Month: January 2019

  • Almaniya prezidenti və rəsmilər Efiopiyanı tərk edə bilmir

    Almaniya hökumətinin təyyarəsində nasazlıq aşkarlanıb.

    Median.az oxu.az-a istinadən xəbər verir ki, bu üzdən ölkə prezidenti Frank-Valter Ştaynmayer və 55 nəfərdən ibarət nümayəndə heyəti Efiopiyanı tərk edə bilmir.

    Bildirilir ki, Airbus A340 təyyarəsinin sıxılmış hava ötürülməsi sistemində nasazlıq tapılıb. Mütəxəssislər problemi aradan qaldırmağa çalışırlar.

    Deutsche Welle qeyd edir ki, bu, ilk belə hal deyil. 2014-cü ildə Ştaynmayer Almaniya xarici işlər naziri olarkən, təyyarədə aşkarlanan nasazlıq ucbatından Efiopiyanı tərk edə bilməyib.

  • Zabit Səmədov əməliyyat olunur (FOTO)

    Məşhur idmançımız Zabit Səmədov əməliyyat olunacaq.

    Oxu.Az-ın xəbərinə görə, Zabit Səmədov zədəsi olduğu qolundan əməliyyat olunmaq üçün cərrah masasına uzanacaq.

    Hal-hazırda o, Türkiyədə məşhur xəstəxanalardan birindədir.

    Əməliyyatın bir həftə sonra baş tutması gözlənilir.

  • Ученые выяснили, как быстро избавиться от депрессии и укрепить иммунитет

    Ученые из Университета Эксетера выяснили, что люди, приучившие себя рано вставать и рано ложиться, имеют значительно меньше шансов на развитие тяжелых форм депрессии и снижение иммунитета.

    Как передает Median.az, об этом сообщает Daily Mail.

    При этом у «жаворонков от природы» обнаружили 351 генетическую пару, отвечающую за ранний подъем, однако «обучить» организм рано засыпать и рано просыпаться можно и самостоятельно.

    Генетики выяснили, что люди с генетическими особенностями «жаворонков» на 11 процентов реже страдали шизофренией и имели на треть меньше проблем, связанных с низким иммунитетом, нежели те, кто ложится позже полуночи.

    У любителей сидеть допоздна, по данным исследователей, могут возникнуть большие проблемы: нарушение циркадных ритмов обычными повседневными делами и стрессами чревато развитием диабета второго типа и болезнями сердца.

  • Azərbaycanda 500 min nəfərdən çox əhali sürüşmə təhlükəsi olan ərazilərdə yaşayır

    Hazırda Azərbaycanda əhalisi 500 min nəfərdən çox olan 344 yaşayış məntəqəsi və yüzlərlə təsərrüfat obyekti sürüşmə təhlükəsi altındadır.

    Median.az bildirir ki, bunu Trend-ə tədqiqatı aparmış Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.

    Alim bildirib ki, Azərbaycanda sürüşmələrin mütəmadi olaraq təkrarlandığı, əhaliyə və təsərrüfata güclü ziyan vurduğu rayon və şəhərlər İsmayıllı, Ağsu, Şamaxı, Quba, Qusar, Bakı və Mingəçevir daxildir. Bu ərazilərdə il ərzində düşən yağıntıların miqdarı 150-200 mm-dən 600-1000 mm-ə qədər, seysmiklik isə 8-9 bal təşkil edir. Hər il sürüşmə nəticəsində həmin ərazilərdə iqtisadiyyata 6-10 milyon manat həcmində ziyan dəyir.

    N.Paşayev qeyd edib ki, sürüşmələrin vaxtaşırı təkrarlandığı, əhaliyə və təsərrüfata daha çox ziyan vurduğu rayonlara Xızı, Şabran, Siyəzən, Qobustan, Şahbuz, Culfa, Lerik, Yardımlı daxildir. Burda əhalisi 51,4 min nəfər olan 80 yaşayış məntəqəsi daim sürüşmə təhlükəsi altında fəaliyyət göstərir. Bu ərazilərə sürüşmələrdən il ərzind orta hesabla 4,5-6 milyon manat ziyan dəyir.

    Alimin sözlərinə görə, Azərbaycanda sürüşmələrin 2-3 ildən bir təkrarlandığı, əhaliyə və təsərrüfat sisteminə çox ziyan vurduğu sürüşmə rayonuna Samux, Göygöl, Gədəbəy, Daşkəsən, Ordubad bölgələri daxildir:

    “Rayon ərazisində antropogen fəaliyyətin genişlənməsi ilə əlaqədar sürüşmələr də getdikcə areallarını genişləndirir. Burada hazırda əhalisi 39,3 min nəfər olan 37 yaşayış məntəqəsi sürüşmə təhlükəsi altındadır”.

    N.Paşayev əlavə eib ki, Azərbaycanda sürüşmələrin 3-5 ildən bir təkrarlandığı, əhaliyə və təsərrüfat sisteminə orta dərəcədə ziyan vurduğu rayona Tovuz, Qazax, Lənkəran, Goranboy, Qəbələ, Şəki bölgələri daxildir. Bu rayonda hazırda 18 min nəfər əhalisi olan 25 yaşayış məntəqəsi sürüşmə riski altındadır.

