Month: January 2019

  • Günəş tutulmalarının vaxtı açıqlandı

    AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2019-cu il baş verəcək Günəş tutulmalarının vaxtını açıqlayıb.

    Rəsədxanadan bildirilib ki, bu il üç Günəş tutulması hadisəsi (qismən, tam və həlqəvari) baş verəcək.

    Belə ki, ilk Günəş tutulması 6 yanvar 2019-cu ildə Bakı vaxtı ilə saat 03:34-də başlayacaq, 05:40-da maksimum həddə çatacaq, 07:49-da isə sona yetəcək.

    Növbəti Günəş tutulması 2 iyul 2019-cu il tarixində yerli vaxtla saat 20:55-də baş verəcək və 3 iyul 01:50-də sonlanacaq.

    Sonuncu Günəş tutulması isə 26 dekabr 2019-cu ildə Bakı vaxtı ilə saat 06:30-da start götürəcək və 12:06-da yekunlaşacaq. Bakıda 08:03-dən 08:52-yə qədər səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək mümkün olacaq.

  • Известно число пострадавших от взрывов пиротехники

    В праздничные дни на Станцию скорой и неотложной медицинской помощи города Баку поступило 4754 различных обращений.

    Как сообщили в Минздраве, 31 декабря в больницы обратились 2356 жителей столицы, 1 января – 2398.

    «647 из них – дети. 5 человек пострадали от пиротехнических средств, среди них 2 получили ожоги, 3 – различные травмы рук. Еще 3 человека поступили с пищевым отравлением».//oxu.az

  • Bayram günlərində beş nəfər pirotexniki vasitələrdən xəsarət alıb

    Bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müxtəlif şikayətlərlə 4754 nəfər müraciət edib.

    Səhiyyə Nazirliyindən oxu.az-a verilən məlumata görə, paytaxt ərazisində dekabr ayının 31-i xəstəxanalara 2356, yanvar ayının 1-i isə 2398 nəfər müraciət edib:

    “Müraciət edən şəxslərdən 647 nəfəri azyaşlı uşaqlar olub. Beş nəfər fişəng və pirotexniki vasitələrdən ziyan çəkib, onlardan ikisi yanıq, üçü əlin müxtəlif travması alıb. Daha üç nəfər qida zəhərlənməsi ilə qeydiyyata alınıb. Ümumi müraciət edən şəxslərdən azyaşlılar istisna olmaqla, digərləri yetkinlik yaşına çatmış şəxslərdir”.

  • Гурбан Гурбанов улучшил свои позиции в мировом рейтинге

    Главный тренер футбольного клуба «Карабах» Гурбан Гурбанов поднялся на одну позицию в мировом рейтинге.

    Как передает Median.Az со ссылкой на Report, 46-летний специалист занял в итоговом списке 2018 года 460-ое место с 1973 очками.

    Наставник лидера Азербайджанской премьер-лиги «Нефтчи» Роберто Бордин же расположился на 961-ой позиции с 123 очками.

    Отметим, что рейтинг с 14840 баллами в активе возглавляет главный тренер испанской «Барселоны» Эрнесто Вальверде.

  • Эмин Агаларов снова стал отцом

    У Эмина Агаларова и его жены Алены Гавриловой 31 декабря 2018 года родилась дочь.

    Об этом сообщает PeopleTalk со ссылкой на источник из окружения семьи. 

    Это первый общий ребенок Эмина и Алены, которые поженились в июле 2018 года после двух лет отношений. У Агаларова есть 10-летние сыновья-близнецы Али и Микаил и 4-летняя приемная дочка Амина от первого брака с Лейлой Алиевой, а у Гавриловой – 11-летний сын от отношений с бизнесменом Рустамом Тарико.

  • Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi açıqlanıb

    “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi dəyişməz qalıb.

    Median.Az
    report-a istinadən xəbər verir ki, bu barədə “Football World Rankings” saytı yazıb.
    46 yaşlı mütəxəssis 2018-ci ilin yekun siyahısında 1073 xalla 458-ci sırada yer alıb. Komandası Azərbaycan Premyer Liqasında çıxış edən daha bir mütəxəssis də “minlik”də qərarlaşıb. Bu, “Neftçi”yə rəhbərlik edən Roberto Bordindir. İtaliyalı məşqçi 123 xalla 961-ci pillədə qalıb.

