Month: November 2018

  • Первая репетиция Фидан Гусейновой на «Детском Евровидении» – ВИДЕО

    В Минске (Беларусь) прошли первые репетиции участников международного конкурса песни «Детское Евровидение», в том числе представительницы Азербайджана.

    В этом году Азербайджан на «Детском Евровидении» представляет 13-летняя Фидан Гусейнова, президентский стипендиат, имя которой включено в «Золотую книгу» юных талантов Азербайджана.

    По итогам жеребьевки конкурса, в финале она выступит с композицией I Wanna Be Like You («Хочу быть как ты») под седьмым порядковым номером.

    Финал «Детского Евровидения» состоится в Минске 25 ноября, генеральная репетиция – 24 ноября.

  • Fidan Hüseynova “Eurovision”da ilk məşqini etdi – VİDEO

    Minskdə keçiriləcək “Eurovision” Uşaq Mahnı Müsabiqəsinin ilk məşqləri baş tutub.

    Bu il Azərbaycanı müsabiqədə, prezident təqaüdçüsü, adı azərbaycanlı istedadlı şəxslərin “Qızıl kitabı”na daxil edilmiş 13 yaşlı Fidan Hüseynova təmsil edir.

    Püşkatmanın nəticəsinə əsasən, Fidan “I Wanna Be Like You” (Sənin kimi olmaq istəyirəm) adlı mahnı ilə səhnəyə yeddinci çıxacaq.

    Müsabiqənin finalı noyabrın 25-də Minskdə keçiriləcək.

  • Cуд по делу педофила, нападавшего на девочек пройдет в закрытом режиме

    В Бакинском суде по тяжким преступлениям началось рассмотрение уголовного дела в отношении жителя столицы Амиля Пашаева.

    Как сообщает Median.Az, 27-го августа этого года сотрудники Хатаинского РУП в результате оперативно-розыскных мер задержали Амиля Пашаева, который вблизи станции метро “Ахмедлы” совершил нападения на двух женщин и отобрал у потерпевших сумки. В одной из сумок находилось 120 манатов.

    В ходе расследования было установлено, что с декабря прошлого года до момента ареста он совершил 4 сексуальных нападения на девочек-подростков в Хатаинском районе столицы, совершив в отношении них насильственные действия сексуального характера. Подстерегая в парадных девочек 10-15 лет, он следил за ними и внезапно нападал на лестничных пролетах между этажами.

    На сегодняшнем процессе прокурор объявил обвинительный акт, Амиль Пашаев не признал себя виновным по предъявленным статьям УК.

    Затем суд принял решение о проведении заседания в закрытом режиме, участники процесса покинули судебный зал.

    Потерпевшие лица дали показания.

    Очередной процесс назначен на 28 ноября.

  • Azyaşlı qızlara qarşı seksual xarakterli hərəkətlər edən şəxsin məhkəməsi qapalı keçiriləcək

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Amil Paşayevin təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

    Median.Az xəbər verir ki, ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək, onların çantalarını soyğunçuluq yolu ilə ələ keçirən Amil Paşayev bu il avqustun 27-də
    Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

    Həmin şəxsin iyun ayı ərzində metronun “Əhmədli” stansiyasının yaxınlığında, təsadüfən gördüyü qadınları izləyərək onların çantalarını açıq talama yolu ilə alaraq, hadisə yerindən qaçması müəyyənləşib. Saxlanılan şəxsin ələ keçirdiyi çantaların birində 120 manat pul olub.

    İstintaqın gedişi zamanı Amil Paşayevin şübhəli davranışları polis əməkdaşlarında onun başqa cinayətlərdə əlinin olduğuna dair əsaslı şübhələr oyadıb. Bu səbəbdən tutulan şəxsin ətrafında keçirilən əlavə istintaq-əməliyyat tədbirləri ilə, onun 2017-ci ilin dekabrından saxlanıldığı günə qədər Xətai rayonu ərazisində 4 azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyənləşib. Əsasən 10-15 yaşlı qızları izləyən A.Paşayev, binaların girişində mərtəbələr arasındakı pilləkən sahələrində, onlara hücum edərək seksual xarakterli hərəkətlər edib.

    Bu gün keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən, A.Paşayev özünü təqsirli hesab etməyib.

    Daha sonra məhkəmənin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib, zalda əyləşən proses iştirakçıları çıxarılıb.

    Prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

    Növbəti proses noyabrın 28-nə təyin edilib.

  • Meyxanaçı Vahid Qədim niyə axtarışa verilib? – DİN-dən AÇIQLAMA

    Daxili İşlər Nazirliyi 2015-ci ildə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verildiyi qeyd edilən, və uzun müddətdir Rusiyada yaşayan, tanınmış meyxanaçı Vahid Qədimlə bağlı ötən gün saytımızda yayımlanan xəbərə reaksiya verib.

    Median.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə a24.az-ın sorğusuna cavab olaraq bildirib ki, Vahid Səfərovun (Qədim) BŞBPİ tərəfindən axtarışa verilməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir:

    “Yayılan məlumatlarla bağlı qeyd etmək istəyirik ki, Vahid Səfərov paytaxt polisi tərəfindən deyil, Nizami Rayon İcra və Probasiya şöbəsindən daxil olan qərar əsasında, mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxs kimi Xətai Rayon Polis İdarəsi tərəfindən axtarışa verilib. Ölkəyə qayıdacağı təqdirdə, saxlanılaraq adıçəkilən şöbəyə təhvil veriləcək”.

    Qeyd edək ki, Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədim illər sonra ötən gün görüntülənib.Meyxanaçının fotolarını həmkarı Vüqar Əbdülov paylaşıb. Rusiyada baş tutan məclislərdən birinin ardından axtarışda olan meyxanaçı ilə görüşən V. Əbdülovun paylaşdığı fotolardan Vahid Qədimin ölkədən köçdüyü 5 il ərzində xarici görünüşdən heç bir dəyişikliyin baş vermədiyi görünür.

    Məlumata görə, Vahid Qədim Rusiyada yaşayıb, sənətlə məşğul olur. Bildirilir ki, o, Rusiyada meyxanaları ilə məşhurdur, sevilir.

    Onu da əlavə edək ki, Vahid Qədim polislə də qarşı-qarşıya gəlib. O, “Bacım oğlu” adlı meyxanasına çəkdirdiyi klipində polisin tətbiqindən yayınmağa çalışmışdı.

  • Dərman vasitələrinin topdan satışına dair tələblərin pozulmasına görə cəzalar

    Azərbaycanda dərman vasitələrinin topdan satışına dair tələblərin pozulmasına görə cəzalar müəyyənləşib.

    Median.Az Report-a istinadən xəbər verir ki, bununla İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

    Məcəllənin 221-ci (Dərman vasitələri haqqında qanunvericiliyin pozulması) maddəsinə 10 və 11-ci bəndlər əlavə olunur.

    Əlavəyə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir.

    Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədildikdə-vəzifəli şəxslər 2 500 manatdan 4 500 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.

    İnzibati Xətalar Məcəlləsinin 452-ci (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulması) maddəsində nəzərdə tutulan cəzalar həm də aptek təşkilatlarına dair tələblərin pozulmasına da aid ediləcək.

    Maddəyə edilən əlavə bəndlərə əsasən, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə olunur.

    Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədildikdə-vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir.

    Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

  • В Закатале “Lada” врезалась в дерево, погибли 2 человека

    Как сообщает Median.Az, 20-го ноября примерно в 22 часа на территории села Йолайрыч автомобиль марки “Lada Priora”, управляемый жителем района Эмин Кахаевым врезался в дерево.

    В результате водитель погиб на месте происшествия, а пассажир Амид Шабанов в Центральной районной больнице.

    В Закатальском РОП по факту ведется расследование.

  • Zaqatalada “Lada” ağaca çırpılıb, 2 nəfər ölüb


    Median.Az
    xəbər verir ki, noyabrın 20-i saat 22 radələrində Yolayrıç kəndi ərazisində rayon sakini Emin Kahayev idarə etdiyi “Lada Priora” markalı avtomobili ağaca vurub.

    Nəticədə sürücü hadisə yerində, sərnişini Amid Şabanov isə Mərkəzi Rayon Xəstəxanasında ölüblər.

    Zaqatala RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • İki uşaq anası intim fotoları ilə şantaj edildi – Bakıda şok hadisə

    Bakıda qadını intim şəkilləri ilə şantaj etməkdə təqsirli bilinən İmişli rayon sakini, 1980-ci il təvəllüdlü Faiq Qasımovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
     
    Median.Az
    teleqraf.com-a istinadən xəbər verir ki, Faiq Qasımov tanışı Səidə Paşayevanı haqqında rüsvayedici məlumatları (onunla cinsi əlaqədə olmasına dair fotoşəkilləri) yaymaqla hədələyib.

