Month: January 2019

  • Elman Rüstəmov: Dolların bahalaşmasına əsas yoxdur

    Azərbaycanda dolların məzənnəsinin yenidən qalxacağı ilə bağlı yayılan xəbərlərə Mərkəzi Bankın sədri Elman Rüstəmov aydınlıq gətirib.

    Median.Az xəbər verir ki, o, Unikal.org-a açıqlamasında bu cür xəbərləri şayiə adlandırıb:

    “Əsası olmayan boş-boş sözlər danışırlar. Bugünkü gündə dolların məzənnəsinin manata nisbətən bahalaşmasına heç bir əsas yoxdur. Bununla bağlı Mərkəzi Bankın da qərarları var. Ölkədə dolların bahalaşması ilə bağlı məsələ müzakirə olunmur. Azərbaycanda cari ilə bütün makroiqtisadi situasiya makroiqtisadi sabitlik üzərində qurulub”.

    E.Rüstəmov Azərbaycan nefti dünya bazarında ucuzlaşsa belə, bunun dolların kursuna təsir etməyəcəyini də vurğulayıb:

    “Bütün bunlara görə Mərkəzi Bank və hökumətin vahid planı var. Qeyd etdiyim kimi, makroiqtisadi situasiya nəzarət altındadır. 2017-2018-ci illərdə ölkədə makroiqtisadi sabitlik hökm sürüb. 2019-cu ildə də belə olacaq”.

  • Fevral ayına olan hava proqnozu açıqlandı

    Azərbaycanda fevral ayına olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər aşağı olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.

    Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 2-4 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 8-13, bəzi günlərdə 2-4 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 21-24 mm) gözlənilir.

    Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 0-3 dərəcə şaxta (gecələr 3-8, bəzi günlərdə 10-15, dağlarda 15-20 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 11-29 mm) gözlənilir.

    Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-3 dərəcə şaxta (gecələr 0-5, bəzi günlərdə 8-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-35 mm) olacağı gözlənilir.

    Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 0-3 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 1-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (15-36 mm) olacağı gözlənilir.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 4-9, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 24-55 mm) gözlənilir.

    Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 3-5 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 1-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 21-35 mm) olacağı gözlənilir.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 0-4 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-2, dağlarda 6-11 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 1-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 44-105 mm) gözlənilir.

  • Bakı metrosunda vaqonlarda əlillər üçün əlavə yerlər quraşdırılır – FOTO

    “Bakı Metropoliteni”ndə sosial əhəmiyyətli genişmiqyaslı layihənin həyata keçirilməsi istiqamətində ilk mühüm addımların atılmasına başlanılıb.

    QSC-dən bildirilib ki, bu layihəyə görə əlillərin və sağlamlığı məhdud insanların metropolitendən təhlükəsiz və rahat istifadə imkanları artırılaraq, bu nəqliyyat vasitəsindən onların imkanlarını məhdudlaşdıran maneələr aradan qaldırılacaq.

    Məqsəd isə sosial ədalət prinsiplərinin tam təmin edilərək, digər kateqoriyalardan olan sağlamlığı məhdud, ələlxüsus əlil arabaları ilə hərəkət edən insanların metropolitendən istifadə edə bilməsini təmin etməkdir.

    Sirr deyil ki, Bakı metrosunda əlil arabaları ilə hərəkət etmək çox çətindir. Bu səbəbdən “Bakı Metropoliteni” QSC sədrinin tapşırığına əsasən, xüsusi İşçi qrupu yaradılaraq, vəziyyət təhlil olunub, araşdırma və müzakirələrin aparılaraq, beynəlxalq təcrübə və dünya texnologiyalarının tətbiqi imkanları öyrənilib.

    Aparılan araşdırmalar zamanı əlil arabası ilə hərəkət edən şəxslərin də metropoliten işçilərinin və xüsusi avadanlıqların köməyi ilə metrodan istifadə etməsinin mümkünlüyü müəyyən edilib.

    Bu işlərin yerinə yetirilməsi məqsədilə birinci mərhələdə stansiyalarda konstruktiv dəyişiklikliklər nəzərdə tutulmasa da, metropolitendə istismarı əksəriyyət təşki edilən 81-717/714 tipli vaqonlarda əlil arabalarının yerləşdirilməsi üçün yerlərin hazırlanması istiqamətində tədbirlərə başlanılıb.

    Artıq bu yerlərin ilk nümunələri də baş vaqonların salonlarında quraşdırılıb. Qaydaya uyğun olaraq, hər baş vaqonun maşinist kabinəsinə yaxın hissəsində quraşdırılan bu yerlər bütün standartlara uyğun, ən əsası, vaqonların konstruksiyasının təməl prinsiplərinə xələl gətirilmədən quraşdırılır. Mərhələ ilə bu yerlər baş vaqonların hər birində quraşdırılacaq.

    Əlillər və fiziki sağlamlığı məhdud insanlar əlil arabasında metropolitendən istifadə etmək üçün əvvəlcədən sifariş verə biləcək.

    Artıq ilkin əyani sınaq da keçirilib. Könüllü olaraq, bu sınaqda iştirak edən Cəmilə Məmmədlinin iştirakı ilə bütün proses əyani təşkil edilib. Əlil arabasının qarşılanması, stansiyaya endirilməsi və qatarda mənzil başına çatdırılması prosesinin ilkin sınaqları uğurla aparılıb. Hazırda əldə olunmuş nəticələrin təhlili, təkmilləşdirilməsi, işçilərin təcrübəsinin artırılması üzərində işlər başlanılıb.

