Month: January 2019

  • 20 Yanvar günü bu yollar bağlı olacaq

    20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlamanet prospetki ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaqdır.

    Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi polis polkovniki Vaqif Əsədovun Trend-ə verdiyi məlumata görə, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcəkdir.

    Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə olunması, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

  • Sərnişinlər Azərbaycan Dəmir Yollarında etiraza qalxdılar: Bakı-Sumqayıt qatarına görə (VİDEO)

    Ötən gün ölkədə başlayan güclü külək Azərbaycan Dəmir Yollarının (ADY) fəaliyyətini iflic edib.

    Bakı-Sumqayıt sürət qatarına biletlər satılsa da, saat 20:30-da Sumqayıta yola düşməli olan qatar platformaya gəlməyib. Sərnişinlər bir saatdan çox qatar gözləməli olublar. Bu da onların etirazlara səbəb olub. Sərnişinlər biletlərini geri qaytarmaq istəyib.

    “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova açıqlamasında bildirib ki, gecikmə mövcud hava şəraiti ilə əlaqədar olub.

    Həmin görüntüləri təqdim edirik:

  • 1000 manat rüşvət alan məmurlar həbs olundu (RƏSMİ)

    Daha bir Dövlət vergi müfəttişləri həbs edilib

    Vergilər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

    Məlumatda deyilir:

    “Prezident İlham Əliyevin icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın, dürüstlüyün təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı göstərişlərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində, Vergilər Nazirli ilə Baş Prokurorluq tərəfindən birgə tədbirlərin görülməsi davam etdirilir.

    Vergilər Nazirliyinə daxil olmuş məlumat əsasında aparılmış ilkin araşdırma nəticəsində nazirlik yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri Qaybalıyev Elçin Musa oğlu və Lətifov Ziyad Arif oğlunun xidməti vəzifələrinin icrası zamanı hüquqazidd əməllərə yol verildiyi aşkar edilib. Araşdırmalar zamanı müəyyən olunub ki, həmin vergi əməkdaşları Bakı şəhəri ərazisində yerləşən “24 saat” adlı marketdə həyata keçirdikləri operativ vergi yoxlaması zamanı aşkar etdikləri aksiz markası olmayan müxtəlif növ xarici ölkə istehsallı siqaretlərin sayının sənədləşdirilməsi zamanı (cəmi 3 min manat dəyərində) onların dəyərinin bilərəkdən azaldılması və marketin satıcısı Hüseynəli Kərimlinin cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb olunmasına görə ondan 1.000 manat məbləğində pulu rüşvət qismində alaraq öz aralarında bölüşdürüblər. Bu zaman satıcıdan həmin aksizsiz siqaretlərin satış dəyərinin 284 manat olması məzmununda izahat alaraq sənədlərə imza etdirib, rüşvət qismində aldıqları pula görə sənədləşmənin qanuniliyi görüntüsünü yaratmaq üçün keçirilmilş vergi yoxlaması ilə bağlı inzibati xəta haqqında protokola və yoxlamanın nəticəsini özündə əks etdirən digər rəsmi sənədlərə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığına yol veriblər. Növbəti gün müsadirə etdikləri məhsulların aşkar olunmamış kimi razılaşdıqları hissəsini Hüseynəli Kərimliyə qaytarıblar. Araşdırmalarla müəyyən edilmiş hallar barədə toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və faktla bağlı Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

    Bundan əlavə, daxil olmuş məlumat əsasında Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Məmmədov Ağa Arif oğlunun qanunsuz əməlləri ifşa edilib.

    Belə ki, A.Məmmədov əvvəlcədən tanıdığı Elvin Manafov adlı şəxsə yaxın iş adamları – “Shift Almaty” Advertising Agnecy” LLP Qazaxıstan şirkətinə və həmin şirkətin hazırda “Carlsberg Azerbaijan” adlanan “Baltika Bakı” şirkəti üçün gördüyü reklam işləri ilə bağlı həyata keçirilmiş ödəniş üzrə tutulmuş ikiqat verginin müəyyən hissəsinin geri qaytarılması, habelə “Zanobia” şirkəti üzrə kameral vergi yoxlaması üzrə hesablanmış 5.700 manat məbləğində vergi borcunun silinməsi məsələsini həll etmək imkanına malik olduğunu həmin şirkətlərin rəhbərlərinə yalandan vəd edib. Bu zaman qeyd edilən məsələni özünün yaxın münasibətdə olduğu Vergilər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə hər bir şirkət üzrə ümumilikdə 2.700 manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini bildirib. A.Məmmədovun qeyd edilən məbləğdə pulu Elvin Manafovdan almasına dair əsaslı şübhələr müəyyən edildiyindən, toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və faktla bağlı Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

    Hər iki cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında E.Qaybalıyev və Z.Lətifova Cinayət Məcəlləsinin 311.3.1 və 313-cü (vəzifə saxtakarlığı), A.Məmmədova isə həmin Məcəllənin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işləri üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Vergi sahəsində yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı bundan sonra da Vergilər Nazirliyi ilə Baş Prokurorluq tərəfindən birgə ciddi tədbirlərin görülməsi davam etdiriləcək”.

