Month: March 2019

  • Sumqayıtın bu ərazisində işıq olmayacaq

    Bu gün Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

    Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

    Onun sözlərinə görə, fasiləyə səbəb Sumqayıt Dəmiryolu İdarəsinin çəkilişinə başladığı tuneldir:

    “Sumqayıt Dəmiryolu İdarəsi tunel-keçid tikir. Bu səbəbdən də həmin ərasidən elektrik xətlərinin köçürülməsi həyata keçirilməlidir. Köçürülmə səbəbindən Sumqayıtın 8-ci, 9-cu, 10-cu, 11-ci, 17-ci, 18-ci mikrorayon ərazilərində elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq. Fasilə müxtəlif saatlarda ayrı-ayrı ərazilərdə bir saata qədər davam edəcək”.

  • Əllərin əsməsi bu xəstəliyin ilk simptomudur – HƏKİM RƏYİ

    Bəzən yaşlı insanların əllərinin qeyri-ixtiyari əsdiyini müşahidə edirik. Bu, bəzən cavan insanlarda da müşahidə edilir. Amerikalı mütəxəssislər bunun təsadüfi və ya yaşla əlaqəli deyil, məhz “Parkinson” xəstəliyinin simptomu olduğunu düşünürlər. Heç bir səbəb olmadan yarana bilən xəstəlik bir çox ağır fəsadlara yol aça bilər.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, həkimlər bildirir ki, əllərin əsməsi insan fiziologiyası üçün nisbətən normal hesab edilir. Lakin bu, kənardan qətiyyən hiss olunmadığı müddətcə normal hesab edilir.

    Fizioloji titrəmə adlandırılan tremor titrəməni yaradan və gücləndirən səbəblər isə əksər hallarda stress və hormonal dərmanlardır. Həkimlər insanları sağlam həyat tərzi yaşamağa dəvət edir.

    İlkin simptomlara – yorğunluq, kofein qəbulu, həyəcan və s . daxildir. Belə ki, normal istirahət etmədən, yuxu rejimini pozan şəxslərdə səhər saatlarında halsızlıq və əllərdə titrəmə ola bilir. Bəzən bunu yuxudan “kal” durmaqla əlaqələndirib üzərində dayanmırlar. Lakin bu, heç də belə deyil. Xüsusən çay, qəhvə hazırlayan, tərəvəz doğrayan zaman hiss olunur. Məsələn, stəkan tutanda əllərinizin sabit dayanmadığını müşahidə edirsizsə həkimə müraciət edin.

    Bəzən axşam yatmazdan əvvəl əllərin titrəməsi ola bilir. İnsanlar bunu əsəblə əlaqələndirərək kofe və digər tərkibində yüksək miqdarda kofein olan içkilər içərək sakitləşdirməyə çalışır. Həkimlər həddən artıq kofeinli içki qəbulunun da əllərdə titrəməni sürətləndirdiyini iddia edir. Normalda insan orqanizminin sutkalıq kofein qəbulu çox olmamalıdır.

    Stress, həyəcan özü də psixoloji təsir edərək əsmə yarada bilir. Bundan başqa, qəbul edilən bəzi hormonal dərman preparatları, depressiya əleyhinə qəbul edilən dərmanlar da əllərin əsməsinə səbəb ola bilər.

    Həkimlər yaş faktorunu nəzərə alaraq bu cür xəstəliklərin əsasən 50-60 yaş arası şəxslərdə daha çox rast gəlindiyini deyir. Əllər dinc vəziyyətdə əsmirsə, lakin hərəkət zamanı (yazı yazarkən, əldə hər hansı obyekt tutarkən) əsməyə başlayırsa həkimə müraciət etmək lazımdır.

    Parkinson titrəməsi bəzən əllərin hərkətsiz vəziyyətində də güclü titrəmə ilə müşahidə edilə bilir. Zamanla bu xəstəliyin fəsadları orqanizmin digər bölgələrinə də təsir göstərə bilər. Belə xəstələr daim fikirli və kədərli görünürlər. Emosionallıqları nisbətən azalır. İstənilən halda yaxşı olardı ki, əl titrəməsi zamanı bir kurs nevropotoloq nəzarəti altında müalicə təyin edilsin.

  • Yol polisləri itmiş uşağı belə tapdı – VİDEO

    Dünən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 12-ci tağımının ərazisində yerləşən posta müraciət edən Cəbrayıl rayon sakini Ədalət Nəbiyev oğlunun itdiyini bildirib.

    Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşı, polis kapitanı Süleyman Əliyev məlumat verib.

    Vətəndaş qeyd edib ki, 15 yaşlı, əqli qüsurlu olan övladı Sərvər yaşadıqları Cəbrayıl qəsəbəsindən çıxıb və naməlum istiqamətə gedib. Sonradan ona deyiblər ki, oğlunu “Qazel” markalı avtomobilə minərək Bakı istiqamətində gedərkən görüblər.

    YPX əməkdaşları dərhal operativ qrup yaradıb və xüsusi texniki vasitələrin köməyi ilə avtomobili aşkar ediblər. Saxlanılan avtomobildən oğlan tapılıb və atasına təhvil verilib. Ədalət Nəbiyev yol polislərinə təşəkkürünü bildirib. Onların sayəsində övladına qovuşduğu üçün minnətdarıq edib.

