Month: March 2019

  • В марте 16 дней будут нерабочими

    В марте по случаю Международного женского дня – 8 марта и праздника Новруз 10 дней будут нерабочими.

    В связи с Международным женским днем – 8 марта будет нерабочим днем.

    9 и 10 марта приходятся на субботу и воскресенье, в связи с чем три дня подряд будут нерабочими.

    20-24 марта – нерабочие дни в связи с праздником Новруз. 23 марта приходится на субботу, а 24 марта – воскресенье, соответственно, 25 и 26 марта также нерабочие дни.

    Распоряжение об этом подписал премьер-министр Новруз Мамедов 19 декабря.

    Отметим, 16 дней будут нерабочими с учетом выходных дней (субботы и воскресенья).

  • Martda qeyri-iş günlərinin sayı 16 oldu

    Azərbaycanda mart ayının gəlişi həm də tətil ab-havası deməkdir.

    Bu il martda Beynəlxalq Qadınlar günü və Novruz bayramı ilə əlaqədar 8 qeyri-iş günü olacaq.

    Belə ki, Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək.

    Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.

    İş günü 27 martdan hesablanacaq.

    Beləliklə, beşgünlük iş qrafiki ilə çalışanlar üçün 2, 3, 8, 9, 10, 16, 17, 20, 21, 22, 23, 24, 25, 26, 30, 31 tarixləri iş günü deyil.

    Bu barədə Baş nazir Novruz Məmmədov hələ ötən il dekabrın 19-da sərəncam imzalayıb.

  • Faiq Ağayev: “Flora Kərimova ilə aramıza şeytan girdi”

    Xalq artisti Faiq Ağayev həmkarı Flora Kərimova ilə olan qalmaqalından danışıb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, “MTV Azərbaycan” kanalında yayımlanan “Söhbətsiz” proqramına danışan ifaçı Samir Bayramlının suallarını cavablandırıb.

    “O, mənə İlhamə Quliyeva ilə olan dostluğumu bağışlaya bilmirdi. Mən nə Aygün Kazımova, nə də Samir Bağırovla danışırdım. Flora Kərimova isə hər ikisi ilə ünsiyyətdə idi. Ona heç bir şərt qoymurdum. Ona söylədim ki, siz danışmadığım insanlarla ünsiyyət quranda, onları evinizə qonaq çağıranda heç bir irad bildirmədim.

    İlhamə xanım da təsdiqləyirdi ki, heç vaxt onun yanında Flora xanımın namını vermədim, eynilə də digərində. Aramıza şeytan girdi. Bizim aramızı vuran adam olmayıb” – deyə, ifaçı küsülülüklərinin səbəbini açıqlayıb.

  • Damlanın klip çəkilişində yanğın – “Evin bütün əşyaları kül oldu” (VİDEO)

    Müğənni Damla “Çamadan” adlı mahnısına çəkdirdiyi klipi təqdim edib. 

    Media nümayəndələrini başına toplayan ifaçı ekran işi haqda ətraflı məlumat verib. 

    Damlanın sözlərinə görə, klip Türkiyənin İstanbul şəhərində rejissor İrem Haykır tərəfindən lentə alınıb. 

    Müğənni ikinci dəfə türkiyəli rejissora müraciət etməsinin səbəbini belə izah edib:

    “Əlbəttə ki, Azərbaycanda da peşəkar rejissorlarımız var. Sadəcə olaraq, bəzi texniki avadanlıqlar var ki, bizdə hələ mənimsənilməyib. Mən nə bizim yerli rejissorları aşağılayıram, nə də onlara bir irad bildirirəm. Bu, mənim sahəm deyil. Mənə onlara irad tutmaq düşməz. Sadəcə olaraq, daha keyfiyyətli görüntü üçün türkiyəli rejissora müraciət etdim. Niyə də Azərbaycan tamaşaçısına gözəl görüntü təqdim etməyək? Onların gözəl klip izləmək haqqı yoxdurmu?”

