Month: February 2019

  • Hər səhər yediyiniz ZƏRƏRLƏRİ

    Hər səhər yediyimiz yumurtanın bir çox faydalarını bilirsiniz. Bəs, onun orqanizm üçün zərəri haqda necə, məlumatınız varmı?

    Median.Az gencaile.az-a istinadən yumurtanın orqanizmdə yaradacaq zərərlərini sadalayır:

    Salmonella – yumurtada tapıla bilən ən təhlükəli mikroblardan biridir. Bu mikrob yumurtaya və ya toyuğa heç bir zərər vurmur, ancaq əgər bu mikrob insan orqanizminə düşərsə, bədən temperaturunda sürətlə inkişaf edərək, bağırsaqlarda iltihab, paratif və tif yarada bilir.

    Həkimlər istifadədən əvvəl yumurtanı sabunlu su ilə yumağı məsləhət görürlər. Yumurtanı 10 dəqiqədən az qaynatmaq məsləhət deyil. Həmçinin həkimlər yumurtanı çiy yeməyi orqanizmin sağlamlığı üçün zərərli hesab edirlər.

    Mütəxəssislər həftədə 7 və daha çox yumurta qəbul edən orta yaşlı kişilərin ölüm faizinin artdığı qənaətindədirlər, belə ki, yumurtada olan çox miqdarda xolesterin damarların divarında kirəc əmələ gəlməsinə səbəb ola bilir.
    Eyni zamanda çoxlu miqdarda yumurta qəbulu infarkt və insultdan ölüm dərəcəsini iki dəfə artırır

  • Azərbaycanda nazir öz kadrlarını işdən çıxardı – Siyahı

    Kənd Təsərrüfatı Nazirliyində yeni dəyişikliklər olub.

    Median.Az “Mia.az”a istinadən xəbər verir ki, İnam Kərimovun əmri ilə 8 ay əvvəl (30 iyun 2018-ci ildə) Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin baş direktoru təyin olunan Vüqar Babayev vəzifəsindən çıxarılıb.

    Onun yerinə isə Elçin Zeynalov gətirlib.

    Xatırladaq ki, V.Babayev bu vəzifəyə qədər Azərbaycan Milli Elmlər Akademiyasının “Yüksək Texnologiyalar Parkı”nın direktoru işləyib.

    İnam Kərimov Vüqar Babayevlə yanaşı, 13.06.2018-ci ildə təyin etdiyi müşaviri Şəbnəm Məmmədovanı da vəzifəsindən çıxarıb.

    Qeyd edək ki, nazir İnam Kərimovun 8 ay əvvəl özünə innovasiya üzrə müşavir təyin etdiyi Ş.Məmmədova ADA Universitetinin “Biznesin idarə edilməsi” fakültəsini bitirib, daha sonra Hollandiyadakı Maastrixt Menecment Məktəbində beynəlxalq biznes üzrə təhsil alıb, eləcə də Sinqapurda, İsraildə və ABŞ-da innovasiyalar üzrə təhsilini davam etdirib.

    O, 8 ilə yaxın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində innovasiyalar sektorunun müdiri olub.

    Ş.Məmmədova informasiya və kommunikasiya texnologiyaları (İKT), innovasiyalar üzrə qadınların maarifləndirilməsinə və savadlılığının artırılmasına xidmət edən “İKT-də Qadınlar Klubu”nun həmtəsisçisidir.

    KTN-də daha bir dəyişikik isə adı MTN qruplaşması ilə birlikdə hallanan iş adamı Aydəm Ismayılovla bağlı olub.

    İnam Kərimov nazir təyin olunduqdan sonra onun inamını qazanan Aydəm İsmayılov gözlənilməz təqdimatla nazirliyin İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri təyin olunmuşdu. Lakin bir neçə gün əvvəl nazir onun rəhbərlik etdiyi şöbəni ləğv edib, özünə isə yeni vəzifə verməyib.

