Month: January 2019

  • Rusiyada 15 yaşında ana olan azərbaycanlı qızın əhvalatı

    15 yaşlı azərbaycanlı qız Həştərxanda dünyaya gətirdiyi övladını böyük bacısının adına keçirib. Bir müddət sonra isə bu qərar ana və övladı üçün dəhşətli nəticələrə səbəb olacaqdı.

    Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Həştərxan vilayətinin uşaq hüquqları üzrə müvəkkili Aleksandra Bondarevaya regionda yaşayan Azərbaycan vətəndaşı müraciət edib.

    O, başına gələn hadisəni danışıb. Qadının sözlərinə görə, 15 yaşı olan zaman övlad dünyaya gətirib. Bu zaman o, övladını böyük bacısının adına yazdırıb. Yeri gəlmişkən, həmin şəxs də Azərbaycan vətəndaşıdır.

    Əvvəlcə hər şey normal axarında davam edirdi. Qadın övladı ilə birlikdə qalır, onun tərbiyəsi ilə məşğul olur, körpənin qeydinə qalırdı. Ancaq bir müddət sonra qadının bacısı Həştərxan vilayətindən vətəninə deportasiya edilib. Bu zaman körpə də sənəddə göstərilmiş anası ilə göndərilib.

    Gənc anaya ombudsmana müraciət etmək məsləhət görülüb. Ombudsman isə öz növbəsində onun məhkəməyə müraciət etməsinin vacibliyini bildirib.

    Ancaq ananın məhkəmədə təyin edilən genetik ekspertizadan keçməyə pulu olmadığı üçün Uşaq müvəkkili Həştərxandakı “Azərbaycan” milli mədəniyyət ictimai təşkilatının sədri Vahid Rəhimova müraciət edib. V.Rəhimov qadına maliyyə yadımı edib və məsələ xoşbəxtliklə nəticələnib. Körpə anasına qaytarılıb.

  • За разбой в столичном парке задержан житель Сумгайыта

    Как сообщает Median.Az, сотрудники Управления охраны Сабаильского района и патрульно-постовой службы (ППС) задержали жителя г.Сумгайыт Ниджата Гасанли, который 13-го января примерно в 23 часа в парке на территории района, угрожая бритвой жителю столицы З.Мехтизаде, пытался отобрать у потерпевшего деньги и фотоапарат.

    В Следственном отделе Сабаильского РУП по факту ведется следствие.

  • Parkda paytaxt sakininə qarşı quldurluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, yanvarın 13-ü saat 23 radələrində Səbail rayonu ərazisindəki parkların birində Bakı şəhər sakini Z.Mehdizadəni ülgüclə hədələyib pul və əlindəki fotoaparatı almağa cəhd göstərən şəxs, ərazidə xidmət aparan Səbail Rayon Mühafizə İdarəsi və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən yaxalanıb.

    Onun Sumqayıt şəhər sakini Nicat Həsənli olması müəyyən edilib.

    Səbail RPİ-də faktla bağlı cinayət işi başlanılıb.

  • Как будет рассчитываться подоходный налог – ВИДЕО

    С 2019 года в Азербайджане прожиточный минимум повысился до 200 манатов. В связи с этим в системе подсчета налогов c заработных плат произойдут изменения.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, согласно последним изменениям с заработной платы работников нефтегазового и государственного секторов с зарплатой до 2500 манатов будет вычитываться не 173 маната, как было ранее, а 200 манатов, то есть 14% подоходного налога.

    Отметим, что с 1 января физические лица с ежемесячным доходом до 8 тысяч манатов, работающие в ненефтегазовом и частном секторах, освобождены от уплаты подоходного налога сроком на 7 лет.

  • Əməkhaqqı üzrə gəlir vergisi bu qaydada tutulacaq – VİDEO

    2019-cu ildən Azərbaycanda yaşayış minimumu 200 manata qaldırılıb. Bununla əlaqədar olaraq, əməkhaqları üzrə vergilərin hesablanmasında dəyişiklik baş verəcək.

    Son dəyişikliklərə əsasən, neft-qaz sahəsində və dövlət sektorunda çalışanların əməkhaqqı 2500 manatadək olduqda hesablanmış məbləğdən əvvəlki kimi, 173 manat deyil, 200 manat çıxılacaq və 14 faiz gəlir vergisi tutulacaq.

    Verginin hesablanması qaydası aşağıdakı videoda göstərilir:

  • В Масазыре Mitsubishi сорвал дверь полицейского автомобиля – ВИДЕО

    В поселке Масазыр Абшеронского района автомобиль марки Mitsubishi сорвал дверь автомобиля дорожной полиции, создав аварийную ситуацию.

