniz qeyri-adekvat reaksiya yarada bilər.

    Axşam saatlarını ailə qayğılarına həsr edin. Sevdiyiniz insanla laqeyd danışmayın.

    Qız – bilavasitə sizinlə bağlı işlərin bir parasını ertələmək olar. Daha münasib zamanı gözləməkdən çəkinməyin. Uzunmüddətli səyahət, ağır fiziki iş və ya dəvət alınan tədbirə qatılmaq üçün münasib zaman deyil.

    Günün ikinci yarısında enerji səviyyəniz yüksək olmayacaq. Səhhətinizə fikir verin. Saatlar keçdikcə konsentrasiya imkanlarınız artacaq. İntellektual fəaliyyətlə məşğul olmaq mümkündür.

    Yaxınlarınız sizinlə ünsiyyətə can atır, sizdən diqqət gözləyir. Axşam saatlarını ailə üzvlərinə həsr edin.

    Tərəzi – günün ilk yarısında işlərin planlaşdırılması ilə məşğul olun. Çoxdan bəri gerçəkləşdirmək istədiyiniz laiyhənin reallaşdırılması istiqamətində ilk addımları atın. Məqsədi dəqiqləşdirin və bunu unutmayın. Sərvaxt olun, ehtiyatı əldən verməyin.

    Günün ikinci yarısında problemlərin sayı artacaq. Cari işlərin və rutin prosesin sizə hədəfi unutdurmasına imkan verməyin.

    Sevdiyiniz insanla bağlı bir sirr faş olacaq. Sizin də pərdələmək istədiyiniz gerçək üzə çıxacaq. Naqolay vəziyyətə düşə bilərsiniz. Emosional davransanız, vəziyyət daha da ağırlaşacaq.

    Əqrəb – uzunmüddətli fəaliyyət planının hazırlanmasında xeyir var. Mütəxəssisin köməyinə, dostun yardımına ehtiyacınız var. Problemin həlli üçün alternativ fikirləri də dinləyin. Sərfəli ola biləcək ideyaları qulaqardına vurmayın.

    Qəti qərar verməyin.

    Günün ikinci yarısında önəmli layihənin icrasına başlamazdan əvvəl bir qədər nəfəs dərin.

    Yaxınlarınız ideyalarınızla razılaşmırlarsa, təkid etməyin. Onlara düşünmək üçün vaxt verin. Mümkündür ki, bu insanlar az sonra mövqelərini dəyişərək sizi dəstəkləsinlər.

    Axşam saatlarını sevimli məşğuliyyətə və ya ünsiyyətə həsr edə bilərsiniz.

    Oxatan – yaranmış situsiyadan asılı olaraq planlara dəyişikliklər zərurəti yaranacaq. Narahat olmayın, köklü yeniliklərə ehtiyac duyulmur. Sadəcə, bəzi detalları dəyişmək gərəkdir.

    Fəal olun, passivliyə qapılmayın. Yerinizdə saymayın.

    Günün ikinci yarısında elə bir vəziyyət yarana bilər ki, təcili qərar qəbul etməli olacaqsınız. Sonuc isə yalnız sizdən asılı deyil.

    Axşam saatlarına yaxın qarışıq vəziyyət yaranacaq. Diqqətsizlik işlərdə problem yaradacaq. Gecikmə və ya kiçik səhvlərə görə yaxınlarınızla aqressiv olmayın.

    Sakit, soyuqqanlı davranmağa çalışın.

    Oğlaq – səhv riski çox böyükdür. Əsas işlə məşğul olaraq ikinci dərəcəli məsələlərə diqqətinizi yayındırmayın. Əks təqdirdə bütün günü xoşagəlməz səhvlərlə yanlışlıqların fəsadlarının aradan qaldırılmasına həsr edəcəksiniz.

    Günün ikinci yarısında yardım alacaqsınız. Etibar etdiyiniz adamın dəstəyi ilə işləri qaydaya salaraq onları tamamlaya bilərsiniz.

    Ağır fiziki işlə məşğul olmayın. Təkbaşına çalışın, müstəqil fəaliyyət göstərin.

    Axşam saatlarında normal istirahət edin.