    Tədqiqatçı qeyd edib ki, sürüşmələrin 5-6 ildən bir təkrarlandığı, əhaliyə və təsərrüfat sisteminə az ziyan vurduğu rayona Astara, Masallı, Xaçmaz, Zaqatala, Balakən, Oğuz, Abşeron, Cəlilabad, Şərur və Kəngərli əraziləri daxildir. Hazırda bu ərazilərdə əhalisi 37,1 min nəfər olan 23 yaşayış məntəqəsində sürüşmə prosesi yayılıb.

    N.Paşayev bildirib ki, Azərbaycanda sürüşmələrin 6-10 ildən bir təkrarlandığı, əhaliyə və təsərrüfat sisteminə çox ziyan vurduğu rayona Sədərək bölgəsi və Aran iqtisadi rayonun ərazisini kəsib keçən Kür və Araz çaylarının hövzələri aiddir.

  • Klublarımızın transferlərə xərclədiyi məbləğ açıqlandı

    Azərbaycanın futbol klubları 2018-ci ildə transferlərə 2,1 milyon dollar xərcləyib.

    “Report” xəbər verir ki, bu barədə FIFA-nın hesabatında bildirilir.

    Azərbaycan bu göstərici ilə dünyada 47-ci yerdədir. Siyahıya 1 milyard 981,3 milyon dollarla (ötən illə müqayisədə 20,5% artım) İngiltərə başçılıq edir. İspaniya 1 milyard 352.5 milyon dollarla (85,2% artım) ikinci, İtaliya isə 848.9 milyon dollarla (29.8% artım) üçüncü pillədə qərarlaşıb.

    Azərbaycan klublarının transfer gəlirləri isə 1.4 milyon dollar təşkil edib. Ölkə bu göstəricidə 73-cü sıradadır. Gəlirə görə isə ilk sırada 936.3 milyon dollarla Fransa (45.4% artım), ikinci yerdə 935.2 milyon dollarla İngiltərə (42.7% artım), üçüncü yerdə isə 908 milyon dollarla İspaniya (8% artım) qərarlaşıb.

    Qeyd edək ki, ötən illə müqayisədə Azərbaycan təmsilçilərinin ümumi transfer xərcləri 61,6% azalıb, gəlirləri isə 95.7% artıb.

  • В Польше нашли живыми всех горняков после подземного толчка в шахте

    Все горняки, пропавшие во время сильного подземного толчка в шахте Рудна возле города Полковице Опольского воеводства, спасены. Об этом сообщает владелец шахты – компания “Polska Miedź”, передает Median.az со ссылкой на РИА Новости.

    Во вторник в районе шахты произошел подземный толчок силой 4,9 по шкале Рихтера. На момент аварии в шахте находились 32 человека. Основную часть из них удалось спасти в тот же день, но одного продолжали искать более суток.

    “Работник найден и поднимается на поверхность”, – говорится в сообщении.

    Поясняется, что он не ранен и все время поисков находился в кабине специальной машины.
    Всего во время толчка в районе аварии находились 32 человека. Несколько шахтеров в результате аварии получили травмы, часть из них после обследования медики отпустили по домам.

    В последнее время в шахтах на территории Польши произошло два подземных толчка. Один из них силой 2,6 по шкале Рихтера произошел, когда в шахте не было людей. В прошлый вторник в другой шахте на глубине 1150 метров произошел толчок, унесший жизнь 44-летнего горняка. Еще восемь человек пострадали.

  • Odessada 35 yaşlı azərbaycanlı həbs edildi

    Ukraynanın Odessa avtovağzalında 35 yaşlı azərbaycanlı avtobus gözləyən şəxsi qarət edib.

    Median.az portalı xəbər verir ki, o, 48 yaşlı Dnepropetrovsk sakininə yaxınlaşaraq, onu döyüb və yol çantasını götürərək hadisə yerindən uzaqlaşıb.

    Aparılan istintaq tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Ona qarşı qarət ittihamı ilə cinayət işi başlanılıb. (virtualaz.org)

  • Qız qaçırmanın hüquqi tərəfləri nələrdir? (VİDEO)

    Ta qədimdən qalan qız qaçırma ənənəsi günümüzdə də öz aktuallığını saxlayır. Bəs, bu adətin hüquqi tərəfləri nələrdir?

    ARB TV-nin “Günə doğru” proqramı məsələ ilə bağlı süjet hazırlayıb.

    Sakin: “Atasının, anasının halallığı olmalıdır. Qətiyyən qaçırtmaq olmaz”.

    Sakin: “Çox vaxt evdən icazə vermirlər deyə qoşulub qaçanlar var. Məcbur yox təbii ki, könüllü qaçmağı normal qəbul edirəm”.

    Sakin: “Hər iki tərəfin istəyi varsa normal qəbul edirəm”.