    Damla bildirib ki, klipdə kompüter qrafikasından istifadə olunmayıb:

    “Yağış və yanğın səhnləri real çəkilib. Yağış effektini yaratmaq üçün saatlarla suyun altında qalmışdım. Evi də yandırdıq. Bütün əşyalar kül oldu”. 

    Qeyd edək ki, mahnının sözləri Elçin Məhərrəmova, musiqisi isə özbək bəstəkarı Cəsur Abdurrahməna aiddir.

    //Baku.ws

  • Son 10 gündə Bərdə doğum evində 4 körpə öldü – Cinayət işi açıldı

    Bərdə rayonunda daha bir doğuş zamanı uşağın ölümünə görə cinayət işi başlanılıb.

    Median.Az bildirir ki, Rayon Prokurorluğundan “qafqazinfo”ya verilən məlumata görə, fevralın 27-də Tərtər rayonu, Qarağacı kənd sakini, 1998-ci il təvəllüdlü Abdullayeva Elnarə Seymur qızının Bərdə Doğum Evində yeni doğulmuş qız uşağının ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə məhkəmə tibb ekspertizası təyin edilib. Doğum evində tərtib olunan sənədlər götürülüb və digər istintaq hərəkətləri yerinə yetirilib. İstintaq davam etdirilir.

    Qeyd edək ki, son günlər Bərdə Doğum Evində doğuş zamanı bir neçə ölüm faktı baş verib. Fevralın 21-də Tərtər rayon sakini, 1981-ci il təvəllüdlü Gülxarə Əhmədova 29-30 həftəlik hamiləlik, vaxtından əvvəl doğuş diaqnozu ilə Bərdə rayon doğum evinə daxil olub. Doğuşdan bir neçə dəqiqə sonra yeni doğulmuş oğlan uşağı ölüb. Fevralın 24-ü isə Ağcabədi rayon sakini Ziba Qurbanovanın əkiz oğlan uşaqları vəfat edib.

  • Azərbaycanda faciə: Doğuş zamanı körpə öldü

    Bərdədə doğuş zamanı körpə ölüb.

    Median.Az xəbər verir ki, Bərdə rayon Prokurorluğundan ONA-ya verilən məlumata görə, fevralın 21-də Tərtər rayonu Səhləbad kənd sakini, 1981-ci il təvəllüdlü Gülxarə Əhmədovanın yeni doğulmuş oğlan uşağının rayon Doğum Evində ölməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, tərtib olunan müvafiq sənədlər götürülüb, ölümün səbəbini müəyyənləşdirmək məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin edilərək yeni doğulmuş uşağın meyiti müayinə olunub və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

    Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

  • Cəlilabadda kütləvi zəhərlənmə: Prokurorluq araşdırmalara başladı

    Cəlilabad Rayon Prokurorluğu rayon ərazisindəki mağazada baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.

    Median.Az bildirir ki, Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, fevralın 28-də şəhər ərazisində yerləşən “GREEN STORE” mağazası işçilərinin kimyəvi maddələrlə zəhərlənmələri faktı ilə bağlı araşdırma aparılır.

    Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, baxış zamanı maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub.

    Hadisə ilə bağlı izahatlar alınıb, mağazada quraşdırılan müşahidə kameralarının video görüntüləri götürülüb.

    Xatırladaq ki, fevralın 28-də axşam saatlarında şəhər ərazisində yerləşən “GREEN STORE” mağazası işçiləri arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

    Hadisə nəticəsində mağazanın 15 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

  • “Jek”lərin bu funksiyası ləğv edildi

    Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 2000-ci il 10 mart tarixli qərara dəyişiklik edilib.

    Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

    Qərara görə “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 mart tarixli 40 nömrəli qərarının 3-cü hissəsinin (Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq) qismən özəlləşdirilmiş çoxmənzilli evlərdə bu evlərə xidmət (evin bütün mənzillərinin özəlləşdirilməsinə qədər) “a” bəndi ləğv edilib.

