Month: January 2019

  • В ДТП в Гейчайском районе погиб 1, получили травмы 2 человека

    Как сообщает Median.Az, 21-го января на территории села Шахсолтанлы Гейчайского района столкнулись автомобили марки “Ford Tranzit”, управляемый жителем района Князь Мамедовым и “ВАЗ 21063”, управляемый жителем Агсуинского района Буньяд Гачаевым.

    В результате пассажир “ВАЗ” Мехман Джаббаров скончался на месте происшествия, водитель и еще один пассажир с травмами различной степени тяжести были помещены в Центральную районную больницу.

    В Главном Следственном управлении МВД по факту ведется расследование.

  • Göyçayda yol qəzasında 1 nəfər ölüb, 2 nəfər yaralanıb

    Median.Az xəbər verir ki, yanvarın 21-də Göyçay rayonunun Şahsoltanlı kəndi ərazisində, rayon sakini Qnyaz Məmmədovun idarə etdiyi “Ford Transit” və Ağsu rayon sakini Bünyad Qaçayevin idarə etdiyi “VAZ-21063” markalı avtomobillər toqquşub.

    Nəticədə B.Qaçayevin sərnişini Mehman Cavadov hadisə yerində ölüb, sürücü və daha bir sərnişini Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Азербайджану предложили провести третьи Европейские игры

    Европейский Олимпийский Комитет (ЕОК) предложил Азербайджану провести третьи Европейские игры.

    В конце прошлого года ЕОК направил всем 50 членам своей организации, в том числе и Азербайджану, предложение принять участие в тендере на проведение третьих по счету Европейских игр, которые запланированы на 2023 год.

    Напомним, что первые Европейские игры прошли в 2015 году в Баку, вторые Евроигры состоятся летом этого года в Минске (Беларусь).

    В настоящее время на предложение ЕОК официально откликнулась Польша, которая хочет провести третьи Европейские игры в городе Катовице. Как отмечает издание Inside the Games, представители польского Национального Олимпийского Комитета (НОК) уже провели предварительные переговоры с Европейским Олимпийским Комитетом. Сообщается, что Катовице может провести Евроигры совместно с другим польским городом.

    Причем, по словам генсека ЕОК Раффаэле Пагноцци, кандидатура Польши на проведение третьих Европейских игр – не единственная, к ним поступило еще несколько заявок от ряда европейских стран.

    Стоит отметить, что последний срок подачи заявок на проведение Евроигр 2023 года – 28 февраля текущего года. На ближайшем заседании, 25 января, Исполком ЕОК вновь обсудит кандидатов на проведение третьих Евроигр, а со своим выбором организация должна определиться 20 июня этого года, накануне старта вторых Евроигр в Минске.

  • В доме жителя Нефтчалы обнаружили оружие и боеприпасы

    Как сообщает Median.Az, сотрудники Нефтчалинского РОП в результате проведенной операции задержали жителя села Юхары Гараманлы Мирзу Мирзоева, у которого в доме обнаружили автомат марки “АК-74”, ручную гранату, две дымовые шашки и 184 патрона.

    В Следственном отделе РОП по факту возбуждено уголовное дело.

  • Neftçala sakinindən silah-sursat götürülüb

    Median.Az xəbər verir ki, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Qaramanlı kənd sakini Mirzə Mirzəyevin yaşadığı evdən “AK-74” markalı silah, qumbara, qumbara alışdırıcısı, 2 ədəd tüstüverici şaşka və 184 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

    RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

  • Bayram Səfərov bahalı avtomobilindən danışdı: “Axı mənim yanımda Tramp kimdir?” (FOTO)

    Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan “Lincoln MKS” model avtomobildə gəzməyindən danışıb.

    Median.Az xəbər verir ki, icra başçısı Bayram Səfərov Demokrat.Az-a bildirib ki, sözügedən model avtomobildən dünyada çox istehsal edilib:

    “Məgər Bayram Səfərov elə maşında gəzə bilməz? Axı mənim yanımda Tramp kimdir? Bayram Səfərov elə Bayram Səfərovdur. O maşından təkcə Trampda yoxdur ki!”.

    Xatırladaq ki, Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan dəbdəbəli “Lincoln MKS” model avtomobili verilib.

    Hazırda sözügedən avtomobilə “58-AA-001” dövlət nömrə nişanı taxılıb.

    Avtomobilin bazar qiyməti 50 000-60 000 ABŞ dolları təşkil edir.


  • Azərbaycanlı “Kalkulyator uşaq” hər kəsi özünə heyran qoyur (VİDEO)

    Rusiyanın “Birinci kanal”ında yayımlanan “Udivitelnıye lyudi” proqramında qeyri-adi istedadı ilə hamını təəccübləndirən azərbaycanlı vunderkind Ruslan Səfərova xarici və yerli təhsil müəssisələrində oxumaq təklif olunur.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, “Kalkulyator uşaq” adlandırılan 7 yaşlı Ruslanı öz məktəblərində görmək istəyənlər arasında yerli təhsil ocaqları ilə yanaşı, Rusiyanın Moskva, Sankt-Peterburq və Soçi şəhərlərində yerləşən liseylərdə var.

    Ruslan Səfərov Qusar şəhərində yaşayır. Ailənin yeganə övladı olan istedadlı balaca şəhər 4 nömrəli tam orta məktəbin ikinci sinfində oxuyur. İkinci sinfə getsə də, mürəkkəb riyazi əməliyyatları kalkulyator sürəti ilə həll edə bilir. Kökaltı ifadələr, faiz göstəriciləri və alqoritm məsələlərinin həlli onun üçün su içmək kimi asandır.

