Month: January 2019

  • Tanınmış rusiyalı teleaparıcı Şahdağda istirahət edir – FOTO

    Rusiyanın tanınmış rejissoru, jurnalist və teleaparıcı Dmitri Kiselyov Şahdağ Qış-Yay Turizm Kompleksində istirahət edir.

    Bxəbəri azərbaycanlı atlet Ayla Səid öz “Instagram” səhifəsində paylaşıb.

    Qeyd edək ki, Azərbaycanın ilk dağ xizək kompleksi olan Şahdağ dünyanın ən yaxşı və müasir turizm obyektləri siyahısında yer alıb.

    Son dövrlər buraya Rusiyadan daha çox turist gəlir.

  • Məktəblərdə qiymətləndirmə ilə bağlı – YENİLİK – VİDEO

    Yeni qaydalarda əsas məqsəd qiymətləndirmə zamanı yaranan anlaşılmazlığı aradan qaldırmaqdır.

    Bunu Təhsil Nazirliyində “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı keçirilən mətbuat konfransında nazirliyinin şöbə müdiri Emin Əmrullayev bildirib.

    Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmə qaydalarında dəyişiklikləri zəruri edən səbəblər var idi:

    “Yeni qaydalarda nəzərdə tutulan əsas dəyişikliklərdən biri summativ qiymətləndirmə ilə bağlıdır. Şagirdlərin imtahan yükünü azaltmaq və yeni qaydalarda əsas məqsəd qiymətləndirmə zamanı yaranan anlaşılmazlığı aradan qaldırmaq əsas məqsəddir. Qaydalara əsasən, summativ qiymətləndirmələrin sayı azaldılıb.

    Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. Summativ qiymətləndirmə isə rəsmi qiymətləndirmədir. Dəyişikliyə əsasən, birinci siniflərdə summativ qiymətləndirmə aparılmayacaq. Sadəcə, formativ qiymətləndirmə aparılacaq.

    Bu qiymətləndirməni müəllim öz istədiyi kimi apara, şagirdi stimullaşdıra bilər. İkinci və üçüncü siniflərdə Böyük Summativ Qiymətləndirmə ləğv ediləcək. Böyük Summativ Qiymətləndirmə (BSQ) təhsil səviyyələrinin sonunda, yəni IV, IX və XI siniflərdə bütün fənlərdən, V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılacaq.

    Təhsil səviyyələrinin sonlarında BSQ-lərin keçirilməsinin əsas məqsədi bütün fənlərdən təhsilalanların nailiyyətlərinin ölçülməsi, aralıq siniflərdəki BSQ-lərin əsas məqsədi isə buraxılış imtahanlarına mükəmməl hazırlığın təmin edilməsidir”.

    Emin Əmrullayev qeyd edib ki, II, III siniflərdə yalnız Kiçik Summativ Qiymətləndirmə (KSQ) olacaq:

    “Summativ qiymətləndirmə 100 ballıq şkala ilə aparılacaq, yalnız yekunda 2, 3, 4 və 5 qiymətlərinə çevrilərək sinif jurnallarına, “Məktəbli kitabçası”na yazılacaq. Başqa sözlə, qaydalara əsasən, bütün hesablamalar ballar üzərindən aparılacaq, yalnız son anda həmin balların qiymət qarşılığı da müəyyənləşəcək.

    KSQ üçün bir dərs saatı, BSQ üçün isə yaş xüsusiyyəti və fənnin özünəməxsusluğu nəzərə alınaraq, 45-90 dəqiqəyə kimi vaxt nəzərdə tutulur. Yarım il ərzində fənn üzrə 3-6 KSQ keçirilə bilər. Dəyişiklərdən biri də tədris ilində keçiriləcək summativ qiymətləndirmələrin tarixinin şagirdlərə əvvəlcədən elan edilməsidir. Bu, təhsil iştirakçısı kimi şagirdlərə verilən önəmin göstəricisi olmaqla yanaşı, onların fəaliyyətlərinin planlaşdırılması baxımından da faydalıdır”.

