Month: December 2018

  • Bakıda taksi sürücüsü qadın sərnişini döyüb, pulunu alıb

    Median.Az xəbər verir ki, dekabrın 22-i saat 3 radələrində Abşeron rayon sakini olan bir qadın “28 Mall” ticarət mərkəzinin qarşısında “Opel” markalı avtomobilə sərnişin qismində əyləşərək Xocəsən qəsəbəsi ərazisinə gedəcəyini bildirib. Buna baxmayaraq, sürücü onu aldadaraq Sabunçu qəsəbəsi ərazisinə aparıb, avtomobildə döyərək 680 manatı pulunu əlindən alıb.

    Sabunçu RPİ 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini Fərhad Əliyev saxlanılıb.

    Sabunçu RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Предупреждение по поводу новогодних подарков

    Агентство продовольственной безопасности предупредило население в связи с новогодними подарками.

    Как передаёт Median.Az, об этом oxu.az в Агентстве, в настоящее время осуществляется контроль пищевых продуктов местного производства, а также импортируемых в страну:

    «Образцы продукции исследуются в соответствующих лабораториях агентства. В то же время, Агентство продовольственной безопасности проводит регулярные мониторинги с целью охраны здоровья населения. В случае поступления обращений из всех регионов республики, включая Баку, Агентство проводит внеплановые проверки».

    В Агентстве отметили, что есть несколько моментов, связанных с подарочными коробками, выставляемыми на продажу под Новый год, на которые как производители, так и потребители должны обратить внимание:

    «Потребители должны в первую очередь знать, что дата изготовления подарочных коробок не распространяется на продукты питания, находящиеся внутри.

    Поэтому, при покупке подарка, граждане должны обратить внимание на дату производства продукта, название, торговую марку, данные производителя, адрес, вес нетто.

    На данный момент Агентство не получило ни одной жалобы или обращения по этому поводу. Если у граждан возникнут какие-либо сомнения по поводу состава, срока годности, условий хранения продуктов питания, содержащихся в подарочных коробках, просьба сообщить в call-центр Агентства продовольственной безопасности», – отмечается в информации.

  • Agentlikdən Yeni il hədiyyələri ilə bağlı – XƏBƏRDARLIQ

    Qida Təhlükəsizliyi Agentliyi Yeni il hədiyyələri ilə bağlı əhaliyə xəbərdarlıq edib.

    AQTA-dan Oxu.Az-a bildirilib ki, hazırda ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:

    “Məhsullardan götürülən nümunələr agentliyinin müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda, AQTA əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər aparılır. Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır”.

    Agentlikdən qeyd edilib ki, Yeni illə əlaqədar satışa çıxarılan hədiyyəlik qutularla bağlı olaraq həm istehsalçıların, həm də istehlakçıların diqqət etməli olduğu məqamlar var:

    “İstehlakçılar ilk növbədə bilməlidir ki, Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan istehsal tarixi qutunun içərisinə yerləşdirilən qida məhsullarına aid deyil. Ona görə də vətəndaşların hədiyyə alarkən qida məhsulunun çeşidindən asılı olaraq, onun istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi, qida dəyərliliyi və s. kimi məlumatlara diqqət yetirməsi tövsiyə olunur”.

    “Hazırda bu istiqamətdə Agentliyə hər hansı şikayət və ya müraciət daxil olmayıb. Əgər vətəndaşlarda Yeni il hədiyyə qutularında istifadə olunan qida məhsullarının tərkibi, istifadə müddəti, saxlanma şəraiti və s. ilə bağlı şübhələr yaranarsa, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur”, – deyə məlumatda qeyd edilib.

  • Bağçalara verilən ərzaqların çeşidləri artırılır – RƏSMİ

    Ötən həftə Bakı şəhərinin Məktəbəqədər təhsil müəssisələrində ərzaq təminatına nəzarətin artırılması və bununla bağlı görülən işlərə dair Bakı Şəhər İcra Hakimiyyətinin məlumatı kütləvi informasiya vasitələrində yayımlanıb.