    Qeyd edək ki, siyahıya 14840 xalla İspaniyanın “Barselona” komandasının baş məşqçisi Ernesto Valverde başçılıq edir.

  • Beyləqanlı pəhləvanın üzərindən 12 dəfə yük maşını keçdi – VİDEO

    Beyləqan rayonunda pəhləvanın üzərindən 12 dəfə yük maşını keçib.

    Median.Az-in “Report”a istinadən verdiyi xəbərə görə, rayonun birinci Şahsevən kənd sakini İlham Hacıyev 3-4 tona qədər çəkisi olan bir neçə yük avtomobillərini 12 dəfə öz üzərindən keçirib.

    Bununla da “Ginnesin rekordlar kitabına” düşmək istəyən 44 yaşlı idmançı bu hərəkəti indiyədək heç bir pəhləvanın edə bilmədiyini iddia edir.

  • Yol polisindən bayram “sürpriz”i – sərxoş sürücü mikrafona üfürdü – VİDEO

    Yol polisi əməkdaşları Astarada reyd keçirib. Reyd bir sıra maraqlı məqamlarla yadda qalıb. Hətta spirtli içkinin təsirindən alkotestrlə mikrofonu səhv salanlar da olub.

    Biri o dərəcədə sərxoşdur ki, alkotestrlə mikrofonu səhv salıb. Digəri bayramı bəhanə edərək məsuliyyətdən yayınmağa çalışır. Bir neçə sürücü isə polisin “Saxla!” əmrinə tabe olmayaraq qaçmağa çalışıb.

    Görüntülər Yol Polisi əməkdaşlarının Astarada keçirdiyi reyddəndir. Reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, sərnişindaşıma qaydalarını pozan və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən sürücülərlə yanaşı sərxoş vəziyyətdə sükan arxasına əyləşənlərə də rast gəlinib.

    Digər sürücü isə əvvəlcə sürücülük vəsiqəsinin avtomoilə düşərək itdiyini deyib. Araşdırdıqda isə məlum olub ki, onun sürücülük vəsiqəsi yoxdur.

    Bu sürücü isə qardaşının sürücülük vəsiqəsini öz sənədi kimi təqdim edərək polisləri aldatmağa çalışıb.

    Reyd zamanı 13 sürücü barəsində inzibati protokol tərtib edilib. Bir neçə avtomobil isə cərimə meydançasına aparılıb.

  • Прогноз погоды на первый рабочий день недели

    3 января в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, утром местами слабый туман, днем дожди. Утром подует умеренный южный ветер.

    Как сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов, температура воздуха на Абшероне ночью составит 3-5°, днем 7-10° тепла, в Баку ночью 3-5°, днем 8-10° тепла.

    Атмосферное давление снизится с 764 до 761 мм ртутного столба, относительная влажность ночью 70-80%, днем – 60-65%.

    В районах Азербайджана в основном осадков не ожидается. Однако днем в Нахчыванской Автономной Республике и некоторых восточных районах возможны осадки, местами будет туман, подует переменчивый западный ветер.

    Температура воздуха ночью составит от 3° мороза до 2° тепла, днем 8-13° тепла, в горах ночью 3-8°, в высокогорных зонах – 12-17° мороза, днем 0-5° тепла.

  • Yeni ilin ilk iş gününə olan hava proqnozu

    Sabah Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər ayrı-ayrı yerlərdə zəif duman olacağı, gündüz isə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

    Mülayim cənub küləyi əsəcək.

    Havanın temperaturu Abşeronda gecə 3-5°, gündüz 7-10° isti, Bakıda gecə 3-5°, gündüz 8-10° isti təşkil edəcək.

    Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

    Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz Naxçıvan Muxtar Respublikasında və bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi gündüz arabir güclənəcək.

    Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 0-5° isti təşkil edəcək.