    Nazirlik rəsmisi qeyd edib ki, digər dəyişiklik isə lisey, gimnaziya və təmayülləşmə tətbiq edilən siniflərdə əlavə fənlər üzrə BSQ-lərin keçirilməsidir:

    “Ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların, təmayül siniflərinin özünəməxsusluğu qaydalarda nəzərə alınıb. Məsələn, beynəlxalq akkreditasiyadan keçmiş proqramların (International Baccalaureate Diploma Programme, A level və s.) tətbiq edildiyi ümumi təhsil müəssisələrində fərdi qiymətləndirmə qaydalarından istifadəyə icazə verilir. Lisey tipli məktəblərdə summativlər üç fəndən ola bilər. Təmayül fənləri üzrə ola bilər”.

    Emin Əmrullayev vurğulayıb ki, birinci sinifdə bu dəyişiklikdən sonra 72 dəfə daha az qiymətləndirmə aparılacaq. İbtidai siniflər üzrə qiymətləndirmənin sayı isə 288-dən 180-ə enib:

    “Dəyişiklikdən sonra ümumtəhsil səviyyəsində V-IX siniflər üzrə Böyük Summativ Qiymətləndirmədə hər il 25 imtahan azalır, tam orta təhsil səviyyədə isə 27 imtahan azalacaq”.//oxu.az

  • Türkiyədə azərbaycanlı sevgilisini öldürən şəxs həbs edildi – FOTO

    Türkiyədə 24 yaşlı Qənirə Cabbarovaya 55 bıçaq zərbəsi vuraraq, qətlə yetirən Halil Acar məhkəmə qarşısına çıxarılıb.

    Median.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinib və həbs olunub.

    Xatırladaq ki, Qənirə 24 yaşlı sevgilisi Halil ilə birlikdə Burdurun Karamanlı rayonundakı gecə klublarından birində əyləndikdən sonra evə getmək üçün taksiyə oturub.

    Cütlük taksidə mübahisə edib və Tefenni-Çavdır avtomagistralında taksidən düşüblər.

    Bir müddət sonra davaya çevrilən mübahisə zamanı Halil sevgilisinə 55 bıçaq zərbəsi vurub.






  • Как американцы реагируют на наши сладости – ВИДЕО

    «Приехав в США, я угостил американцев национальными сладостями Азербайджана, которые привез с собой, и запечатлел их реакцию. Надеюсь, этот эксперимент вам понравится».

    Об этом сказал студент Азербайджанской дипломатической академии Джаваншир Гасанли.

    Студент поделился кадрами в социальной сети:

  • Azərbaycan paxlavası yeyən amerikalıların maraqlı reaksiyası – VİDEO

    ABŞ-a gedərkən mədəniyyət şokunu keçirənə qədər özümlə apardığım milli mətbəximizin şirniyyatlarını yeməyib amerikalılara dadızdıraraq, onların reaksiyalarını lentə aldım. Ümid edirəm ki, bu eksperiment sizin xoşunuza gələcək.

    Bu fikirlər ADA Universitetinin tələbəsi Cavanşir Həsənəliyə aiddir.

    O, ABŞ-da olarkən amerikalılara paxlava yedirdərək onların reaksiyasını öyrənmək istəyib və bu görüntüləri sosial şəbəkədə paylaşıb:

  • В Джалилабаде обнаружена находка возрастом более 3 тысяч лет – ВИДЕО

    В Джалилабаде найдена фигура птицы из камня, относящаяся к периоду до нашей эры.

    Как передает Median.Az со ссылкой на Xəzər TV, находка, являющаяся, предположительно, идолом, обнаружена во время сельскохозяйственных работ в селении Шатырлы.

    Вес фигуры составляет примерно 10 кг. На поверхности имеется маленькая печать, что, по словам историков, может быть признаком того, что она принадлежит любому племени. Примечательно еще и то, что на камне начерчены вертикальные линии.

