Month: December 2018

  • “Əmək pensiyaları haqqında” qanun dəyişdi

    “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər edildi.

    Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev yeni qanunu imzalayıb.

    Dəyişikliklərdə 2006-cı ilədək pensiyaya çıxanlarla bağlı müddəalar xüsusi yer tutur.

    Qanuna əlavə edilən 22-1-ci (Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri) maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu maddəyə uyğun hesablanır.

    2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu maddənin tələbləri nəzərə alınmaqla aşadığıdakı qaydada hesablanır:

    2019-2020-cu illərdə bu qanunun 7-ci maddəsi ilə müəyyən edilən (63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var) yaş həddinə çatan sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.

    Əlilliyi müəyyən edilən şəxsə əlliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürməklə hesablanır.

    Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu qanunun 22-1 maddəsi ilə hesablanır.

    Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu maddədə göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.

    Bu maddə aşağıdakı hallarda tətbiq edilmir:

    1. 2019-cu ilin yanvarın 1-dək təyin edilən əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı.

    2. 2019-cu ilin yanvarın 1-dən sonra əmək pensiyası təyin edilən şəxslərə 2019-cu ilin yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı.

    3. Bu qanun 9-cu (Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı.

    4. Bu qanunun 20-ci maddəsinə əsasən, əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı.

    5. 2019-cu ilin yanvarın 1-dək “Sosial müavinətlər haqqında” qanuna əsasən təyin edilən sosial müvanətlərin bu qanunun 22-1 maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.

    Qeyd edək ki, qanun 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək.
    //oxu.az

  • “Yaşıl dəhliz” sistemindən istifadə qaydaları məlum olub – YENİ QANUN

    Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılması, ləğvi və bərpası qaydası açıqlanıb.

    Qaydalar Gömrük Məcəlləsi, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları” əsasında hazırlanıb.

    Məqsəd qanuna əməl edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini gücləndirməkdir.

    Eyni zamanda gömrük rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirməkdir.

    “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi – bu Qaydanın tələblərinə və şərtlərinə uyğun olaraq müəyyən hüquqları əldə etmiş hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.

    “Ticarətin Asanlaşdırılması Mərkəzi” isə xarici ticarət iştirakçılarına daha yüksək xidmət göstərilməsi üçün asanlaşdırılmış gömrük rəsmiləşdirilməsi, logistika və digər xidmətlərin vahid məkanda, əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün müəyyən olunmuş gömrük nəzarəti zonası olacaq.

    “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər:

    – idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son 1 (bir) il ərzində təcrübəsi olan;

    – gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları olan və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan;

    – daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən;

    – Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən malların saxlancı üçün nəzərdə tutulan anbarlardan (bundan sonra – anbar) istifadə edən;

    – qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş.

    “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu aşağıdakı hallarda dayandırır:

    – “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu barədə ərizə təqdim etdikdə,

    – idxal-ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi tələblərə riayət etmədikdə.

    Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ 3 ay, lakin 12 aydan çox olmamaqla dayandırılır.

    Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun müvəqqəti dayandırılması barədə qərar qəbul etdiyi gündən bir iş günü müddətində həmin qərarı şəxsə və aidiyyəti qurumlara göndərir. Şəxsin ərizəsinə əsasən “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılması halları istisna olmaqla, Komitə bu barədə qərar qəbul etməzdən ən azı 30 gün əvvəl şəxsə məlumat verməlidir.

    “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına səbəb olan hallar bu qaydanın 5.2-ci bəndində göstərilən müddətdə aradan qaldırıldıqda, şəxsin müraciətinə əsasən, istifadə hüququ bərpa edilir və bu barədə qəbul edildiyi gündən 1 iş günü müddətində şəxsə və aidiyyəti üzrə digər qurumlara məlumat verilir.

    Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu aşağıdakı hallarda ləğv edir:

    – “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu barədə ərizə təqdim etdikdə,

    – “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ almaq üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatların olduğu aşkar edildikdə,

    – hüquqi şəxs ləğv olunduqda, yaxud fiziki şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya vəfat etdikdə,

    – idxal-ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi 12 (on iki) ay ərzində idxal-ixrac əməliyyatı aparmadıqda,

    – “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu qaydanın 2.1.5-ci yarımbəndində nəzərdə tutulan cinayəti törətdikdə,

    – “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına əsas olmuş səbəblər bu qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş müddət ərzində aradan qaldırılmadıqda.

    Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun ləğv edilməsi haqqında qərar qəbul etdiyi gündən 1 iş günü müddətində həmin qərarı şəxsə və aidiyyəti qurumlara göndərir. Şəxsin ərizəsinə əsasən “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun ləğv edilməsi halları istisna olmaqla, Komitə bu barədə qərar qəbul etməzdən əvvəl şəxsə ən azı 30 gün əvvəl məlumat verməlidir.

    “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ ləğv edilən şəxs bu barədə qərar qəbul edildikdən ən azı 6 ay sonra yenidən bu hüququ əldə etmək üçün müraciət edə bilər.

    Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilən, dayandırılan, bərpa və ya ləğv edilən şəxslərin elektron qaydada uçotunu aparır və bu məlumatlar Komitənin saytında yerləşdirilir.//oxu.az

  • Прогноз погоды на завтра

    В Баку и на Абшеронском полуострове завтра ожидается переменная облачность, местами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальном департаменте гидрометеорологии министерства экологии и природных ресурсов, юго-восточный ветер днем временами усилится.

    Ночью температура воздуха на Абшеронском полуострове составит 4-6, днем 7-11 градусов тепла, в Баку ночью будет 4-6°, днем 8-10°.

    Атмосферное давление понизится с 767 мм до 763 мм ртутного столба, относительная влажность ночью составит 70-80%, днем 55-60%.

    В районах Азербайджана преимущественно без осадков, местами туманно. Западный ветер на отдельных территориях временами усилится.

    Ночью температура воздуха составит 2-5, днем 8-13 градусов тепла, в горах ночью ожидается 0-5 градусов мороза, днем 3-6 градусов тепла.

    Департамент предупреждает, что с 23 по 25 декабря в некоторых районах будет отмечаться временами усиливающийся западный ветер.

  • Минналогов получило новые полномочия

    Министерство налогов получило полномочия по изготовлению, учету и продаже акцизных марок.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, это отражено в изменениях, внесенных президентом Ильхамом Алиевым в «Положение о Министерстве налогов».

    Согласно данным изменениям, если раньше изготовлением акцизных марок, организацией их продажи и учета, а также снабжением производителей и импортеров акцизными марками занимался Минфин, то отныне эти функции переданы Минналогов.

    Таким образом, всеми вопросами по изготовлению и правильному применению акцизных марок с 2019 года будет заниматься Минналогов.

  • Vergilər Nazirliyinə yeni səlahiyyət verildi

    Vergilər Nazirliyinə aksiz markalarının hazırlanması, uçotu və satışı üçün səlahiyyətlər verilib.

    Bu, prezident İlham Əliyevin “Vergilər Nazirliyi haqqında Əsasnamə”yə etdiyi dəyişikliklərdə öz əksini tapıb.

    Bu dəyişikliklərə əsasən, əgər əvvəllər aksiz markalarının hazırlanmasını, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək Maliyyə Nazirliyi tərəfindən həyata keçirilirdisə, yeni əsasnamədə bu funksiyalar Vergilər Nazirliyinə verilib.

    Beləliklə, aksiz markalarının hazırlanmasından tutmuş onun düzgün tətbiq edilməsinə qədər bütün məsələləri 2019-cu ildən Vergilər Nazirliyi tənzimləyəcək.

  • И.о. ректора БГУ, кто он? – ДОСЬЕ

    Обязанности ректора Бакинского государственного университета будет исполнять заместитель министра образования Фирудин Гурбанов.

    Приказ об этом подписал министр образования Джейхун Байрамов.

    Фирудин Гурбанов родился 29 августа 1952 года в Агсу. После окончания средней школы в городе Баку, в 1974 году с отличием окончил факультет экономики и планирования Азербайджанского Института народного хозяйства.

    В 1974-1975 гг. служил в армии. В 1975-1982 гг. работал экономистом, младшим, затем главным научным сотрудником в научно-исследовательском институте экономики.