    Məlumata görə, nazirin kadr və struktur islahatları bununla da bitməyib. O, daha bir neçə şöbə müdirini, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadəni də işdən azad edib.

    Diqqətçəkən məqam budur ki, işdən çıxarılanların hamısı məhz nazir İnam Kərimov tərəfindən müxtəlif zamanlarda vəzifələrə gətirilmişdilər.

  • Lənkəranda təhlükəsizlik orqanlarının 100 illiyi qeyd olunub

    Lənkəran şəhərində “Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti və rolu” mövzusunda yığıncaq keçirilib.

    Lənkəran Şəhər İcra Hakimiyyəti və “Alyans” Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən yığıncaqdan əvvəl İcra Hakimiyyəti başçısı Taleh Qaraşov və qonaqlar Heydər Əliyev Xatirə Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə tər çiçəklər düzməklə dahi rəhbərə hörmət və ehtiramlarını ifadə ediblər.

    Sonra qonaqlar Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən müzeydə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən şəkillər və eksponatlarla tanış olublar. Mərkəzin akt zalında başlayan yığıncaqda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Yığıncağı giriş sözü ilə açan T.Qaraşov dövlət idarəçiliyi sisteminin təşkili zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı çox mühüm əhəmiyyətli təsisatlardan birinin də milli təhlükəsizlik orqanları olduğunu qeyd edərək bu orqanların 100 illik yubileyini ölkənin ictimai-siyasi həyatında əlamətdar tarixi hadisə kimi diqqətə çatdırıb. İcra Hakimiyyəti başçısı çıxışında xüsusi xidmət orqanlarının ötən dövr ərzində böyük inkişaf yolu keçərək fəaliyyətinin təkmilləşməsində və müstəqil dövlətimizin milli təhlükəsizliyinin qarantına çevrilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu olduğu barədə geniş məlumat verib.

    Daha sonra “Alyans” Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədr müavini, ehtiyatda olan polkovnik Azər Qarayev çıxış edərək bildirib ki, bu il Azərbaycan xüsusi xidmət orqanlarının 100 illiyi tamam olur:
    “Azərbaycan xüsusi xidmət orqanlarının yaranmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolu var. Xüsusi xidmət orqanlarına xidmətə gələn Heydər Əliyev Azərbaycan SSR xüsusi xidmət orqanlarının milliləşməsinə çalışıb. Heydər Əliyevin əsas məqsədi bu orqanın milliləşməsi olub. Bilirsiniz ki, həmin vaxt repressiya dövrü idi və Azərbaycanın tanınmış alimləri, elm xadimləri, yaradıcı qüvvələri repressiya qurbanı olublar. Hüseyn Cavid, Əhməd Cavad, Ayna Sultanova, Ruhulla Axundov və digər ziyalılarımız repressiya zamanı güllələniblər. Tarixi faktlar göstərir ki, həmin şəxslərə ölüm hökmünün çıxarılmasında o vaxt orada işləyən ermənilərin xüsusi rolu olub. Onların məqsədi Azərbaycan ziyalılarını məhv etmək, Azərbaycanın inkafına ziyan vurmaq olub”.

    A.Qarayev deyib ki, Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyət dövrünü 3 mərhələyə bölmək olar: “Azərbaycan Xalq Cümhuriyyəti dövrü, Azərbaycan SSR dövrü və Azərbaycanın müstəqillik dövrü. Azərbaycan xüsusi xidmət orqanlarının SSRİ dövrü və müstəqillik dövrlərindəki inkişafında Heydər Əliyevin əvəzsiz rolu olub. Azərbaycan xüsusi xidmət orqanları bu gün də fəaliyyətini yüksək səviyyədə davam etdirir”.

    Sonra tədbirdə Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev və Lənkəran Dövlət Universitetinin tələbəsi Rəşad Paşayev çıxış edərək Ulu Öndərin təhlükəsizlik orqanlarının fəaliyyətinin xalqımızın milli maraqları baxımından düzgün istiqamətləndirilməsi, milli kadrların bu orqanlarda yerləşdirilməsi ilə bağlı rolundan danışıblar.

    Yığıncağın sonunda Ulu Öndərin dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyətinin bir sıra məqamlarını əks etdirən film nümayiş olunub.
    //trend.az

  • Gələn həftə bu ölkənin NATO-ya üzvlüyü rəsmiləşəcək

    Fevralın 6-da Belçikanın paytaxtı Brüssel şəhərində Şimali Makedoniya Respublikasının NATO-ya üzv qəbul edilməsinə dair protokol imzalanacaq.

    Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Twitter” hesabında yazıb.

    “Fevralın 6-da tarix yazacağıq: NATO müttəfiqləri xarici işlər naziri Nikola Dimitrovla gələcək Şimali Makedoniya Respublikasının bu təşkilata qoşulmasına dair protokolu imzalayacaqlar”, – deyə o qeyd edib.

  • Ötən il 15 minə yaxın gənc işlə təmin edilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirlən aktiv məşğuluq tədbirlərinin əsas hədəflərindən biri də gənclərin əmək bazarına inteqrasiyasıdır.

    Nazirlikdən verilən məlumata görə, ötən il Xidmətin xətti ilə 51 774 nəfər işlə təmin olunub və onlardan 14 700-nü gənclər təşkil edib.

    Xidmət tərəfindən ödənişli ictimai işlərə cəlb edilən 1022 nəfərdən 319-ü, peşə hazırlığı təşkil olunan 2 559 nəfərdən 1270-i gənclər olub. Mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramının icrası işlərində də gənclər diqqətdə saxlanılır. Ötən il 7267 nəfər özünüməşğulluq proqramına cəlb edilib və onlardan 1026-sı gənclərdir. Onlar proqram çərçivəsində verilmiş aktivlər hesabına kiçik ailə təsərrüfatlarını yaradıblar və bu da onların kiçik biznesə çıxışına imkan yaradıb.

    Gənclərin əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə köməklik göstərilməsi üçün keçən il əsasən orta məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 118 138 gəncə peşəyönümü məsləhətləri verilib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində isə bu kateqoriyadan olan 355 gənc peşə hazırlığı kursları keçib. Tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə Dövlət Məşğulluq Xidməti tərəfindən ötən il ali təhsil müəssisələrində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri də keçirilib.

    BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi olan və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə icra edilən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi ilk dəfə işaxtaran gənclərin əmək bazarına inteqrasiyasında mühüm rol oynayır. Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Masallı rayonunda yaradılmış SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) Təlim Mərkəzlərində 800-ə qədər gənc müasir iş axtarışı bacarıqlarına yiyələnib və onlardan əksəriyyəti bu bacarıqlar hesabına ayrı-ayrı müəssisələrdə işlə təmin olunublar.

  • Zakir Həsənov: Azərbaycan ordusu tam döyüş qabiliyyətlidir

    Azərbaycan ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

    Bu sözləri müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısında çıxışı zamanı deyib.

    Z.Həsənov bildirib ki, Azərbaycan ordusunun potensialının artırılmasının əsasında dövlətimizin və onun rəhbərliyinin göstərdiyi diqqət və qayğı dayanır:

    “Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

    Müdafiə naziri qeyd edib ki, ölkəmizin son illərdə dinamik iqtisadi inkişafı və nəticə etibarilə ordumuzun güclənməsi ölkə başçısının fəaliyyətinin nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

    “Azərbaycan ordusunun hazırkı vəziyyətinə gəlincə, o tam döyüş qabiliyyətlidir. İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Orduda aparılan islahatlar onun əməliyyat, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə yeni şərait yaradıb. Ən əsası odur ki, ordunun döyüş qabiliyyətini təyin edən mütəxəssislərin 70 faizi gənclərdir”, – deyə nazir vurğulayıb.