    Faiq Qasımov bu hədə ilə ondan 1300 manat məbləğində pul tələb edib. Qadın hədələnməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.

    İntim fotolarla şantaj

    Müraciəti əsasında həmin idarənin əməkdaşları tərəfindən 22 sentyabr 2015-ci il tarixdə, saat 13 radələrində keçirilmiş əməliyyat nəticəsində Faiq Qasımov Səidədən Nəsimi rayonu, Mir Cəlal küçəsi, 34 saylı ünvanda yerləşən binanın yaxınlığında pul alarkən, saxlanılıb.

    Faiq Qasımov istintaq orqanı tərəfindən 182.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək) maddəsi ilə ittiham elan edilib.

    “Sosial şəbəkədə tanış oldum”

    Cinayət işi üzrə təqsirləndirlən şəxs qismində ifadə verən Faiq Qasımov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

    O bildirib ki, 2012-ci ilin payız aylarında internet vasitəsilə sosial şəbəkələrin birində Səidə adlı qadınla tanış olub: “Bir müddət onunla əlaqə saxladım. Sonra ona ər-arvad münasibəti qurmağı təklif etdim. Sonuncu isə qohumlarından çəkindiyi üçün bundan imtina etdi. Uzun sürən xahişlərdən və qayğılardan sonra Səidə istifadə etdiyi mobil telefon nömrəsini mənə verdi”.

    “Görüşməyə başladıq”

    Telman Səlimovun sözlərinə görə, ilk dəfə 2012-ci ilin sonlarında onlar “Şamaxinka” deyilən yerdə görüşüblər: “Səidə həmin ərazidə yerləşən “Firuzə” adlı gözəllik salonunda işləyirdi. Bir müddət ünsiyyətdə olduqdan sonra münasibətlərimiz daha da yaxın oldu. Biz artıq mütəmadi olaraq müxtəlif evləri günlük kirayə götürməklə görüşməyə başladıq. Sonradan 6-cı mikrorayonda özümə kirayə mənzil götürdüm. Bir müddət Səidə ilə orada görüşdüm. Hətta Səidə bəzən mənimlə qalıb”.

    “Münasibətlərimiz soyudu”

    Təqsirləndirilən şəxs qeyd edib ki, onlar bu müddətdə faktiki olaraq ər-arvad münasibətlərində, o cümlədən intim əlaqədə olublar: “Bizim bu münasibətimizi Səidənin bəzi rəfiqələri normal qəbul etməmişdi, Səidədə barəmdə xoşa gəlməyən təəssürat yaratmışdılar. Buna görə də özüm Səidəyə həmin rəfiqələrindən uzaq durmağı məsləhət bilmişəm. Bir müddətdən sonra aramızda olan münasibət nisbətən soyudu və ayrı yaşamağa başladıq”.

    “Maşında cibimə pul qoyuldu”

    Faiq Qasımov bildirib ki, 2015-ci ilin sentyabrın 25-də Səidə Nəsimi rayonu ərazisində yerləşən “Leyla” şadlıq sarayının qarşısında onu görüşə çağırıb: “Hansı səbəbə çağırıldığımı bilməsəm də, Səidə ilə hələ də münasibətlərim olduğundan buna etiraz etmədim. Günorta saatlarında həmin yerdə Səidə ilə görüşdüm. Sonra bizə mülki geyimdə olan bir neçə nəfər şəxs yaxaladı. Onlar polis əməkdaşları olduqlarını dedilər, sonra məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Maşında cibimə pul qoyuldu və idarədə otaqların birində guya üzərimdən həmin pulun çıxması ilə bağlı sənədləşdirmə işləri aparıldı”.

    “Mesajlar Səidənin özü tərəfindən yazılıb”

    Faiq Qasımov qeyd edib ki, Səidədən hədə-qorxu yolu ilə pul tələb etməyib, “WhatsApp” sosial şəbəkəsi vasitəsilə ona hər hansı məzmunda mesaj yazmayıb: “Həmin mesajlar mənim mobil telefonumdan gizli şəkildə Səidənin özü tərəfindən əvvəlcədən yazılıb, mənə qarşı belə bir addım əvvəlcədən planlaşdırılıb. Bu işdə Səidənin rəfiqələri yaxından iştirak ediblər”.

