Month: December 2018

  • Bakıda məktəbin qarşısında qanlı hadisə: Şagird bıçaqlandı

    Bakıda yeniyetmələr arasında dava olub.

    Median.Az Trend-ə istinadən xəbər xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda, 182 saylı orta məktəbin yaxınlığında baş verib.

    Rayon sakinləri, 2002-ci il təvəllüdlü V.Nəcəfəliyev 2001-ci il təvəllüdlü S.Məmmədkərimovla mübahisə edib.

    Mübahisə davaya çevrilib və nəticədə V.Nəcəfəliyev S.Məmmədkərimovu bıçaqlayıb.

    Yaralı xəstəxanaya yerləşdirilib.

    Faktla Bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsini 126.1-ci(qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb.

  • “Dəmir Yolları”nın işçilərini elektrik cərəyanı vurdu: ölən və yaralanan var

    Azərbaycan Dəmir Yolları QSC-nin işçilərini elektrik cərəyanı vurub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Goranboy rayonunun “Goran Stansiyası” ərazisində baş verib.

    Belə ki, həmin ərazidən keçən dəmiryolu xəttindəki elektrik xətlərində təmir işləri aparan, Yevlax rayon sakinləri – 1958-ci il təvəllüdlü Fikrət Əlibaba oğlu İsgəndərov və 1985-ci il təvəllüdlü Rauf Məmmədovu ehiyatsızlıqdan elektrik cərəyanı vurub.

    Hər iki şəxs xəstəxanaya çatdırılıb. F.İsgəndərov yerləşdirildiyi xəstəxanada ölüb, R.Məmmədovun isə vəziyyəti ağır olaraq qalır.

    Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə yerləşdirilib.

  • “Gəlini gətirəndə elə bilirdim qız uşağıdır” – Efirdə qayınatadan şok açıqlama – VİDEO

    Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl Dərdini danış” sosial-kriminal layihədə maraqlı anlar qeydə alınıb.

    Verilişdə qonaq olan və qudası haqqında danışan Valeh bəy gözlənilmədən açıqlama verərək bunları deyib.:

    “Mən gəlini gətirəndə elə bilirdik ki, qız uşağıdır. Sən demə…” daha sonra səs kəsilib. Teleaparıcı şikayətçiyə söz verməyib. Bu cür açıqlamaları əsassız hesab etdiyini bildirib.

  • Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinə hökm oxundu

    Bakı Hərbi Məhkəməsində vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında nəzarətçi baş leytenant Lətif Zeynalov və nəzarətçi gizir Zaur Qasımlının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, hər iki şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
    /oxu.az

  • Сиявуш Новрузов раскритиковал азербайджанского бизнесмена

    Депутат Сиявуш Новрузов выступил с резкими высказываниями в адрес азербайджанского предпринимателя Ильхама Рагимова, проживающего в России.

    По его словам, И.Рагимов часто высказывается на страницах газеты Yeni Müsavat, дает интервью на несколько страниц, где критикует депутатов.

    «Он рассказывает об азербайджано-российских отношениях, критикует депутатов. Говорит, что проделал много работы по установлению связей с Россией, сделал это, сделал то… Мы, как члены парламента, знакомы с деятельностью каждого. Он дважды выдвигал свою кандидатуру на должность депутата. Не не набрал даже трех процентов голосов.

    Вы видели до сих пор в российской прессе его материал о проблемах Азербайджана? Называет себя преподавателем по уголовному праву, профессором. Он расследовал хоть какое-нибудь уголовное дело, совершенное в отношении нашего народа?

    Говорит, что в Милли меджлисе о нем не знают. Мы всех прекрасно знаем, в том числе и его», – сказал С.Новрузов.
    //oxu.az

  • Siyavuş Novruzov azərbaycanlı iş adamını yıxıb-sürüdü

    Deputat Siyavuş Novruzov Rusiyada yaşayan iş adamı İlham Rəhimovun ünvanına sərt fikirlər səsləndirib.

    O, parlamentin plenar iclasında çıxışında qeyd edib ki, həmin şəxs iki gündən bir “Yeni Müsavat” qəzetinə çıxaraq, iki səhifəlik müsahibə verir və deputatları ittiham edir:

    “O, Azərbaycan-Rusiya münasibətlərindən danışır, deputatları ittiham edir. Deyir ki, Rusiya ilə əlaqələrin qurulması üçün çoxlu şeylər etmişəm. Onu etmişəm, bunu etmişəm… Biz parlament üzvləri olaraq hər kəsin fəaliyyəti ilə yaxından tanışıq. İki dəfə deputat seçilmək üçün namizədliyini verdi. Heç üç faiz də səs toplamadı. Bu adam Rusiyada yaşayır.

    İndiyə kimi Rusiya mətbuatında onun Azərbaycanın problemləri ilə bağlı hansısa yazısını görmüsünüzmü? Özünü cinayət hüququ üzrə professor adlandırır. İndiyə kimi xalqımıza edilən cinayətlərlə bağlı hansısa araşdırmalar aparıb ortaya qoyub ki? Deyir ki, Milli Məclisdəkilər məni tanımırlar. Biz hər kəsi yaxşı tanıyırıq, o cümlədən, onu da”.
    //oxu.az

  • Dövlət gerbi və himni müzakirəyə çıxarılır

    Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Dövlət Gerbi haqqında” və “Dövlət Himni haqqında” qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb.

    Layihələr barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

    Ə. Hüseynli deyib ki, “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Gerbinin istifadəsi qaydalarını müəyyən edir.

    O qeyd edib ki, Dövlət Gerbinin rəngli qabarıq təsvirinin hazırlanması və istehsalı qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir:

    “Dövlət Gerbinin təsviri olan möhürlərin və blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

    Dövlət Gerbi “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununa uyğun təsvir edilməli və bu qanunda nəzərdə tutulmuş qaydada istifadə edilməlidir. Sənədə əsasən, bu qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar”.

    Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi Azərbaycan Konstitusiyasının 23-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Himninin ifa edilməsi, oxunması, dinlənməsi və istifadəsi hallarını və qaydalarını müəyyən edir.//oxu.az

  • Ильхам Алиев открыл после реконструкции Музей искусств – ФОТО

    18 декабря состоялось открытие после капитального восстановления и реконструкции третьего корпуса Национального музея искусств Азербайджана.

    Как передает Median.Az со ссылкой на АЗЕРТАДЖ, президент Азербайджанской Республики Ильхам Алиев и его супруга Мехрибан Алиева приняли участие в открытии.

    Министр культуры Абульфас Гараев проинформировал главу государства и его супругу о созданных в здании условиях.


















  • Prezident və xanımı açılış mərasimində – FOTO

    Dekabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı bərpa və yenidənqurmadan sonra açılışı olub.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.

    Mədəniyyət naziri Əbülfəs Qarayev dövlət başçısına və xanımına binada yaradılan şərait barədə məlumat verib.


















  • Пассажиров бакинского метро ждут интересные новшества

    Строительно-ремонтные работы на станции метро «Бакмил» уже близятся к завершению. Пассажиров ждут интересные новшества.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил глава пресс-службы ЗАО «Бакинский метрополитен» Бахтияр Мамедов.

    Он заявил, что на станции установлен специальный навес над платформой:

    «Навес будет защищать стоящих на платформе пассажиров от дождя. В то же время в плохую погоду навес будет защищать оборудование станции.

    Еще одно новшество связано с тем, что пассажиров будут принимать не с первого, а со второго этажа.

    Конечно же, работы осуществляются с сохранением оригинальной архитектуры станции, действующей уже 40 лет. Однако инфраструктура станции будет полностью изменена. Дата ввода станции в эксплуатацию будет обнародована в ближайшие дни».