Month: December 2018

  • Министр: Азербайджану не нужен сильный манат

    Укрепление национальной валюты невыгодно Азербайджану.

    По мнению министра финансов Самира Шарифова, усиление маната негативно влияет на экспортный потенциал азербайджанских производителей.

    «Их товары становятся менее конкурентоспособными. С другой стороны, местные производители начинают проигрывать конкуренцию на внутреннем рынке, так как импортные товары становятся дешевле», – сказал в эфире телеканала AZTV во вторник министр финансов страны Самир Шарифов.

    Отметим, что в 2015-2016 годах в результате девальвации азербайджанский манат подешевел к доллару более, чем в два раза.

    В 2017 году в результате жесткой политики Центробанка манат укрепился к доллару на 4%, а в 2018 году – на 0,01%.

  • Nazir: Azərbaycanın çox güclü manata ehtiyacı yoxdur

    Milli valyutanın son dərəcə möhkəmlənməsi Azərbaycan üçün faydalı deyil.

    Maliyyə naziri Samir Şərifov hesab edir ki, güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir.

    “Onların məhsulları ixrac üçün daha az rəqabətə davamlı olur. Digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, çünki idxal olunan mallar daha da ucuzlaşır”.

    Nazir əlavə edib ki, son illər ölkədə həyata keçirilən siyasət “makroiqtisadi tarazlığın və davamlı iqtisadi artımın” dəstəklənməsinə yönəldilib.

    2015-2016-cı illərdə devalvasiya nəticəsində manat dollara nisbətən iki dəfədən çox ucuzlaşıb. 2017-ci ildə manat AMB tərəfindən həyata keçirilən sərt valyuta siyasəti nəticəsində 4%, 2018-ci ilin 11 ayı ərzində 0,01% möhkəmlənib.

  • Житель Сумгайыта украл из тепловоза 100 кг. алюминия

    Как сообщает Median.Az, сотрудники Главного управления полиции на транспорте МВД задержали жителя г.Сумгайыт Новруза Новрузова, который 3-го декабря в поселке З.Тагиева на территории железнодорожного парка, украл из моторного отсека запасного тепловоза 100 кг. алюминия.

    Выяснилось, что Н.Новрузов сдал украденный алюминий в пункт по приему металлолома.

    По факту ведется расследование.

  • 100 kq. mis oğurlayan Sumqayıt sakini saxlanılıb

    Median.Az xəbər verir ki, DİN Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən, dekabrın 3-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən çeşidləmə stansiyasının parkında, ehtiyatda saxlanılmış teplovozun mühərrikindən 100 kq. mis sökərək oğurlayan şəhər sakini Novruz Novruzov saxlanılıb.

    Saxlanılan şəxsin misi metal qəbulu məntəqəsinə təhvil verməsi məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Polşada iş elanı yalanına aldandı: it də getdi, ip də getdi – VİDEO

    Altı ay bundan öncə sosial şəbəkədə Pərviz Hüseynovun qarşısına işlə bağlı bir elan çıxıb. Elan işsiz olan müsahibin diqqətini cəlb edib.

    Median.Az Baku TV-yə istinadən xəbər verir ki, o, iş təklifi ilə bağlı informasiya yerləşdirən “Keyprobject Group”la əlaqə yaradaraq səlahiyyətli nümayəndələri ilə görüşüb. Şirkət Pərviz və onun qardaşının üç ay ərzində Polşada işlə təmin edəcəyini vəd edib.

    Adıçəkilən şirkət altı aya yaxın Azərbaycanda yubadılan qardaşların yalnız birini Polşaya göndərib. Amma yenə də müqavilədə göstərilən heç bir vədə əməl olunmayıb.

    Şikayətçi ödənilən məbləğin geri verilməsini və qardaşının Polşadan gətirməsini tələb edir.

    O, müraciət edərək əhalinin bu cür elanlara inanmamasını tövsiyə edir.

    Məsələ ilə bağlı şirkətin direktoru Üzeyir Məmmədli ilə əlaqə saxladıq. O bildirdi ki, məsələnin bu qədər uzanmasına səbəb dostu tərəfindən sənədlərin gecikdirilməsi olub.

    Şirkət rəhbəri bildirib ki, zərərçəkənin ödədiyi məbləğin yalnız yarısını geri qaytara bilər.

  • Sumqayıtda 19 restoran cərimələndi

    Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantıların minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinq keçirilib.

    ETSN-dən oxu.az-a verilən məlumata görə, şadlıq saraylarından 22-nin ətraf ərazilərindən analiz aparılması üçün hava nümunələri götürülüb.

    Analizlərin nəticələrinə əsasən, 19 şadlıq sarayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı akt və protokol yazılıb, cərimələr tətbiq edilib.

    Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarının rəhbərlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

    Aparılan araşdırma və monitorinq zamanı yalnız “Okean”, “Park Palace”, “Kiparis” şadlıq saraylarında təmizləyici qurğunun quraşdırıldığı məlum olub.