    Qeyd edək ki, bu bənd qismən özəlləşdirilmiş çoxmənzilli evlərdə bu evlərə xidmətin (evin bütün mənzillərinin özəlləşdirilməsinə qədər) evlərə özəlləşdirmədən əvvəl xidmət etmiş dövlət mənzil-istismar təşkilatları tərəfindən həyata keçirilməsini nəzərdə tuturdu.

  • Azərbaycanın ən yaşlı sakini odur – 18 nəticəsi, 5 kötücəsi var

    Xəbər verdiyimiz kimi Azərbaycanın yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) aparılmış uzunömürlüləri arasında ölkəmizin yeni ən yaşlı sakini müəyyənləşdirilib. Tədqiqatlara əsasən, hazırda Azərbaycanın ən yaşlı vətəndaşı Lənkəran rayonu Sütəmurdov kəndinin 103 yaşlı sakini Mirzadə Cabbarovadır.

    Median.Az xəbər verir ki, Alxas Cabbarov ölkənin ən yaşlı sakininin oğludur. O, Azvision.az -a bildirib ki, anası 3 oğul övladı dünyaya gətirib. Hazırda 10 nəvəsi, 18 nəticəsi və 5 kötücəsi var.

    “Anamın atasıgil çəltikçilik, pambıqçılıq, çayçılıqla məşğul olublar. Onların öz təsərrüfatları olub. Mal-qara, toyuq-cücə saxlayıblar. Zəhmətkeş insanlardılar. Anam uşaqlıqdan ailəsinə kömək edib, uzun illər təsərrüfatda işləyib. Anamın ata tərəfi uzunömürlüdür. Anası 108, atası 102 yaşında vəfat edib”.

    A.Cabbarov indiyədək anasının səhhətində ciddi problemin olmadığını deyib: “İndi bir az gözü zəifləyib. Yəqin ki, yaşla əlaqədardır. Səhhətində başqa problem yoxdur. Normal gəzir, özünə yemək hazırlayır, çay süzür. Anam hazırda nəvələri və gəlinləri ilə birlikdə yaşayır. Deyir, gülür, gəlinləri onunla zarafatlaşır. Ürəyi istəyəndə bağda gəzir. Nəvələri onu çox istəyir, sözündən çıxmırlar. Anam aldığı təqaüdü onlara verir. Həyatından razıdır. Deyir, Allah nə qədər ömür veribsə, o qədər də yaşayacaq”.

    Mirzadə Cabbarovanın həyat yoldaşı 72 yaşında dünyasını dəyişib: “Onda anamın 82 yaşı var idi”

  • Bakıda marafon keçiriləcək

    Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçiriləcək.

    Bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.

    “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

    Yarışda iştirak etmək istəyən 16 yaşdan yuxarı şəxslər martın 4-dən mayın 1-dək Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu-2019”un saytına (www.baku.marathon.az) müraciət edə bilərlər.

    Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.

    Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün ödəniş məbləği 20 AZN-dir. Korporativ olaraq qoşulanlar isə info@marathon.az elektron poçt ünvanına yazaraq müraciət edə bilər.

    Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından onlar qeydiyyat zamanı ödəniş etməyəcəklər.

    Marafon Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, eləcə də AFFA və SOCAR-ın dəstəyi ilə təşkil olunacaq.

    “Bakı Marafonu-2019”un mükafatlandırması iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk üç yer uğrunda mübarizə aparacaqlar.

    Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi üç min manat, 2-ci yerin qalibi iki min maant, 3-cü yerin qalibi isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

    O cümlədən, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə “Bakı Marafonu-2019”un xüsusi medalları ilə təltif ediləcək.

    Bundan əlavə, marşrut boyunca bir sıra əyləncəli proqramlar təşkil ediləcək.

    Qeyd edək ki, ötən il keçirilən sonuncu Bakı marafonunda 18 min iştirakçı qeydiyyatdan keçmişdi.