    Məsələ mətbuatda geniş müzakirələrə səbəb olub, düzgün yanaşma və müxtəlif mövqelərlə yanaşı, bəzi şişirdilmə, qeyri-dəqiq məlumatlara da rast gəlinib.

    Bu barədə oxu.az-a Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

    BŞİH-dən verilən məlumata görə, Bakı şəhər Məktəbəqədər təhsil və uşaq evləri idarəsindən alınan məlumatda bildirilir ki, idarənin tabeliyində olan müəssisələrin ərzaq təminatı hər zaman gündəlik nəzarətdə saxlanılır və ərzaqla bağlı daxil olan hər bir müraciət ciddi şəkildə araşdırılır:

    “Elə ötən həftə bağçalara verilən ərzağın keyfiyyəti ilə bağlı daxil olmuş məlumat da dərhal Bakı şəhər İcra Hakimiyyətində təşkil olunmuş Komissiya tərəfindən yerində araşdırılıb, keyfiyyəti şübhə doğuran ərzaqlarin geri qaytarılaraq yeniləri ilə əvəz olunması təmin edilib”.

    İdarədən bildirilib ki, bağçalara köhnə, keyfiyyətsiz ərzaq verilməsindən söhbət belə gedə bilməz, yalnız keyfiyyəti şübhə doğuran ərzaqlar dərhal dəyişdirilib:

    “Komissiyanın bütün rayonlardakı uşaq bağçalarında apardıqları yoxlamalarda ciddi nöqsanlar və problemlər aşkar edilməyib. Məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə bağçalara verilən ərzaqların keyfiyyətinin ciddi nəzarətdə saxlanılması, hər hansı problem yaranarsa, dərhal məlumat verilməsi tapşırılıb. Bildirilib ki, uşaqlar hər zaman ən keyfiyyətli ərzaqlarla təmin olunmalı və bu məsələlərə çox ciddi nəzarət edilməlidir”.

    Eyni zamanda, Bakı şəhərindəki Məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən qurumlara Yeni il ərəfəsində bağçalara verilən ərzaqların çeşidlərinin artırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

  • Gürcüstanda qalmaqal: Universitet azərbaycanlılara saxta diplomlar verir?

    Gürcüstan KİV-də Tbilisidəki Qafqaz Beynəlxalq Universitetinin fəaliyyəti ilə bağlı qalmaqallı araşdırma yayımlanıb.

    Yayımlanan məlumatda hazırda bu universitetdə alimlik dərəcəsində təhsil alan Gürcüstan ədliyyə naziri Teya Tsulukianinin təhsil müəssisəsindəki bəzi qanunsuzluqları ört-basdır etdiyi bildirilib.

    Mənbənin məlumatına görə, universitet Azərbaycan vətəndaşlarına saxta diplomlar verməklə məşhurdur. Bununla bağlı informasiya prokurorluğa çatsa da, araşdırmalar qısa zamanda başa çatıb.

    Universitetin rektoru azərbaycanlılara saxta diplomların verilməsi ittihamını rədd edib.

    Məlumatda qeyd edilib ki, nazir özü dərslərdə iştirak etmir. Buna cavab olaraq rektor deyib ki, Tsulukaniani nümunəvi tələbədir.

  • Эрдоган позвонил Ильхаму Алиеву

    Между президентами Азербайджана и Турции Ильхамом Алиевым и Реджепом Тайипом Эрдоганом состоялся телефонный разговор.

    Как передает Median.Az, об этом сообщает АЗЕРТАДЖ.

    Согласно информации, Реджеп Тайип Эрдоган поздравил Ильхама Алиева с Днем рождения, пожелал ему крепкого здоровья и успехов в работе во имя процветания народа Азербайджана.

