Month: November 2018

  • Metropolitendən qatardakı davaya – MÜNASİBƏT

    Sosial şəbəkələrdə qatarda qızlarla oğlanlar arasında yaşanan davanın görüntülərinin yayılmasına “Bakı Metropoliteni”ndən rəsmi münasibət bildirilib.

    “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun oxu.az-a verdiyi məlumata görə, hadisə ilə bağlı əməkdaşlara heç bir müraciət edilməyib:

    “Sözügedən videogörüntülərin nə zaman və hansı stansiyada baş verdiyi məlum deyil. Yazılanlara görə, hadisə “28 May” metrostansiyasında hərəkətdə olan qatarda baş verib. Bu barədə metropoliten işçilərinə və polis əməkdaşlarına heç bir müraciət daxil olmadığı üçün məsələ ilə bağlı heç nə deyə bilmərəm.

    Amma videonun kütləvi informasiya vasitələrində yayılması ilə əlaqədar polis məsələni araşdırır. Ola bilər ki, görüntülər köhnədir. Faktla bağlı hər hansı informasiya əldə edilərsə, ictimaiyyətə məlumat veriləcək”.

  • Məşğulluq Mərkəzinin keçmiş direktoru dələduzluqda ittiham edilir

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xocalı (Goranboy) rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləmiş Abbasov Qalib Aydın oğlu barəsində cinayət işi açılıb.

    Q.Abbasov vəzifədə işlədiyi 2008-2015-ci illərdə Adıgözəl İsgəndərovla aralarında yaranan dost münasibətindən istifadə edərək, onu işə düzəltmək adı ilə ayrı-ayrı vaxtlarda ümumilikdə 16 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

    Bildirilir ki, Q.Abbasov, söz verdiyi kimi, dostunu işə düzəltməyib.

    Bundan sonra A.İsgəndərov hüquq-mühafizə orqanlarına müraciət edib.

    Q.Abbasova qarşı istintaq orqanı tərəfindən dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb.
    //oxu.az

  • Bakıda hava şəraiti ilə əlaqədar üç yol qəzası qeydə alınıb

    Yağmurlu hava şəraiti və güclü küləklə əlaqədar paytaxtın enişli-yoxuşlu və sərt döngəli yollarında maddi zərərlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib.

    Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun oxu.az-a verdiyi məlumata görə, hadisələrə səbəb sürət həddinin aşılması olub:

    “Yağmurlu hava şəraiti və güclü külək avtomobillərin sürüşmə ehtimalını artırır. Ümumiyyətlə, sürücülər bu cür hava şəraitində sürət həddini minimuma endirməli, avtomobillər arasında ara məsafəsini normadan artıq saxlamalıdır.

    Gecə saatlarında bu normalara riayət etməyən sürücülər üç yol-nəqliyyat hadisəsinin yaşanmasına şərait yaradıblar. Onlardan ikisi sərt döngələrdə maneələrə çırpılma nəticəsində qeydə alınıb. Heç bir ölüm hadisəsi qeydə alınmayıb”.

  • Bu kənddə hər kəsin ləqəbi var: Oppa Ramiz, Burun Hüseyn – VİDEO

    Tovuzun Qaraxanlı və digər kəndlərində bir adamı tapmaq üçün onun ləqəbini bilmək mütləqdir. Yoxsa həmin adamı çətin ki, tapasınız. Bu ləqəblər maraqlı olduğu qədər, həm də gülməlidir.

    Median.Az “Xəzər” TV-yə istinadən məlumat verir ki, bəzi kəndlərdə Konfet Hüseyn, Püsür Vüsal, Oppa Ramiz, Gül Alı, Motor Vəli, Burun Hüseyn deməsəniz və ya insanların ayamalarını bilməsəniz, axtardığınız adamları tapa bilməyəcəksiniz.

    Kənddə ən çox Hüseyn adlı insanlar olduğundan elə ən maraqlı ayamalar da bu şəxslərə verilir.

    Kənddəki insanlar ləqəbi ilə çağırıldığına görə küsüb-incimirlər də. Hətta elələri də olur ki, öz adı ilə çağırılanda geri çevrilib baxmır. Mütləq ayamalarını eşitdikdən sonra reaksiya verirlər. Burada ayamalar müxtəlif adamlara hadisələrə və ya həmin adamın məşğul olduğu işlərə görə verilir.

  • «Гиперреалистичная скульптура. Не отличается от живого» в Баку – ФОТО

    B Центре Гейдара Алиева 29 ноября открылась выставка под названием «Гиперреалистичная скульптура. Не отличается от живого».

    Большой интерес посетителей выставки, состоящей из пяти разделов, вызвали образы, являющиеся точным отражением человека, монохромные скульптуры, работы, отображающие различные части тела, передающие деформированную реальность, скульптуры необычных размеров.