  • Cтало известно, насколько вырос мозг человека за семь миллионов лет

    Мозг человека за последние 7 миллионов лет в процессе эволюции вырос почти в пять раз, он увеличился с 300 до 13500 кубических сантиметров.

    Как сообщает Мedian.Az cо ссылкой на РИА Новости, об этом заявил доцент кафедры антропологии биологического факультета МГУ имени М.В. Ломоносова, кандидат биологических наук Станислав Дробышевский.

    “Наше главное приобретение – большой мозг, который сейчас у нас больше, чем у кого-либо из наших предков, за исключением неандертальцев и кроманьонцев. За последние 7 миллионов лет размер человеческого мозга вырос в четыре с половиной раза, с 300 до 13500 сантиметров кубических. Но за последние 25 тысяч лет он уменьшился на 5%. Мозг изменяется со скоростью 1 килограмм за 7 миллионов лет, то есть по 140 грамм за миллион лет. За время же существования “сапиенсов” мозг усыхает по 3 грамма за тысячу лет, что в 20 раз быстрее предыдущего увеличения”, – сказал он.

    Как отметил Дробышевский, сейчас человек находится на очередном этапе эволюции, она закончится с его исчезновением. По его словам, сегодня люди являются неким видовым этапом, каким в свое время были, например, австралопитеки 4 миллиона лет назад.

    “Мы по сравнению с нашими предками в своем анатомическом строении многое потеряли, но вопрос, по сравнению с какими предками? С рыбами, человек утратил жабры, хотя наша трапециевидная мышца – это жаберная мышца. По сравнению с первыми приматами человек потерял хвост, но у нас сохранился копчик – у каждого человека есть четыре позвонка, которыми заканчивается позвоночник. Также есть мышцы хвоста, ими теоретически даже можно шевелить”, – сказал Дробышевский.

    Он добавил, что в процессе эволюции человек также приобрел большие размеры тела, крупнее нас из приматов в прошлом никого не было. Также у человека появилась хватательная кисть, но исчезла хватательная стопа, как у приматов.

  • Daha üç yeni qanun layihəsi gəlir

    Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin növbəti komitəsinin – Səhiyyə komitəsinin ilk iclası öz işinə başlayıb.

    Adıçəkilən komitənin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, 2018-ci ilin payız sessiyasında komitənin 10 iclası keçirilib və bu iclaslarda 15 məsələ müzakirə edilib ki, onlardan yeddisi qanun layihəsi olub.

    Bununla yanaşı, sessiya dövründə komitəyə 105 şikayət, əzizə daxil olub və onlardan 100-nə baxılıb, tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

    Həmçinin, sessiya ərzində komitə sədri tərəfindən 40 vətəndaş qəbul edilib.

    Sonra komitə sədri 2019-cu ilin qanunvericilik işləri planı barədə məlumat verərək bildirib ki, sessiya ərzində üç yeni qanun layihəsinin – “Reproduktiv sağlamlıq haqqında”, “Optika və optikaçılıq haqqında” və “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanunvericilik aktlarının müzakirəsi nəzərdə tutulur.

    Komitə sədri deyib ki, sessiya dövründə bəzi qanunlara dəyişiklikləri və əlavələri nəzərdə tutan qanun layihələrinin də müzakirəsi mümkün ola bilər.

    Ə.Əmiraslanov daha sonra ölkə prezidenti tərəfindən icbari tibbi sığortanın tətbiqi və icrası ilə bağlı “TƏBİB”in yaradıldığını bildirib və qeyd edib ki, bu, çox önəmli bir hadisədir:

    “Bildiyiniz kimi, 2020-ci ildən ölkədə icbari tibbi sığortaya tam keçilməsi nəzərdə tutulur. 2019-cu il isə bu prosesdə həlledici il olacaq. Odur ki, bu məsələləri tənzimləmək üçün “TƏBİB” yaradılıb və bu qurum artıq fəaliyyətə başlayıb. Bu quruma böyük, geniş səlahiyyətlər verilib.

    Bu baxımdan, hesab edirəm ki, bu qurumun fəaliyyəti bu sahədə səmərəli və effektli olacaq. Ümumiyyətlə, ölkədə səhiyyə xidmətini ən yüksək səviyyədə təmin etməyin yolu icbari tibbi sığortanın tətbiqindən keçir və inanıram ki, biz bu məsələdə qarşıya qoyulan məqsədlərə nail olan biləcəyik”.//oxu.az

  • Gürcüstandan Azərbaycana yoluxucu xəstəlik keçib – AÇIQLAMA

    Bakıda vətəndaşlar arasında qızılcaya yoluxma halları aşkarlanıb.

