Month: December 2018

  • Azərbaycanda yeni yol tikiləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, qırx dörd min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Neftçala–Xol Qaraqaşlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 18,2 milyon (on səkkiz milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Апелляционные жалобы лиц, совершивших разбой на офис “AİLƏ TV” не удовлетворены

    В Бакинском Апелляционном суде завершился судебный процесс в отношении Кямиля Алиева, Рашада Ахмедзаде, Асиба Камбарова, Кямрана Сулейманова и Орхана Алиева, обвиняемых по статье 126.1 (умышленное причинение тяжкого вреда здоровью), 181.2.1 (разбой, совершенный группой лиц по предварительному сговору), 181.2.5 (разбой, совершенный с приминением оружия или предметов, используемых в качестве оружия) и 228.4 (незаконное приобретение, сбыт или ношение холодного оружия) УК Азербайджана.

    Как сообщает Median.Az, в июне 2017-го года сотрудники Хатаинского РУП и 24-го отделения полиции Низаминского РУП в ходе проведенной совместной операции задержали жителя столицы Кямрана Сулейманова, который войдя в преступный сговор с другими лицами 15-го марта того же года совершили разбойное нападение на офис кабельного телевидения “Ailə TV”, вследствии чего применив физическую силу и угрожая охраннику Гусейну Дуньямалыеву ножом, забрали у него мобильный телефон и 160 манатов, а также из сейфа 3560 манатов.

    В ходе дополнительных следственно-оперативных мер были привлечены к уголовной ответственности Рашад Ахмедзаде, Кямиль Алиев, Асиб Камбаров и Орхан Алиев. Было установлено, что кроме данного преступления они на территории Низаминского района совершили налет на ломбард, вследствии чего угрожая работниками забрали оттуда 1250 манатов.

    Бакинский суд по тяжким преступлениям приговорил К.Алиева к 11 годам, Р.Ахмедзаде к 9 годам, К.Сулейманова, А.Камбарова и О.Алиева каждого к 8 годам лишения свободы.

    В связи с назначенными сроками заключения осужденные подали апелляционные жалобы.

    Бакинский Апелляционный суд не удовлетворил жалобы, оставив приговор суда первой инстанции в силе.

  • “AİLƏ TV”-nin ofisinə basqın edən şəxslərin cəzaları qüvvəsində qalıb

    Bakı Apellyasiya Məhkəməsində Kamil Əliyev, Rəşad Əhmədzadə, Asib Kambarov, Kamran Süleymanov və Orxan Əliyevin CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma), 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddəlləri ilə məhkum olunmalarına dair iş üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, Kamran Süleymanov və qeyriləri 2017-ci il martın 15-də, Xətai rayonu ərazisində yerləşən “Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq, gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib, seyfdə olan 3600 manatı, habelə zərərçəkmişə məxsus 160 manat pulu və mobil telefonu quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıblar. Həmin ilin iyun ayında qrup üzvləri Xətai RPİ və Nizami RPİ 24-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

    İstintaqın gedişatında məlum olub ki, onlar bundan əlavə Nizami rayonunda fəaliyyət göstərən lombarda basqın etməklə, oradan 1250 manat pulu ələ keçiriblər.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K. Əliyev 11 il, R. Əhmədzadə 9 il, A.Kambarov, K.Süleymanov və O.Əliyev hər biri 8 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

    Hökmdən məhkumlar apellyasiya şikayətləri veriblər.

    Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onların şikayətləri təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb.

  • “Xərçəng xəstəliyi anamı və bacımı əlimdən aldı” – VİDEO

    Xərçəng xəstəliyinə qalib gələn tanınmış teleaparıcı, hüquqşünas Zülfiyyə Bayramova “ATV maqazin onlarla” verilişinə açıqlama verib.

