Month: January 2019

  • Azərbaycanda polietilen torbalar ödənişli ola bilər

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə “Tədbirlər Planı” qəbul olunduqdan sonra bütün maraqlı tərəflərin iştirakı ilə mərhələli şəkildə tədbirlərin icrasına başlanılacaq.

    Median.Az trend-in məlumatına görə, bunu Nazirliyin sektor müdiri Mehman Nəbiyev bildirib.

    O deyib ki, “Tədbirlər Planı”nda ətraf mühitin çirklənməsində daha çox paya malik yüngül çəkili polietilen torbalardan istifadənin məhdudlaşdırılması, marketlərdə ödənişli sistemin tətbiqi və çox yüngülçəkili növlərinin isə tam qadağan edilməsi ilə bağlı təkliflər yer alıb:

    “Beynəlxalq təcrübə göstərir ki, bu torbalar ödənişli olduqdan sonra onlara olan tələbat 95 faizədək azalır. Lakin polietilen torbalardan istifadəni azaltmaq üçün onların marketlərdə ödənişli olması yeganə həll üsulu deyil.

    Həmin materialların alternativləri, yəni kağız, parça, kətan torbaların istehsalının genişləndirilməsi ilə bağlı tədbirlər də nəzərdə tutulub və nazirlik beynəlxalq ekspertlərin iştirakı ilə maraqlı tərəflərin görüşünü təşkil edib. Görüşdə müvafiq qurumların, qeyri-hökumət təşkilatlarının və istehsalçı şirkətlərin nümayəndələri də iştirak edib”.

  • Gömrüyün sədrindən sahibkarlara xəbərdarlıq: “Əməkdaşlarımıza rüşvət verməsinlər”

    “2018-ci il gömrük orqanları üçün bir çox sahələrdə uğurlu il olub”.

    “Report”un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bu gün gömrük əməkdaşlarının peşə bayramı münasibətilə bağlı keçirilən kollegiya iclasında bildirib.

    Onun sözlərinə görə, keçən il gömrük sistemində aparılan idslahatlar və bu sahədəki nailiyyətlər bunu deməyə əsas verir: “Xüsusilə də fiskal siyəstdə böyük uğurlar əldə edilib. Ötən il büdcə ödənişlərin öhdəliyini 1 milyard manatdan artıq həyata keçirilməsi komitənin ən böyük uğurlarından biridir”.

    S.Mehdiyev bildirib ki, ötən il gömrükçülər 1,2 tona qədər narkotik vasitə aşkar edib ki, bu da ölkənin gömrük sisteminin tarixində rekord göstəricidir. Müsadirə edilmiş narkotikanın böyük hissəsi heroin olub.

    Bundan başqa, DGK sədrinin sözlərinə görə, bu gün gömrük sistemində kadr islahatları öz nəticəsini verməkdədir: “Bir neçə gömrük inspektorunun eyni işi görməsinə, “ötür-ötür” oynamasına son qoyulub. Bu gün demək olar ki, bütün kadrlar öz yerindədir”.

    S.Mehdiyev vurğulayıb ki, ötən il bir neçə gömrük əməkdaşı tutduğu vəzifəyə və daşıdığı rütbəyə hörmətsizlik edib, rüşvət və korrupsiyaya bulaşıb: “Ancaq onlar bu gün gömrük sistemində yoxdurlar və hüquq mühafizə orqanlarında işlərinə baxılır, onlara qarşı cinayət işi açılacaq. Düşünürəm ki, bu, digər əməkdaşlara da bir siqnal olmalıdır. Belə əməkdaşlar, öz işinə və peşəsinə hörmət etməyən adamlar bizim sıralarımızdan gedəcək”.

    Onun sözlərinə görə, rüşvət almağa cəhd edən gömrük əməkdaşları qanun qarşısında cavab verəcəklər:

    “Belə hallar bu gün də var. Bu məsələni komitə ciddi araşdıracaq. Belə halların qarşısı qısa müddətdə alınmalıdır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam edəcək. Bəzi gömrük əməkdaşları iclaslarda xəbərdarlıqlarımıza baxmayaraq, gömrük andına sadiq qalmadılar və bu işə xələl gətirdilər. Biz bu sahədə qəti addınlarımızı bu il də atacağıq.

