Month: March 2019

  • Suriya XİN-dən Trampın qərarına – SƏRT REAKSİYA

    Suriya XİN ABŞ-ın İsrailin Qolan təpələri üzərində suverenliyini tanınmasını Suriya Ərəb Respublikasının suverenliyinin kobud pozulması kimi qiymətləndirib.

    “ABŞ-ın işğal edilmiş Qolan təpələri ilə, bundan əvvəl isə Qüdsün İsrailin paytaxtı kimi tanıması ilə bağlı qərarı göstərir ki, heç kim amerikalıların “bəlasından” sığortalanmayıb”, – RİA Novosti-nin dərc etdiyi XİN-nin bəyanatında deyilir.

    Bəyanatda həmçinin qeyd olunur ki, Trampın yad ərazilərin güclə zəbt edilməsi və işğalın hüquqi rəsmiləşdirilməsinə dair heç bir hüququ yoxdur.

    Suriya XİN hesab edir ki, dünya birliyi Trampın məsuliyyətsiz siyasətindən imtina etməlidir.

  • Юрчевич: Мы хотим победы над Венгрией и Словакией

    Это был интересный и красивый матч. Хотя игра складывалась непросто.

    Как передает Median.Az, об этом главный тренер сборной Азербайджана по футболу Никола Юрчевич сказал после товарищеского матча со сборной Литвы в Баку (0:0).

    «В первом тайме у нас было достаточно возможностей отличиться. Мы сделали все возможное. После перерыва сделали замены, что повлияло на ход игры. Мы были сильнее соперника, просто не смогли забить. Я доволен командой».

    Никола Юрчевич также выразил свое отношение к малому количеству болельщиков на трибунах:

    «Если стадион заполнился бы хоть наполовину, появилась бы атмосфера, возник адреналин. Тогда мы может быть одержали бы победу. Возможно это связано с холодной погодой.

    С другой стороны, для повышения интереса болельщиков нужны положительные результаты. Наша цель – играть лучше. В предстоящих встречах с Венгрией и Словакией хотим побед. Но это наше желание, реальность может быть другой», – сказал главный тренер.//oxu.az

  • Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası olub

    Cəlilabad rayonunda yol qəzası baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, nəticədə 1968-ci il təvəllüdlü rayon sakini Şirəliyev Tofiq Ağalar oğlu xəsarət alıb.

    Yaralı xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə ata və oğlunu maşın vurub

    Gəncə şəhərində ata və oğlunu maşın vurub.

    Median.Az-ın report-a istinadən məlumatına görə, 1985-ci il təvəllüdlü İsgəndərov Ceyhun Tahir oğlu və onun 6 yaşlı oğlu Tunar İsgəndərov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kafidir.

    Məlumata görə, qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabunçuda bağ evlərindən oğurluq edən şəxslər saxlanılıblar – VİDEO

    Bakıda bağ evlərindən oğurluq edən şəxslər saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən Maştağa qəsəbəsi sakinləri Mireyvaz Məmmədov və Ağanəbi Hadıyev tutulublar.

    Araşdırma zamanı onların Nardaran, Ləhic və Maştağa bağlarında yerləşən 7 evdən əsasən paltaryuyan maşın, televizor, təmir və məişət əşyaları oğurladıqları məlum olub.

    Məlumata görə, oğurlanan əşyalar M.Məmmədovun avtomobili ilə hadisə yerlərindən aparılıb. Həmin əşyaların bir qismi Sabunçu bazarında satılıb. Oğurluq malların satışından əldə edilən pul isə iki şəxsin arasında bölünüb. Oğurlanan əşyların qalan hissəsi isə saxlanılan şəxslərin yaşadıqları evlərdən aşkar edilərək maddi sübut kimi götürülüb.

    Faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.//report.az

  • Apple представила новые сервисы – ОБНОВЛЕНО

    Apple представила новую линейку сервисов. Презентация компании проходит в понедельник в Театре Стива Джобса в Купертино, передает Median.Az со ссылкой на РИА Новости.

    Apple News +

    Компания обновила новостную платформу Apple News, теперь приложение будет называться Apple News+.

    Сервис предоставит доступ к различным журналам: в приложении пользователи смогут настроить персонализированную новостную ленту из более трех сотен источников.