  • 26 yaşlı Cəlilabad sakini itkin düşüb

    Cəlilabad rayonu, Göytəpə şəhər Nizami küçəsi ev 67-də yaşayan, 1993-cü il təvəllüdlü Sahib Sahibəli oğlu Mahmudov yanvarın 25-də naməlum avtomobillə evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Yanvarın 25-dən 8 gün keçməsinə baxmayaraq, S.Mahmudovun yerini bilən yoxdur.

    Onun yaxınları bu barədə polis bölməsinə məlumat verib. Hazırda S.Mahmudovun tapılması istiqamətində araşdırma aparılır.

    Qeyd edək ki, o, 3 azyaşlı uşaq atasıdır.
    //report

  • В аэропортах Москвы отменили 14 и задержали свыше 30 рейсов

    Более 30 рейсов задержаны, 14 вылетов отменены в московских аэропортах Внуково, Домодедово и Шереметьево в субботу.

    Это следует из данных сервиса «Яндекс.Расписания».

    По информации на 16.32 , во Внуково задержка коснулась восьми рейсов, в Домодедово задержаны девять рейсов и 14 отменены, в Шереметьево с опозданием вылетят 18 рейсов. На данный момент все рейсы из аэропорта Жуковский вылетают по расписанию метео центра погоды «Фобос».

    Ранее сообщалось об облачной погоде и слабом снеге в Москве в субботу. По данныышать климатическую норму. Так, в Москве ожидается минус 1-3 градуса, в Подмосковье – от 0 до минус 5 градусов.
    //ria.ru

  • Saçları hər gün yumaq olarmı?

    Əvvəllər belə hesab olunurdu ki, saçları həftədə 1 dəfə yumaq olar, bundan tez yox.

    Lakin hazırda trixoloqlar saçları müəyyən fasilələrlə deyil, çirkləndikcə yumağı tövsiyə edirlər.

    Yağlı saçlar daha tez-tez çirklənir ki, onları bəzən hər gün yumaq lazım olur.

    Trixoloqların fikrinə görə, bu problem deyil. Əksinə saçların uzun müddət ərzində çirkli qalması onların sağlamlığına gündəlik yuyulmaqdan daha mənfi təsir edir.

    Saçların yağlılığını azaltmaq üçün onları isti su ilə deyil, ilıq su ilə yuyun və sonda alma sirkəsi (2 l su + 2 x.q. alma sirkəsi) və ya gicitkən, çobanyastığı dəmləməsi ilə yaxalayın.

    //saglamolun.az

  • В Китае подделывали вакцины от бешенства

    Власти КНР приняли меры в отношении чиновников, причастных к скандальному делу о нарушениях при производстве вакцины от бешенства, сообщила Центральная комиссия КПК по проверке дисциплины.

    Как передает Median.Az со ссылкой на РИА Новости, громкий скандал вокруг производства вакцин разразился в Китае в июле. Власти выявили, что крупный производитель фармацевтических препаратов из провинции Цзилинь (Гирин) Changchun Changsheng Life Sciences, который занимает второе место по объемам производства вакцины от бешенства в КНР, подделывает данные о производстве и нарушает государственные нормы управления качеством продукции.

    После тщательного расследования комиссия потребовала от шестерых чиновников взять на себя ответственность и уйти в отставку, также было решено исключить из партии бывшего заместителя начальника управления КНР по контролю и надзору за лекарственными препаратами У Чжэня, подозреваемого в должностном преступлении.

    Кроме того, соответствующие департаменты приняли строгие меры в отношении 42 чиновников, имевших отношение к скандальному делу.

    История получила широкий резонанс в социальных сетях, так как пострадавшими от контрафактной вакцины могут стать преимущественно дети до шести лет. Общественность призывала власти принять меры и наказать компанию и всех причастных самым серьезным образом.