    “Kalkulyator uşağ”ın atası Fuad Səfərov bildirib ki, Ruslanın gələcək təhsili ilə bağlı ən real təklif Bakı Oksford Məktəbindən gəlib. Onlar balaca istedadın bütün təhsil xərclərini öz üzərlərinə götürürlər. “Rusiyadan gələn təkliflər də cəlbedicidir. Amma oradakı liseylərə 5-ci sinifdən qəbul edirlər. Bakı Oksford Məktəbi isə elə bu ildən Ruslanı qəbul etmək istəyir. Amma mən və həyat yoldaşım Qusarda işlədiyimizə görə Ruslanı Bakıya tək göndərə bilmirik. Onun paytaxtda təhsil alması üçün ailəliklə ora köçməliyik”, – deyə Fuad Səfərov qeyd edib.

    Atası coğrafiya müəllimi, anası isə tibb işçisi olan vunderkind yaş yarımlığında gəzməyi öyrənib, eyni vaxtda da danışmağa başlayıb. Ruslan Səfərov böyüyəndə proqramçı olmaq istəyir.

    “Riyaziyyata böyük həvəsim var. İlk vaxtlarda hesablamalar mənə çətin gəlirdi. Sonra misalların asan həll yollarını tapdım. İndi çətin hesablamaları, hətta kökaltı misalları da qısa vaxtda sərbəst həll edə bilirəm. Mənə hesablamaları atam və babam öyrədib. Çalışıram nəticələrimi bir az da yaxşılaşdırım. Gələcəkdə proqramçı olmaq istəyirəm”, – deyə balaca vunderkind bildirib.

    Atası Ruslanın qeyri-adi bacarığını videoya çəkərək “YouTube” kanalına yüklədikdən sonra Rusiya telekanalından “Udivitelnıye lyudi” proqramında çıxış etmək üçün təklif gəlib. Bundan sonra Rusiya və Belarusun bir sıra telekanallarında uğurla çıxış edən azərbaycanlı vunderkind indi dünyada məşhurlaşıb.

  • Çörəklə bağlı vacib açıqlama – RƏSMİ

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) satışa çıxarılan bəzi çörəklərin xəmirinin tərkibinə qlüten adlı maddənin əlavə edilməsinə münasibət bildirib.

    Median.Az-ın məlumatına görə, AQTA-dan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qlüten dənli bitkilərdə, xüsusilə də buğdanın tərkibində olan elastik protein qrupundan olan zülaldır.

    Qida məhsullarının tərkibində istifadə etmək üçün heyvan mənşəli jelatinin ən əhəmiyyətli alternativi hesab edilir. Dad, qoxu və ləzzət baxımından xoşagələn, iqtisadi baxımdan isə qənaətlidir.

    Buğda, çovdar, arpa, yulaf kimi dənli bitkilərin çoxunun tərkibində olan qlüten daha çox çörək hazırlayarkən istifadə olunur.

    Agentlikdən bildirilib ki, qlüten bitki mənşəli olduğundan insan orqanizminə faydalıdır. Əksər insanlarda qlüten mədə-bağırsaq tərəfindən asanlıqla mənimsənilir.

    Lakin bəzi insanlarda qlütenə qarşı həssaslıq müşahidə edilir. Belə insanlara çölyak xəstəliyi diaqnozu qoyulur və absorbsiya pozuntuları ilə müşayət olunur:

    “Yəni qidalanarkən qəbul olunan qida elementləri bağırsaqlar tərəfindən mənimsənilmir. Nəticədə orqanizmin immun sistemi zəifləyir, bir sıra xəstəliklərin yaranmasına və xroniki hala keçməsinə səbəb olur.

    Bundan başqa qlütenə qarşı həssaslıq göstərən orqanizmlərdə şişkinlik, qəbizlik, inkişafdan qalma, bir sıra dəri xəstəlikləri, yorğunluq müşahidə olunur”.

    Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bakının bəzi marketlərində 9 manat 80 qəpiyə və 8 manat 90 qəpiyə üzərinə “qlütensiz çörəklər” satılır. Adi çörəkdən fərqlənməyən bu çörəklərin məhz qlütenə görə baha satıldığı deyilir.

  • Rəqsanə yeni doğulan qızını göstərdi – Video

    Müğənni Rəqsanə İsmayılova yeni doğulan övladının üzünü göstərib. 

    Sənətçi proqramda qonaq olan qızı Aysun üçün “Zaurla Günaydın” verilişinə video görüntü ilə zəng edib. 

    Söhbət zamanı aparıcı Zaur Baxşəliyev ondan evini və yeni doğulan qızını göstərməsini istəyib. Rəqsanə əvvəlcə uşağın üzünü əli ilə tutub, daha sonra isə əlini çəkib.

    Müğənni bildirib ki, qızı Mehrimah evdədir. Oğlu Muhəmməd isə hələ də xəstəxanadadır.
    //Axşam.az

  • Bakının 4 rayonunun yeni polis rəisləri kollektivə təqdim edildi

    Bu gün Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirilir.

    Müşavirədə Bakının 4 rayonuna yeni təyin olunan polis rəisləri kollektivə təqdim edilib.

    Xatırladaq ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə Vaqif Müslümov Nərimanov, İsfəndiyar Mehbalıyev Xəzər, Cavid Muradov Səbail, Cəmil Əmirov isə Yasamal rayonları üzrə polis idarələrinə rəis təyin ediliblər. (“Report”)