Month: March 2019

  • Bakıda idarəetməni itirən xanım sürücü qəza törətdi – XƏSARƏT ALDI

    Bakıdakı tunellərin birində yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin Nərimanov rayonundan keçən hissəsində olub.

    Aysel Məmmədovanın idarə etdiyi “BAİC” markalı avtomobil tuneldə idarəetməni itirib və yol ayrıcındakı betona çırpılıb.

    A.Məmmədova bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə çağrılmış təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

    Deformasiyaya uğramış avtomobil cərimə meydançasına yerləşdirilib.

  • Бунт в воинской части в Армении

    Министерство обороны Армении прокомментировало громкий инцидент с участием группы военнослужащих в воинской части Мегри на юге республики. Ранее в СМИ появились сообщения о том, что солдаты устроили бунт, выразив тем самым недовольство в связи с поведением некоторых офицеров, передаёт Median.Az со ссылкой на Sputnik-Армения.

    Как пишет в своем Facebook пресс-секретарь министра обороны Арцрун Ованнисян, несколько недисциплинированных военнослужащих попытались внедрить «порядки 90-х», служить в особых условиях, одевать специальную одежду, питаться отдельно от других. Эти солдаты попытались вовлечь в свой круг других военнослужащих, подтолкнув их на бунт.

    Ованнисян в комментариях назвал преувеличенными слухи о том, что количество взбунтовавшихся солдат достигло 600.

    «В связи с указанным происшествием, которое в прессе было несколько неверно представлено, командованием воинской части проведено служебное расследование. Принято решение наказать как рядовых военнослужащих, так и офицеров. Несколько офицеров сняты с должностей», – пишет Ованнисян.

  • “Bomj” ona verilən 100 AZN-i cırdı və görün nə oldu… – VİDEO

    “Youtube”da “Arif Cesur TV” kanalında növbəti sosial eskperiment yayımlanıb.

    Eksperiment keçirən gənclərdən biri şəhər sakinlərinə yaxınlaşaraq, xaricdə yaşayan qardaşının göndərdiyi 100 AZN pulu küçədəki “bomj”a verdiyi anda onun şəklini çəkməsini xahiş edir. O, onlara bunu qardaşını inanmaq üçün etdiyini bildirir.

    Şəkli çəkdirəndən sonra pulu “bomj”dan aldığı vaxt isə əskinas cırılır və gənc ona 20 qəpik pul verir.

    Bunu görən şəhər sakinləri ona əsəbiləşir və mübahisə düşür. Sonda onların hər birinə bunun bir sosial eksperiment olduğu deyilir.
    //Baku.ws

  • Novruzda bu kənddə kişilər qadın paltarı geyinir – VİDEO

    Bu kənddə keçirilən bayram ölkəyə sözün əsl mənasındasəs salır.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Qazaxda yazın gəlişi fərqli şəkildə qeyd olunur. Qədimdən gələn adət-ənənənələr bu gün də yaşadılır. Günortadan başlayan bayram şənliyisəhərə kimi davam edir.

    Daha maraqlısı isə odur ki, kəndin gəncləri qadın paltarları geyinib kəndi qapı-qapı gəzirlər. Onların dabelə geyməkdə öz məqsədi var.

    Həmin gün yəni martın21-i hər kəsin qapı-bacası açıq olur. Kənd cammatı günortadan, axşam keçiriləcək bayram şənliyinə tədarük görür..

    Fərqli Novruz şənliyi Qazaxın Yuxarı Salahlı kəndində qeyd olunur. Böyükdən kiçiyə hər kəs küçələrə çıxır, tonqal qalayıb ətrafında toplaşıb,bayramlaşırlar.

    Maraqlı bayramı izləmək, onun iştirakçısı olmaq üçün qonşu rayonlardan, hətta paytaxtdan da bura gələnlərolur.

    Kəndlilər buşənliyə”Salahlı karnavalı” da deyirlər.Kəndin hər tərəfində alovlanan bayram tonqalları isə gecənin qaranlığına xüsusi rəng qatır.

    Onlar bu cür geyimlərlə evlərə getməklə həm ev sahiblərini əyləndirir, həm də öz sevdikləri qızları yaxından görə bilirlər.

    Girdikləri evlərdən isə bayram nəməri alırlar. Kim pul verməsə əllərindəki dəyənəklə ev sahiblərini döyürlər.