    Tamahını idarə edə bilməyənlər bizim aramızdan gedəcək, özü də çox pis şəkildə gedəcək. Sahibkarlara müraciət olunub ki, əməkdaşlarımızı korrupsiyaya və rüşvətə cəlb etməsinlər. Sahibkarların rüşvət təklifləri ilə bağlı xüsusi əməliyyatlar keçiriləcək. Sahibkarlar bu cür hallardan əl çəkmək istəmir. Cari ildə də belə faktlar mövcuddur. Bu sahədə ciddi tədbirlər görüləcək və icraçılar aidiyyatı qurumların rəisləri olacaq”.

  • III Avropa Oyunlarını keçirmək üçün ikinci namizəd məlum olub

    2023-cü ildə baş tutması planlaşdırılan III Avropa Oyunlarını keçirmək istəyən ikinci namizəd məlum olub.

    Rusiyanın Kazan şəhəri bu oyunların keçirilməsi üçün ərizə təqdim edib.

    Rusiya Olimpiya Komitəsi Tatarıstanın paytaxtının bu istəyini dəstəkləyib.

    “Kazan şəhəri Avropa Oyunlarının keçirilməsi üçün ərizəsini təqdim edib. Rusiya Olimpiya Komitəsi bu qərarı dəstəkləyir və bunu həyata keçirmək üçün tam dəstək göstərməyə hazırdır”, – təşkilatın rəhbəri Stanislav Pozdnyak deyib.

    Onun sözlərinə görə, Avropa Oyunları ilbəil daha əhəmiyyətli idman hadisəsinə çevrilir.

    Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda (və Mingəçevirdə) baş tutub. II Avropa Oyunları isə bu il Belarusun paytaxtı Minskdə iyunun 21-dən 30-dək keçiriləcək.

    Bu ilin əvvəlində Polşa Katovitse şəhəri III Avropa Oyunlarının keçirilməsi üçün ərizəsini təqdim edib.
    //oxu.az

  • Tanınmış teleaparıcı xərçəngə tutulub – VİDEO

    Teleaparıcı, jurnalist Tahirə Məmmədqızı onkoloji xəstəliyə tutulub.

    Bu barədə oxu.az-a məlumat verən jurnalist bədənində yeddi bədxassəli şiş aşkarlandığını söyləyib.

    Tahirə Məmmədqızı bir neçə gün sonra əməliyyata girəcəyini, sağalacağına və bunun bir sınaq olduğuna inandığını qeyd edib.

    Jurnalistin dediyinə görə, həkimlər onun rəhmində bədxassəli şişlər olduğunu bildiriblər.

  • Şeyx Rusiyadan azərbaycanlılar üçün məscid tikilməsini istədi – VİDEO

    Rusiyada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kiril ilə görüşüb.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, Müqəddəs Danil monastırında baş tutun görüşdə çıxış edən Şeyxülislam qarşılıqlı münasibətlərdən danışaraq, Patriarxa qardaş deyə müraciət edib.

    O qeyd edib ki, Azərbaycanın ən böyük problemi olan Qarabağ münaqişəsi Kirilin sayəsində dini münaqişəyə keçmədi:

    “Bu işdə sizin rolunuz danılmazdır. Buna görə sizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından təşəkkür edirəm və bu problemin həllində əlinizdən gələni edəcəyinizə inanıram”.

    A.Paşazadə Moskvada azərbaycanlılar üçün məscid inşa olunması ilə bağlı Rusiya patriarxına müraciət edib:

    “Sizdən xahiş edirəm ki, bir qardaş kimi, Moskvada azərbaycanlılar üçün məscid tikilməsinə yer ayrılsın. Bu, bizim münasibətlərin inkişafına təkan verəcək”.

    Görüş davam edir. Görüşün sonunda mətbuata açıqlama veriləcək.

  • Füzulidəki dəhşətli qətlin – TƏFƏRRÜATI

    Füzuli rayonunun Horadiz şəhərində baş verən qətlin təfərrüatı məlum olub.

    Yeniyetmə A.İsgəndərovanın başından zərbə vurub və bıçaqla boyun damarlarını kəsib.

    İddia edilir ki, yeniyetmə qadını əvvəlcə zorlayıb, daha sonra qətlə yetirib.

