Month: March 2019

  • Sumqayıtda ər arvadını ölümcül döyüb

    Sumqayıtda 29 yaşlı qadın əri tərəfindən ölümcül döyülüb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Hacı Zeynalabdin qəsəbəsi Dəmir yolu keçidi adlanan ərazidə baş verib. Sumqayıt şəhər sakini 1990-ci il təvəllüdlü Bağırova Çinarə Mətləb qızı ailə münaqişəsi zəmnində əri tərəfindən döyülüb.

    Qadın xəstəxanaya aparılaraq cərrahiyyə şöbəsinə yerləşdirilib. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

  • “Böyük islahatlar gəlir” – Azərbaycan deputatlarının Vaşinqtonda sensasion bəyanatları

    Azərbaycan parlamentinin hakimiyyət düşərgəsindən olan üç deputatı bu həftə “hökumətin həyata keçirdiyi siyasi islahatlara dəstək” təmin etmək üçün Vaşinqtona səfər ediblər. “Azərtac” və “Turan”ın Vaşinqton müxbirləri xəbər verir ki, Deputatlar Səməd Seyidov, Sahibə Qafarova və Asim Mollazadə ABŞ paytaxtında bir həftə ərzində Konqresin bir sıra mühafizəkar üzvləri ilə görüşüblər. Və İsrailin ictimaiyyətlə əlaqələr üzrə Amerika Komitəsinin-nüfuzlu yəhudi lobbi qruplaşmasının (AİPAC) təşkil etdiyi illik siyasi konfransda iştirak ediblər.

    “Biz siyasi islahatları başlatmaq üçün Vaşinqtona gəlmişik və böyük məmuniyyətlə, zövqlə demək istəyirik ki, bu təşəbbüsü anlamağa, dəstəkləməyə hazır olan insanlarla görüşdük”-Səməd Seyidov ötən gün martın 29-da Azərbaycan hakimiyyətinin peşəkar lobbiçilərinin və diaspor nümayəndələrinin qarşısında çıxışı zamanı deyib.

    “Azərbaycan dəyişən Qafqazda: daxili və xarici siyasətdə dəyişiklik” adlı tədbir Vaşinqtonda mənzillənmiş Mərkəzi Asiya və Qafqaz İnstitutunun İpək Yolunu araşdırma Proqramı tərəfindən təşkil olunmuşdu. Tədbirin iştirakçıları arasında Avrasiya yəhudilərinə dəstək üzrə Milli koalisiyadan olan Bella Qoldşteyn və Lesli Vays da yer alırdı.

    “Mən ümid edirəm ki, bu hələ başlanğıcdır və bu dayanıqlı inkişaf davam edəcək. Biz Azərbaycan nümayəndələri olaraq bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik”-Səmədov əlavə edib. O, Azərbaycanda “daha böyük islahatlar” vəd edib. Lakin o hansı islahatlardan söhbət getdiyini və həmin islahatların nə zaman həyata keçiriləcəyini dəqiqləşdirməyib.

    Tədbirin təşkilatçılarının sözlərinə görə Azərbaycan bu yaxınlarda ölkənin iqtisadi və sosial siyasətini modernləşdirmək üçün bir sıra islahatlar həyata keçirib.

    Deputat Mollazadə isə çıxışında bildirib ki, islahatlar üçün “islahatçılar” lazımdır. Onun sözlərinə görə, gənclər ABŞ və Avropa tərəfindən köməyin əsas mənbəyi olmalıdır. “Bizə məmurların tamamilə fərqli davranışları lazımdır, hansı ki, onlar hər şeyə nəzarət etmək kimi sovet ənənəsini yaddan çıxarmalıdır”-Mollazadə deyib.

    Mollazadə və Seyidov AİPAC-ın illik siyasi konfransında da çıxış ediblər. “Turan”ın Vaşinqtondakı müxbirinə məlum olub ki, ola bilsin deputatların səfəri xarici işlər naziri Elmar Məmmədyarovu ABŞ-a rəsmi səfərini hazırlamaq məqsədi daşıyır.

  • Скончался всемирно известный актер – ФОТО

    На 90-м году жизни умер канадский актер Шэйн Риммер.

    Об этом сообщил британский продюсер и режиссер Джерри Андерсон, передает Median.Az со ссылкой на РИА Новости.

    Смерть кинематографиста подтвердила его вдова Шейла.

    “Печальная новость о том, что умер Шейн Риммер, стала настоящим шоком для всех нас в Anderson Entertainment. Мы выражаем наши соболезнования семье и друзьям Шейна”, – написал Андерсон в Twitter.