    Подписка на месяц составит 9,99 доллара.

    Apple Card

    Одной из представленных на презентации в Купертино новинок стал Apple Card: отдельная виртуальная кредитная карта, привязанная к устройствам Apple. Приложение позволит оплачивать покупки по принципу Apple pay, систематизировать и планировать траты.

    Как отмечают в компании, у Apple Card также будет физический аналог. Финансовый инструмент действовать только на территории США.

    Apple Arcade

    Разработчики компании также анонсировали игровой сервис для мобильных устройств Apple Arcade.

    На платформе будут размещены более сотни игр, доступ к которым будет осуществляться по подписке по аналогии с вышеперечисленными сервисами.

    Arcade станет доступен этой осенью более чем в 150 странах мира.

    Apple TV

    Кроме того, Apple представила видеоплощадку Apple TV. Она объединит в себе сериалы из других стриминговых сервисов и телеканалов, спортивные трансляции и кабельное телевидение.

    Как отмечают СМИ, Apple TV станет конкурентом крупному американскому видеосервису Netflix.

    Новое приложение сможет самостоятельно советовать пользователю фильмы, основываясь на его предыдущих предпочтениях.

    Пока сервис доступен на территории десяти государств, однако компания планирует запустить его еще в девяти десятках стран.

  • Yumurtanı bu halda yemək ÇOX ZƏRƏRLİDİR

    İnsan sağlamlığı üçün ən əhəmiyyətli zülal mənbəyi sayılan yumurtanın çiy halda, yoxsa bişmişinin daha faydalı olduğu çoxlarını düşündürən suallarından biridir.

    Median.Az bu yazıda oxucuları çiy və bişmiş yumurta arasındakı fərqlə tanış edib.

    Çiy yumurta zərərlidir

    Ekspertlərin sözlərinə görə, çiy yumurtanın iki əhəmiyyətli zərəri var. Birincisi, çiy yumurta B7 vitamini qəbulunu ləngidir. Digər zərəri isə salmonella mikrobu əmələ gətirməsidir. Mütəxəssislər bildirir ki, salmonella mikrobları xüsusilə immun sistemi zəif olan insanlarda müxtəlif xəstəliklərə yol aça bilər.

    Bişmişi daha faydalıdır

    Bişmiş yumurtanın qida dəyəri azalsa da, aparılan tədqiqatlar göstərib ki, çiy yumurta ilə bişmiş yumurta arasında qida dəyərləri baxımından ciddi fərq yoxdur.

    Bununla belə ekspertlər yumurtanı tam bişirib yeməyi məsləhət görür. Yumurtanın tərkibindəki mühüm protein qaynaqlarından biri olan avidin yumurta bişəndə biotin ilə birləşərək olduqca əhəmiyyətli protein yaradır. Nəticə etibarilə ancaq tam bişmiş yumurta orqanizmi zülalla təmin edir. (publika.az)

  • В Азербайджане стартует творческий фестиваль «Из регионов в регионы»

    В Гяндже 28 марта состоится церемония открытия двухмесячного творческого фестиваля «Из регионов в регионы» («Bölgələrdən bölgələrə»), сообщает Trend со ссылкой на министерство культуры Азербайджана. Фестиваль будет состоять из двух частей – выставки и концертной программы. В рамках выставки будут установлены фестивальные палатки, где будут демонстрироваться экспозиции образцов народного творчества, отражающие культурное наследие городов и районов, художественные произведения, сувениры, изделия ручной работы.

    В рамках концертной программы выступят музыканты, танцевальные группы, фольклорные коллективы и др. В марте фестиваль будет проходить в Гяндже и Агстафе, в апреле – в Кюрдамире, Агдаше, Саатлы, Нефтчале, Барде, Агджабеди, Абшероне и Хачмазе, в мае – в Лерике, Масаллы, Шамкире, Балакене и Шамахы.

    Фестиваль проводится в республике во второй раз.

    Фестиваль будет проходить с участием городов и районов, охватывающих 15 региональных управлений культуры республики. Основная цель проекта – пропаганда культурного наследия азербайджанского народа, имеющего богатые традиции государственности, демонстрация культурного потенциала регионов, укрепление межрегионального обмена. Проведение фестиваля предоставляет возможность зарубежным гостям наглядно ознакомиться с культурной жизнью регионов Азербайджана.