  • Свекровь обритой налысо женщины распространила кадры ее измены – ВИДЕО

    Жизнь молодой женщины, обритой своим ревнивым мужем, вновь стала темой для обсуждения.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, в прямом эфире программы Bizimləsən на канале ATV появилась ее свекровь Афят ханум, которая обвиняется в избиении женщины.

    Она сказала, что невестка приходится им родственницей. По словам Афят ханум, девушка изменяла ее сыну.

    «Все фотографии и видео я отправила ее семье. Ее мать сказала: «убей ее». Видео в социальных сетях распространили не мы», – сказала Афят ханум.

  • Qayınana saçı qırxılan gəlininin xəyanət görüntülərini yaydı – VİDEO

    ATV-də yayımlanan “Bizimləsən” verilişində əri tərəfindən saçları qırxılan gənc qadının həyatı yenidən müzakirə mövzusuna çevrilib.

    Telefonla proqrama qoşulan və gəlinini döyməkdə ittiham edilən qayınana Afət xanım gəlininin onun oğluna evli olduqları müddətdə xəyanət etdiyini deyib.

    Afət xanım bildirib ki, gəlin onun öz qohumudur, oğlu gəlinin xəyanətini görəndən sonra ailəsinə bildirib. Ailə isə gəlini öldürməyi təklif edib.

    “Bütün şəkilləri, videoları onlara yolladım. Anası deyirdi ki, öldür qızı. Görüntüləri sosial şəbəkələrə mən verməmişəm. Görünülüəri biz yaymamışıq”.
    //oxu.az

  • Atasını baltalayan qız dəlixanaya göndərildi

    Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməyə cəhd etməkdə təqsirləndirilən Aliyə Həbibovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmə A.Həbibovanın anlaqsız vəziyyətdə cinayət törətdiyi qənaətinə gəlib. Buna görə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.

    A.Həbibova 1 saylı Respublika Psixatiriya Xəstəxanasına göndərilib.

    İttihama görə, cinayət hadisəsi ötən il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində baş verib.

    Həmin ünvanda ailə münaqişəsi zamanı A.Həbibova atası, 1956-cı il təvəllüdlü Cəmşid Salxakinin başından balta ilə vurub.

    C.Salxakin kəsilmiş-çapılmış xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

    Daha sonra A.Həbibova Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.//oxu.az

  • Rusiyada aeroporta adı verilən əfsanəvi azərbaycanlı kimdir?

    Xəbər verdiyimiz kimi, Tümen vilayətinin Surqut şəhərindəki aeroporta geoloq Fərman Salmanovun adı verilməsi planlaşdırılırdı.

    Səsvermənin yekunlarına əsasən, Surqut aeroportu əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacaq.

    Median.Az
    əfsanəvi geoloq Fərman Salmanovun dosyesini təqdim edir:

    Fərman Qurban oğlu Salmanov Rusiya tarixində Tümenin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi tanınır.

    O, 28 iyul 1931-ci ildə Şəmkirdə anadan olub. Azərbaycan Sənaye İnstitutu, indiki Azərbaycan Dövlət Neft Akademiyasının geoloji kəşfiyyat fakültəsini bitirib. Kuzbasa neft-qaz yataqlarına kəşfiyyata göndəriləndə qərara gəlir ki, orada heç bir neft-qaz potensialı yoxdur. Sovet rəsmilərindən icazəsiz könüllülərlə Sibirin Surqut bölgəsinə gedir. O vaxtlar Sibir perspektivsiz ərazi sayılırdı.

    Salmanov 1961-ci il 21 martda Megion yatağını kəşf edir və orada qazılan ilk kəşfiyyat quyusu fontan vurur. Geologiya Nazirliyindəki əleyhdarları neft fontanının tezliklə tükənəcəyini deyirlər. Salmanov Üst-Balıqda II neft-qaz yığımını kəşf edir, N.Xuruşova məktub göndərir:

    “Mən neft tapmışam. Bax, belə”.

    Bir müddət sonra Sovet liderləri Salmanovun kəşflərinin əhəmiyyətini anlayırlar, Sibir ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilir.

    Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı və Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr edib, 100-dən artıq nəhəng neft-qaz yatağını kəşf edib və ya bəzilərinin kəşfində iştirakçı olub.

    1978-ci ildən 1987-ci ilə qədər Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsinə rəhbərlik edib.

    1987-1991-ci illərdə SSRİ Geologiya nazirinin I müavini kimi işləyib. Həyatının sonuna qədər Rusiyanın “İtera Qaz Şirkəti” prezidentinin məsləhətçisi kimi çalışıb.

    160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifi, Rusiya Elmlər Akademiyasının müxbir üzvi, “Lenin ordeni”, “Sosialist Əməyi Qəhrəmanı”, “Qırmızı Əmək Bayrağı ordeni”, “Surqut şəhərinin fəxri vətəndaşı” və s. kimi ordenlərlə təltif olunub. Haqqında “Tayqa qəhrəmanı” sənədli filmi çəkilib.

    2007-ci il 31 martda 75 yaşında Moskvada vəfat edib.//oxu.az