Month: December 2018

  • Avtomobillər üçün yeni rüsumlar TƏSDİQLƏNDİ

    Avtomobillərə qeydiyyat şəhadətnaməsinin verilməsi üçün müəyyənləşdirilən yeni dövlət rüsumu qüvvəyə minib.

    Median.Az “avtosfer.az”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyası bununla əlaqədar müvafiq dəyişiklik edib. Dəyişikliyə əsasən dekabrın 15-dən avtonəqliyyat və motonəqliyyat qeydiyyat şəhadətnaməsinin verilməsi üçün artıq 17 manat deyil, 25 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

    Qeyd edək ki, 29 iyun 2018-ci ildə “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilib, avtonəqliyyat və motonəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun məbləği 17 manatdan 25 manata qaldırılıb.

  • Bakıda aviasiyanın əməkdaşı faciəli şəkildə öldü – FOTOLAR

    Aviasiya Təhlükəsizlik Baş İdraəsində Buraxılış Nəzarət Xidmətinin əməkdaşı Lalə Məmmədova faciəli şəkildə ölüb.

    Median.Az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Lalə Məmmədova dünən dəm qazından boğularaq ölüb.

    39 yaşlı Lalə Məmmədova paytaxtın Xətai rayonu, Xocalı prospekti, N.Rəfili küçəsindəki mənzilində dəm qazının sızması nəticəsində dünyasını dəyişib.

    Mərhum Bakı Hava limanının işçisi olub.


  • Rüşvət alan 100-dən çox gömrük əməkdaşı işdən azad edilib

    2018-ci ildə Dövlət Gömrük Komitəsi (DGK) korrupsiya faktı ilə əlaqədar 100-dən çox əməkdaşı işdən azad edib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Komitə sədri Səfər Mehdiyev deyib.

    Onun sözlərinə görə, bu il ərzində gömrük sistemində 30-dan çox korrupsiya faktı aşkar edilib.

    S.Mehdiyev vurğulayıb ki, onun rəhbərlik etdiyi qurum gömrük orqanlarında korrupsiya ilə mübarizəni davam etdirəcək.

    DGK sədri həmçinin qaçaqmalçılıq məsələsinə toxunub və qeyd edib ki, il ərzində bu cür faktlarla bağlı 500-dən çox cinayət işi açılıb. Görülən tədbirlər nəticəsində 1,2 ton narkotik müsadirə olunub.

  • Sumqayıtda məscidin nəzir qutusundan pul oğurlandı – Oğrunun digər “qəhrəmanlıq”ları üzə çıxdı?

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 6-cı mikrorayon ərazisindəki “Cümə” məscidinin qarşısındakı nəzir qutusundan pul, 1 şirniyyat sexindən sərinləşdirici içkilər, 1 köşkdən tütün məmulatı və 1 evdən geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Telman Cəbrayılov saxlanılıb.

    Araşdırmalarla onun əvvəllər fahişəliyə cəlb etmə, oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib.

  • “Audi” ilə “Bravo”ya girən xanım sürücü kimdir? – FOTOLAR

    Ötən gün Bakıda baş verən qeyri-adi qəzanı törədən sürücünün kimliyi məlum olub.

    Median.Az Baku.ws-yə istinadən xəbər verir ki, ötən gün “Koroğlu”da yerləşən “Bravo” hipermarketinə girən “Audi-Q3”ün sürücüsü xanım olub.

    Həmin sürücü Azərbaycanın bədii gimnastika yığmasının baş məşqçisi Mariana Vasilyevadır.

    Hadisə ilə bağlı Azərbaycan Gimnastika Federasiyası ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Bikə Abdullayeva açıqlamasında bildirdi ki, hadisə zamanı Mariana Vasilyeva heç bir xəsarət almayıb.

    “Mariana Vasilyeva xəsarət almayıb, salamatçılıqdır. Hazırda o, iş başındadır. Avtomobilə nə qədər ziyan dəyməsi barədə isə heç bir məlumatım yoxdur”, – deyə Bikə Abdullayeva bildirib.

    Qeyd edək ki, ötən gün “Audi-Q3” markalı avtomobil “Koroğlu”da yerləşən “Bravo” hipermarketində girib. Qəzadan sonra həmin maşının dövlət nömrə nişanı çıxarılıb.



  • Bakıda qadın xəstə uşağını marketdə atıb qaçdı

    “Xəzər” televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan “Səni axtarıram” verilişinə müraciət edən Kənan adlı şəxs həyat yoldaşının evdən qaçdığını bildirib.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, araşdırma nəticəsində Vəfa Nəcəfova adlı qadının əqli çatışmazlığı olan övladını marketdə ataraq qaçdığı məlum olub.

    Ata X.Hidayətqızından övladının anadan alınaraq rəsmən ona verilməsi üçün yardım istəyib. Aparıcı isə bildirib ki, uşağın rəsmən ataya verilməsinə və qadının aliment ödəməsi üçün yardımçı olacağını açıqlayıb.

  • Xaricdə təhsil alanların neçə faizinin diplomu tanınmayıb?

