Month: March 2019

  • DİN əməkdaşları Sabirabad sakinlərindən 7,5 kq. tiryək götürüblər

    Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, əvvəllər məhkum olunmuşlar, Sabirabad rayon sakinləri A.İsmayılovdan və N.İsmayılovdan 7 kq. 490 qram tiryək götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Millət vəkili: Cəmi 150 manata mallarını sığorta etdirə bilərdilər

    Yanğın nəticəsində sahibkarlara dəyən ziyanın dövlət tərəfindən ödənməsi üçün verilən tapşırıq və bununla bağlı xüsusi müşavirənin keçirilməsi dövlət başçısı İlham Əliyevin müstəsna sosial siyasətinin və sahibkarlara dəstəyinin bariz formasıdır. Dünyada heç bir ölkədə bu cür hadisələrdə dəyən ziyan dövlət tərəfindən ödənilmir.

    Bunu Oxu.Az-a açıqlamasında deputat Tahir Mirkişili deyib.

    O bildirib ki, bu hadisədən dərs götürüləsi məsələlər çoxdur.

    “Təbii ki, təhlükəsizlik məsələlərinə diqqət daha da gücləndirilməlidir. Amma məsələnin əsas iqtisadi tərəfi sahibkarların öz mallarını sığorta etdirməmələridir. Təqribi hesablamalara görə, malların illik sığorta haqqı dəyərin 0.3%-i həcmindədir.

    Yəni bir mağazada 50 min manatlıq mal qalığı varsa, onun illik sığorta haqqı 150 manatdır. 150 manat ödəməklə sahibkar bu cür yanğın hallarında yanan malın tam dəyərini əldə edə bilər. Ciddi iqtisadi maariflənməyə ehtiyac var”, – deyə millət vəkili əlavə edib.

  • Министр об увеличении соцпособий и президентских стипендий

    Представлены приведенные в соответствие с распоряжением Президента Азербайджана Ильхама Алиева «О дополнительных мерах в области усиления социальной защиты населения» от 25 февраля 2019 года нормативно-правовые акты об увеличении размера четырнадцати видов социальных пособий, семи видов президентских стипендий, внедрении двух новых видов президентских стипендий.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом сообщил журналистам министр труда и социальной защиты населения Сахиль Бабаев.

    По его словам, в ближайшие дни будут подписаны нормативно-правовые акты, и в апреле граждане получат свои увеличенные пособия:

    «Увеличение охватит 600 тысяч человек, причем более 300 тысяч из них – инвалиды. В целом на это повышение необходимо дополнительно выделить 400 миллионов манатов. Я думаю, что они смогут получить в этом месяце выплаты вместе с надбавками».

  • Təhsil kreditləri almaq istəyənlər üçün müddət uzadıldı

    “Maarifçi” Tələbə Kredit Fondunun təhsil kreditlərinin verilməsi üçün elan etdiyi müddət uzadılıb.

    Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, mart ayında qeyri-iş günlərinin olması nəzərə alındığı üçün elanın müddəti 20 aprel 2019-cu ilədək davam edəcək:

    “Kredit almaq üçün tələbələrin Fondun veb-saytından (www.maarifci.az) elektron müraciət etmələri kifayətdir. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub”.

    Qeyd edək ki, təhsil haqqı kreditlərinin verilməsi məqsədilə VIII elan sessiyası martın 1-dən aprelin 5-dək olan dövr üçün elan edilmişdi.

  • Azərbaycan ailəsində görünməmiş hadisə – Ərə getmək istəməyən qız atasını tutdurdu (VİDEO)

    Gürcüstanın Rustavi şəhərində yaşayan ata yetkinlik yaşına çatmayan qızını ərə vermək istədiyi üçün həbs edilib.

    Ərə getmək istəməyən Çinarə toyun baş tutmaması üçün müəllimindən kömək istəyib.

    Müəllimi ona hüquq mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb. Nəticədə qızını erkən nikaha məcbur edən ata həbs edilib.

    Atasının həbsindən sonra Çinarə Avropa İttifaqının himayəsində olan sığınacağa yerləşdirilib.

    Vəziyyətindən şikayətçi olmayan qızın tək dərdi atasının həbsdə olmasıdır. Atasının həbs olunmasında özünü günahkar hesab edən edən Çinarə Xoşqədəm Hidayətqızına müraciət edərək, atasının həbsdən azad olunması üçün kömək istəyib.

  • “Komissiyanın tərkibində DİN-nin əməkdaşları da olacaq” – Ramil Usubov

    Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar yaradılan komissiyanın tərkibində Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları da olacaq.

    Bunu Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə daxili işlər naziri Ramil Usubov deyib.