    В ходе предварительного расследования выяснилось, что найденный идол датируется возрастом более 3 тысяч лет.

    По словам специалистов, каменная фигурка – первая находка на южной территории, связанная с верой людей.

    Отметим, что на данной территории также были обнаружены сельскохозяйственные принадлежности.

    О находках проинформирован Исторический и этнографический институт АМЕА.

  • Cəlilabadda üç min illik büt tapıldı – VİDEO

    Cəlilabadda bizim eramızdan əvvələ aid olan daşdan düzəldilmiş quş fiquru tapılıb.

    Median.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, büt olduğu ehtimal olunan daş fiqur Cəlilabadın Şatırlı kəndində təsərrüfat işləri görülərkən aşkar edilib.

    10 kq-a yaxın çəkisi olan maddi mədəniyyət nümunəsinin üzərində kiçik ölçüdə möhür izini xatırladan damğa var.

    Tarixçilərin sözlərinə görə, bu, bütün hər hansı bir tayfaya aid olduğunu göstərən işarə ola bilər. Digər maraqlı məqam isə daş fiqurun üzərində bir neçə şaquli düz xətlərin çəkilməsidir.

    İlkin araşdırmalar zamanı tapıntının üç min ildən çox yaşı olduğu məlum olub.

    Mütəxəssislərin sözlərinə görə, daş fiqur cənub bölgəsində insanların inancı ilə bağlı ilk tapıntıdır.

    Sözügedən maddi mədəniyyət nümunəsinin araşdırılması qədim insanların inancları, eləcə də, dəfn adətləri ilə bağlı maraqlı faktları üzə çıxara bilər.

    Qeyd edək ki, sözügedən ərazidə qartal formalı bütlə yanaşı, əkinçilik alətlərinin qalıqları da aşkar olunub. Artıq bununla bağlı AMEA Tarix və Etnoqrafiya İnstitutuna məlumat verilib.

  • Для автомобилей общего пользования будут созданы отдельные полосы

    На улицах и проспектах крупных городов Азербайджана будут созданы специальные полосы движения для автомобилей общего пользования.

    Как передает Median.Az со ссылкой на Trend, об этом говорится в «Государственной программе безопасности дорожного движения в Азербайджанской Республике на 2019-2023 годы», утвержденной указом президента Ильхама Алиева от 27 декабря 2018 года.

    Отметим, что в городе Баку и близлежащих городах, поселках и селах будут расширены маршрутные линии экспресс-автобусов, автобусные станции будут размещены при условии, что они не будут мешать движению транспорта, автобусные маршруты, особенно в крупных городах, регулярные внутригородские автобусы будут оптимизированы с учетом пассажиропотока и дорожной инфраструктуры.

    Кроме того, планируется спроектировать пилотные территории для использования автономных (беспилотных) транспортных средств, подготовить предложения с целью совершенствования законодательства и решения других организационно-правовых вопросов для организации движения данных транспортных средств.

  • Утверждены новые правила о бюджетных организациях

    Кабинет министров утвердил «Порядок подготовки стратегических планов бюджетных организаций в Азербайджанской Республике».

    Как передаёт Median.Az со ссылкой на oxu.az, согласно правилам, стратегический план бюджетных организаций понимается как документ, в котором изложены их краткосрочные и среднесрочные цели, источники финансирования, и мероприятия по реализации этих целей

    Бюджетные организации должны подготовить стратегический план на среднесрочный период, то есть на следующий год и последующие 3 года. Должен быть применен анализ ССВУ – сильные стороны, слабые стороны, возможности и угрозы.

    Предусмотренные меры – это набор взаимосвязанных действий, направленных на достижение целей и решение задач, изложенных в стратегическом плане.

  • Büdcə təşkilatları ilə bağlı yeni qayda təsdiqləndi – QƏRAR

    Nazirlər Kabineti “Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası”nı təsdiq edib.