    “Hörmət mənasında telefon nömrəmi verdim”

    Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Səidə Paşayevanın sözlərinə görə, Faiq Qasımovla sosial şəbəkədə tanış olub: “İlk vaxtlardan o, mənə ər-arvad münasibəti qurmağı təklif etdi. Bu təkliflə bağlı bir qədər tərəddüd etdim. Yaxın qohumlarımın bu münasibəti yaxşı mənada başa düşməyəcəklərini, eləcə də oğlum Ramal və qızım Zeynəbin də bunu qəbul etməyəcəyini düşündüm. Təxminən bir ay müddətində Faiq ilə internet vasitəsilə əlaqə saxladım. Sonradan hörmət mənasında mobil telefon nömrəmi verdim, telefon vasitəsilə əlaqə saxlamağa başladıq”.

    “Görüşməyə ehtiyat etmişəm”

    Səidə Paşayevanın sözlərinə görə, Faiq Qasımovla ilk dəfə görüşməyə ehtiyat edib, amma sonradan görüşməyə məcbur olub: “Faiq məni axtardığından, çox vaxt iş yerimin yana gəldiyindən onunla başqa bir yerdə görüşmək məcburiyyətində qaldım. Müəyyən müddət keçdikdən sonra Faiqlə yaxın münasibətimiz yarandı. Bunun üçün kirayə ev də tapdı ki, həmin evdə yaşaya bilək. Ər-arvad münasibətlərində olduğumuzdan aramızda intim əlaqə də olub. Amma bununla bağlı yaxın qohumlarıma heç nə bildirməmişəm. Faiqdən heç nəyi gizlətməmişəm, onu özümə çox yaxın bilmişəm. Hətta ona yaxın qohumlarım, ailəm barədə də danışmışam. Faiq mənim qaldığım evi, hətta bacımın, baldızımın evini də tanıyıb”.

    “Heç vaxt sözündən çıxmamışam”

    Səidə Paşayeva bildirib ki, bəzən Faiq öz şəxsi işləri ilə əlaqədar ondan borca pul istəyib: “Mən də bacardığım qədər ona köməklik göstərmişəm. Aramızda bəzən mübahisələrimiz olub. Lakin çox çəkməyib ki, barışmışıq, Faiq məni çox qısqanıb. Hətta bəzi vaxtlarda yaxın qohumlarımın evinə qonaq getməyə belə icazə verməyib. İsti münasibətlərim olduğu üçün Faiqin sözündən çıxmamışam. Son bir ay müddətində Faiq tamamilə dəyişdi. Məni əsassız yerə qısqanmağa başladı. Mübahisəmiz də oldu. Mübahisə zamanı məni vurdu. Xəsarət almasam da, bu, mənə çox pis təsir etdi”.

    “Məni güdməyə başladı”

    Zərərçəkmişin sözlərinə görə, avqust ayında Faiq ondan öz şəxsi işləri ilə əlaqədar 1300 manat istəyib: “Mən də həmin vaxt maddi cəhətdən çətinlik çəkdiyim üçün həmin məbləğdə pulu ona verə bilmədim. Pulumun olmadığını bildirəndə Faiq bunu çox aqressiv qarşıladı, məni acılamağa başladı. Onun bu hərəkətlərindən sonra Faiqdən uzaqlaşmaq qərarına gəldim. Bundan sonra Faiq məni güdməyə başladı. Xəbər vermədən iş yerimə gəldi, bir sözlə, qəribə hərəkətlərə yol verirdi. Bu da məni çox qorxutmağa başladı”.

    “Yarıçılpaq fotoşəkillərimi çəkdiyini dedi”

    Səidə Paşayeva qeyd edib ki, təxminən sentyabr ayının ortalarına yaxın Faiq ondan istədiyi 1300 manat pulu təkidlə tələb edib: “Ona yenə də pulumun olmadığını dedim. O isə mütləq pulu tapıb verməyi tələb etdi, əks təqdirdə mənimlə intim münasibəti, cinsi əlaqədə olmağımız barədə ailə üzvlərimə, yaxın qohumlarıma bildirəcəyini dedi. Həmçinin münasibətdə olduğum vaxtlarda yarıçılpaq fotoşəkillərimi çəkdiyini dedi. Həmin şəkilləri yaxın qohumlarım və tanışlarım arasında yayıb, məni rüsvay edəcəyi, hətta bir neçə dəfə öldürəcəyi ilə də hədələdi. Onun bu hərəkətlərindən qorxdum”.