    Bu barədə oxu.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva məlumat verib.

    Onun sözlərinə görə, respublikada qızılcaya tək-tək yoluxan şəxslər müşahidə edilib ki, onların çoxu paytaxt sakinləridir.

    Qeyd edək ki, Gürcüstanda yanvar ayının 1-dən indiyədək qızılcaya yoluxanların sayı 312-yə çatıb.

    A.Əliyeva bildirib ki, qonşu ölkələrdə, eləcə də, bir çox Avropa ölkələrində bu xəstəliyin yayılmasını nəzərə alaraq, ölkədə səpkili xəstələrdən alınan qan nümunələri Taun Əleyhinə Stansiyada ciddi şəkildə yoxlanılıb:

    “Noyabr ayının sonlarından bu günə qədər götürülən qan nümunələrindən tək-tək hallarda qızılcaya yoluxan şəxslərin olduğu məlum olub. Onların əksəriyyəti yaşlı nəslin nümayəndələri və orta yaşlı insanlardır. Əhali arasında qızılcaya yoluxduğu ehtimal edilən azyaşlı uşaqların sayı çox deyil. Ümumi olaraq şübhəli xəstələrdən götürülən analizlərin müayinə nəticələrində tək-tək hallarda böyüklər arasında qızılcaya yoluxma öz təsdiqini tapıb”.

    Qızılcaya yoluxan şəxslərin zamanında bu xəstəlik əleyhinə gerçəkləşdirilən peyvəndlərdən istifadə etməyən insanlar olduğunu deyən A.Əliyeva peyvəndlərin immun sisteminə faydasını diqqətə çatdırıb:

    “Qızılcaya yoluxan insanlar vaxtilə peyvənddən yayınan şəxslərdir. Bu xəstəliyin profilaktikası peyvənd etdirməkdir. Uşaq və ya böyüklər zamanında yaşa görə peyvənd olunduqda, orqanizmdə xəstəliyə qarşı kifayət qədər immunitet formalaşır ki, hətta xəstə insanlarla təmasda olduqda belə, yoluxma baş verir.

    Məhz bu səbəbdən valideynlərə tövsiyə edirik ki, uşaqlarını vaxtında peyvəndlərə aparsınlar. Nəzərə almaq lazımdır ki, bu gün nəinki Gürcüstanda, Avropanın bütün ölkələrində qızılcaya yoluxmuş xəstələrinin sayı kifayət qədər çoxdur”.

    Xəstəliyin ölkəyə Gürcüstandan gətirildiyini ehtimal etdiklərini deyən RGEM rəsmisi bu xəstəliyə yoluxma halının ən son 2013-cü ildə müşahidə edildiyini qeyd edib:

    “Düşünürük ki, bu xəstəlik ölkəyə qonşu Gürcüstandan gətirilib. Çünki Azərbaycanda sonuncu dəfə qızılcaya yoluxma 2013-cü ilin yanvar-iyul aylarında müşahidə edilib. O dövrdən bu günə qədər heç bir yoluxma halı qeydə alınmamışdı. Təbii ki, paytaxt əhalisinin hamısının Gürcüstanla əlaqəsi olduğunu demək olmaz. Amma bu proses, sadəcə, bir-iki nəfərlə gəlir və əhali arasında sürətlə yayılır.

    İnsanlar etiraf etmək istəməsələr də, daha sonradan Gürcüstanla əlaqələri olduqları məlum olub. Bu səbəbdən, hesab edirik ki, xəstəlik Gürcüstandan gətirilib. Bu gün tibb müəssisələrinə müraciət edən vətəndaşlar arasında səpkili xəstələr aşkar ediləndə dərhal laborator müayinələrə cəlb olunurlar. Bunun üçün epidemioloji nəzarət aparılır”.

    Xəstəliyin geniş yayılmasının qarşısını almaq məqsədilə ölkəyə daha 106 min doza vaksin gətiriləcəyini deyən A.Əliyeva bu vaksinlərin azyaşlılardan çox, orta yaşlı insanların immun sisteminin gücləndirilməsində istifadə ediləcəyini də diqqətə çatdırıb:

    “Bu gün ölkədə uşaqların sayına uyğun qızılca-məxmərək əleyhinə kombinə olunmuş vaksinlər var. Lakin Səhiyyə Nazirliyi UNİCEF-ə daha 106 min doza vaksinin ölkəyə gətirilməsi ilə bağlı müraciət edilib. Əgər kimsə vaxtilə peyvənddən imtina edibsə, onlar yenidən müraciət edərək hazırda mövcud olan vaksinlərlə uşaqlarını peyvənd etdirə bilərlər.