    Главы государств в телефонной беседе отметили важность 2018 года с точки зрения укрепления дружеских и братских связей, взаимных визитов и встреч, выразили уверенность в дальнейшем расширении отношений в ближайшие годы.

    Глава Азербайджанского государства также поблагодарил турецкого лидера за оказанное внимание и поздравления.

  • Бывший чиновник сыграл ложную свадьбу для сбора денег

    Бакинский суд по особо тяжким преступлениям продолжил судебное разбирательство по делу Асифа Мамедова, обвиняемого в подстрекательстве к даче взятке и в мошенничестве.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, в процессе под председательством Эльдара Исмайлова потерпевшая Наиба Пириева дала показания.

    По словам Н.Пириевой, она дала А.Мамедову 15 тысяч манатов, чтобы тот устроил ее сына в университет:

    «Сначала я дала ему 12 тысяч манатов, а потом еще три тысячи манатов. Но дело не уладилось. Далее он мне написал, что все улаживается, что он сам тоже хочет устроиться туда. Он попросил у меня еще восемь тысяч манатов в долг. За эти деньги он сам должен был устроиться на работу. Я дала деньги Арифу через нотариальную контору. У меня в телефоне есть доказательства этого. Затем Асиф забрал у меня еще 500 манатов».

    А.Мамедов, в свою очередь, обвинил Н.Пириеву во лжи:

    «Она каждый раз дает разные показания. То говорит, что я обещал устроить ее сына в Министерство финансов, то в Министерство экономики, то в Президентскую администрацию. Я просто взял у нее деньги в долг. Все остальное является ложью».

    Эти слова разозлили Н.Пириеву, и она раскрыла суду ранее неизвестный случай об А.Мамедове.

    Она сказала, что А.Мамедов сыграл ложную свадьбу и собрал деньги. Н.Пириева призналась, что помогала ему в этом деле:

    «У меня были хорошие отношения с ним. Мы познакомились с его матерью, между нами были искренние отношения. Однажды его мать попросила меня найти ему невесту. Она сказала, что они хотят организовать ложную свадьбу и собрать деньги. Я сказала, что не смогу найти такого человека, но можно сыграть свадьбу и без невесты. Я посоветовала организовать это под видом религиозных обычаев. И они согласились.

    Асиф пригласил на свадьбу всех знакомых из Министерства юстиции и из полиции. В ресторане были только мужчины. Его мать, я и еще шесть женщин находились там. Но мы находились на втором этаже. Они сыграли свадьбу и собрали деньги».

    Судебные процесс будет продолжен 25 декабря.

    Согласно обвинительному заключению, А.Мамедов обманул граждан Алекпера Зейналова и Н.Пириеву.

    А.Мамедов обвиняется по статьям 34 (Совершение преступления группой лиц по предварительному сговору), 312 (Дача взятки), 178.2.2 (Мошенничество, совершенное неоднократно) и 178.2.4 (Мошенничество с причинением значительного ущерба) Уголовного кодекса.

    Следует отметить, что раннее А.Мамедов работал исполнительным чиновником в Сальянском районном суде и в Бакинском суде по особо тяжким преступлениям.

  • Keçmiş icra məmuru pul yığmaq üçün özünə yalandan toy edib – MƏHKƏMƏ

    Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Naibə Piriyeva ifadəsinə davam edib.

    Qızıl ticarəti ilə məşğul olduğunu deyən zərərçəkmiş bildirib ki, A.Məmmədovu Binəqədi Rayon Polis İdarəsində olarkən tanıyıb. N.Piriyeva qeyd edib ki, həmin vaxt Samirə adlı qadın ona qarşı dələduzluq etdiyi üçün Binəqədi Rayon Polis İdarəsinə müraciət edib:

    “Bu işi araşdırmağı Asif Məmmədova tapşırdılar. Asif dedi ki, müstəntiq köməkçisidir. Sağ olsun, o, işi araşdırdı və sonda da razı qaldıq. Amma sonradan Asifin özü mənə qarşı dələduzluq etdi”.

