Month: January 2019

  • Tədrisin iki gün dayandırılması qış tətilindən çıxılacaq? – AÇIQLAMA

    Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar yanvarın 17 və 18-də təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılmasının şagirdlərin qış tətilinin müddətinə təsir etməyəcək.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

    Məlumatda qeyd edilib ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb:

    “Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur”.

    Qeyd edək ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

  • Турецкий бизнесмен жестоко избил своего кота – ВИДЕО

    В Cети распространены кадры жестокого избиения турецким предпринимателем своего домашнего питомца.

    Как передает Median.Az со ссылкой на CNN Turk, на кадрах видно, как Хакан Г. избивает дома палкой своего кота. Чтобы спастись от своего хозяина, кот бежит в направлении окна, однако хозяин ловит животное.

    Сообщается, что причиной жестокой расправы над котом стало то, что питомец не отреагировал на зов своего хозяина.

    Мужчина был задержан.

  • Türkiyəli iş adamından pişiyə qarşı vəhşilik – VİDEO

    Türkiyənin İstanbul şəhərinin Bahçelievlər rayonunda iş adamı Hakan G.-nin evində pişiyi vəhşicəsinə döyməsinin görüntüləri sosial şəbəkədə yayımlanıb.

    Median.Az “CNN Türk”ə istinadən xəbər verir ki, video iş adamının mobil telefonu vasitəsilə lentə alınıb.

    Görüntülərdə Hakanın çubuqla pişiyi döyməsi əks olunub. Bir müddət sonra pişik kişinin əlindən qaçaraq, pəncərədən tullanmaq istəsə də, buna nail olmayıb.

    Hadisəyə iş adamının pişiyi çağırması zamanı heyvanın onun yanına gəlməməsi səbəb olub.

    İş adamı video yayıldıqdan sonra polis tərəfindən saxlanılıb.

  • Azərbaycan ordusunun bölüklərində bu vəzifə bərpa olunub

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin, qoşun qismlərinin və əlahiddə bölmə komandirlərinin şəxsi heyətlə iş üzrə müavinlərinin və psixoloqların iştirakı ilə üçgünlük təlim-metodiki toplanışı keçirilib.

    Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    Tədbirdə çıxış edən müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Orduda islahatların davam etdirildiyini vurğulayaraq bildirib ki, son illərdə bu istiqamətdə aparılan uğurlu işlərdən biri də bölüklərdə və əlahiddə bölmələrdə şəxsi heyətlə iş üzrə müavin vəzifələrinin bərpa olunmasıdır.

    O, bu addım şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması, hərbi intizamın möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili və mədəni-kütləvi tədbirlərin keçirilməsi istiqamətində qısa müddətdə müsbət nəticə verdiyini xüsusi olaraq qeyd edib.

    Nazir müavini şəxsi heyətlə iş üzrə bölmələrin Müdafiə Nazirliyi strukturunda mühüm xidmət sahələrindən biri olduğunu bildirərək ordu rəhbərliyi tərəfindən bu məsələyə ciddi diqqət yetirildiyini, eyni zamanda Ali Baş Komandanın və müdafiə nazirinin vəzifəli şəxslər qarşısında qoyduğu mühüm tapşırıqları iştirakçıların nəzərinə çatdırıb.

    Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev 2018-ci tədris ili ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlıq, hərbi intizamın yüksəldilməsi və digər sahələrdə görülmüş işlər və 2019-cu tədris ilində bu istiqamətdə qarşıda duran vəzifələr barədə ətraflı məruzə ilə çıxış edib.

    Tədbirdə deputat Aydın Mirzəzadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Məlahət Muradova, Mədəniyyət Nazirliyinin Mədəniyyatşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitənin sədr müavini Səyavuş Heydərov, “Aspera” Psixoloji Yardım Mərkəzinin əməkdaşı Rafiq Allahverdiyev, “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin nümayəndəsi Əli Nağıyev, eləcə də Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrin zabitləri çıxış edərək ordunun döyüş qabiliyyətinə müsbət təsir edən bir çox mövzular ətrafında fikir və mülahizələrini bölüşüblər.

    Toplanışın yekununda 2018-ci tədris ili ərzində xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş şəxsi heyətin mükafatlandırılması haqqında əmr oxunub və bu il mənəvi-psixoloji hazırlığın təşkili istiqamətində müvafiq tapşırıqlar verilib.

  • Azərbaycana 40 santimetr qar yağıb – FAKTİKİ HAVA

    Yanvarın 17-si gündüzdən 18-i səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 17-dən 18-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış yağıb, bəzi yerlərdə sulu qara, qara keçib, bəzi şərq rayonlarında intensiv olub.

    Bakıda və Abşeron yarımadasında əsən güclü şimal-qərb küləyi şiddətlənib.