    Z. Bayramova bildirib ki, anası və bacısı da məhz xərçəngdən dünyasını dəyişib:

    “İçimdə onların qisas hissi var idi. O xəstəlik anamı və bacımı apardı. Bacımı çox cavan itirdim. O həmin xəstəliklə mübarizə apara bilmədi. Ölümün gözünün içinə baxdı. Bəlkə də o qisas var idi içimdə. Eşidən kimi dedim ki, mən ondan qisas alacam. Əsas odur ki, bitdi, hər şey geridə qaldı. Hər gün yüzlərlə, minlərlə dua gəldi. Bədxassəli şişə “yox” dedik. O müharibədə mənim orqanlarım iştirak etdi. Hamısı yaralanıb. Bütün orqanlarımda kimyaterapiyanın zədələri var”.

  • Не пускавших девочку в школу родителей вызвали в полицию

    Министерство внутренних дел прокомментировало ситуацию с ученицей седьмого класса в бакинском поселке Гала, которую не пускают в школу члены ее семьи.

    Как сообщил oxu.az заместитель главы пресс-службы МВД Орхан Мансурзаде, полиция уже провела расследование данного инцидента:

    «Был установлен адрес, по которому проживает данная семья, и личности членов семьи. Родители ученицы, проживающей в бакинском поселке Гала, и руководство средней школы №216 были приглашены в Управление полиции Хазарского района.

    С родителями была проведена соответствующая беседа. Отец девочки Нуху Манафов объяснил непосещение своей дочерью занятий ухаживанием за больной бабушкой в Сураханском районе.

    Родителей предупредили, что недопущение девочки к занятиям со стороны членов семьи является недопустимым, и потребовали в обязательном порядке продолжить образование».

    Орхан Мансурзаде отметил, что с завтрашнего дня ученица седьмого класса продолжит учебу.

  • Məktəbə qoyulmayan qız sabahdan dərsə gedəcək – RƏSMİ

    Daxili İşlər Nazirliyi Bakıda, Qala qəsəbəsində VII sinifdə oxuyan qızın məktəbə getməməsi ilə bağlı məsələyə rəsmi münasibət bildirib.

    DİN-nin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə oxu.az-a açıqlamasında bildirib ki, artıq məsələ barədə polis əməkdaşları tərəfindən araşdırılma aparılıb:

    “Ailənin yaşadığı ünvan və onların şəxsiyyətləri müəyyənləşdirilib. Xaşaxuna qəsəbəsində yaşayan VII sinif şagirdi İ.M-nın valideynləri və təhsil aldığı 216 nömrəli tam orta məktəbin rəhbərliyi Xəzər Rayon Polis İdarəsinə dəvət olunublar.

    Orada valideynlərlə müvafiq söhbət aparılıb. Qızın atası Nuhu Manafov uşağın dərsə getməməsini Suraxanı rayonunda yaşayan xəstə nənəsinə qulluq etməsi və yolun uzaq olması ilə izah edib.

    Valideynlərə uşağın təhsildən yayındırılmasının yolverilməz olduğu deyilib və mütləq şəkildə təhsilinin davam etdirilməsi tələb olunub”.

    Orxan Mansurzadə qeyd edib ki, sabahdan VII sinif şagirdinin təhsilə davamiyyəti bərpa olunacaq.

  • Azad Rəhimov “Buta Palace”-ın art direktorunu ömürlük həbsə yollatdıra bilər

    Bakıda “Buta Palace”nin art direktoru Ramiz Taxvelinin öz həyat yoldaşın Adelya Taxvelini 5-ci mərtəbədən eyvandan atması cinayəti ilin ən dəhşətli olayı kimi müzakirə olunur. Güclü narkotikin təsiri altında olan Ramiz Txaveli gecə yarısı xanımını eyvandan aşağı atıb.

    Qadın ağır travmalar alıb, hadisə yerində canını tapşırıb. Dəhşət saçan cinayət hadisəsi dekabrın 11-də gecə saat 3 radələrində Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 65, mənzil 51 ünvanında baş verib. 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə atılan qadın 2 uşaq anası olub.