    Dolça – planları hazırlayanda detallara fikir verin. Ən xırda məqamlar belə, diqqətinizdən yayınmamalıdır. Uğur bilavasitə sayıqlığınızdan asılıdır.

    Müqavilə və anlaşmaların imzalanması, sazişin müzakirəsi, sifariş qəbulu zamanı sayıq olun. İncə məqamlara fikir verin.

    Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə fikir ayrılıqları yarana bilər. Mövqeyinizi var gücünüzlə müdafiə etməyə çalışmayın. Mümkündür ki, dəyər verdiyiniz insan sizi anlamır, təklifinizin perspektivlərini dəyərləndirmir.

    Balıqlar – günün ilk yarısı genişmiqyaslı layihəyə başlamaq, köhnə problemin sürətli həllinə start vermək üçün münasib deyil. Rutin, ənənəvi işlərlə məşğul olun.

    Tərəfdaşlarla sərfəli danışıqlar apara bilərsiniz.

    Günün ikinci yarısında mümkün əməkdaşlıqla bağlı təklif alacaqsınız. Nüfuzlu şəxs sizi dəstəkləyəcək.

    Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin. Emosionalsınız və bu səbəbdən də romantik görüşü ertələyin. (Milli.Az)

  • “Atam polis rəisi olub…” – Nigar Camal

    Müğənni Nigar Camal “Zaurla Günaydın” proqramının qonağı olub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Londondan Bakıya gələn ifaçı hava limanından birbaşa olaraq verilişə qatılıb.

    Sənətçi efirdə ilk dəfə ailəsi barədə açıqlama verib. O, atasının keçmiş rəis olduğunu vurğulayıb: “Bakıda çox qala bilmirəm. Bir həftə sonra Londona qayıdacam. Bakıda anam,atam və bacım qalır. Anam müəllimədir, bacım evlidir. Atam isə Sabunçu rayonunun keçmiş polis rəisi olub”.

  • “Черная пятница” стала причиной давки в бакинском магазине – ВИДЕО

    В бакинских магазинах, как и во всем мире, проводится «Черная пятница» (Black Friday).

    В одном из столичных магазинов одежды выстроилась длинная очередь, в результате чего образовалась давка.

    Огромное количество покупателей приобрело необходимые им товары по заниженным ценам.

    Отметим, Чёрная пятница — пятница после Дня благодарения в США. С неё начинается традиционный рождественский сезон распродаж. Обычай устраивать распродажи в этот день установился ещё в XIX веке, а термин «Чёрная пятница» появился в 1966 году и поначалу употреблялся в основном на Восточном побережье США. Из-за того, что День благодарения приходится на четвёртый четверг ноября, Чёрная пятница выпадает в промежуток времени с 23 по 29 ноября.//Baku.ws

  • EXPO – 2025 Bakıda keçirilməyəcək – FOTO

    EKSPO-2025 Ümumdünya Sərgisinin təşkil olunacağı şəhər bəlli olub.

    Parisdə Beynəlxalq Sərgi Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında keçirilən səsvermədə Yaponiyanın Osaka şəhəri daha çox səs toplayıb.

    Osaka 54 faiz səslə namizəd şəhərlər arasında birinci olub. //Baku.ws

  • Röyanın qəzadan sonrakı – FOTOSU

    Xəbər verdiyimiz kimi müğənni Röya Ayxan qəza keçirib.

    Qəza nəticəsində müğənninin sol əli əzilib. O xəstəxanada rentgen olunandan sonra evə buraxılıb. 

    Röyanın qəzadan sonrakı fotosunu təqdim edirik:

  • Azərbaycanda 11 mindən çox ailə dağıldı – ŞOK STATİSTİKA

    Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 45 977 nikah qeydə alınıb.

    Trend-in məlumatına görə, qeydə alınmış boşanma hallarının sayı isə 11 102 olub.

    Əhalinin hər 1 000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,5 olub.

    Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar veriblər.

    Ötən il ölkədə 14 514 boşanma halı olub ki, onların da çoxunun nikahının davametmə müddəti 5 ilə qədər olub.

    Boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır. Lakin nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı da çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.

    2017-ci ildə boşanan 5 398 cütlüyün nikahı 5 ilədək, 3 948-nin nikahı 9 ilədək, 5 168-nin nikahı 10 il və daha çox davam edib.