    “Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 1-26, Mərkəzi-Aran rayonlarında 5-18, Bakıda və Abşeron yarımadasında 2-9, Böyük Qafqazda 2-15, Qazax-Gəncə zonasında 0-8, Kiçik Qafqazda 1-4, Naxçıvan MR-da 2-5 mm təşkil edib.

    Qar örtüyünün hündürlüyü Ağdərədə 40, Kişçay, Qırızda 15, Altıağacda 11, Kirən, Xınalıqda 10, Qaxmuğal, Şahdağda 7, Xaltan, Sarıbaşda 6, Şahbuz, Qusarda 5, Yardımlıda 4, Quba, Mərəzədə 2, İsmayıllı, Daşkəsəndə 1 sm olub”-, deyə məlumatda qeyd edilib.

  • Bakının bəzi hissəsində işıq olmayıb

    Ötən gün güclü külək nəticəsində Bakının bəzi ərazilərdə elektrik enerjisinin verilişində problem yaranıb.

    Median.Az-ın məlumatına görə, şəhərin Nərimanov, Əhmədli, Masazır ərazisində elektrik enerjisinin verilişində fasilələr olub.

    “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev oxu.az-a bildirib ki, dünən bir ərazidə problem olub:

    “Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş ərazisində elektrik enerjisinin verilməsində problem yaranıb. Əraziyə verilən enerji oranın balansındadır. Bizim əməkdaşlar tərəfindən qəza yeri müəyyənləşdi. Gecə 23:00-da elektrik enerjisi bərpa edilib”.

    Tanrıverdi Mustafayev qeyd edib ki, dünən maşın elektrik dirəyinin birini aşırıb:

    “Digər üç elektrik dirəyini isə külək aşırıb, ərazi üzrə əməkdaşlar problemi həll edib”.

    “Azərenerji” ASC-dən isə oxu.az-a bildirilib ki, güclü küləyə görə ASC-nin stansiya, yarımstansiya və yüksək gərginlikli ötürmə xətlərində heç bir açılma və qəza halı baş verməyib:

    “Hava şəraiti ilə əlaqədar olaraq 17 yanvar tarixində “Azərenerji” ASC-nin mərkəzi aparatı və bütün müəssisələri enerji sistemində qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının aradan qaldırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirib”.

  • Bakıda güclü külək məktəblərə ziyan vurub – RƏSMİ

    Yanvarın 17-si güclü külək nəticəsində paytaxtdakı bəzi ümumi təhsil müəssisələrinə müəyyən dərəcədə ziyan dəyib.

    Bu barədə oxu.az-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

    İdarədən bildirilib ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 188 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi güclü külək nəticəsində uçub:

    “Bununla əlaqədar müvafiq qurumlara məlumat verilib. Xəsarət alan olmayıb. Ərazi nəzarətdə saxlanılır. Həmçinin, güclü külək nəticəsində 97, 165, 228 nömrəli tam orta məktəblərin dam örtüyü müəyyən dərəcədə zədələnib, 197 nömrəli tam orta məktəbin qazanxanasının dam örtüyünün bir hissəsi uçub, 139 nömrəli tam orta məktəbin idman zalının pəncərəsi, bəzi məktəblərdə bir neçə sinif otağının pəncərəsi sınıb, 126, 14, 253 nömrəli tam orta məktəblərin ərazisində olan bir neçə ağac aşıb. Xəsarət alan olmayıb, hazırda həmin ərazilər nəzarətdə saxlanılır”.

    Qeyd edək ki, hava şəraiti ilə bağlı BŞTİ-də Qərargah yaradılıb. Qərargahın yaradılması ilə bağlı bütün məktəb direktorları öncədən məlumatlandırılıb, xüsusi hallara dair hərəkət təlimatı verilib.

    Qərargah 24 saat fəaliyyət göstərir. Hər hansı xüsusi hal baş verdikdə məktəb rəhbərləri Qərargah üçün müəyyən edilmiş əlaqə vasitələrinə dərhal məlumat verirlər.

  • Rusiyada iki qırıcı toqquşdu

    Rusiyada iki Su-34 qırıcısı toqquşub.

    Bununla bağlı TASS agentliyi regiondakı güc strukturlarına istinadən xəbər yayıb.

    Məlumatlara görə, Uzaq Şərqdə baş verən qəza zamanı qırıcılar dəniz istiqamətində uçurmuş. Pilotlar katapult edə bilib. Ancaq onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.

    İlkin ehtimallara görə, hadisə zamanı qırıcılar Xarabrovsk və Saxalin arasındakı Tatar boğazında suya düşüb.

  • Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşacaq

    Bu gün Niderlandın Veyk aan Zee şəhərində keçirilən “Tata Steel Chess” turnirində VI turun görüşləri baş tutacaq.

