Month: January 2019

  • İş yoldaşını öldürən “Araz” marketin işçisinin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Surxay Əliyevin CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirlib.

    Median.Az xəbər verir ki, ötən il iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən “Araz” Supermarketlər şəbəkəsinin əməkdaşları Vüqar Hüseynzadə və Kənan Səlimov bıçaqlanıb. Nəticədə çoxsaylı xəsarət alan V.Hüseynzadə hadisə yerində ölüb, K.Səlimov isə xəsarətlərlə
    3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

    Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 14-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Surxay Əliyev Bakıxanov qəsəbəsinin ərazisində saxlanılıb.

    İstintaq zamanı məlum olub ki, Vüqar Hüseynzadə Surxay Əliyev və Kənan Səlimov iş gününün sonunda, səhər baş verən münaqişəyə aydınlıq gətirmək üçün işlədikləri “Araz” supermarketinin arxasına keçiblər. Orada, bankomatın yaxınlığında gənclər arasında dava düşüb. Surxay Əliyev bıçaqla Vüqar Hüseynzadəyə bıçaqla zərbələr endirib, Kənan Səlimov dostlarını ayırmağa çalışsa da, ona da xəsarət yetiriılib.

    Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    İş üzrə baxış yanvarın 15-nə təyin edilib.

  • Граждан Азербайджана оштрафовали на границе Грузии

    Пограничники на контрольно-пропускном пункте «Красный мост» обнаружили у двух граждан Азербайджана незадекларированные предметы из золота.

    Как передает Median.Az со ссылкой на 1tv.ge, в багаже граждан Азербайджана – З.Р и И.Р – было обнаружено 171,29 грамма золота. Общая стоимость товаров составляет 11 804,56 лари (около 7460 манатов – ред.).

    В соответствии с Налоговым кодексом Грузии, нарушители были оштрафованы на сумму в 11 804,56 лари (около 7460 манатов – ред.).

  • В Азербайджане присвоение звезд отелям будет проводиться по европейским стандартам

    В Азербайджане процесс получения звезд отелями является добровольным, и на данный момент на повестке дня не стоит вопрос обязательного порядка их присвоения.

    Как передает Median.Az, об этом в среду сказал Trend руководителя отдела по связям с общественностью Государственного агентства по туризму Кянан Гулузаде.

    По словам руководителя отдела, несмотря на то, что процесс классификации отелей является добровольным, наличие звезд станет требованием времени.

    «В отелях без звезд будет меньше клиентов. Турист при заказе номера в отеле обращает внимание на наличие звезд у отеля», – сказал Гулузаде.

    Руководитель отдела отметил, что в Азербайджане сегодня не существует механизмов, обуславливающих присвоение звезд отелям. Поэтому и была создана Ассоциация отелей Азербайджана, и данный процесс будет осуществляться этой структурой.

    Гулузаде отметил, что Государственное агентство по туризму не будет принимать участие в процессе классификации отелей. Госагентство будет лишь оказывать свою поддержку.

    «Мы хотим, чтобы эта система осуществлялась общественной структурой. Ассоциация отелей Азербайджана станет членом Европейской ассоциации отелей», – сказал Гулузаде.

    По его словам, классификация будет вестись европейскими специалистами, процесс будет полностью прозрачным.

    Напомним, что ранее генеральный исполнительный директор Ассоциации отелей Азербайджана Гюнай Саглам сказала, что в сентябре-декабре 2019 года для отелей в Азербайджане будет применена новая национальная система классификации «звезд», а в декабре отелям будут присвоены «звезды».

    По словам генерального исполнительного директора, в мае 2019 года будет создана комиссия по системе классификации отелей, а в июне-августе для отелей будут организованы тренинги по классификации «звезд».

  • Gömrük Komitəsi sahibkarların ittihamına cavab verdi (AÇIQLAMA)

    Bu gün Qaynarinfo-da Dövlət Gömrük Kpmitəsinin süni maneələri ilə üzləşdiyini deyən sahibkarların prezident İlham Əliyevə müraciəti dərc olunub. Artıq komitə sahibkarların məktubunda yer alan ittihamlara münasibət bildirib.