    Kəndi gəzən gənclər sonra Bakı-Qazax avtomagistralının kəndin içindən keçən hissəsində avtomobilləri dayandırıb,rəqs edirlər.

    “Salahlı karnavalı” Səhər saatlarına qədər davam edir.

  • Bakıda gecə qadın bir hərəkətilə hər kəsi qorxuya saldı – VİDEO

    Bu gecə Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində 5 mərtəbəli yaşayış binasında yanğın baş verib.

    Median.Az xəbər verir ki, hadisə Asəf Zeynallı 31 ünvanında qeydə alınıb.

    Sakinlərin Baku.ws-ə verdikləri məlumata görə, binanın birinci blokunda zirzəmidə qalan “bomj” qadın yanğını törədib. Belə ki, bir neçə gündür həmin zirzəmidə qalan qadın dəfələrlə orada isinmək üçün taxta və kağız yandırırmış. O, bir neçə dəfə zirzəmidə quraşdırılan su xətlərini də dağıdıb.

    Bina sakinlərinin sözlərinə görə, qadın narkomandır və səhərlər blokun qabağında iynə ucluqları tapılır.

    Bu gecə də “bomj” qızınmaq üçün zirzəmidə ocaq qalayıb. Ehtiyatsızlıqdan alovun miqyası böyüyüb və tüstülənmə ilə nəticələnən yanğın hadisəsi baş verib.

    Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və polis çağırılıb. Hadisəni törədən qadın isə oradan qaçıb.

    Yanğınsöndürənlərin səyi nəticəsində yanğın dərhal söndürülüb. Araşdırma zamanı zirzəmidə quraşdırılan taxta yatağın və kağız parçalarının yandığı məlum olub.

    Əraziyə gələn Binəqədi rayon Polis İdarəsi və 6-cı polis bölməsinin əməkdaşlar hadisə ilə bağlı lazımı ölçü götürüləcəyini bildiriblər.

    Qeyd edək ki, hadisə zamanı zirzəmidəki su boruları dağılıb. Məsələ ilə bağlı “Azərsu” ASC ilə əlaqə yaratdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Baku.ws-ə bildirdi ki, problem aradan qaldırılacaq.

  • Мечети в Новой Зеландии открылись после теракта

    Мечети Нур и Линвуд в новозеландском городе Крайстчерч, где в результате терактов 15 марта погибли 50 человек, вновь открыли свои двери для верующих, передает радио Новой Зеландии, передаёт Median.Az со ссылкой на «Анадолу».

    Полиция Новой Зеландии завершила расследование теракта.

    В открытии мечетей приняли участие представители местных властей, руководство мусульманских общин, заместитель комиссара новозеландской полиции Уолли Хаумаха.

    В новозеландском городе Крайстчерч 15 марта с разницей в 10 минут было совершено вооруженное нападение на мечети Нур и Линвуд. В результате атаки погибли 50 и ранения получили по меньшей мере 50 человек. Премьер-министр Новой Зеландии назвала нападение терактом.

  • Azərbaycanda istirahət gününün hava proqnozu açıqlandı

    Azərbaycanda istirahət gününə gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji proqnozlar bürosundan AZXEBER.COM-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz oluanacq.

    Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti təşkil edəcək. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

    Azərbaycanın rayonlarında isə hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti təşkil edəcək.

  • Ölkədən milyardlar çıxardanların məhkəməsi: Eldar Mahmudovun gizli pul əməliyyatları

    Ölkədən milyardlar çıxarmaqda ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında bir daha məlum olub ki, 2013-2015-ci illərdə 9 şirkətin adına ölkədən əsasən, “Azəriqazbank”, Beynəlxalq Bank vasitəsilə 5.5 milyard manat pul çıxarılıb.

    Amma məlum olub ki, pullar 3 il ərzində çıxarılsa da cinayət işi materiallarında olan sənədlər başqa məqamları üzə çıxarır. Belə ki, məlub olub ki, rəsmi sənədlər saxtalaşdırılıb. Həmin şaxta sənədlərdə pulların 2006-cı ildən ölkədən çıxarılmağa başlaması ilə bağlı rəsmiləşdirmə aparılıb.