    Причина смерти не называется.

    Риммер родился в Канаде в 1929 году. В конце 1950-х перебрался в Великобританию. Актер стал известен после озвучки Скотта Трейси в британском мультсериале “Thunderbirds”, одним из создателей которого был Джерри Андерсон.

    За свою карьеру Риммер сыграл более чем в ста картинах. Широкой аудитории он запомнился ролями в фильмах о Джеймсе Бонде: “Шпион, который меня любил”, “Бриллианты навсегда”, “Живешь только дважды”. Кроме того, актер снялся в фантастической ленте “Звездные войны: Эпизод 4 – Новая надежда”, картинах о Супермене и Бэтмене.

  • Daun sindromlu insanlar nə qədər yaşayır?

    Daun sindromu bu qüsuru kəşf edən alimin (Lanqdan Daun) şərəfinə “Daun” adlandırılıb. Bu sindromun yaranma səbəbi barədə tibdə hələ ki, geniş məlumat yoxdur. Bilinən yalnız budur ki, bu sindroma, əsasən, 35 yaşından sonra hamilə qalan və irsi genetik xromosom dəyişiklikləri olan qadınların körpələrində rast gəlinir. Belə ki, 30 yaş altındakı hamiləliklər zamanı bu sindromun ortaya çıxması ehtimalı 1/1000-dən də azdır. Daun sindromu ilə uşaq doğma ehtimalı 35-40 yaşlı qadınlarda 10 dəfə, 40 yaşdan yuxarı olanlarda 100 dəfə çoxdur. Eyni zamanda 20 yaşından gənc anaların da uşaqları daun ola bilər.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, Daun irsidir və uşağa yalnız anadan keçir. Yəni burada atanın və onun yaşının heç bir fərqi yoxdur. Həkimlərin bildirdiyinə görə, çox vaxt irsi xəstəlik dedikdə, elə hesab edirlər ki, nəsildə kimdəsə Daun sindromu olubsa, sonradan da kimsə bu xəstəliyə tutulacaq. Ancaq bu, belə deyil. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir. Yəni normal insanda 46 xromosom olduğu halda, bu uşaqlarda 47 xromosom olur. Bəzi məlumatlara görə isə, Daun sindromunu törədən səbəblərdən biri də tərkibində kofein, teobromin, teofilin olan maddələrin çox qəbul edilməsidir. Nəzərə çatdıraq ki, enerji içkilərində bu maddələr çox üstünlük təşkil edir.

    Daunlu uşaqlar bir-birinə çox oxşayır, stereotipləri eyni olur. Sanki hamısı qohumdur. Hamısında boy qısa olur, əqli inkişafdan geri qalır, kəllə kiçik və yumru olub, üz nahiyəsi yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik, göz yarığı çəp, göz bucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük, qarnı köpmüş, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur.

    Daun sindromlu xəstələr nədən əziyyət çəkirlər?

    Onlarda görmə pozğunluğu müşahidə olunur, qulaqları zəif inkişaf edir. Skeletin normal inkişafı pozulduğu üçün körpələr oturmağı və yeriməyi gec öyrənir. Həzm və qan-damar sistemində ciddi patologiyalara rast gəlinir. İmmun sistemi zəifləyir, xəstəliklərə daha tez tutulur, xüsusilə də bədxassəli şişlərə tutulma riski çox böyükdür. Beynin ümumi inkişafdan qalması və beyinciyin zəif inkişaf eləməsi əqli cəhətdən geriliyə, eləcə də hərəkətin normal koordinasiyasının pozulmasına gətirib çıxarır. Kişilər dölsüz olur, qadınlar bəzən nəsil verə bilir. Daun sindromlu insanların əksəriyyətinin böyrəklərində və ürəklərində anadangəlmə qüsur müşahidə edilir. Ağıl kəmliyi hamısı üçün xarakterikdir. Onlarda tez-tez piylənmə halları da aşkar edilir. Amma Daun sindromlu uşaqlar çox mehriban olurlar.

    Daunlu uşaqlara necə nəzarət edilir?

    Belə uşaqlar piylənməyə meylli olduqları üçün yağlı qidalardan uzaq olmaları lazımdır. Vitaminli qidalar daha məsləhətdir. Daun xəstələrinin dişlərində də daim problemlər olur. Buna görə də onlar daha çox kalsiumlu qidalar qəbul etməlidirlər. Ən əsası isə Daun sindromlu uşaqların ayaqları və əlləri tez-tez masaj olunmalıdır. Bundan başqa, daun sindromlu uşaqlarla xüsusi olaraq psixoloq və loqoped işləməlidir. Bu uşaqların təhsil alması vacibdir. Belə uşaqların cəmiyyətdən təcrid olunması tamamilə yanlışdır.