    Median.Az xəbər verir ki, qaydalara əsasən, büdcə təşkilatlarının strateji planı dedikdə, onların qısa və ortamüddətli dövrdə hədəflərini və həmin hədəflərin həyata keçirilməsi tədbirlərini, o cümlədən, maliyyələşmə mənbələrini nəzərdə tutan sənəd başa düşülür.

    Büdcə təşkilatları ortamüddətli dövr, yəni növbəti il və sonrakı üç il üçün strateji plan hazırlamalıdır.

    Bu zaman “GZİT” təhlili – güclü tərəflər, zəif tərəflər, imkanlar və təhdidləri özündə ehtiva edən təhlil alətindən istifadə edilməlidir.

    Nəzərdə tutulan tədbirlər isə – strateji planda müəyyən edilmiş hədəf və məqsədlərə nail olunmasına istiqamətləndirilmiş bir-biri ilə əlaqəli işlərin məcmusudur.

    Strateji planın strukturu belə olacaq:

    3.1. Strateji planın hazırlanması üçün müəyyən edilən minimal struktur:

    3.1.1. missiya hesabatı – büdcə təşkilatının əsas məqsəd və fəaliyyətinin hədəflərini müəyyən edən qısa bəyanatdır. Missiyada təşkilatın fəaliyyətindən irəli gələn əsas funksiyası təsvir edilir və təşkilatın nə iş gördüyü xarakterizə edilir;

    3.1.2. strateji baxış – büdcə təşkilatının gələcək mövqeyi ilə əlaqədar arzusunu və təşkilatın missiyasına uyğun olaraq gələcək fəaliyyət və inkişafını müəyyən edir;

    3.1.3. strateji istiqamətlər – təşkilat qarşısında qoyulan məqsədlərə və hədəflərə nail olmaq üçün müvafiq sahənin inkişafının təmin edilməsi üzrə əsas prioritet istiqamətləri müəyyən edir;

    3.1.4. strateji məqsəd və hədəflər – strateji baxışda qoyulmuş əsas strateji istiqamətlərə nail olunması üçün əsas məqsəd və hədəflər müəyyən edir;

    3.1.5. strateji göstəricilər – təşkilatın əsas məqsəd və hədəflərindən asılı olaraq, fəaliyyət və inkişafını ölçən göstəricilər müəyyən edir;

    3.1.6. fəaliyyət planları – müəyyən edilmiş əsas strateji məqsəd və hədəflər üzrə ortamüddətli dövr ərzində görüləcək tədbirlər, onların icrasının həyata keçirilməsi üçün tələb edilən xərclər və əldə ediləcək nəticələrin əks olunduğu plan.

    Strateji planın hazırlanması zamanı ortamüddətli dövrdə sektorun mövcud inkişaf səviyyəsi və bu sektorun fəaliyyətinə təsir edən daxili və xarici amillər nəzərə alınmaqla strateji təhlil aparılır.

    Daxili amillərə idarəetmənin vəziyyəti, resurs mövcudluğu (çatışmazlıqları), təşkilati struktur, texniki və məlumat sistemləri (bazaları), əməkdaşların potensialı və digər amillər, xarici amillərə isə iqtisadi şərait, qlobal rəqabət, demoqrafik və texnoloji trendlərə əsaslanan coğrafi şərait və qanunvericilik üzrə dəyişikliklər aid edilə bilər.

    Strateji təhlil nəticəsində mövcud və yaxın gələcəkdə sektor qarşısında yarana biləcək məsələlər müəyyən edilir və təhlilin nəticələri göstərilir.

    Strateji planla müəyyən edilmiş tədbirlər müvafiq sahənin inkişafının təmin edilməsi məqsədi ilə qəbul edilmiş strateji sənədlərdə (konsepsiya, strateji yol xəritələri, dövlət proqramları və s.) nəzərdə tutulmuş məqsəd və hədəflərə uyğun olmalıdır.