    Həbs və cəza

    Səidə Paşayeva daha sonra Faiq Qasımovun hərəkətləri ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etməsindən, keçirilən əməliyyat nəticəsində onun saxlanılmasından danışıb.

    Nəsimi rayon Məhkəməsinin hökmü ilə Faiq Qasımov 3 il 1 ay 2 gün müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan Faiq Qasımov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

    Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun apelyasiya şikayəti təmin olunmayıb.

    Bu qərardan narazı qalan Faiq Qasımov kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb.

    Hakim heyəti kasasiya şikayətini təmin etməyib.

  • “Futbolçuları pulsuz qoyun, ağılları başlarına gəlsin” – Aqil Abbas

    Median.Az xəbər verir ki, millət vəkili Aqil Abbasın Oxu.Az saytına müsahibə verib.
     
    Həmin müsahibəni təqdim edirik:

    – Aqil müəllim, millimizin oyununa baxdınızmı?

    – Baxdım.

    – Kosovo ilə oyun millimizin qrup qalibi olmaq, eləcə də, Avropa çempionatına vəsiqə qazanması baxımından vacib görüş idi. Amma 0:4 hesabı ilə uduzduq. Bu nəticəni gözləyirdinizmi?

    – Uduzacaqlarını gözləyirdim, amma bu hesabla yox. Bilirsiniz, Qurban Qurbanovu günahlandırmaq düzgün deyil. Bu məsələdə onluq bir şey yoxdur. O yazığın əlinin altında material yoxdur. Əlinin altında material olmadıqdan sonra necə nəticə göstərə bilərsən ki?

    – Hesab 0:3 olduqdan sonra televizoru söndürmək qərarına gəlmədiniz?

    – Yox, söndürmədim. Dedim, görüm, bu məsələnin sonu necə olur, görüm bunlar neyləmək istəyir? Bizdə Dmitri Nazarov və Pavel Paşayev meydanda olmasaydı, doqquz nəfərlə oynasaydıq, bundan yaxşı çıxış edərdik. Elə Riçard Almeyda da onlar günündə idi. Sadəcə, Riçard onlara baxanda şükürlü idi. Bu futbolçular bizdən yox, rəqibdən oynayırdı.

    Yəqin ki, formaları qarışıq salıblar. Axı, həmişə biz göy forma ilə oynayırdıq. Bu dəfə ağ ilə meydana çıxdığımızdan, bizim millini rəqib sayıblar… Bu futbolçularda mən alışıb-yanmaq, meydanda can qoymaq görmədim. Nə veclərinə, klublarında pullarını alırlar, ciblərinə qoyurlar, üstəlik, millidən də qazanırlar.

    Onları pulsuz qoy, görüm necə oynayırlar. Biz Lenini bəyənmirik. Amma onun yaxşı sözü vardı. Deyirdi ki, işsizlik ölkənin inkişafına gətirib çıxarır. İndi bu futbolçuları pulsuz qoymaq lazımdır ki, ağılları başlarına gəlsin.

    – Bu darmadağından sonra millimizlə, futbolla bağlı Milli Məclisdə məsələ qaldırmaq fikriniz varmı?

    – Bilirsiniz, bu məsələ Milli Məclislik deyil. Amma belə futbolumuza görə bir-iki dəfə Milli Məclisdə çıxış etmişəm. Mən düşünürəm ki, Milli Məclisin futbol komandası Kosovoda oyuna çıxsaydı, bu hesabla uduzmazdı. Hesab edirəm ki, Azərbacyanda ən zəif komanda “Səbail”dir. Əgər millinin yerinə “Səbail” oynasaydı, vallah, uzağı 0:1 uduzacaqdı.

    – Oyundan öncə himnimiz fitə basıldı. Bu, 2008-ci ildə müstəqilliyini elan etmiş Kosovonu hələ də suveren dövlət kimi tanımamağımızdan irəli gələ bilərmi?

    – Buna heç təəccüblənmədim. Qara Qarayevin fitə basılmağımızla bağlı fikirlərini oxuyuram. Fitə basılarıq da. Kosovo Serbiyanın erməniləridir. Bu ölkə Rusiyanın acığına, ABŞ, NATO tərəfindən yaradılmış dövlətdir.