    Cinayətin qarət məqsədilə törədilməsi də digər bir versiyadır. Çünki qadın tənha yaşayıb. A.İsgənərova heç vaxt ailə həyatı qurmayıb. O, süpürgəçi işləyirmiş.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Horadiz şəhər sakini olan 2004-cü il təvəllüdlü yeniyetmə saxlanılıb.

    Qadını qətlə yetirən yeniyetmə atası və özündən balaca bacısı ilə birlikdə yaşayıb. Bir neçə il bundan qabaq onun anası intihar edib. Atası isə fəhlədir.
    //oxu.az

  • В Сабаильском районе автомобиль скрылся, сбив насмерть пешехода

    Как сообщает Median.Az, cотрудники Сабаильского РУП в ходе оперативно-розыскных мер задержали жителя столицы Бахтияра Алиева (1980-го года рождения).

    Следствием установлено, что 27-го января примерно в 22 часа в поселке Бадамдар он находясь в нетрезвом состоянии на автомобиле марки “Mercedes” сбил жителя столицы Захида Ахмедова (1939-го года рождения) и скрылся. Потерпевший скончался на месте происшествия.

    В Следственном отделе Сабаильского РУП возбуждено уголовное дело по статье 263-1.3 (нарушение правил дорожного движения в нетрезвом состоянии, повлекшее
    по неосторожности смерть потерпевшего) и 264 (оставление дорожно-транспортного происшествия) УК Азербайджана.

    Решением райнного суда в отношении Б.Алиева избрана мера пресечения ареста.

  • Səbail polisi sərxoş halda piyadanı öldürüb, qaçan sürücünü saxlayıb


    Median.Az
    xəbər verir ki, Səbail RPİ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Bəxtiyar Əliyevi (1980-ci il təv.) saxlayıblar.

    Müəyyən edilib ki, o yanvarın 27-i saat 22 radələrində Badamdar qəsəbəsində sərxoş halda idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhər sakini Zahid Əhmədovu (1939-cu il təv.) vurub və hadisə yerindən yayınıb. Nəticədə piyada hadisə yerində ölüb.

    Səbail RPİ İstintaq şöbəsində CM-nin 263-1.3 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

    B.Əliyev barəsində həbs-qətimkan tədbiri seçilib.

  • Reklam lövhələrinin ölçüsü kiçildilir

    Ölkə qanunvericiliyində açıq məkanda reklamın dairəsi müəyyənləşib.

    Bununla bağlı mövcud – qüvvədə olan “Reklam haqqında” qanuna dəyişiklik təklif edilir.

    Belə ki, qanunun 26-cı (Açıq məkanda reklam) maddəsində təklif edilən dəyişiklikdə göstərilir ki, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının tunellərində, dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijabların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur.

    Bununla yanaşı, göstərilir ki, reklam qurğuları tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin fasadlarında və dam örtüklərində müvafiq icra hakimiyyəti orqanının razılığı ilə, tarix və mədəniyyət abidələrinin mühafizə zonasında isə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı ilə yerləşdirilə bilər.

    Həmçinin, açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısına verilən icazə müddətinin bir ildən üç ilə qaldırılması təklif olunur.

    Bundan başqa, obyektlərin adını göstərən reklam hesab olunmayan lövhələrin ölçüsünün iki kvadratmetrdən bir kvadratmetrədək endirilməsi gözlənilir.

    Qeyd edək ki, qanun layihəsi parlamentin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.
    //oxu.az

  • В Геранбойской больнице скончалась 25-летняя девушка

    В Геранбойской больнице скончалась 25-летняя девушка.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил главврач больницы Рустам Будагов.

    По его словам, инцидент произошел 29 января в 18:00.

    Сообщается, что жительница Геранбоя Эльнара Рзаева 1993 года рождения была доставлена в очень тяжелом состоянии в больницу 29 января в 16:45.

    По словам ее супруга, в последнее время она сильно кашляла и жаловалась на боли в легких. Несмотря на усилия врачей, жизнь девушки не удалось спасти.

    Тело девушки отправлено на экспертизу для уточнения причины смерти.

    Врач также отметил, что отец Э.Рзаевой скончался от пневмонии.

    Назначена экспертиза, по факту ведется расследование.