    В 1982-1985 гг. работал ассистентом, главным учителем, доцентом и деканом в бакинском филиале Московского кооперативного института.

    В 1989-1994 гг. работал инспектором, ведущим инспектором, главным инспектором, начальником отдела в Государственной инспекции Министерства образования.

    С 1994 года работал начальником отдела Научных и образовательных учреждений Министерства молодежи и спорта, с 2001 года – начальником Управления науки и образования Министерства молодежи, спорта и туризма, с 2006 года – начальником отдела науки и образования Министерства молодежи, спорта и туризма, в 2007-2014 гг. работал начальником Аппарата Министерства культуры и туризма.

    В 1995-2002 гг. был заместителем председателя Научно-методического Совета Министерства молодежи и спорта, в 2001-2005 гг. – председателем научно-методического Совета.

    В 1998 году был членом рабочей группы при Государственной комиссии по реформам в области образования, в 2002-2005 гг. – председателем рабочих групп секторов молодежи, спорта, туризма и культуры в подготовке Государственных программ по сокращению бедности и экономическому развитию, национальным директором проекта развития программы ООН «Институциональная помощь Министерству молодежи, спорта и туризма Азербайджанской Республики для обеспечения эффективного развития внутреннего туризма в целях сокращения бедности в Азербайджанской Республике».

    Выступал с докладами на актуальные темы на международных научных конференциях, симпозиумах и семинарах в Англии, Дании, США, Франции, Непале, Уругвае, Нидерландах, Германии, Турции, Испании, Австрии, Китае и других странах мира. Автор одной монографии и более 60 научных работ.

    В 2006-2007 гг. был членом Коллегии Министерства молодежи и спорта Азербайджанской Республики, в 2007-2014 гг. – членом Коллегии Министерства культуры и туризма, в 2001-2008 гг. членом Национального олимпийского комитета.

    В 2007 году в соответствии с распоряжением президента Азербайджанской Республики был членом рабочей группы в сфере политики национальной безопасности Азербайджанской Республики.

    В 2001 году получил квалификационную степень Главного советника государственной службы. В соответствии с распоряжением президента Азербайджанской Республики от 25 июня 2011 года был награжден медалью за «Отличие в Государственной Службе».

    Распоряжением президента Азербайджанской Республики от 18 июля 2014 года был назначен заместителем министра образования.

    Член Совета директоров организации партии «Новый Азербайджан» Наримановского района.

    Женат, имеет двоих детей.

  • BDU-nun rektor vəzifəsini icra edən kimdir? – DOSYE

    Təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrə əsasən, Bakı Dövlət Universitetinin rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək.

    Qurbanov Firudin İsa oğlu 1952-ci ildə anadan olub.

    O 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun “İqtisadiyyat və planlaşdırma” fakültəsini fərqlənmə diplomu ilə bitirib.

    1975-1982-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçı, kiçik və baş elmi işçi vəzifələrində işləyib. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan vəzifələrində işləyib. 1989-1994-cü illərdə Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində işləyib.

    1994-2007-ci illərdə Gənclər və İdman, Gənclər, İdman və Turizm Nazirliyində Elm və Təhsil şöbəsinin müdiri vəzifəsində işləyib.

    1995-2002-ci illərdə Gənclər və İdman Nazirliyinin Elmi-Metodiki Şurasının sədr müavini, 2001-2005-ci illərdə Elmi-Metodiki Şurasının sədri olub.

    1998-ci ildə Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının nəzdində işçi qrupunun üzvü, 2002-2005-ci illərdə Turizmin İnkişafı Dövlət Proqramının, 2003-2005-ci illərdə Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Dövlət Proqramlarının hazırlanmasında gənclər, idman, turizm və mədəniyyət sektorları üzrə işçi qruplarının sədri, BMT-nin İnkişaf Proqramı “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə İnstitusional yardım” (2004-2005-ci illər) layihəsinin milli direktoru olub.

    2007-2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib.

    2007-ci ildə Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun üzvü olub.

    İngiltərə, Danimarka, ABŞ, İsveçrə, Fransa, Nepal, Uruqvay, Niderland, Almaniya, Türkiyə, İspaniya, Avstriya, Çin və s. xarici ölkələrdə beynəlxalq elmi konfrans, simpozium və seminarların iştirakçısı olmuş və aktual mövzularla çıxış etmişdir. İqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru, dosentdir. Bir monoqrafiya və 60-dan çox elmi əsərlərin müəllifidir.