    Median.Az həmin məlumatı təqdim edir:

    “Yanvarın 9-da bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin sahibkarlara süni maneələr yaratmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

    Qasımov Vasif İsmayıl oğlu, Nadirov Emin Soltan oğlu, Cəfərov İlqar Südgül oğlu, İsgəndərov Elnur Zinəddin oğlu və Umudov Röyal Həsənağa oğlu tərəfindən imzalanan müraciətdə həmin şəxslər ötən ilin dekabr ayının 23-də Rusiya Federasiyasından ölkəyə kartof idxal etdiklərini və bu məhsulun guya gömrük orqanları tərəfindən qeyri-qanuni olaraq saxlanıldığını və təhvil verilmədiyini iddia edir.

    Qeyd edək ki, adları çəkilən şəxslərin müraciətə əlavə etdikləri sənədlərdən aydın olur ki, idxal etdikləri mal NB GROUPMMC tərəfindən ölkəyə gətirilib. Müraciətlərində şirkətlərini “rəsmi qeydiyyatdan keçmiş və Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərən şirkətlərdən biri” kimi təqdim etsələr də, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin NB GROUP MMC-yə ünvanlandığı 21 dekabr 2018-ci tarixində keçirilən məhkəmə iclasının Qərardadında yazılanlar sahibkarların dediyi ilə üst-üstə düşmür.

    Qərardaddan aydın olur ki, NB GROUP ASC adlı hüquqi şəxsin nümayəndəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə NB GROUP MMC–yə qarşı ona məxsus adın oxşarından istifadə etdiyinə, bu ad altında satışla məşğul olduğuna və bununla da şirkətə 200000 min manat zərər vurduğuna dair iddia ərizəsi ilə müraciət edib.

    Həmin iddia ərizəsi əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı Qərardadda qeyd edilir ki, cavabdeh NB GROUP MMC tərəfindən gömrük nəzarəti orqanlarında iddiaçının istifadəsində müstəsna hüququ olan NB GROUP ASC-nin oxşarı adı altında Azərbaycan Respublikasına idxal və ixrac olan malların keçirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilsin, həmçinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 58-ci maddəsində nəzərdə tutulmuş ardıcıllıqla iddia tələbi həcmində həbs qoyulsun.

    Göründüyü kimi, gömrük orqanları məhkəmənin Qərardadını icra edib. Məhkəmənin qərarını icra etmək isə inhisarçılığa şərait yaratmaq demək deyil”.

  • В азербайджанской больнице взимают плату за пользование туалетом – ФОТО

    В Центральной городской больнице и на Станции скорой медицинской помощи Мингячевира у пациентов взимают плату за пользование туалетом.

    Как сообщает Median.Az со ссылкой на big.az, плата взимается как с пациентов, так и с их родственников.

    Рядом с туалетом сидит «контролер», который у желающих посетить туалет берет 30 гяпик.

    Бесплатно туалетом могут пользоваться только врачи.



    //Baku.ws

  • Azərbaycanda bu xəstəxanada ayaqyolundan istifadə edən xəstələrdən pul alınır – FOTO

    Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında və Mingəçevir Şəhər Təcili Tibbi Yardım Stansiyasında ayaqyolu pulludur.

    Median.Az “big.az”a istinadən xəbər verir ki, bu, bütün xəstələrə və onların yaxınları üçün nəzərdə tutulub.

    Tualetin yanında bir kişi oturub. O, ayaqyolundan istifadə etmək istəyənlərdən 30 qəpik tələb edir.

    Ayaqyolundan yalnız həkimlər pulsuz istifadə edə bilirlər.


  • Когда в Баку пойдет снег?

    Снежная погода в Баку и на Абшеронском полуострове будет наблюдаться во второй или третьей декаде января.

    Об этом сообщил заместитель директора по научным делам Института географии Азербайджана имени Гасана Алиева Магеррам Гасанов.

    По словам главного гидролога Бюро гидрометеорологических прогнозов Министерства экологии и природных ресурсов Асифа Вердиева, в настоящее время на территории Азербайджана наблюдается умеренная погода:

    «Температура воздуха в Баку и на Абшеронском полуострове в один-два раза превышает климатическую норму. Ночью температура составляет 3-4, 7-9 градусов, чего недостаточно для выпадения осадков.

    Для выпадения снега температура должна понизиться. В ближайшие дни снегопада в Баку и на Абшеронском полуострове не ожидается».