  • Azərbaycana siqaretlər, mobil telefon aksesuarları və kürü keçirmək istədi (FOTO)

    Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşına məxsus “VAZ -21013” markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

    DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 1000 ədəd “Marlboro” markalı siqaret, 10 ədəd “Apple” markalı qulaqcıq və 100 qramlıq 8 ədəd şüşə qablarda balıq kürüsü aşkarlanıb.


    İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan digər bir məlumata əsasən isə “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VAZ -21063” markalı avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

    Baxış zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 3000 ədəd “Marlboro” markalı siqaret və 10 ədəd “Apple” markalı qulaqcıq aşkar edilib.

    Hər iki faktla bağlı araşdırma aparılır.

  • Aydın Xırdalanlının dəfnində ürəkparçalayan görüntülər – VİDEO

    Aydın Xırdalanlı kimi tanınan meyxana ustadı Aydın Quliyev uzun sürən xəstəlikdən sonra 42 yaşında dünyasını dəyişib.

    Mərhum meyxanaçı ilə vida mərasimi doğulub boya-başa çatdığı Xırdalanda olub. Mərasimdə Aydın Xırdalanın yaxınları ilə yanaşı, sənət dostları və yüzlərlə sakin iştirak edib.

    Meyxana utadı Xırdalan şəhər qəbiristanlığında dəfn edilib.

    Aydın Xırdalanlı 1977-ci il iyulun 31-də Abşeron rayonunun Xırdalan şəhərində dünyaya gəlib. 1995-ci ildən isə meyxana deməyə başlayıb.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Qarabağ atlarının tarixi şöhrəti qaytarılır – Qiyməti 50 min AZN (VİDEO)

    Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü Qarabağda atçılıq təsərrüfatına da ağır zərbə vurub.

    1993-cü ildə Ağdamın ermənilər tərəfindən işğalı zamanı Qarabağ Atçılıq Təsərrüfatı da ermənilərin işğalına məruz qalıb. Ancaq rayonun işğalından bir neçə gün əvvəl Qarabağ atlarının ermənilər tərəfindən özününküləşdirilməsinə yol verməmək məqsədilə atları döyüş bölgəsindən çıxarılaraq əvvəlcə rayonun Üçoğlan kəndindəki quşçuluq fermasına, sonra Yevlax rayonundakı “Aran” damazlıq qoyunçuluq təsərrüfatının ərazisinə, daha sonra Bakı Dövlət Cıdır Meydanına aparılıb. 1994-cü ildə isə Ağcabədi rayonunun Xamtorpaq ərazisinə köçürülüb.

    Çətinliklərə baxmayaraq, Qarabağ atlarını bu günədək qoruyub saxlamaq mümkün olub.

    Prezident İlham Əliyevin sərəncamına əsasən Ağcabədi rayonunun inzibati ərazisində Ağdam rayonuna təhkim edilmiş 200 başlıq Qarabağ Atçılıq Kompleksi tikilib.

    Qarabağ cinsli atların satış qiymətləri isə göstəricilərinə əsasən 2500 -50 min manat arasında dəyişir.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Azərbaycanda qəribə hadisə – Kişi qudasının ehsan süfrəsi arxasında öldü

    Bərdənin Güloğlular kəndində qəribə və kədərli hadisə baş verib.

    Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, iki quda bir gündə vəfat edib.

    Ağdərə rayonunun Sırxavənd kəndindən məcburi köçkün düşərək Bərdə rayonunun Güloğlular kəndində məskunlaşmış Tapdıq Cəfərovun dəfnindən qayıdan kənd sakinləri daha bir ölüm hadisəsinə şahid olublar.

    Belə ki, Tapdıq Cəfərovun dəfnindən qayıdan qudası Baloğlan kişi ehsan süfrəsi arxasındaca dünyasını dəyişib.

    İlkin məlumata görə, Baloğlan kişi şəkər xəstəliyindən əziyyət çəkirmiş. Onun qəfil ölümünə də bu xəstəliyin səbəb olduğu güman edilir.

  • 15 yaşlı qız dəm qazından zəhərləndi

    Ağstafa sakini dəm qazından zəhərlənib.

    Median.Az-ın Qafqazinfo-ya ostinadən verdiyi məlumata görə, Ağstafa şəhər sakini, 15 yaşlı S. Bayramova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

    O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

  • Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır

    Azərbaycandan Həcc ziyarətinə getmək üçün 200-dən artıq insan müraciət edib.

    Median.Az bildirir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

    Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: “Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək istəyən hər kəs bu arzularını reallaşdıra biləcək”.

    Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.

    Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.

  • В Казахстане хотят переименовать еще два города

    Зампред демократической партии «Ак Жол» Казахстана Казбек Иса предложил переименовать Петропавловск, Павлодар и Семей, присвоив им имена видных казахских исторических личностей, передаёт Median.Az со ссылкой на РИА Новости.

    Казбек Иса заявил, что Петропавловск должен называться именем хана Абыла, Павлодар — именем боровшегося за независимость Кенесары, а Семей должен взять название в честь Алихана Букейханова.

    Напомним, 20 марта, президент Казахстана Касым-Жомарт Токаев предложил переименовать Астану в Нур-Султан в честь первого президента страны Нурсултана Назарбаева. В тот же день парламент принял соответствующие поправки в Конституцию. 23 марта глава государства утвердил поправки и подписал соответствующий указ, позже в тот же день он вступил в силу после официального опубликования.