    2018-ci ildə xarici ali təhsil müəssisələrində təhsil alanların diplomlarının tanınması ilə bağlı 3570 müraciət qəbul olunub.

    Bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müşaviri, Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənli bildirib.

    Onun sözlərinə görə, bu rəqəm ötən illərin dinamikası ilə eynilik təşkil edir:

    “Bütün səbəblər göstərilməklə, akkreditasiyası olmayan universitetdən tutmuş, sərhəd məlumatları olmayan və ya ümumiyyətlə, mənfi rəy alanların nisbəti 20 faizdir. Bu da təxminən 714 nəfəri təşkil edir.

    Şəxslərin 80 faizi problemsiz sənədlərin tanıdılmasına nail olub. Azərbaycanlıların ən çox təhsil aldığı ölkə Türkiyə universitetləridir. Türkiyədə keyfiyyətin təminatı sistemi və tələblər var. Türkiyədə təhsil alanlar içərisində imtina alan yoxdur”.

    Nazirlik rəsmisi diplomların nostrifikasiyası prosesinin uzun çəkməsi bir çox məsələlərlə əlaqədardır:

    “Əsas səbəbi sorğulara vaxtında cavab verilməməsidir. Bu isə tərəflərin öhdəliyindən asılı olan məsələdir. Biz sentyabrdan sorğuların sayını minimuma endirməyə çalışmışıq. Cari ilin sonu və ya gələn ilin yanvar-fevral aylarında bu sahədə əsaslı dönüş olacaq.

    Diplomların tanınmasının gecikməsinin digər səbəbi də müvafiq təşkilatlarla işləməmələridir. Müraciətlərin sərhəd məlumatlarını yoxlamağa çalışırıq. Müraciətə baxırıq ki, diplom həqiqidir, ali təhsil müəssisəsini bitirməsi ilə bağlı insana arayış verilib, qiymətləri əladır. Lakin pasporta baxırıq ki, insan ölkədən heç vaxt çıxmayıb.

    Bu sahənin elektronlaşması istiqamətində böyük iş görmüşük. Məlumatların elektron ötürülməsinə çalışırıq və bu, prosesin müddətinin 50 faiz aşağı salınmasına səbəb olacaq. Gecikmənin bir səbəbi də müsahibələrin tələb olunması zamanı olur.

    Çünki bunun üçün vaxt təyin olunmalıdır. Bu isə bir çox hallarda asan olmur. Müraciətlərin əksəriyyəti təhsilini bitirib gəlib əsgərliyə gedənlərlə bağlıdır. Onların müsahibələrə gəlməsi də vaxt alır”.
    //oxu.az

  • Xilasedicilər təhlükəli şəraitdə meyiti belə çıxardılar – VİDEO

    Azərbaycanda xilasedicilər təhlükəli şəkildə çayda boğulan şəxsin meyitini çıxarıblar.

    Dekabrın 10-da Lənkəran çayında balıq ovlayan 1966-ci il təvəllüdlü Lənkəran şəhər, Lüvəsər kənd sakini Nəsirov Valeh Fayaz oğlu ehtiyatsızlıq səbəbindən çaya düşərək boğulub.

    Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə xidmətinin cənub dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən boğulan şəxsin meyiti təhlükəli şəraitdə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Həmin görüntüləri təqdim edirik:

  • В Сумгайыте украли деньги из «нязир гутусу»

    В результате проведенных сотрудниками правоохранительных органов оперативно-разыскных мероприятий был задержан подозреваемый, в различное время совершавший кражи в Сумгайыте.

    В пресс-службе МВД сообщили, что сотрудники третьего отделения полиции Сумгайытского городского управления полиции задержали жителя города Тельмана Джабраилова.

    Задержанный подозревается в краже денег из ящика для пожертвований (нязир гутусу) перед мечетью «Джума», прохладительных напитков из пекарни, табачных изделий из киоска и одежды из квартиры.

    В ходе расследования было установлено, что ранее он отбывал срок за привлечение женщин к проституции, воровство и преступления, связанные с наркотиками.

  • В связи с коррупцией в этом году уволены свыше 100 сотрудников таможни

    В 2018 году Государственный таможенный комитет (ГТК) Азербайджана уволил свыше 100 сотрудников по фактам коррупции.

    Как передает Median.Az со ссылкой на Trend, об этом сказал журналистам в среду председатель ГТК Сафар Мехтиев.

    По его словам, всего за этот год было выявлено свыше 30 фактов коррупции в таможенной системе. Информация по фактам с уголовной составляющей была передана в соответствующие органы.

    С.Мехтиев подчеркнул, что возглавляемое им ведомство продолжит борьбу с коррупцией в таможенных органах.

    Также он затронул тему борьбы с контрабандой товаров, отметив, что за год было возбуждено свыше 500 уголовных дел. В результате проведенных мер изъяли 1,2 тонны наркотиков.

    Что касается будущей деятельности структуры, то, по словам главы ГТК, основными задачами станут упрощение торговли, а также минимизация контактов между сотрудниками таможенных органов и представителями бизнеса.