    Aida Nəbiyeva – Psixoloq: “Ya maddi cəhətdən yetərsizlik olur, ya da ki, ailələlər razı olmur. Kaprizlər edirlər, razılaşmırlar. Bir çox hallarda övlad doğulur, ondan sonra qəbul edirlər”.

    İl 2019 olsa da qız qaçırma ənənələri bu gün də var. Amma keçmişlə bir fərq var ki, könülsüz qaçırılan qız “Bu da mənim qismətimdir” deyib taleyi ilə barışmır. Əksinə, mübarizə aparır.

    Əhməd Qəşəmoğlu – Sosiloq: “Qızı qaçırdan oğlan başa düşməlidir ki, indiki cəmiyyətdə belə qızla xoşbəxt olmaq mümkün deyil. Çünki, indiki qız dediyim kimi, 100 il bundan qabaqkı, 50 il bundan qabaqkı qız deyil. Və o gedəndən sonra da o ailədə gərginlik olacaq və o ailədən ailə olmayacaq”.

    Aida Nəbiyeva – Psixoloq: “Həm cütlüklər böyük travma alır, həm də daha sonra ailədə incikliklər varsa o ailədə doğulan övladın ciddi travmaları olur. Bu şəkildə ailənin qurulması az natamamlıq yaradır ailə srtrurktutunda. Nəyə görə? Çünki, orda böyüklərin məsləhəti olmalıdır, xeyir-duaları olmalıdır”.

    Qız qaçırmanın qanuni tərəflərinə gəlincə, ailə qurmaq məqsədilə olsa da, əgər bu hal qızın iradəsinə zidd olaraq baş tutarsa bu cinayət tərkibi yaradır və Cinayət Məcəlləsinin 144-cü maddəsində adam oğurluğu halı kimi dəyərləndirilir.

    Tahir Əlirzayev – Vəkil: “Ağır cinayət hesab olunur, özü də ən ağır cinayətlər kateqoriyasına aiddir adam oğurluğu. Digər tərəfin iradəsinə zidd həyata keçiriləcəksə, sözsüz ki, burda məsuliyyət var. Yox könülülük xarakterindədirsə, qaçırılan qız desə ki, mən özüm könüllü olaraq qoşulub qaçmışam sözsüz ki, burda artıq cinayət məsuliyyətini istisna edir”.

    Sosiololoqlarsa hesab edirlər ki, bu cür qurulan ailələrdəki problem təkcə məcburi evliliklə bitir. Növbəti illərdə daha böyük problemlərin ortaya çıxmasına zəmin yaranır .

    Əhməd Qəşəmoğlu – Sosiloq: “Oğlunu ayrı qızla evləndirmək, qızını ayrı adama vermək hər iki gənci bədbəxt etməkdir. Cəmiyyət o qədər mürəkkəbdir ki, onların zorla qurduqları ailə də alınmayacaq və o ikisi bir-birini axtaracaqlar, çox böyük bir ehtimalla. Yenə də ailə daxilində ayrı problemlər çıxacaq ortaya”.

    Aida Nəbiyeva – Psixoloq: “Əgər tərəflər həddindən artıq çox qərarlıdırlarsa, heç nə ilə mane olmaq mümkün olmayacaqsa o halda məncə razılaşmaqda fayda var”.

    Əgər övladınızın xoşbəxtliyini istəyirsiznizsə onların seçiminə hörmət etməlisiniz.

  • В Азербайджане 7 дней подряд будут нерабочими

    Стало известно, сколько нерабочих дней будет в Азербайджане в 2019 году в связи с праздником Новруз.

    Как передает Median.az, в интервью Trend замдиректора по научной работе Шемахинской астрофизической обсерватории имени Насраддина Туси Национальной академии наук Азербайджана, доктор философии по физике Хыдыр Микаилов отметил, что в этом году 26 февраля будет отмечаться Су Чершенбеси.

    Од Чершенбеси придется на 5 марта, Ел Чершенбеси – на 12 марта. Последний праздник – Торпаг Чершенбе – придется на 19 марта.

    В этом году весна в Азербайджан придет в ночь с 20 на 21 марта в 01:58.

    Отметим, что в этом году в связи с праздником Новруз 20, 21, 22, 23, 24 марта будут нерабочими днями. В связи с тем, что 23 и 24 марта приходятся на выходные дни, поэтому 25 и 26 марта также будут нерабочими днями.

  • Ərəbistanda kəskin hava 12 nəfəri öldürdü

    Səudiyyə Ərəbistanının şimal və qərb rayonlarında kəskin hava şəraiti ilə əlaqədar son iki gündə 12 nəfər həlak olub.

    Median.az-ın məlumatına görə, 7 nəfər, o cümlədən bir əcnəbi vətəndaş Mədinə şəhərində şiddətli yağıntılar nəticəsində yaranmış daşqınların qurbanı olub.

    Bundan başqa, həmin şəhərdə iki azyaşlı uşaq suvarma kanalında boğulub.

    Şiddətli yağıntılarla əlaqədar bölgədəki məktəblərdə dərslər də dayandırılıb./Trend/