    Перед открытием выставки исполнительный директор Института культурного обмена Германии Максимилиан Летце рассказал о проекте. Он сообщил, что выставка организована на основе совместного проекта Центра Гейдара Алиева и Института культурного обмена Германии.

    «Основу сегодняшней выставки составляют новый стиль, новая тема и новый материал. Выставка отражает один из видов абстрактного искусства. Глядя на общую экспозицию выставки, можно увидеть отражающий реализм и основанную на нем современную скульптуру. Мы открыли эту выставку в ряде стран мира. Баку является городом, отличающимся современным обликом и мультикультуральным подходом. Открытие этой выставки в таком городе заслуживает одобрения. По сути это – изображение привлекательности искусства», – сказал М.Летце.

    Выставка «Гиперреалистичная скульптура. Не отличается от живого» ранее демонстрировалась в Испании, Мексике, Дании, Австралии, Нидерландах и Германии.

    В экспозиции выставки 20 произведений скульпторов из США, Австралии, Канады, Македонии, Франции и других стран.

    Возникшая в 1960-х годах гиперреалистичная скульптура стала развиваться в 1970-х. Джордж Сейдж и Дуэйн Хенсон, одни из зачинателей в этой области, создали максимально реальные работы, не отличающиеся от живого прототипа.

    В целом гиперреалистичные скульптуры можно легко спутать с живыми людьми и реальными предметами. Авторы умело создают человеческое тело – морщины на коже, волосы и другие детали.

    На выставке экспонируются работы всемирно известных скульпторов Дуэйна Хенсона (Duane Hanson), Даниэля Фирмана (Daniel Firman), Кэрола А.Фейермана (Carole A. Feuerman), Джейми Салмона (Jamie Salmon), Джорджа Сигала (George Segal), Кита Эдмиера (Keith Edmier), Сэма Джинкса (Sam Jinks), Марка Сияна (Marc Sijan), Джарко Башески (Zharko Basheski), Патриссии Пиччинини (Patricia Piccinini), Тони Мателли (Tony Matelli), Мэла Рамоса (Mel Ramos), Матильды Тер Хейн (Mathilde ter Heijne), Тома Кюблера (Tom Kuebler), Роберта Грэма (Robert Graham) и Аллена Джонсона (Allen Jones).

    Выставка проходит в Центре Гейдара Алиева и продлится до 10 марта 2019 года.


















  • Bakıda hiperrealistik heykəltəraşlıq sərgisi açılıb – FOTO

    Noyabrın 29-da Heydər Əliyev Mərkəzində “Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir” adlı sərgi açılıb.

    Beş bölmədən ibarət sərgidə insanı dəqiq təsvir edən obrazlar, monoxrom heykəllər, bədənin müxtəlif hissələrini əks etdirən əsərlər, qeyri-adi ölçülü və deformasiya olunmuş reallığı canlandıran heykəllər ziyarətçilərin böyük marağına səbəb olub.

    Sərginin açılışından öncə Almaniyanın Mədəniyyət Mübadiləsi İnstitutunun icraçı direktoru Maksimilian Letste çıxış edərək layihə haqqında məlumat verib. Bildirib ki, sərgi Heydər Əliyev Mərkəzi ilə Almaniyanın Mədəniyyət Mübadiləsi İnstitutunun birgə layihəsi əsasında reallaşıb.

    “Yeni üsul, yeni mövzu və yeni materiallar bugünkü sərginin əsasını təşkil edir. Bu sərgi özündə abstrakt incəsənətin bir növünü əks etdirir. Sərginin ümumi ekspozisiyasına nəzər saldıqda realizmə əsaslanan müasir heykəltəraşlığı görürük.

    Biz bu sərgini dünyanın bir sıra ölkələrində açmışıq. Yəni, bu əsərlər dünyanın müxtəlif muzeylərində və aparıcı sərgi salonlarında nümayiş etdirilib. Bakı öz müasirliyi və multikultural yanaşması ilə seçilən şəhərdir. Belə bir şəhərdə bu cür sərginin açılması təqdirəlayiqdir. Əslində, bu, incəsənətin cazibəsinin təsvir edilməsidir”, – deyə Maksimilian Letste vurğulayıb.

    Diqqətə çatdırılıb ki, “Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir” sərgisi indiyədək İspaniya, Meksika, Danimarka, Avstraliya, Niderland və Almaniyada nümayiş etdirilib.

    Sonra iştirakçılar sərgi ilə tanış olublar.

    Sərginin ekspozisiyasında Amerika Birləşmiş Ştatları, Avstraliya, Kanada, Makedoniya, Fransa və digər ölkələrdən olan sənətkarların canlı təəssürat yaradan əsərləri heyranlıq doğurur.