    2001-2008-ci illərdə Milli Olimpiya Komitəsinin üzvü olub. 2003-cü ildə AFFA-nın elmi metodiki komissiyanın sədri, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın hazırlanmasında İşçi Qrupun rəhbəri olub.

    2011-ci ildə “dövlət qulluğunun baş müşaviri” ixtisas dərəcəsi verilib. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2011-ci il tarixli müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

    2015-ci ilin mart ayında AFFA-nın İcraiyyə Komitəsinin üzvü, may ayında Tələbə Futbol Federasiyasının prezidenti seçilib.

    2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.

    Prezident İlham Əliyevin 18 iyul 2014-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavindir.

    Nərimanov rayon YAP təşkilatının idarə heyətinin üzvüdür.

    Evlidir, iki övladı var.
    //oxu.az

  • Президент утвердил бюджет Фонда страхования от безработицы

    Президент Азербайджана Ильхам Алиев утвердил закон о бюджете Фонда страхования от безработицы на 2019 год.

    Доходы и расходы Фонда страхования от безработицы в 2019 году составят 83,451 млн манатов.

    Доходы фонда будут формировать за счет следующих источников: поступлений в виде отчислений на страхование от безработицы за работников бюджетных организаций – 13,06 млн манатов, поступлений в виде отчислений на страхование от безработицы, удерживаемых с работников бюджетных организаций – 13,06 млн манатов, работников в частном секторе – 57,3 млн манатов, остальное – прочих источников.

    Расходы Фонда в 2019 году будут по следующим направлениям: страховые выплаты по безработице – 11 млн манатов, организация профессиональной подготовки и дополнительное образование – 1,8 млн манатов, организация трудовых бирж и ярмарок – 150 тыс. манатов, организация оплачиваемых общественных работ – 1,9 млн манатов.

    Согласно указу президента Азербайджана «О Фонде страхования от безработицы на 2019 год», в качестве уполномоченного органа в этой области выступают Государственная служба занятости при Министерстве труда и социальной защиты населения Азербайджана и Агентство устойчивого и оперативного социального обеспечения.

    Министерству налогов поручено принять меры для обеспечения доходов Фонда страхования от безработицы на 2019 год и дважды в год докладывать о проделанной работе президенту страны и Кабинету министров.

    Министерству труда и социальной защиты населения поручено выполнение расходов Фонда страхования от безработицы на 2019 год и дважды в год докладывать об этом Кабинету министров.

    В указе отмечается, что мониторинг и оценка проделанных работ будут осуществляться Центром анализа и коммуникации экономических реформ и коммуникаций, а результаты будут сообщаться непосредственно президенту.

    Согласно закону, средства фонда, оставшиеся неиспользованными на конец года, направляются на финансирование расходов следующего года.

    Настоящий Закон вступает в силу с 1 января 2019 года.

  • Обязанности ректора БГУ исполнит замминистра

    Обязанности ректора Бакинского государственного университета будет исполнять заместитель министра образования Фирудин Гурбанов.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил глава отдела связи с общественностью Министерства образования Джесарет Валехов.

    По его словам, приказ об этом подписал министр образования Джейхун Байрамов.

    «Фирудин Гурбанов будет исполнять обязанности ректора Бакинского государственного университета, он также останется на посту заместителя министра», – сказал Д.Валехов.

    Отметим, что по распоряжению президента Ильхама Алиева 15 ноября ректор БГУ Абель Магеррамов был отстранен от должности.

    Временное исполнение обязанностей ректора было возложено на проректора по учебной работе Ираду Алиеву.

  • Nazir müavini BDU-nun rektor əvəzi oldu

    Bakı Dövlət Universitetinin rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək.

    Bunu oxu.az-a açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

    Onun sözlərinə görə, bu barədə ötən gün təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb:

    “Firudin Qurbanov Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra etməklə, nazir müavini postunda da qalacaq”.

    Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, noyabrın 15-də Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib.

    Rektor səlahiyyətlərinin icrası isə bir ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi.