Month: December 2018

  • Qeyri-sabit hava şəraiti davam edəcək – PROQNOZ

    Bakıda və Abşeron yarımadasında dekabrın 18-dən dekabrın 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dekabrın 19-da gündüz yağışda fasilə olacaq.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

    Rayonlarda dekabrın 19-u axşam bəzi şərq rayonlarında, dekabrın 20-si axşam, dekabrın 21-də isə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

    Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, Lənkəran-Astara zonasının bəzi çaylarından isə qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

    Dağlıq rayonlarda yolların buz bağlama ehtimal olunur.

  • Найден способ построить машину времени

    Ученые Массачусетского университета пришли к выводу, что машину времени, способную переместить человека в прошлое, можно построить с помощью двух голых сингулярностей.

    Как передает Median.Az, об этом сообщает издание Science Alert.

    Общая теория относительности допускает существование замкнутых времениподобных кривых при специфических условиях, которые предотвращают нарушение принципа причинности. Таким образом, природа не допускает возникновения парадоксов из-за путешествия во времени.

    Однако временные петли могут образовываться при наличии в физической системе экзотической материи с отрицательной массой, существование которой во Вселенной не доказано.

    В новой работе физики показали, что в некоторых случаях петли времени могут образовываться без экзотической материи. Для этого необходимо расположить параллельно друг другу два сверхдлинных стержня, в центре которых находится сингулярность — точка с бесконечной плотностью, температурой и давлением.

    Согласно современным научным представлениям, сингулярности находятся в центре черных дыр, однако в данном случае они должны быть закрыты горизонтом событий. Тогда между стержнями возникнет замкнутая времениподобная кривая.

  • Аварии Гран-при Азербайджана вошли в топ-десятку самых драматичных моментов «Формулы-1» 2018 года – ВИДЕО

    Две аварии, имевшие место в ходе этапа чемпионата мира по автогонкам в классе «Формула-1» Гран-при Азербайджана, вошли в топ-десятку самых драматичных моментов 2018 года. Итоги подведены на официальном сайте престижнейших автогонок.

    На шестом месте – столкновение пилотов команды «Ред Булл» Макса Ферстаппена и Даниэля Риккардо за 11 кругов до финиша, в результате чего оба были вынуждены сойти с дистанции, отмечает Media.Az.

    На четвертой ступени инцидент с пилотом «Мерседеса» Валттери Боттасом, который стоил ему лидерства в общем зачете. Автогонщик проехался по обломку одного из болидов «Ред Булл», ранее потерпевших крушение, и проколол колесо, что послужило причиной его схода с трассы. Так, Валттери Боттас, занявший первое место на первой тренировке в Баку, не смог доехать до финиша.

    Самым драматичным моментом 2018 года назвали аварию автогонщика «Феррари» Себастьяна Феттеля у себя дома в Германии. Он долгое время шел первым на домашней трассе, однако попав в аварию, выбыл из гонки.

    Напомним, что этап чемпионата мира по автогонкам в классе «Формула-1» Гран-при Азербайджана проходил в Баку с 27 по 29 апреля 2018 года. Первым к финишу на Гран-при Азербайджана пришел британский пилот «Мерседеса» Льюис Хэмилтон. Второе место занял автогонщик «Феррари» Кими Райкконен. Третьм финишировал Серхио Перес («Форс Индия»).

  • В Азербайджане предложено отменить штрафы за попадание на радар

    Депутат Милли Меджлиса Тахир Керимли предложил ликвидировать штрафы в связи с радарами.

    Как сообщает Median.Az со ссылкой на Report, Т.Керимли отметил, что в законодательстве эти наказания потеряли значимость: “Посредством различных загружаемых на телефон программных приложений водитель может определить, на какой части дороги стоит радар. Водитель, зная, где находится радар, снижает скорость. При таком раскладе какова важность этих наказаний в законодательстве?! Я предлагаю удалить эти статьи из Кодекса административных проступков”.

    Наряду с этим депутат отметил, что наказания по другим вопросам должны ужесточиться: “Наказания, связанные с сигналами, нарушением правил остановки-стоянки, разговорами пешеходов по телефону на дороге должны ужесточиться. Если пешехода один раз оштрафуют на 50 манатов, он больше не нарушит правила. Пешеходы переходят дорогу, говоря по телефону, не смотря, едут ли машины… Водители в городе неуместно сигналят, это надо прекратить, штрафы следует ужесточить”.

  • Mübariz İbrahimovu tənqid edən psixoloq məhkəməyə veriləcək

    Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən Nərmin Şahmarzadə məhkəməyə veriləcək.

    Bunu oxu.az-a açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin aparat rəhbəri Samir Adıgözəlli deyib.

    O bildirib ki, hazırda hüquqşünaslarla məsləhətləşmələr aparılır:

    “Çünki burada yalnız şərəf və ləyaqətin təhqir olunması deyil. Azərbaycan müharibə şəraitindədir və bu tipli açıqlamalar vətənpərvərlik ruhunu aşağı salır. Bu baxımdan, biz birlik göstərərək, bu qızın hüquq çərçivəsində cəzalandırılmasına çalışmalıyıq. Mən bu fikirləri ölkəmizə qarşı təxribat hesab edirəm”.

    S. Adıgözəlli deyib ki, lazımi materiallar toplanandan sonra N.Ələkbərzadə məhkəməyə veriləcək:

    “Bu, bizim konkret fikrimizdir. Artıq sübutlar toplanır”.

  • Azərbaycanın gəliri xərcindən yeddi milyard dollar çoxdur – RƏSMİ

    Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatları üzrə dövriyyəsi 28 milyard 214 milyon 292 min ABŞ dolları olub. Bu rəqəm Azərbaycan dünyanın 182 ölkəsi ilə ticarət əməliyyatları nəticəsində formalaşıb.

    Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,04 faiz, yəni 7 milyard 922 milyon dollar çoxdur.

    Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ötən on bir ayında idxal əməliyyatları 32,15 faiz artaraq 10 milyard 295 milyon 486 min dollar olub. İxrac əməliyyatları üzrə dövriyyə isə ötənilki göstəricini 43,34 faiz üstələyərək, 17 milyard 918 milyon 805 min dollara çatıb.

    İxrac həcminin idxalı üstələməsi nəticəsində ölkənin ticarət balansında 7 milyard 623 milyon 318 min dollar məbləğində müsbət saldo yaranıb. Bu isə 2017-ci ilin on bir ayındakı statistikadan 61,84 faiz çoxdur.

    İxracın strukturunda 81,6 faiz neftin, 2,68 faiz neft məhsullarının, 7,01 faiz təbii qazın, 0,36 faiz elektrik enerjisinin, 2,76 faiz meyvə-tərəvəz məhsullarının, 0,05 faiz çayın, 0,08 faiz bitki və heyvan mənşəli yağların, 0,13 faiz qəndin, 0,08 faiz spirtli və spirtsiz məhsulların, 0,41 faiz kimya məhsullarının, 0,62 faiz plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,4 pambıq, 0,12 faiz pambıq ipliyin, 0,44 faiz qara metal və ondan hazırlanan məmulatların, 0,59 faiz alüminium və ondan hazırlanan məmulatların, 2,67 faiz digər məhsulların payına düşüb.

    İdxal məhsullarının strukturunda isə yenə də ərzaq liderdir: 11,91 faiz. Bundan başqa, ölkəyə gətirilən mal və məhsulların sırasında 1,34 faiz tütün və tütün məhsullarının, 0,09 faiz sementin, 2,59 faiz əczaçılıq məhsullarının, 3,22 faiz plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,63 faiz odun və ağac məhsullarının, 10,83 faiz qara metal və ondan hazırlanan məmulatların, 22,18 faiz maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 7,62 faiz nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,92 faiz mebelin, 36,67 faiz digər məhsulların payına düşüb.

    2018-ci ilin yanvar-noyabr aylarında xarici ticarət əməliyyatlarında 7,002 min özəl və dövlət müəssisəsi və 14,575 min fiziki şəxs iştirak edib.

    Azərbaycandan ixrac edilən məhsulların əsas alıcıları İtaliya (ümumi ixracın 30,98%-i), Türkiyə (8,657%), İsrail (6,16%), Çexiya (4,58%), Almaniya (4,12%), Hindistan (4,18%), Tayvan (3,99%), əsas idxal əməliyyatları isə Rusiya (16,19%), Türkiyə (13,96%), Çin (10,23%), Almaniya (5,67%), ABŞ (463,%), İsveçrə (4,95%), Ukrayna (4,03%) və İranla (3,6%) olub.//oxu.az

  • Deputat: Sosial şəbəkələrlə Azərbaycanı geriyə aparmağa çalışırlar

    10 milyona yaxın Azərbaycan əhalisinin üç milyonu sosial şəbəkələrdən fəal istifadə edir, onların 1,5 milyonu “Facebook”, digərləri “Instagram”, “Twitter” və başqa sosial şəbəkələrin istifadəçiləridir.

    Bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Dini qurumlar və sosial media” mövzusunda keçirilən tədbirdə deyib.

    Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da ictimai fikir internet üzərindən yayımlanan Kütləvi informasiya vasitələri, sosial şəbəkələr vasitəsilə yayılır:

    “Bu gün stabilliyimizin pozulması üçün əsas təhlükə İslama yaxın radikal dini cərəyanlardan və ideologiyalardan gəlir. Bunlar isə Azərbaycana qarşı qərəzli planlar hazırlayan erməni lobbisinin əməlləridir. Bu sahədə daha ciddi problemlər yaranır. Azərbaycanda baş verən iqtisadi inkişaf ayrı-ayrı ölkələri ciddi narahat edir.

    Bəzi ölkələr var ki, Azərbaycanla bağlı sistemli şəkildə qarayaxma kampaniyaları ilə məşğuldurlar. Bundan da Ermənistan, erməni lobbisi istifadə etməyə çalışır. Bəzi qüvvələr var ki, sosial şəbəkələrdən fəal istifadə etməklə Azərbaycanı geriyə aparmağa, İslami dəyərlərin hakim olduğu İslami dövlətə çevirməyə çalışır. Bizim problemimiz radikal dini cərəyanlarla bağlıdır”.

    Əflatun Amaşov onu da əlavə edib ki, hazırda Azərbaycan Mətbuat Şurası haqqında qanun üzərində işlənir və qanunda vətəndaşların şərəf və ləyaqətlərinin alçaldılmaması məsələsi diqqətdə saxlanılır:

    “Mətbuat Şurası müntəzəm olaraq bu istiqamətdə monitorinqlər həyata keçirir. Azərbaycanda Nardaran hadisələrində də qeyri-dəqiq, qərəzli informasiyalar yayan saytlar, sosial medialar müəyyən qruplar şəklində fəaliyyət göstərmişdilər. Məqsəd isə həmin bu virtual insanların saylarının artmasıdır. Radikal dini cərəyanların Azərbaycana ayaq açmaması üçün müvafiq qanunları sərtləşdirmək lazımdır”.//oxu.az

  • Bakıda kafedə dava: ölən var

    Bakı şəhəri, Nizami rayonunda yerləşən kafelərdən birində kütləvi dava baş verib.

    Bakı şəhər Prokurorluğundan oxu.az-a verilən məlumata görə, kafedə iki şəxs arasında mübahisə zəminində 26 yaşlı İlham Soltanəliyev 28 yaşlı Səbuhi Səfərovun ayaq nahiyəsinə bıçaq zərbəsi ilə xəsarət yetirib.

    Hadisə nəticəsində Səbuhi Səfərov dünyasını dəyişib. İlham Soltanəliyev isə polis tərəfidnən saxlanılıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

  • Yeni ilin əsas yeməkləri neçəyə başa gələcək? – QİYMƏTLƏR

    Yeni il bayramının müxtəlif təamların yer aldığı süfrə başında keçirilməsi uzun illərdən qalan ənənədir. Dekabrın 31-dən yanvarın 1-ə keçən gecə Yeni il süfrəsini bir qayda olaraq “Olivye” salatı, şampan və naringi bəzəyir.

    Maraqlıdır ki, “Olivye” salatından ərzaq qiymətlərinin nə dərəcədə artıb-artmadığını müəyyən etmək üçün bir iqtisadi indeks kimi də istifadə olunur.

    Məsələn, qonşu Rusiyada 2018-ci ildə bu indeks (ötən illə müqayisədə) 4,6% faiz yüksəlib və 412 rubldan çox məbləğ təşkil edir.

    Bəs bu baxımdan Azərbaycanda vəziyyət necədir?

    Median.Az
    xəbər verir ki, Davamlı İnkişaf Tədqiqat Mərkəzinin rəhbəri Nəriman Ağayev bu haqda Media.Az-a danışıb.

    Onun sözlərinə görə, Azərbaycan üçün “Olivye indeksi” o qədər aktual deyil, nəinki ənənəvi “dolma indeksi” və ya “plov indeksi”.