    Как видно на кадрах, водитель припаркованного полицейского автомобиля открыл дверь машины, проезжавший мимо Mitsubishi задел ее.

    Как передаёт Median.Az, начальник отдела по связям с общественностью Главного управления Государственной дорожной полиции Руфат Гулиев прокомментировал oxu.az данный инцидент.

    По его словам, случай произошел 12 января в поселке Масазыр:

    «Данный инцидент произошел в 15:30 в поселке Масазыр. В настоящее время в отделе полиции Абшеронского района ведется расследование по факту».

  • Masazırda “Mitsubishi” polis maşınının qapısını əzdi – VİDEO

    Abşeron rayonunun Masazır dairəsində “Mitsubishi” markalı avtomobil YPX maşının qapısını sındıraraq qəza yaradıb.

    Videogörüntülərdən göründüyü kimi, “Mitsubishi” markalı avtomobil hərəkət vəziyyətində olmayan 99 YP 177 nömrəli YPX avtomobilinin yanından keçərkən polis əməkdaşı ehtiyatsız davranaraq qapını açıb. Nəticədə “Mitsubishi” polis maşınının qapısını əzib.

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev faktla bağlı Oxu.Az-a açıqlama verib.

    Onun sözlərinə görə, hadisə ayın 12-də Masazır qəsəbəsi ərazisində qeydə alınıb:

    “Sözügedən hadisə günorta saat 15:30 radələrində Masazır qəsəbəsində baş verib. Faktla bağlı hazırda Abşeron rayon polis şöbəsində araşdırma aparılır”.

  • Erkən ölümün qarşısını almağın yolu tapıldı

    ABŞ-ın Kolumbiya Universitetinin alimləri passiv və ya aşağı aktivli həyat tərzinə malik insanlarda erkən ölüm riskini azaltmağın yolunu tapıb. Məlum olub ki, 30 dəqiqə divan və ya stol arxasında əyləşməyi əvəz edən istənilən intensivlikdə fiziki aktivlik səhhətə öz müsbət təsirini göstərir.

    Elmi araşdırma haqqında “MedicalXpress” nəşrində press-reliz dərc olunub.

    Alimlər 2009-2013-cü illər ərzində ölkədə keçirilmiş “İrqi və milli müxtəlifliklər üzrə tədqiqatda” iştirak etmiş orta yaşlı və yaşlı səkkiz min insanın tibbi göstəricilərini təfsilatlı şəkildə təhlil edib.

    Könüllülərin üzərində olan cihaz dörd gün ərzində onların fiziki aktivliyinin davamlılığı və intensivliyini qeyd edib. Alimlər həm də 2017-ci ilə qədər olan ölüm hallarını nəzərə alıb.

    Nəticələr göstərib ki, 30 dəqiqəlik aşağı intensivlikdə fiziki aktivlik erkən ölüm riskini 17 faiz azaldır. Daha intensiv fiziki yüklənmələr isə riski 35 faiz aşağı salır. Mütəxəssislər əmin edir ki, hətta 1-2 dəqiqəlik aktiv istirahət belə səhhəti yaxşılaşdırmağa qadirdir. Alimlərin fikrincə, uzun müddət masa arxasında oturaq vəziyyətdə olmağın fəsadlarını hər yarım saatdan bir yüngül fiziki tapşırıqlar yerinə yetirməklə kompensasiya etmək olar.

  • На что будут направлены дополнительные средства вузов?

    По меньшей мере 40 процентов средств, полученных из внебюджетных источников, созданных государством вузов, будет направляться на соцзащиту учителей (надбавки к зарплате и др.).

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом говорится в «Образцовом уставе вузов, созданных государством и муниципалитетами».

    Отметим, что согласно уставу, внебюджетные средства вузов расходуются только на развитие образования, материально-технической базы учебного заведения, социальную защиту учащихся и преподавателей.

  • Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək

    Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) yönəldiləcək.

    Bu, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə öz əksini tapıb.

    Nizamnaməyə uyğun olaraq, ali təhsil müəssisəsinin əmlakı nizamnamə fondundan, ona təsisçinin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən və ya yerli büdcələrdən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və öz nizamnaməsi ilə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitdən formalaşdırılır.

    Ali təhsil müəssisəsi ona verilmiş əmlakdan yalnız nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Ali təhsil müəssisəsinin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır.

    Ali təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Ali təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə, yaxud onların səlahiyyət verdiyi şəxs həyata keçirir.

    Ali təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun olmalıdır.

    Ali təhsil müəssisəsi Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunlarında nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir. Bu mənbələrdən, həmçinin sahibkarlıq fəaliyyətindən əldə olunan vəsait və digər əmlak dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitin məbləğinə təsir göstərmir.

    Ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) yönəldilir.//oxu.az