    Adelya Taxveli gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumudur. 30 yaşlı Adelyanın anası nazirin xalası qızıdır. Gənc xanım Amerikada təhsil alıb. Həyat yoldaşı Ramiz Taxveli ilə sevərək ailə qurduğu bildirilir. Onların bu nikahdan 2 uşağı var. Deyilənə görə, cütlüyün toyunda nazir A.Rəhimov ailəsi ilə birgə iştirak edib. Adelyanın ata tərəfi də tanınmış nəsildir. Nənəsi Ədilə Namazova tibb elmləri doktorudur, hazırda Azərbaycan Tibb Universiteti, 1-ci Uşaq xəstəlikləri kafedrasının müdiri işləyir. Adelyaya da onun adını qoyublar.

    Atası Azər Namazov isə ixtisasca həkimdir. Olaydan sonra hadisə yerinə gələn istintaq qrupu üzvləri Ramiz Pərviz oğlu Taxvelinin avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, qurudulmuş marixuana götürüblər. Ramiz Taxvelinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/59.48 saylı tibbi müayinəsi zamanı Taxveli Ramiz Pərviz oğlunda THC marixuana və BAR (barbiturat) qəbulu nəticəsində yaranmış psixi davranış pozuntusu aşkar olunub. Ramiz Taxveli izahat verərkən həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən atdığını etiraf edib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

    Ramiz Taxveli tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir. Qətlə yetirilən Adelya isə 2013-cü ildən “Atəşgah Sığorta” şirkətinin Anderraytinq və təkrarsığorta şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb. Kollektiv daxilində kifayət qədər sevilən, konfliktsiz əməkdaş olub.

    Olaydan sonra dartışılan mövzulardan biri də Ramiz Txaveliyə veriləcək cəza ilə bağlıdır. Əksəriyyət ona ömürlük cəza verilməsinin tərəfdarıdır.

    Sabiq polis rəisi Mahmud Hacıyev baş verən dəhşətli olayla bağlı “Yeni Müsavat”a deyib ki, narkotik vasitənin təsiri altında cinayət törədən şəxslər cəmiyyətdən təcrid olunmalıdır: “Belə hallarda yanaşma bir qədər fərqlidir. Araşdırmaq lazımdır ki, adam ”şiravoy”, yəni pis formada narkoman olub, yoxsa təzə başlayan narkotik istifadəçisidir. Ola bilər “lomka”sı tutub, belə bir ağır cinayət törədib. “Lomka”sı tutan narkomandan başqa nə gözləmək olar?! Cinayət və yenə də cinayət! Yəni söhbət qısqanclıq, qisasçılıq, xuliqanlıq zəminində törədilən cinayətdən getmir”.

    Mahmud Hacıyev deyir ki, narkomanlarla bağlı birmənalı yanaşmanın ortaya qoyulması çətindir: “Narkomandır deyib cəmiyyətdən silmək olmur, narkomandır deyib, yola vermək də mümkün deyil. Xaricdə, sivil hüquqi dövlətlərdə belə adamlara bədbəxt, xəstəhal adamlar kimi baxırlar. Belə adamlar cinayət törədəndə onları qatı cinayətkar kimi də qəbul etmirlər. Bu adamlar xəstədirlər və çalışırlar ki, cəmiyyətdən təcrid edib müalicə etsinlər. Sivil ölkələrdə belə adamların dəqiq siyahıya alınması aparılır, hansı mərhələdə olması – başlanğıc, illərin narkomanı olub-olmaması, neçə dəfə müalicə edilməsi, müalicənin effektivliyi və s. məqamlar nəzərə alınır. Belə adamların üzərində xüsusi nəzarət olur. Müalicəsi effekt verməyənlər xüsusi hərbiləşdirilmiş klinikalarda saxlanılırlar. Müalicə olmayanlar ömürlərinin axırına qədər orada saxlanılırlar. Belə adamlar vəhşi heyvan kimi olurlar. Maddəni qəbul edə bilməyəndə ”lomka”sı tutur”.

    Mahmud Hacıyev deyir ki, heç bir halda narkoman olması şəxsi törətdiyi ağır cinayətin məsuliyyətindən azad edə, onun vəziyyətini yüngülləşdirən hal kimi qəbul edilə bilməz.