    Hamilələrin diqqətinə!

    Hamilələr bu sindroma qarşı mütləq yoxlanılmalıdır. Hamiləliyin təxminən 4-cü ayında uşağın Daun sindromlu olub-olmayacağı bəlli olur. Anaya uşaqla bağlı məlumatlar verilir və hamiləliyin qarşısının alınması ananın öz öhdəsinə buraxılır. Azərbaycanda da perinatal diaqnostika vasitəsilə uşağın Daun sindromlu doğulub-doğulmayacağını müəyyənləşdirmək olar.

    Əvvəllər Daun sindromu ilə doğulan uşaqların 16-18 il ömür sürdüyü bildirilirdi. Hazırda isə bu insanların normal insanlar kimi ömür sürdüyü təsdiqlənir. 40-50 yaşında xeyli Daun sindromlu insanla rastlaşmaq mümkündür. Həkimlərin sözlərinə görə, bu uşaqlar adi insanlar kimi 70 il də yaşaya bilərlər.

    Unutmayın ki, Daun sindromlu insanlar xəstə deyillər, sadəcə fərqlidirlər. Onların böyüdülməsi, tərbiyə edilməsi çətin olsa da, qeyri-mümkün deyil.

  • В Баку автомобиль насмерть сбил человека – ФОТО

    В Баку произошло дорожно-транспортное происшествие со смертельным исходом.

    Как передает Median.Az со ссылкой на Report, инцидент произошел сегодня вечером на проспекте Зии Буньятова (вблизи Олимпийского стадиона). Таким образом, автомобиль марки “Mercedes” насмерть сбил человека, когда тот переходил дорогу в неположенном для этого месте.

    На место происшествия были привлечены сотрудники дорожной полиции. В результате аварии на дороге образовалась пробка.

  • В Азербайджане тестовый экзамен успешно сдали свыше 100 будущих налоговиков

    Тестовый экзамен для кандидатов, желающих работать в налоговых органах Азербайджана, проведенный Государственным экзаменационным центром (ГЭЦ) совместно с министерством по налогам, успешно сдали 108 кандидатов, сообщает в субботу Trend со ссылкой на ГЭЦ.

    Они набрали 70 и выше баллов и были допущены к следующему туру – собеседованию.

    В сообщении Центра говорится, что для участия в экзамене регистрацию прошли 1544 кандидата. 216 из них на экзамен не явились, один был отстранен от экзамена.

    Результаты экзамена с 16:49 размещены на сайте ГЭЦ.

  • DİN-dən əməliyyat- 37 cinayətkar saxlanıldı

    Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb. Eləcə də, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

    Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 67 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.//yeniacag.az

  • Yevlaxda 2 avtomobil toqquşub, ata və oğlu yaralanıb

    Yevlax şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Bəhrəmtəpə yolunda qeydə alınıb.

    Belə ki, Goranboy rayon sakini, 1984-cü il təvəllüdlü Fərid Bağırovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil, Daşkəsən rayon sakini, 1977-ci il təvəllüdlü Ramiz Hüseynovun idarə etdiyi “NİVA” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobildə olan sərnişinlər, 1966-cı il təvəllüdlü Goranboy rayon sakini, Tələf Məmmədov və onun oğlu, 1990-cı il təvəllüdlü Mamed Məmmədov müxtəlif bədən xəsarətləri alıblar.

    Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

  • Xızıda bədbəxt hadisə – 1 yaşlı uşaq…

    Xızıda 1 yaşlı uşaq qaynar sudan yanıb.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, hadisə rayonun Əmbizlər kəndində baş verib.2018-ci il təvəllüdlü Mövlanov Ozal Yarbala oğlu yaşadığı evdə nəzarətsiz qalıb. Bu zaman onun üzərinə qaynar su dağılıb.

    Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Ona 1-ci və 2-ci dərəcəli yanıq diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır

  • Qobustanda yeni meşə zolağı salınır – FOTO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, aksiya Bakı-Şamaxı-Yevlax magistral yolunun 94-95 km-də, Qobustanın rayonu ərazisində baş tutub.

    Ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, könüllülər, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.

    Ümumilikdə 3500-dən çox eldar şamı, həmişə yaşıl ağaclar və gül kolları əkilib. Ağaclara aqrotexniki qulluq göstərilib və suvarılıb. Bu cür aksiyaları keçirməkdə məqsəd rayon ərazisində yeni meşə zolaqlarının salınması və ekoloji tarazlığın qorunmasıdır.