    “Əhalinin 80 faizində Yeni il süfrəsində plov, ya da dolma olacaq. Bu il “dolma indeksi” ötənilkindən fərqli olaraq, daha ucuz olacaq. Bu, həmin yeməyin əsas elementlərindən olan göyərtinin ucuzlaşması ilə əlaqəlidir. Hazırda yeddi dəstə göyərti bir manata satılır.

    Yalnız ətin qiymətində dəyişiklik ola bilər. Biz ət qiymətinin 50 qəpik bahalaşacağını proqnozlaşdırırıq. Bu isə onunla əlaqədardır ki, bazarlarda baytar nəzarəti qadağan edilib; baytar nəzarəti artıq birbaşa sallaqxanalarda həyata keçirilir.

    “Dolma indeksi” günümüzə 14 manat təşkil edir. Bu məbləğə bir kiloqram ət, yağ, düyü, üzüm yarpaqları və göyərti daxildir. İndeksi hesablayan zaman kiloqramı doqquz manata satılan ət əsas götürülür.

    “Plov indeksi” isə sizin hansı plovu hazırlayacağınızdan asılıdır. Məsələn, göyərtiyə üstünlüyün verildiyi səbzi-qovurma plovu dörd nəfərlik ailəyə səkkiz manata başa gələcək.

    Meyvə quruları və şabalıdlardan ibarət “klassik plov”u hazırlamaq üçün isə 15 manat xərcləməli olacaqlar. “Olivye indeksinə” gəlincə, bu il Azərbaycanda, əksinə, qiymət ötən illə müqayisədə aşağı düşüb. Deyək ki, dörd nəfərlik ailəyə təxminən doqquz manata başa gələcək”, – deyə N.Ağayev bildirib.

    İqtisadi elmlər doktoru, professor Elşad Məmmədov isə Media.Az-la söhbətində, qida sektoruna aid populyar brend məhsulları ilə əlaqəli “indekslərin”, iqtisadiyyatda inflyasiya səviyyəsinin ölçülməsi məqsədilə müntəzəm olaraq tətbiq olunduğunu dilə gətirib.

    Bu baxımdan, ən populyar indeks “Big Mac indeksi”, yəni alıcılıq qabiliyyəti paritetinin qeyri-rəsmi müəyyən edilməsi yolu sayılır.

    “Sual yarana bilər. Bu indekslər nə üçün bu qədər effektiv və indikativdir? Məsələ ondadır ki, onlar alıcılıq qabiliyyəti və ölkədaxili makroiqtisadi vəziyyət baxımından bütövlükdə mövcud şəraiti öyrənməyə kömək edir. Azərbaycandakı “Olivye indeksinə” gəlincə, bu indeksi təhlil etdikcə, salatın tərkib hissəsini təşkil edən ərzaq növlərinin maya dəyərinin kifayət qədər ucuz olduğuna əmin oluruq.

    Ancaq bunu heç də müsbət hal kimi qiymətləndirmək olmaz, ona görə ki, bu göstərici ölkədə əməyə görə ödənişin kifayət qədər aşağı olduğuna işarə edir. Bu bizim milli valyutanın lazımınca qiymətləndirilmədiyini və birja göstəricilərinin böyük alıcılıq qabiliyyətinə malik olduğunu göstərir.

    Ona görə də bu indeksləri universal şəkildə tətbiq etmək düzgün deyil. Son illər Azərbaycan iqtisadiyyatında sabitlik əldə olunub, inflyasiya səviyyəsinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Ancaq bu, ilk növbədə dövriyyədə olan pul kütləsinin kəskin azalması ilə əlaqədardır. Bu isə öz növbəsində alıcı tələbinin aşağı düşməsinə yol açıb. “Olivye indeksinin” kifayət qədər aşağı olması elə bundan qaynaqlanır”, – deyə ekspert fikrini tamamlayıb.

  • Şou-biznesin iki küsülü məşhuru barışdı

    Şou-biznes aləminin Azərbaycanda çox sevilən iki küsülüsü barışıb.

    Söhbət hər kəsin Fəlakət obrazı ilə tanıyıb, sevdiyi aktyor Elşən Orucov və müğənni Röya Ayxandan gedir.

    Barışıq üçün ilk addımı Elşən Orucov atıb. O, öz “Instagram” səhifəsində Röya ilə şəkillərini paylaşaraq “Röya, nə var, nə yox?” deyə şərh də yazıb.

    Qeyd edək ki, məşhurların küsülü olmasının səbəbi bilinməsə də, aralarındakı soyuqluq bir neçə ildir davam edirdi.