    Заместитель директора по научным делам Института географии Азербайджана имени Гасана Алиева М.Гасанов отметил, что снег в Баку и на Абшеронском полуострове иногда наблюдается в марте:

    «Это случается очень редко. В настоящее время трудно дать прогноз о снегопаде. Если это и произойдет, то в последней декаде января. Это зависит от доминирующей воздушной массы. Если воздушные массы, идущие с севера, придут в Азербайджан, вероятность снегопада будет выше. На данный момент в нашей стране преобладают юго-восточные и северо-западные воздушные массы. При температуре, которая сейчас наблюдается в стране, вероятность сильного снегопада практически исключена».

    Замдиректора также подчеркнул, что температура почвы должна быть низкой, чтобы снег оставался на земле:

    «Температура поверхности почвы, воздуха в Баку и на Абшеронском полуострове в два-три раза выше нормы. Если снег и выпадет, вероятно, он сразу растает».

    М.Гасанов отметил, что снегопад может наблюдаться в конце января и начале февраля.

  • Bakıya nə vaxt qar yağacaq?

    Bakıda və Abşeron yarımadasında qarın yağması, əsasən, yanvarın ikinci və ya üçüncü ongünlüyündə müşahidə edilir.

    Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyininin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

    Onun sözlərinə görə, hazırda Azərbaycanda mülayim hava şəraiti hökm sürür:

    “Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından bir-iki dəfə yüksəkdir. Gecə saatlarında temperatur üç-dörd, yeddi-doqquz dərəcə təşkil edir ki, bu da yağıntının yağmasına şərait yaradır.

    Qarın yağması üçün temperatur aşağı düşməlidir. Hələlik yaxın günlərdə Bakıda və Abşeron yarımadasında qarın yağacağı gözlənilmir”.

    Asif Verdiyev bildirib ki, Bakıda və Abşeron yarımadasında qarın yağması, əsasən, yanvarın ikinci və ya üçüncü ongünlüyündə müşahidə edilir:

    “Qar yağmasını son illərlə müqayisə etdikdə, 2010-cu ildən yanvarda Bakıda və Abşeron yarımadasında həmişə az da olsa, qar yağıb. Ümumiyyətlə, qeyd edim ki, Bakıda və Abşeron yarımadasında ən soyuq, qarlı hava 2008-ci ildə müşahidə edilib. Həmin dövrdə qarın hündürlüyü 44 santimetr, havanın minimal temperaturu isə 8-7 dərəcə təşkil edib”.

    “Hazırda müşahidə olunan mülayim hava şəraiti əvvəllər də müşahidə olunub. Sadəcə olaraq, qarın yağması ikinci ongünlükdən sonra özünü büruzə verib. Hələlik Bakıda və Abşeron yarımadasında qarın yağması gözlənilmir. Belə proqnoz olarsa, əvvəlcədən məlumat veriləcək”.

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənovun sözlərinə görə, bəzən mart ayında da Bakıda və Abşeron yarımadasında qar yağıb:

    “Bu, çox az olub. Hazırda qar yağması ilə bağlı proqnoz vermək çətindir. Olsa da, yanvarın son ongünlüyündə qarın yağma ehtimalı var. Bu, hakim hava kütləsindən asılıdır. Əgər şimaldan gələn hava kütlələri Azərbaycana daxil olarsa, bizdə qar yağma ehtimalı daha çoxdur. İndi ölkəmizdə cənub və cənub-şərq, şimal-qərb hava kütlələri hakimdir. Hazırkı temperatur elədir ki, güclü qar yağma ehtimalı azdır”.

    Direktor müavini qeyd edib ki, yağan qarın yerdə qalması üçün torpaq səthinin temperaturu aşağı olmalıdır:

    “Bakı və Abşeron yarımadasında torpaq səthində və havanın temperaturu normadan 2-3 dərəcə yüksəkdir. Qar yağsa da, yerdə qalma ehtimalı sıfıra bərabərdir. Yanvarın axırı və fevralın əvvəlində qarın yağması müşahidə oluna bilər”.

  • Ректор: В вузе работает только один мой родственник

    Ректор Азербайджанского университета языков Кямал Абдулла прокомментировал высказывания декана факультета филологии и журналистики Вюсали Агабейли о том, что учащиеся в АУЯ (Азербайджанский Университет Языков) четыре года студенты не знают иностранный язык.

    Как передает Median.Az со ссылкой на Report, на пресс-конференции он заявил, что сегодня выпускники АУЯ работают в самых различных государственных структурах.

