Month: January 2019

  • Güclü külək Qubada damları uçurdu – FOTO

    Quba rayonunda güclü külək bir sıra fəsadlar törədib.

    Median.Az report-a istinadən xəbər verir ki, rayonun Aşağı Atuc kəndində Fəzail Əlipaşayevə məxsus evin və həmkəndlisi Daşdəmir Aslanovun həyətindəki tövlənin dam örtüyü uçub.

    Hadisə nəticəsində xəsarət alan olmasa da, ev sahibi F.Əlipaşayeva damın yararsız vəziyyətə düşməsi səbəbindən maddi ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Eldar Əzizov hava şəraiti ilə əlaqədar Bakının icra başçılarına tapşırıqlar verdi

    Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov yanvarın 17-də Azərbaycanda gözlənilən ifrat təhlükəli hidrometreoloji hadisə ilə əlaqədar paytaxtın rayon icra hakimiyyəti başçılarına ciddi tapşırıqlar verib.

    E.Əzizovun tapşırığı ilə icra hakimiyyətlərində Fövqəladə hallar komissiyaları xüsusi qərargahlar yaradıblar.

    BŞİH də daxil olmaqla, Bakının bütün rayonlarının icra hakimiyyətləri gücləndirilmiş iş rejiminə keçib.

    BŞİH-dən həmçinin bildirilib ki, şəhər icra hakimiyyəti qış mövsümünə tam hazırdır.

    “Hələ ötən ilin noyabrından qış mövsümünə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində tədbirlər planı təsdiq olunub. Qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində qərargah üzvləri, bütün rayonların təsərrüfat xidmətləri xüsusi rejimdə çalışacaq. Əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin qardan təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlara tapşırıqlar verilib. Şəhər və rayonlardakı kommunal qurumların, digər idarə və təşkilatlaın sərancamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü görülüb” deyə BŞİH-dən bildirilib.

  • Güclü küləyin ilk fəsadı: “Kristal Abşeron”un yeni inşa etdiyi binanın damı uçdu – VİDEO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dünəndən bəri güclü küləklə bağlı yaydığı xəbərdarlıq öz təsdiqini tapdı. Belə ki, güclü külək artıq Xırdalanda öz fəsadlarını göstərməyə başlayıb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, Xırdalan sakinin saytımıza göndərdiyi videoda külək “Kristal Abşeron” tikinti şirkətinə məxsus 14 mərtəbəli binanın dam örtüyünün bir hissəsini yerindən qoparıb.

    Qeyd edək ki, yanvarın 17-18-də Abşeron yarımadasında çox güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcəyi gözlənilir. Havanın belə kəskin dəyişməsi əksər əhali üçün çox əlverişsizdir.

  • Xəstəxanalar tam hazır vəziyyətə gətirildi – Nazirdən tapşırıq

    Səhiyyə naziri Oqtay Şirəliyev ölkə əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb, gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib.

    Bu barədə Səhiyyə Naziliyinin Mətbuat xidmətindən bildirilib.

    Eyni zamanda digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqrammalar göndərilib.

    Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib.

  • Təranə Səmədova qadın koloniyasına köçürüldü

    İnsan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova artıq cəzaçəkmə müəssisəsinə köçürülüb.

    Bu barədə oxu.az-a T.Səmədovanın vəkili Janna Bağırova məlumat verib.

    O deyib ki, T.Səmədova dünən Bakı İstintaq Təcridxanasından çıxarılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsinə aparılıb.

    Vəkil onu da deyib ki, prodüser Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətində deyil.

    Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T.Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmənin iclas zalında həbs olunub. Prodüser Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, onun şikayəti təmin edilməmişdi.

    İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb.

    O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

    İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

  • За хранение и сбыт наркотиков задержаны 6 человек

    Как сообщает Median.Az, сотрудники Пираллахинского РОП в результате проведенных операций задержали жителей поселка Сейрана Мамедова и Агамирзу Мамедова, у которых соответственно изъяли 480 и 450 грамм марихуаны.

    Кроме этого, сотрудники 1-го отделения полиции Сумгайытского ГУП задержали жителя города, ранее судимого Джейхуна Алиева, у которого обнаружили 480 грамм марихуаны.

    Сотрудники Бардинского РОП в ходе проведенных операций изъяли у жителя города Талеха Гарашова 458 грамм, у жителя города, ранее судимого Хаяма Мамедова 470 грамм марихуаны.

    Cотрудники Гахского РОП задержали жителя города, ранее судимого Эльчина Хасилова, у которого при личном осмотре изъяли 5,13 грамм, а в доме обнаружили дополнительно 410 грамм марихуаны.

    По фактам ведется расследование.

  • Narkotiklərin saxlanılması və satışı ilə əlaqədar 6 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsəbə sakinləri Seyran Məmmədovdan 480 qram, Ağamirzə Məmmədovdan isə 450 qram marixuana götürülüb.

    Bundan başqa, Sumqayıt ŞPİ 1-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Əliyevdən 480 qrama yaxın marixuana aşkar ediblər.

    Bərdə RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Taleh Qaraşovdan 458 qram marixuana, şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyyam Məmmədovun evindən isə 470 qram marixuana götürülüb.

    Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Hasilovdan 5,13 qram marixuana götürülüb. Araşdırma zamanı onun evindən 410 qram marixuana aşkar edilib.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Назначен новый директор Парка высоких технологий

    На пост директора ООО «Парк высоких технологий» Национальной академии наук Азербайджана произведено новое назначение.

    Решение об этом было принято на заседании Президиума НАНА.

    Согласно решению, доктор философии по экономике Назим Шукюров назначен директором ООО.

  • AMEA Yüksək Texnologiyalar Parkına yeni direktor təyin edildi

    “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-yə yeni direktor təyinatı olub.

    Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

    Qərara əsasən, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov MMC-yə direktor təyin olunub.

    AMEA Rəyasət Heyəti aparatının Katibliyinin müdiri vəzifəsinə də təyinat olub. Bu vəzifə Rəqsanə Əzizovaya həvalə edilib. Bundan başqa, Səbuhi Qəhrəmanov Rəyasət Heyətini qərarı ilə “Elm” nəşriyyatının direktoru vəzifəsinə gətirilib.

  • Водитель и пассажиры автобуса подрались в Баку – ВИДЕО

    На проспекте Гара Гараева в Баку произошла драка между водителем и пассажирами, пытавшимися сесть в автобус.

    Как передает Median.Az, драка произошла из-за того, что водитель не открывал двери автобуса.

    Прибывшие на место происшествия полицейские разняли дерущихся.

    Видео отпраил Пюнхан Кяляев в рубрику «Мобильный репортер» Baku TV.