    Şəhriyar Məmmədyarov bu tur norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

    Şəhriyarın aktivində 2,5, Karlsendə isə 3 xal var.

    Digər şahmatçımız Teymur Rəcəbov isə turnir cədvəlinin liderlərindən olan çinli Dinq Lirenlə görüşəcək. Teymur da Şəhriyar kimi, beş tura 2,5 xal toplayıb.

    Qeyd edək ki, turnir cədvəlinə Dinq Liren və rapid üzrə dünya çempionu rusiyalı Yan Nepomnyaşi başçılıq edir. Hər iki şahmatçı 3,5 xala malikdir.//oxu.az

  • Gün və göz eynəkləri yenidən parlamentin gündəmində

    Bu gün Milli Məclisin (MM) Səhiyyə komitəsinin parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı ilk iclası keçiriləcək.

    Bu barədə oxu.az-a açıqlamasında adıçəkilən komitənin sədr müavini Musa Quliyev məlumat verib.

    O qeyd edib ki, iclasda 2018-ci ilin payız sessiyasında komitənin gördüyü işlərin hesabatı və 2019-cu ilin yaz sessiyası ilə bağlı qanunvericilik işləri planı müzakirə ediləcək.

    Onun sözlərinə görə, qanunvericilik işləri planının müzakirəsi zamanı daha çox qəbulu gözlənilən və arzuedilən yeni qanun layihələri, o cümlədən, bir sıra mövcud qanunlara dəyişiklikləri nəzərdə tutan qanunvericilik aktları ilə bağlı geniş fikir mübadiləsi aparılacaq.

    Komitə sədrinin müavini deyib ki, yaz sessiyasında daha çox yeni qanun layihələri – “Rerpoduktiv sağlamlıq haqqında”, “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” və “Optika haqqında” qanunvericilik aktları müzakirə mövzusu olacaq:

    “Reproduktiv sağlamlıqla bağlı qanun layihəsi müzakirələrə artıq tam hazırdır. Onun müzakirələrə çıxarılmaması üçün ortada elə bir əsas, səbəb qalmayıb. Çünki hələ üçüncü çağırış parlament dövründən bu məsələ müzakirə və mübahisə obyekti idi, illərdir onun ətrafında geniş müzakirələr gedirdi və qanun layihəsindəki ziddiyyətli məqamlar aradan qaldırıldığı, bir daha təkmilləşdirildiyi üçün artıq müzakirələrə tam hazırdır. Çox güman ki, yaz sessiyasında bu qanun layihəsinin müzakirələrinə nail ola biləcəyik.

    Eyni zamanda, insan orqan və toxumalarının transplantasiyası ilə bağlı qanun layihəsi üzərində işlər başa çatdırılıb. Hələ ötən sessiyada bununla bağlı İşçi Qrup yaradılmış və ötən müddət ərzində həmin Qrup tərəfindən sənədin üzərində işlər davam etdirilmişdi.

    Ona görə hesab edirəm ki, yaz sessiyasında biz bu qanun layihəsinin də müzakirələrini mümkünləşdirə biləcəyik. Həmçinin, uzun müddətdən bəri ortada olan və hətta ilkin variantda müzakirələri keçirilən optika haqqında qanun layihəsi də parlament müzakirələrinə çıxarılmağa hazırdır.

    Burada gün və göz eynəkləri ilə bağlı məsələnin hüquqi cəhətdən tənzimlənməsi nəzərdə tutulur. Çünki həkim məsləhəti və tövsiyəsi olmadan göz eynəklərinin taxılması düzgün deyil, səhhət üçün təhlükəlidir. Həm də hər yerdən bu eynəkləri alıb taxmaq olmaz.

    Bu, eyni zamanda, böyük əksəriyyətin istifadə etdiyi gün eynəklərinə aid bir məsələdir. Ucuz, keyfiyyətsiz, haradan gətirildiyi bəlli olmayan gün eynəklərindən istifadə çox böyük fəsadlar törədə bilər və törədir. Odur ki, bu məsələləri tənzimləmək üçün qanuna ehtiyac var. Artıq bu yöndə qanun layihəsi ortadadır.

    Hələlik bu məsələlərin müzakirəsi daha çox gözləniləndir. Ola bilər ki, başqa qanun layihələri də gələcəkdə müzakirələrə çıxarılsın. Bununla yanaşı, komitənin bir sıra məsələlərlə, mövcud qanunlarla, onların təkmilləşdirilməsi ilə bağlı ictimai dinləmələrinin də təşkili mümkündür. Hələ ötən sessiyadan bu məsələ gündəmdədir və ola bilər ki, sessiyanın gedişində ictimai dinləmələr məsələsi də reallaşsın”.