    Məlumat üçün onu da əlavə edək ki, 2016-cı ildə istifadəyə verilmiş Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında fiziki imkanları məhdud şəxslər üçün liftlər quraşdırılıb. Yaşıl və Qırmızı xətlər üzrə yerləşən stansiyalarda isə bu cür liftlərin layihələndirilərək inşa edilməsi mümkün deyil.




  • 18 yaşı olmayanlara enerji içkilərinin satışı məhdudlaşdırılsın – TƏKLİF

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 18 yaşa qədər olan şəxslərin enerji içkilərdən istifadə etməsinin məhdudlaşdırılmasını təklif edib.

    Q.Təhməzli çıxışında enerji içkilərinin insan orqanizminə mənfi təsirinin kofeinin miqdarı və həzmə sürətlə daxil olmasından asılı olduğunu deyib.

    Q.Təhməzli bildirib ki, bu içki soyuq qəbul edildiyindən ani olaraq mədədə sovrulma hissi baş verir:

    “Süni qan dövranının sürətlənməsi ilə yalançı oyanıqlıq sistemi yaranır. İnsanlar da elə düşünür ki, bu, gümrahlıq hissidir. O, insan sağlamlığı üçün böyük təhdiddir. Soyuq çaylar insan bədəninə soyuq şəkildə daxil olsa da, kofeinin miqdarı 11 mq ölçüsündədir.

    Ümumiyyətlə, 18 yaşa qədər olan şəxslərin bu içkilərdən istifadə etməsi məhdudlaşdırılmalıdır. Enerji içkilərinin markalanması zamanı üzərində kofeinin miqdarı bildirilməlidir. Bununla bağlı hökumətə müraciətimiz oldu. AMEA bizə rəy ünvanlayıb və fikirlərimiz üst-üstə düşüb”.

  • Нурмагомедов станет ведущим реалити-шоу в Казахстане

    Российский боец, получивший дисквалификацию в UFC на девять месяцев, определился со своим ближайшим будущим.

    Как передает Median.Az со ссылкой на BNews.kz, чемпион UFC в легком весе Хабиб Нурмагомедов станет ведущим второго сезона программы проекта The Nomads, которая выходит на казахстанском телевидении. Об этом сообщил глава Сандыктауского района Казахстана Асылбек Исмагамбетов.

    The Nomads – это реалити-шоу, где соревнуются известные спортсмены. Ведущим первого сезона был казахстанский боксер, олимпийский чемпион Бахтияр Артаев.

  • Продовольственная безопасность будет регулироваться законом

    В Азербайджане будет принят закон о продовольственной безопасности.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом председатель комитета по аграрной политике Милли меджлиса, профессор Эльдар Ибрагимов сказал на заседании комитета.

    Он отметил, что в период весенней сессии в комитет должны представить новый законопроект «О продовольственной безопасности».

    «Полагаю, что в принятии такого закона есть необходимость. Очень вероятно, что в рамках весенней сессии мы сможем, как минимум, провести предварительные обсуждения по данному документу», – сказал Э.Ибрагимов.

  • Qida təhlükəsizliyi qanunla tənzimlənəcək

    Qida təhlükəsizliyi ilə bağlı ayrıca müstəqil qanun olacaq.

    Bu barədə Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı adıçəkilən komitənin yanvarın 31-də keçirilən ilk iclasında məlumat verib.

    O qeyd edib ki, yaz sessiyası dövründə komitəyə “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsinin təqdim edilməsi gözlənilir:

    “Hesab edirəm ki, belə bir qanun layihəsinin qəbuluna ehtiyac var. Çox güman ki, yaz sessiyası dövründə bu sənədlə bağlı ən azı ilkin müzakirələri apara biləcəyik”.
    //oxu.az

  • Массовое отравление на мебельной фабрике в Джалилабаде

    В Джалилабаде на мебельной фабрике произошло массовое отравление.

    Как передает Median.Az со ссылкой на Report, инцидент произошел на мебельной фабрике Woodpecker.

    Согласно предварительной информации, причиной отравления стал клей, используемый при изготовлении мебели.

    Пять человек, пострадавшие в результате инцидента, доставлены в больницу. Их личности устанавливаются.

    По факту ведется расследование.

  • Cəlilabadda mebel fabrikində kütləvi zəhərlənmə

    Cəlilabad rayonunda mebel fabriklərində kütləvi zəhərlənmə olub.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonda yerləşən “Woodpecker” mebel fabrikində qeydə alınıb.

    İlkin məlumata görə, zəhərlənmə əşyaların düzəldilməsi üçün istifadə olunan xüsusi kleylərdən baş verib. Hadisə nəticəsində beş nəfər xəstəxanaya çatdırılıb.

    Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Габале “ВАЗ” врезался в столб, погиб водитель

    Как сообщает Median.Az, 30-го января примерно в 23 часа в поселке Нидж Габалинского района автомобиль марки “ВАЗ 21124”, управляемый жителем поселка Азмамед Хидаятовым врезался в электрический столб.

    В результате водитель скончался на месте происшествия.

    В Главном Следственном управлении МВД по факту ведется расследование.