    Sonuncu məhkəmə iclasında dindirilən şahid Afət Yusifova qeyd edib ki, Beynəlxalq Bankın “Nəqliyyat” filialında baş mühasib işləyib. Şahid hazırda “Kapital Bank”da menecer vəzifəsində çalışdığını deyib.

    Afət Yusifovanın sözlərinə görə, Beynəlxalq Bankda işləyən zaman köçürülən pulların sənədlərini Rüfət Vəliyev özü imzalayıb: “Bildiyim qədəri ilə pulları Rüfət Vəliyev özü gətirirdi, amma görməmişəm”.

    Hakim elan edib ki, 2006-cı ildə Türkiyə şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 2008-ci ildə ölkəyə guya mal gəlib və Beynəlxalq Bank vasitəsi ilə həmin şirkətin Estoniyadakı ofşor hesabına 360 milyon dollar pul köçürülüb. Bu isə işdə daha bir saxtakarlığın olduğunu üzə çıxarıb. Çünki cinayət işi materiallarında görünür ki, qeyd edilən 5 milyard 500 milyon manat ölkədən ancaq 2013-2015-ci illər ərzində çıxarılıb.

    Bundan başqa da müxtəlif ölkələrdə olan şirkətlərin adından saxta müqavilələr bağlanaraq onların hesabına guya göndərdikləri malların qarşılığında pullar köçürülüb. Bundan başqa, müqavilədə Türkiyə şirkətinin adı göstərilsə də, vəsait Estoniyaya, yaxud Dubaya göndərilib.

    Şahid qismində ifadə verən Rəhman Salmanov deyib ki, 2006-cı ildə “Elektromaş” şirkətini təsis edib və 2012-ci ildə isə tanımadığı şəxsə satıb. O, söyləyib ki, R.Vəliyevi şirkətə direktor təyin etməyib.

    Məhkəmənin növbət iclası martın 27-nə təyin edilib.

    Ötən prosesdə isə məlum olmuşdu ki, ölkədən milyardların çıxarılması üçün istifadə edilən şirkətlər o dövrdə Vergilər Nazirliyinə verdikləri rüblük hesabatların hamısında fəaliyyətlərinin olmadığı göstərilib. Həmin zaman da nazir Fazil Məmmədov idi.

    Vergilər Nazirliyi bu şirkətlərlə bağlı yoxlama təyin etsə də, on gün sonra o qərar ləğv olunub. Beləliklə, o şirkətlərin adına olan bank əməliyyatları ilə hesabatlar arasındakı ziddiyyəti araşdıran olmayıb.

    Qeyd edək ki, Malik Əliyev “Royalbank”ın 10 saylı filialının direktor müavini işləyib. M.Əliyev eyni cinayət əməlinə görə 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşüb. Ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb.

    Rüfət Vəliyev özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib və guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib. Bunun üçün də bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. A.Mövsümov onlar üçün otaq ayırıb. M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib.

    İttihamda qeyd edilir ki, R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi, cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb. Sonra da xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği kompüter vasitəsilə yazaraq çap edib, M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.

    Rəsmi ittihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konvertasiya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

    Qeyd edilən məbləğin təqsirləndirilən şəxsə aid olmadığı aydındır. Lakin məhkəmədə dəfələrlə sual verilsə də onlar kimlərin pulunu ölkədən çıxardıqlarını etiraf etməyiblər.

    Musavat.com-un bu cinayət işi ilə bağlı əldə etdiyi eksklüziv məlumata görə, pullar sabiq MTN naziri Eldar Mahmudova məxsus olub. Milyardlar da məhz onun qudası, sabiq bankir Cahangir Hacıyevin vasitəsi ilə ölkədən çıxarılaraq ofşor hesablara köçürülüb.

  • Bakıda bu yol təmirə bağlandı

    Biləcəridə yollardan birində hərəkət məhdudlaşdırılıb.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 23-ü səhər saatlarından Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Məhdudlaşma sabah gün ərzində aradan qaldırılacaq.

    Nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

    Yarana biləcək müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

  • Gəncədə 15 yaşlı oğlanı maşın vurdu

    Gəncədə piyadanı maşın vurub.

    Median.Az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, şəhərin Nizami Gəncəvi prospektində yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Nəsibov Tural Turab oğlunu “Mitsubishi” markalı maşın vurub. Bədən xəsarətləri alan piyada xəstəxanaya aparılıb. Vəziyyətinin normal olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.