    R.Usubov məlumat verib ki, yanğın baş verdikdən dərhal sonra Daxili İşlər Nazirliyinin və Baş Polis İdarəsinin rəhbərliyi və şəxsi heyəti hadisə yerinə gedib və qarşıda duran vəzifələrlə bağlı operativ tədbirlər görüblər. Belə ki, yol polisi əməkdaşları yanğınsöndürənlərin hadisə yerinə vaxtında və maneəsiz çatmaları üçün lazımi şərait yaradıb, 400 nəfərdən çox polis əməkdaşı hadisə yerində təhlükəsizlik tədbirlərinin təmin olunmasına cəlb edilib, əhalinin oradan uzaqlaşdırılması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı zəruri tədbirlər görülüb.

    Nazir yanğının baş verməsi ilə bağlı müşahidə kameralarının qeydlərinin müvafiq qurumlara təqdim olunduğunu bildirib. Dövlətimizin başçısının tapşırığı ilə yaradılan komissiyanın tərkibində Daxili İşlər Nazirliyi əməkdaşlarının da təmsil olunacağını vurğulayan nazir tapşırıqların yüksək səviyyədə həyata keçiriləcəyini qeyd edib.

  • Незрячая спортсменка едет тренироваться из Шемахы в Баку

    Хатира Исмиева занимается парадзюдо. У нее полностью отсутствует зрение. Трижды в неделю она приезжает из Шемахы в Баку на тренировки.

    Как передает Oxu.Az, об этом председатель Национального паралимпийского комитета Азербайджана Ильгар Рагимов рассказал на встрече с журналистами.

    Он сообщил, что Хатира Исмиева (70 кг) вошла в десятку спортсменок, которые представят Азербайджан на Гран-при по парадзюдо (состоится в Баку 13-14 мая).

    Председатель комитета рассказал о страсти Х.Исмиевой к спорту:

    «Главный тренер сборной по парадзюдо Рамин Ибрагимов год назад заметил ее в селе Арабшалбаш Шемахинского района. В Шемахе не такие уж хорошие условия для занятий спортом, поэтому отец трижды в неделю привозит Хатиру в Баку».

    Отметим, что Х.Исмиева в настоящее время участвует в учебно-тренировочных сборах вместе с женской сборной по парадзюдо в Шемахинском олимпийском комплексе.

  • Əlil idmançımızdan örnək: Məşq üçün Şamaxıdan Bakıya gəlir

    Xatirə İsmiyeva adlı bir paracüdo ilə məşğul olan idmançımız var. Görmə qabiliyyəti tamamilə yoxdur. O, həftədə üç dəfə Şamaxıdan Bakıya məşq etməyə gəlir.

    Bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin sədri İlqar Rəhimov bu gün media mənsubları ilə görüşərkən deyib.

    O bildirib ki, 13-14 may tarixlərində Bakıda keçiriləcək paracüdo üzrə Qran-Pridə Azərbaycanı təmsil edəcək 10 qadın idmançıdan biri Xatirə İsmiyevadır. Komitə sədri +70 kq çəki dərəcəsində tatamiyə çıxacaq İsmiyevanın idmana olan həvəsindən bəhs edib:

    “Paracüdo millisinin baş məşqçisi Ramin İbrahimov bir il əvvəl onu Şamaxının Ərəbşalbaş kəndindən tapıb. Şamaxıda cüdo ilə məşğul olmaq üçün o qədər də yaxşı şərait olmadığından, onun atası Xatirəni həftədə üç dəfə Bakıya gətirir. Bəlkə də, dünyada ikinci belə bir idmançı yoxdur ki, həftədə üç dəfə məşq etmək üçün uzun yol qət etsin”.

    Qeyd edək ki, Xatirə İsmiyeva hazırda qadın paracüdo millimizlə birgə Şamaxı Olimpiya Kompleksində təşkil olunan təlim-məşq toplanışında iştirak edir.
    //oxu.az

  • В Сумгайыте за крупную квартирную кражу задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники Главного управления уголовного розыска (ГУУР) МВД и 4-го отделения полиции Сумгайытского ГУП в ходе оперативно-розыскных мер задержали жителей города Т.Ширзадова и И.Гараева, которые 26-го марта незаконно проникли в дом на территории города, вследствии чего украли 4000 долларов, 1700 евро, 340 манатов и золотые украшения.

    В Следственном отделе Сумгайытского ГУП возбуждено уголовное дело по статье 177.2.1 (кража, совершенная группой лиц по предварительному сговору)
    УК Азербайджана.

  • Sumqayıtda evdən külli miqdarda valyuta oğurlayan şəxslər tutulub

    Median.Az xəbər verir ki, DİN Baş Cinayət Axtarışı İdarəsi və Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da evlərin birindən 4000 dollar, 340 manat və 1700 avro, habelə qızıl əşyalar oğurlayan şəhər sakinləri T.Şirzadov və İ.Qarayev saxlanılıblar.

    Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.