    К.Абдулла также напомнил, что занимает должность ректора АУЯ полтора года:

    «За этот период я не могу сделать студентов образованнее. Что касается незнания студентами четвертого курса иностранного языка, за необразованность этих студентов ответственны декан и учитель. Потому что они работают давно, значит, обвиняют только себя».

    Ректор отметил, что все утверждения ложны:

    «Почему этот человек сейчас начал такое утверждать? После того, как получил выговор».

    Также отмечается, что педагог Парвин Мурсалов, который угрожал студентам, был отстранен от экзаменов.

    К.Абдулла также внес ясность и в вопрос о трудоустройстве в вузе своих родственников и знакомых:

    «Здесь работает только один мой родственник по имени Азад Мамедов, он известный лингвист и работал тут еще до меня. Никто не может сказать, что тут работает какой-то второй мой родственник. Я работаю тут 17 лет, нормально, что у меня здесь есть друзья и знакомые».

    Ректор также прокомментировал высказывания Эльмиры Бахшалиевой, которая ранее работала в отделе кадров:

    «Сейчас дело в суде. Ее утверждения о несправедливом отстранении от работы необоснованны. Она переведена из одного отдела в другой, не уволена. Для этого есть причина, она допустила серьезные недочеты в работе».

  • Kamal Abdulla: Masaj kursunu bitirən xanım ADU-da vəzifədə olub

    Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla ali təhsil müəssisəsinin Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin ADU-da dörd il oxuyan tələbələrin xarici dil bilmədikləri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

    Median.Az Report-a istinadən xəbər verir ki, o, mətbuat konfransında bu gün ADU-nun məzunlarının ən yüksək dövlət qurumlarında çalışan insanlar olduğunu bildirib.

    K.Abdulla ADU-nun rektoru vəzifəsində ilyarımdır işlədiyini xatırladıb:

    “Bu müddətdə də tələbələrə savad verə bilmərəm. İstəsəm də, bunu edə bilmərəm. Dörd ilin tələbələrinin xarici dil bilməmələrinə gəlincə, həmin tələbələrin savadsız olmasına dekan və müəllim məsuldur. Çünki onlar çoxdan işləyir və belə çıxır ki, ancaq özlərini ittiham edirlər”.

    Rektor qeyd edib ki, bütün iddiaların hamısı böhtandır:

    “Həmin şəxs niyə bu iddianı əvvəl səsləndirmirdi? Töhmət aldıqdan sonra bu çıxışları edir. Mən onları məhkəməyə vermək istəmirəm. Gözləyirəm ki, onlar bizi məhkəməyə versin və mən əks iddia ilə çıxış edim. Görüm, ondan sonra nə deyəcəklər”.

    K.Abdulla ADU-ya rektor təyin olunandan sonra hansısa qohum-qardaşını gətirməsi məsələsinə də aydınlıq gətirib:

    “Burada yalnız Azad Məmmədov adında qohumum çalışır, o da tanınmış dilçi alimdir və məndən əvvəl burada işləyib. İkinci hansısa qohumumun burada işləməsini kimsə deyə bilməz. Burada 17 il işləmişəm. Dostlarım və tanışlarımın olması normaldır. Bu kimi yanlış fikirlər cəmiyyəti, ziyalı insanları çaşdırmaqdan başqa məqsəd güdmür”.

    Eyni zamanda, rektor universitetdə əvvəllər Kadrlar şöbəsində baş mütəxəssis vəzifəsində işləyən və işlərində ciddi nöqsanlar buraxan Elmira Baxşəliyevanın səsləndirdiyi fikirlərə də münasibət bildirib:

    “Hazırda iş məhkəmədədir. Onun haqsız olaraq vəzifəsindən kənarlaşdırılması iddiaları əsassızdır. Çünki, o, bir şöbədən başqasına keçirilib. Yəni işdən çıxarılmayıb. Buna səbəb də var. Çünki o, işində ciddi nöqsanlar buraxmışdı. Onun sahəsinə aid laborantlar üç dəfə məzuniyyətə buraxılmışdı. Bu, necə ola bilər?! Bu, birbaşa saxtakarlıqdır.

    Komissiyanın qərarı ilə müəyyənləşdi ki, onun həm yaş məhdudiyyəti var, həm də ali savadı yoxdur. Onun yalnız hansısa masaj kursu bitirməsi ilə bağlı sənədi var. O, yalnız laborantların sənədinə baxırmış və qol çəkilən sənəddə maaşın miqdarını da yazmayıb”.