    1960-cı illərdə yaranan hiperrealistik heykəltəraşlıq 1970-ci illərdə inkişaf etməyə başlayıb. Bu sahənin ilklərindən olan Corc Siqal və Dueyn Henson maksimal dərəcədə real, canlı prototipindən fərqlənməyən əsərlər yaradıblar.

    Ümumiyyətlə, hiperrealistik heykəltəraşlıq nümunələrini çox asanlıqla canlı adamlarla, real əşyalarla səhv salmaq olar. Müəlliflər insan bədənini – dəri qırışları, saç düzümü və digər xırdalıqları ustalıqla yaradırlar.

    Sərgidə dünya şöhrətli heykəltəraşlar – Dueyn Henson (Duane Hanson), Daniel Firman (Daniel Firman), Kerol A.Feyerman (Carole A. Feuerman), Ceymi Salmon (Jamie Salmon), Corc Siqal (George Segal), Kit Edmayer (Keith Edmier), Sem Cinks (Sam Jinks), Mark Sijan (Marc Sijan), Jarko Başeski (Zharko Basheski), Patrisia Piççinini (Patricia Piccinini), Toni Matelli (Tony Matelli), Mel Ramos (Mel Ramos), Matilda ter Heyne (Mathilde ter Heijne), Tom Kübler (Tom Kuebler), Robert Qrem (Robert Graham) və Allen Consun (Allen Jones) əsərləri nümayiş olunur.

    Sərgi Heydər Əliyev Mərkəzində 2019-cu il martın 10-dək davam edəcək.


















  • Арабов оштрафовали на крупную сумму

    В Биласуварском районе за незаконную охоту в ходе рейдов задержаны иностранцы.

    Об этом сообщили в пресс-службе Минэкологии и природных ресурсов.

    Было установлено, что браконьеры – гражданин Катара Халид Абдулла Аль-Тани и гражданин Саудовской Аравии Альхамади Али Джамеель. У задержанных конфисковали дбычу – птиц, занесенных в Красную книгу Азербайджанской Республики, и выпустили их на волю.

    В отношении иностранцев составили акт и протокол, а также оштрафовали их на 5 980 манатов.

    Также в ходе рейдов в Масаллинском районе за незаконную охоту был задержан житель села Сыгынджаг Амид Гаджиев, у которого конфисковали охотничье ружье.

    По факту был составлен акт и протокол, а также выписан штраф в размере 1 000 манатов.

  • Nadir quşları ovlayan əcnəbilər beş min manat cərimələndi

    Biləsuvar rayonu ərazisində keçirilən reydlər zamanı icazəsiz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Araşdırma nəticəsində brakonyerlərin Qətər vətəndaşı Khalid Abdulla Al-tani və Səudiyyə Ərəbistanı vətəndaşı Alghamadi Ali Jameel olduğu müəyyən edilib. Onlardan adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən bəzgək quşları götürülüb və təbiətə buraxılıb.

    Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlar 5980 manat məbləğində cərimə olunublar.

    Masallı rayonunda keçirilən reyd zamanı icazəsiz ova cəhd edən Sığıncaq kənd sakini Amid Hacıyev saxlanılıb və ondan ov tüfəngi götürülüb.

    Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və o, 1000 manat məbləğində cərimələnib.

  • Инвалиды Карабахской войны переехали в новые дома – ФОТО

    Инвалидам Карабахской войны переданы в пользование частные дома, построенные для них в Бейлаганском районе.

    Об этом говорится в сообщении Министерства труда и социальной защиты населения, распространенном в пятницу.

    В соответствии с поручением Президента Ильхама Алиева из года в год усиливается программа по обеспечению жильем инвалидов Карабахской войны и семей шехидов. В этом году им планируется передать около 600 квартир.

    Получившие частные дома инвалиды Карабахской войны и члены их семей выразили глубокую признательность президенту, подчеркнув постоянную заботу государства о социально уязвимых группах, в том числе инвалидах Карабахской войны.






  • Письмо Ильхама Алиева новому президенту Грузии

    Президент Азербайджана Ильхам Алиев отправил поздравительное письмо новому президенту Грузии Саломе Зурабишвили.

    В тексте письма сказано:

    «Уважаемая госпожа Зурабишвили, от всей души поздравляю Вас с избранием на пост Президента Грузии.

    Азербайджан и Грузию объединяют традиционные добрососедские отношения. Верю, что мы будем прилагать совместные усилия на пути еще большего укрепления стратегического партнерства, основанного на взаимном доверии и поддержке между нашими странами и дальнейшем развитии сотрудничества во всех сферах.

    Желаю Вам крепкого здоровья, счастья и успехов в Вашей ответственной работе ради благосостояния дружественного грузинского народа».