Month: December 2018

  • Bakı küçələrini zəbt edən sürücülər – FOTO

    Paytaxt sakini oxu.az-ın redaksiyasına nəqliyyat vasitələrinin park edilməsi qaydalarının pozulmasını əks etdirən fotoşəkillər göndərib.

    Fotolarda səkilərdə və piyada keçidlərinin üzərində park edilmiş avtomobillərin piyadaların sərbəst hərəkətinə mane olmaları açıq-aydın görünür.

    Qeyd edək ki, fotolar Bəşir Səfəroğlu, Əlövsət Quliyev, Rəsul Rza və Həzi Aslanov küçələrində çəkilib.








  • Nazirdən əmr: Bakıda 10 TSEK LƏĞV EDİLDİ

    Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyalarının (TSEK) ləğv edilməsi ilə bağlı əmr imzalayıb.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, nazirin digər müvafiq əmri ilə Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyaları (TSEK) bundan sonra 5 tibbi-sosial ekspert komissiyası kimi fəaliyyət göstərəcək.

    Səbail, Yasamal, Nəsimi
    Binəqədi, Qaradağ
    Nizami, Xətai, Nərimanov
    Xəzər, Pirallahı
    Suraxanı, Sabunçu

    Qeyd edək ki, sözügedən xəbəri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı təsdiqləyib.

  • Şəmkirdə bomba qoyulması barədə anonim zəng edən saxlanıldı – Sərxoş imiş…

    Dekabrın 12-də saat 18 radələrində DİN-in “102 – Zəng Mərkəzi”nə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib.

    DİN Mətbuat Xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb.

    Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs – Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması da müəyyən edilib.

  • Daha 1115 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

    Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya növbəti iclasını keçirib.

    Nazirlikdən verilən məlumata görə, iclasda notarial qaydada vərəsələrdən qəbul edilərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan və nazirlikdəki işçi qrupu tərəfindən təhlil edilmiş sənədlər üzrə daha 1115 şəhid hərbi qulluqçunun 1519 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib. Həmin qərarlar üzrə vərəsələrin siyahısı birdəfəlik ödənişin təmin edilməsi üçün aidiyyəti quruma göndərilib.

    Beləliklə, 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub ki, bu günədək onlardan artıq 2338 şəhid hərbi qulluqçu üzrə 3038 vərəsəyə birdəfəlik ödəniş verilməsi barədə qərarlar qəbul edilib və onlara birdəfəlik ödəniş həyata keçirilir.

    Bu sahədə aparılan işlər vətəndaş rahatlığı prinsipi və sadə prosedur əsasında, elektron infrastruktur üzərində tam şəffaf qaydada yerinə yetirilir. Notarial qaydada vərəsələrdən qəbul edilmiş bütün sənədlər Nazirliyə elektron qaydada təqdim olunur. Qərar verildikdən sonra vərəsələrin bank hesablarına müvafiq vəsait (11 min manat) köçürülür və bu barədə onlara sms vasitəsilə bildiriş göndərilir.

  • Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun vəzifəsini yüksəldib.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, Sahil Babayevin müvafiq əmri ilə, Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 5 tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə baş müdiri təyin edilib.

    Xəbəri Aydın Əzizov təsdiqləyib.

    Qeyd edək ki, bundan əvvəl A.Əliyev Səbail rayonun tibbi-sosial ekspert komissiyasının müdiri vəzifəsində çalışırdı.

  • В Барде украли школьницу

    В Бардинском районе 15-летнюю девушку похитили с целью женитьбы.

    Как сообщает Median.Az со ссылкой на Report, инцидент произошел в селе Шоралли.

    Так, жительницу села Ш.Х. 2003 г.р. похитил местный житель Габиль Эйваз оглу Исмайлов с целью женитьбы.

    Узнав об этом, родители девушки обратились в полицию.

    Сотрудники Бардинского районного отдела полиции приступили к оперативно-розыскным мероприятиям по задержанию Г.Исмайлова, подозреваемого в похищении ученицы 8-го класса.

    По факту возбуждено уголовное дело, ведется следствие.

  • Посол Индонезии спел азербайджанские песни – ВИДЕО

    В ходе встречи с представителями СМИ посол Индонезии в Азербайджане Хуснан Бей Фанани поделился впечатлениями о культуре Азербайджана.

    Как сообщает Median.Az, отметив, что он влюблен в Азербайджан, Х. Фанани исполнил песни Sarı gəlin и Ey Əziz Anam Azərbaycan.

    Посол особо выразил удовлетворение азербайджанской национальной кухней.

  • Azərbaycanda atom elektrik stansiyası inşa ediləcək?

    Rusiya Dövlət Korporasiyası “Rosatom” rəsmi Bakıya nüvədən sülh naminə istifadə üzrə əməkdaşlıq barədə bir sıra konstruktiv təklif göndərib.

    Median.Az Prenedra.ru-ya istinadən bildirir ki, söhbət Azərbaycanda atom elektrik stansiyasının inşa edilməsi ehtimalından gedir.

    Bildirilir ki, Azərbaycanda nüvə sahəsi mövcuddur, lakin ölkə ərazisində fəal atom elektrik stansiyası yoxdur.

    “Məhz bu səbəbdən rəsmi Bakı bunun üzərində ciddi düşünür”, – deyə mənbələr bildirir.

  • Увеличение числа комнат в квартирах может создать проблемы – ВИДЕО

    Часто граждане прибегают к увеличению числа комнат в своих квартирах в новостройках. Однако несоблюдение некоторых правил при перепланировке может создать ряд проблем.

    Как передает Median.Az, об этом сообщает телеканал Xəzər.

    Как поступить, чтобы не сталкиваться с проблемами?

    Архитектурный дизайнер Мухтар Велиев считает, что иногда строительные компании возводят здания таким образом, что производить там какие-либо изменения не представляется возможным.

    По словам эксперта, желательно увеличивать количество комнат в квартирах площадью свыше 60 квадратных метров. При покупке небольших квартир важно обращать внимание на наличие вентиляционной системы.

    Эксперты по недвижимости утверждают, что жильцы обязаны согласовать данный вопрос со строительной компанией, дабы не нанести ущерб конструкции здания.

  • Mənzillərdə otaqların sayını artırmaq problem yarada bilər – VİDEO

    Vətəndaşlar bir çox hallarda yeni tikilən yaşayış binalarından mənzil alarkən otaqların sayını artırırlar. Amma bəzi qaydalara əməl etməmək sonradan müəyyən problemlərin ortaya çıxmasına səbəb olur.

    Median.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, mənzildə otaqların sayını artırmaq istəyən vətəndaş kiçik bir nüansa diqqət etmədikdə bir neçə il keçdikdən sonra əlavə xərcə düşərək ya artırdığı otağı sökməli olur, ya da başqa mənzil almağa üstünlük verir.

    Bəs problemlə qarşılaşmamaq üçün nələrə diqqət etmək lazımdır?

    Memar-dizayner Muxtar Vəliyevin fikrincə, bəzi hallarda tikinti şirkətləri mənzilləri elə formada tikirlər ki, onun otaqlarının sayını artırmaq məqsədəuyğun olmur. Buna baxmayaraq, belə vəziyyətdə otaqların sayını artıran vətəndaşlar çox olur.