    Bu xəstəliklə mübarizədə əsas vasitə immunizasiyadır. Sifariş edilən vaksinlərin Azərbaycana gətirilməsi təqribən mart-aprel aylarına təsadüf edəcək. Səhiyyə Nazirliyinin əmrinə əsasən, vaksinlər gətirildikdən sonra 18 yaşından yuxarı olan vətəndaşlar yaşadıqları ərazi üzrə müvafiq poliklinikalara müraciət edərək peyvənd olunacaqlar. Baxmayaraq ki, 2013-cü ildən ölkəmizdə bu xəstəliyə yoluxma halları müşahidə edilmir, vətəndaşlarımızın xarici ölkələrə səfəri bu prosesin ölkə daxilində yayılmasına şərait yarada bilər.

    Avropa ölkələrində qızılcaya yoluxmalar mütəmadi müşahidə edilir. Bu səbəbdən əhali peyvənd edilərsə, immun sistemləri güclü olar və yoluxma riski azalar. Ona görə bu məsələyə xüsusi diqqət ayrılacaq”.

    Xatırladaq ki, 2018-ci il üçün Gürcüstanda qızılcaya 2000-2200 nəfər yoluxub. Cari ilin ilk ayında isə yoluxma hallarının sayı 312-yə çatıb. Qızılcaya yoluxma halları daha çox Kaxeti və İmereti ərazilərində müşahidə edilir. Xəstəliyə yoluxan insanların 56 faizini 20-40 yaş arası, 8 faizini isə 0-1 yaş arası uşaqların təşkil etdiyi deyilir.

  • Almaniyada ərəblərlə azərbaycanlılar arasında kütləvi dava

    Almaniyanın Bielefeld şəhərində azərbaycanlılar və Türkiyədən olan türklərlə ərəblər arasında kütləvi dava olub.

    Median.Az-ın Report-a istinadən verdiyi məlumata görə, şəhərdə paltar mağazalarının birində ərəblərin kobud davranışı mağaza sahibi türkün sərt reaksiyasına səbəb olub.

    Onlar arasında qızışan mübahisəni mağazadakı Zamanov Əli adlı azərbaycanlı sakitləşdirmək istəyərkən ərəbin təhqiri ilə üzləşib. Bu zaman azərbaycanlı ərəbə zərbə endirib.

    Bundan hiddətlənən ərəb onlarla bir qədər sonraya görüş təyin edərək oradan uzaqlaşaraq öz həmyerlilərini götürüb və geri qayıdıb.

    Hadisədən xəbər tutan digər azərbaycanlılar da ora yaxınlaşıb. Nəticədə, tərəflər arasında kütləvi dava baş verib. Dava zamanı hər iki tərəfdən yüngül xəsarət alan var.

    Polis hər iki tərəfi asayişi pozduğu üçün saxlayıb və cərimələyib.

  • Эпидемия кори накрыла Грузию

    В Грузии началась эпидемия кори, и, чтобы ее остановить, власти делают бесплатными прививки от этого заболевания, заявил глава Минздрава Давид Сергеенко.

    Как передает Median.Az, об этом сообщает РИА Новости.

    «Наше сегодняшнее положение требует особого внимания. Это называется эпидемической вспышкой. На сегодняшний день отмечается 335 случаев заболеваний корью, это число ежедневно растет».

    Министр подчеркнул, что, в отличие от заболевания вирусом гриппа H1N1 в Грузии, этой цифры достаточно, чтобы можно было утверждать об эпидемии.

    Д.Сергеенко напомнил, что единственный возможный способ борьбы с корью – вакцинация. Соответственно, жителям Грузии, которые не помнят, делали ли им прививки в детстве, стоит еще раз подвергнуться вакцинации, которая с сегодняшнего вечера станет бесплатна для всех.

  • У жителя Маштага изъяли пистолет и патроны

    Как сообщает Median.Az, сотрудники Главного управления по борьбе с организованной преступностью (ГУБОП) МВД задержали жителя поселка Маштага, ранее судимого Бахадура Ширинова, у которого изъяли пистолет марки “Стечкин”, две обоймы и 33 патрона.

    В Следственном отделе ГУБОП возбуждено уголовное дело по статье 228.1 (незаконное приобретение, сбыт, ношение или хранение огнестрельного оружия)
    УК Азербайджана.

  • Maştağa sakinindən tapanca götürülb

    Median.Az xəbər verir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Bahadur Şirinovdan “Steçkin” markalı tapança, 2 ədəd patron darağı və 33 ədəd patron götürülüb.

    BMCMİ İstintaq şöbəsində faktla bağlı CM-nin 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, satma, gəzdirmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.