    İndi gözlər Azad Rəhimovdadır. Hər kəs bu olayla bağlı nazirin necə davranacağını maraq edir. Təbii, ailənin hazırda ağır günləridir, gənc bir qadın heç nədən həyatını itirib. Qadının həyat yoldaşının narkoman olduğunu yəqin ailədə hər kəs bilib. Fəqət bunu bilə-bilə gənc qadının və iki azyaşlı uşağın narkomanla eyni evdə yaşamasına göz yummaq ciddi mənəvi məsuliyyət yaradır. Zamanında qadının valideynləri bu işə müdaxilə edib, qızlarını narkoman kürəkəndən ayırmalı, təhlükəsizliyinin qeydinə qalmalıydılar. Amma bəzi saytlar yazır ki, Adelyanın valideynlərinin münasibəti normal olmayıb. Onların arasında mülkə görə məhkəmə çəkişməsi varmış. Görünür, valideynlərin başları aralarında davaya qarışdığından övladlarının necə bir təhlükəli həyatın içində olduğunu unudublar.

    Bəzi iddialara görə, gənclər və idman naziri baş verən olayı ciddi diqqətdə saxlayır. Deyilənə görə, o, qohumlarına bildirib ki, hüququn imkan verdiyi həddə qədər, xalasının nəvəsinin qatilinə məhkəmədə ən ağır cəzanın verilməsinə nail olmağa çalışacaq. O da bildirilir ki, ailə buna görə hətta xaricdən nüfuzlu vəkillərin dəvət olunması variantını da gözdən keçirir.

    Mahmud Hacıyev də bu istiqamətdə maraqlı fikirlər deyib. Sabiq polis rəisi bildirib ki, qatil “Şiravoy” narkomandırsa, o, həbsə düşüb çıxandan sonra da cinayət törətməyə meylli olacaq: “Bunlar elə bir məxluqdur ki, azadlıqdan məhrum olunma yerində də maddəni tapıb istifadə edə bilirlər. Bu adamları azadlıqdan məhrum edib həbsə göndərirlər ki, tərbiyə alsın, orada da narkotik tapıb istifadə edir. Həbsdən çıxandan sonra isə belələri daha da aqressiv olur, bir az da cəmiyyətə qarşı nifrət hissi güclənir. Ona görə də belələrini, xarici ölkələrdə olduğu kimi, məcburi qaydada müalicəyə göndərib, oradan buraxmamaq lazımdır. Ömürlük olaraq cəmiyyətdən təcrid olunanlar da olur. Azərbaycanda isə belə effektiv müalicə müəssisəsi yoxdur”.

  • Prezident idmançılara ev bağışladı – Fotolar

    Prezident İlham Əliyev 2018-ci ildə yüksək nailiyyətlər qazanan idmançılar və idman mütəxəssislərini mükafatlandırıb.

    İdmançıların bəzilərinə yüksək dövlət mükafatları, pul mükafatları, o cümlədən 25 mənzil hədiyyə edilib.





  • Задержан житель Шамкира, сообщивший ложную информацию в службу “102”

    Как сообщает Median.Az, 12-го декабря примерно в 18 часов в “Информационный центр-102” МВД позвонил неизвестный и сообщил о том, что заложены 3 бомбы.

    В результате оперативно-розыскных мер сотрудники Шамкирского РОП задержали жителя города, ранее судимого Акпера Гасанова, который как выяснилось, находился в состоянии сильного алкогольного опьянения.

    По факту ведется расследование.

  • “102” xidmətinə yalan məlumat verən Şəmkir sakini saxlanılıb

    Median.Az xəbər verir ki, dekabrın 12-i saat 18 radələrində DİN-in “102 – Zəng Mərkəzi”nə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib.

    Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb.

    Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs – Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

    Onun ağır dərəcəli sərxoş vəziyyətdə olması məlum olub.

    Faktla bağlı araşdırma aparılır.