    Təşkilatın gələcək məqsəd və hədəflərinin, həmçinin bu hədəflərin əldə edilməsi üçün həyata keçiriləcək tədbirlərin (və ya tədbirlər planlarının) və müvəffəq olma ölçülərinin müəyyən edilməsi üçün strateji təhlil əsas alətdir. Bu bölmədə həmçinin büdcə təşkilatının ortamüddətli hədəflərinə nail olunmasına və maliyyə göstəricilərinə təsir edə biləcək risklərin də ətraflı təhlili aparılır.

    Strateji təhlildə “GZİT” alətindən də istifadə edilə bilər. Bu zaman daxili və xarici amillər nəzərə alınır. Güclü və zəif tərəflərin təhlili sektorun inkişafına təsir edən daxili amillərin (resurs potensialının) təhlilinə xidmət edir. İmkanlar və təhdidlər isə xarici amillərin (ətraf mühitin) təhlilinə aiddir.

    Strateji məqsədlər nəzərə alınmaqla aparılan təhlillər əsasında müvafiq sahənin inkişafının təmin edilməsi üzrə strateji istiqamətlər və qarşıya qoyulan məqsəd və hədəflərə çatma dərəcəsinin müəyyən edilməsi üçün əsas hədəf göstəriciləri müəyyən edilir.

    Sektor strateji planının hazırlanmasının növbəti mərhələsində fəaliyyət planı tərtib edilir. Fəaliyyət planlarının əsas elementlərinə ortamüddətli dövrdə sektorun inkişafı və bu sahədə idarəetmənin mövcud vəziyyəti aid edilir.

    Fəaliyyət planının hazırlanmasının məqsədi sektor üzrə strateji məqsədlərə çatmaqdan və bu sahədə göstəricilərin yaxşılaşdırılmasından ibarətdir. Bu məqsədlərə çatmaq üçün məhsullar, xidmətlər, maliyyələşdirilmə, məsləhətləşmələr, aktivlərin təminatı və tənzimlənməsi istiqamətində mövcud insan kapitalı və digər resurslarla müvafiq tədbirlərin görülməsi təmin edilməlidir.

    Ortamüddətli dövr üzrə fəaliyyət planlarında sektor üzrə növbəti illər ərzində qarşıya qoyulmuş hədəf və göstəricilər, bu hədəflərə uyğun müəyyən edilmiş tədbirlər, icra müddətləri, icrasına məsul şəxslər barədə məlumatlar öz əksini tapır. Fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin icrasının zəruriliyi əsaslandırılır.

    Sektor strateji planın hazırlanmasına cavabdeh olan təşkilat tərəfindən növbəti il üzrə dəqiqləşdirilmiş və sonrakı üç il ərzində nəzərdə tutulan tədbirlər (o cümlədən, icrasına maliyyə vəsaiti tələb edilməyən tədbirlər) əsasında ortamüddətli dövrə xərclər və maliyyələşdirilmə mənbələri müəyyən edilir.

    Tələb olunan maliyyə vəsaitinin müəyyən edilməsi üçün tələb edilən xərclər (insan kapitalı, maliyyə və maddi resurslar) hər bir tədbir üzrə ayrıca sətirdə göstərilməklə, fəaliyyət planı üzrə maliyyə hesablamaları bu Qaydanın əlavəsinə uyğun olaraq aparılır və strateji plana əlavə edilir.

    Fəaliyyət planlarında müəyyən edilmiş tədbirlərin icrasının təmin edilməsi üçün təşkilat tərəfindən məsul şəxs təyin edilir.

    Hazırlanmış sektor strateji planlarının təsdiqi və onda dəyişikliklərin edilməsi sektorun inkişafına məsul olan təşkilat tərəfindən həyata keçirilir.

    Büdcə təşkilatları bu Qaydaya uyğun olaraq sektor strateji planlarını mart ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edirlər.

    Strateji planın icrasının qiymətləndirilməsi üçün “Monitorinq və hesabatlılıq” və “Fəaliyyətin ölçülməsi və qiymətləndirmə”dən istifadə edilir.//oxu.az