  • Türkiyə ABŞ-ın Colan yüksəklikləri ilə bağlı qərarını pisləyib

    Türkiyənin xarici işlər naziri Mölud Çavuşoğlu ABŞ-ın İsrailin Colan yüksəklikləri üzərində suverenliyini rəsmən tanımasına münasibət bildirib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, nazir “Twitter” yazıb ki, ABŞ İsrailin Colan yüksəklikləri üzərində suverenliyini tanımaqla, yenidən beynəlxalq hüquqa etinasızlıq edib.

    “ABŞ yenə də, beynəlxalq hüquqa məhəl qoymadı. Lakin bu qərar İsrailin işğalını heç bir zaman qanuniləşdirməyəcək. Əksinə, bu regiondakı gərginliyi daha da gücləndirməklə yanaşı, Yaxın Şərqdə sülh istiqamətində göstərilən səyləri əngəlləyəcək”, – deyə nazir bildirib.

  • Yurçeviç: Macarıstan və Slovakiya ilə oyunlarda qələbə istəyirik

    Maraqlı və gözəl oyun oldu. Hərçənd oyunun gedişatı asan deyildi.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Bakıda Litva yığması ilə qolsuz heç-heçə başa çatan yoldaşlıq oyunundan sonra bildirib.

    Baş məşqçinin sözlərinə görə, oyunda qələbə qazanmaq üçün hər şey ediblər:

    “İlk hissədə daha çox qol vurmaq imkanımızı var idi. Biz mümkün olan hər şeyi etdik. Fasilədən sonra əvəzetmələr reallaşdırdıq. Bu da oyunumuza təsir etdi. Rəqibimizdən daha güclü idik. Sadəcə, qol vura bilmədik. Komandadan razıyam”.

    Nikola Yurçeviç bildirib ki, əvvəldən istəkləri qələbə olub:

    “Bunun komandanın oyununa inam gətirəcəyinə inanırdıq. Amma bizim üçün nəticə ilə bərabər, oyunçuları da görmək vacibdir. Bu üzdən də matça 4 fərqli oyunçu ilə başladıq. İkinci hissədə də mümkün qədər çox futbolçunu iş başında görmək istədik. Nəticədən narazı deyiləm. Oyunçuları bir çox vəziyyətlərdə görmək istəyirdik. Təsadüfi deyil ki, Xorvatiya ilə müqayisədə, start heyətində 4 dəyişiklik etmişdik.

    Məsələn, bu gün Rüfət Dadaşovu mərkəzdə oynatmaq istədim. Ramil Şeydayevin cinahdakı bacarığını görmək, Araz Abdullayevə şans vermək istədim. Ömər Buludovu da meydana buraxmağı düşünürdüm. Təkcə bir şeyə yox, çox nüansa fikir verməli olduq. Ona görə də deyirəm ki, çıxışımızdan razı qaldım”.

    Mütəxəssis qeyd edib ki, oyunu qazanmaq üçün daha real şanslar var idi:

    “Yüz faizlik imkanlarımızın olduğunu da deyərdim. Fasilədən sonra dəyişikliklər və yorğunluq oldu. Pavel Paşayevin komandaya çağırılmamağına gəlincə, o zədəlidir. Əslində, Pavel heyətdə yer alası oyunçudur. Sadəcə, zədəli olduğu üçün oyuna çağırılmadı”.

    Nikola Yurçeviç oyunda azarkeşlərin az olmasına da münasibət bildirib:

    “Stadionun heç olmasa yarısı dolsa, atmosferlə daha yaxşı adrenalin yaranar. Belə olsa, bəlkə də qələbə qazanardıq. Ola bilsin ki, havanın soyuq olmasından qaynaqlanır.

    Digər tərəfdən, azarkeş marağını artırmaq üçün pozitiv nəticələr olmalıdır. Məqsədimiz daha yaxşı oynamalıyıq. Durumumuzu siz də bilirsiniz. Amma bunlara söykənmək fikrində deyilik. Macarıstan və Slovakiya ilə qarşıdakı oyunlarda qələbə istəyirik. Amma bu, bizim istəyimizdir. Reallıq fərqli ola bilər”.