    N.Piriyevanın sözlərinə görə, oğlunu universitetə düzəltmək üçün 15 min manat pulu A.Məmmədova verib:

    “Əvvəl ona 12 min, sonra üç min verdim. Lakin iş alınmadı. Sonra mənə yazdı ki, iş həll olunur, özüm də ora düzəlmək istəyirəm. Buna görə məndən daha səkkiz min dollar pul istədi. Həmin pulla da özü işə düzələcəkdi. Oğlum razılaşmadı. Sonra notariusla pulu Asifə verdik. Bununla bağlı telefonumda sübutlar da var. Sonra Asif məndən daha 500 manat pul aldı”.

    Asif Məmmədov deyib ki, Naibə Piriyeva yalan danışır:

    “Dəfələrlə fərqli ifadə verib. Gah deyir, oğlunu Maliyyə Nazirliyinə, gah İqtisadiyyat Nazirliyinə, gah da Prezident Administrasiyasına işə düzəldəcəyimi demişəm. Mən ondan, sadəcə, borca pul almışam. Başqa nə deyirsə, yalandır”.

    Bu sözlərə qəzəblənən Naibə Piriyeva Asif Məmmədov haqda məhkəməyə məlum olmayan başqa bir məqamın da üstünə açıb.

    O deyib ki, A.Məmmədov yalandan toy edərək pul yığıb. Naibə Piriyeva bu işdə ona kömək etdiyini də etiraf edib:

    “Mənim bununla münasibətim yaxşı idi. Anası ilə də tanış olmuşduq, səmimi münasibətimiz var idi. Bir gün anası mənə dedi ki, qız tapım. Mənə dedi ki, yalandan toy edib pul yığmaq istəyirlər. Mən də belə bir adam tapa bilməyəcəyimi dedim. Amma məsləhət verdim ki, gəlinsiz toy etmək olar. Dini toy adı ilə qızın iştirakı olmadan məclis təşkil edə biləcəklərini dedim. Ağıllarına batdı və razılaşdılar.

    Asif Ədliyyə Nazirliyində, polisdə tanıdığı hamını toya çağırmışdı. Restoranda ancaq kişilər idi. Anası, mən və daha altı nəfər qadın yaxınları da orada idik. Amma biz restoranın ikinci mərtəbəsində oturmuşduq. Onlar toy edib pul yığdılar”.

    Məhkəmə iclası dekabrın 25-də davam etdiriləcək.

    İttihama görə, A.Məmmədov vətəndaşlar – Ələkbər Zeynalov və Naibə Piriyevanı aldadıb. Belə ki, onları işə düzəldəcəyini deyərək pullarını alıb.

    A.Məmmədov Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilir.

    Xatırladaq ki, A.Məmmədov daha əvvəl Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb.

    //oxu.az

  • Parlamentin son iclasında 44 məsələ müzakirə olunacaq

    Parlamentin 2018-ci il payız sessiyasının sonuncu iclasının vaxtı və gündəliyi məlum olub.

    Parlamentin payız sessiyasının sonuncu iclası dekabrın 28-də keçiriləcək.

    Sessiyanın sonuncu iclasının gündəliyinə 44 məsələ daxil edilib.

    İclas Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin müraciətinin təsdiqi və dövlət himninin oxunması ilə başa çatacaq.

    Bununla da parlamentarilər qış tətilinə yollanacaqlar.

  • Таксист избил и ограбил женщину в Баку

    В Сабунчинском районе Баку произошло ограбление.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, 22 декабря около 03:00 жительница Абшеронского района села в автомобиль такси марки Opel вблизи торгового центра 28 Mall и попросила отвезти ее в поселок Ходжасан.

    Водитель обманом завез женщину в поселок Сабунчи, где избил ее и отнял 680 манатов.

    Сотрудники 12 отделения полиции задержали подозреваемого в совершении преступления жителя поселка Фархада Алиева.

    По факту ведется расследование.