Month: April 2019

  • До «Формулы 1» осталось 20 дней. Программа в этом году будет отличаться от предыдущих

    Подготовка к Гран-при Азербайджана «Формулы 1», который пройдет в Баку 26-28 апреля, проходит нормально, большая часть строительных работ в городе на стадии завершения. Об этом сказала Trend завотделом маркетинга и коммуникаций Бакинского городского кольца Нигяр Арпадараи.

    По ее словам, сейчас устанавливаются трибуны, барьеры безопасности.

    Что касается продажи билетов, Арпадараи отметила, что в сравнении с прошлым годом продажа осуществляется еще более интенсивно, и билеты приобрели в общей сложности граждане более 60 стран.

    В первую тройку стран, чьи граждане приобрели билеты, входят Россия, Великобритания и Монако. Есть трибуны, на которых все билеты почти проданы, к примеру, на трибуне Филармония, сказала она.

    «Обычно продажа билетов осуществляется до последнего дня. Сказать о том, сколько процентов билетов продано, сложно, так как цифры постоянно меняются», – добавила Арпадараи.

    Касательно концертной программы в рамках соревнований она отметила, что развлекательная программа в этом году немного отличается от предыдущих лет. «Будут два концерта – в субботу и воскресенье. Как вы знаете, в субботу выступит известный британский певец Сэм Смит. Имя звезды, которая будет выступать в воскресенье, мы назовем чуть позже. В этом сезоне, кроме концертов, будут организованы афтепати с участием известных диджеев», – добавила Арпадараи.

  • Почему азербайджанские подростки все чаще прибегают к суициду?

    Вcе чаще мы сталкиваемся с новостями о попытках самоубийства среди подростков. Так, вчера в Баку ученица 8 класса бросилась с третьего этажа школы. В ночь на 7 марта 15-летняя Нурлана Ахмедова, проживавшая по улице М. Хади, бросилась с девятого этажа жилого дома и разбилась насмерть. 10 октября прошлого года ученик третьего класса, попав под влияние родителей-сектантов, пытался выброситься из окна учебного заведения.

    Возникает вопрос, что толкает несовершеннолетних на суицид?

    Увы, в наше время причин покончить жизнь самоубийством может быть немало. У несовершеннолетних это неразделенная любовь, отсутствие должного внимания со стороны родителей, семейные конфликты, финансовые проблемы, травля в школе, одиночество и т.д. Но думает ли подросток о том, что такое смерть и понимает ли суть желаемого поступка?

    «Как правило, подростки до 13 лет совершенно не задумываются о последствиях. Их попытка суицида – это, скорее, желание привлечь внимание окружающих к своей проблеме, что-то типа шантажа. Они не думают, что смерть безвозвратна. Многие даже не понимают, что это такое. Они лишь хотят вызвать чувство вины у окружающих», – сказал Media.Az психолог Худаверди Мамедов.

    По его словам, лица постарше – подростки от 13 до 18 лет – уже понимают, чего хотят и к чему это может привести. Порой их поведение связанно с различного рода психическими отклонениями.

    «Чаще всего подростки совершают попытки самоубийства, не задумываясь о смерти и не собираясь умереть. Таким образом они пытаются доказать свою правоту взрослым, изменить ситуацию в свою пользу. Дети не воспринимают смысл суицида как взрослые. Прибегая к нему, они не хотят умирать. Это своего рода призыв, демонстрация своего желания. Но порой это приводит к серьезным травмам и даже летальным исходам», – сказал психолог.

    Стоит отметить, что во Всемирной Организации Здравоохранения (ВОЗ) считают, что суицид можно предотвратить. Существуют эффективные меры вмешательства: раннее выявление и лечение депрессии и нарушений, наряду с поддержкой тех, кто уже совершал попытку самоубийства, и психологической помощью на местном уровне.
    //media.az

  • Meyitini döyüş meydanından qardaşı çıxarmışdı – REPORTAJ

    O, Aprel döyüşləri zamanı düşmənlə birbaşa döyüşdə iştirak etmək üçün ön cəbhəyə könüllü getmişdi. Uşaqlıqdan arzuladığı kimi, sevdiyi və bağlı olduğu torpaq uğrunda şəhid oldu.

    Xüsusi Təyinatlı Qüvvələrin giziri, Masallı rayonunun Kalinovka kənd sakini, 1995-ci il təvəllüdlü Nurlan Bayram oğlu Əsgərlinin valideynləri onunla son danışıqlarının aprelin 2-si olduğunu deyir.

    Həqiqi hərbi xidməti başa vurduqdan sonra hərbçi olmaq arzusunu reallaşdırmaq üçün yenidən ordu sıralarına yazılan Nurlan qardaşı İntiqamla hərbçi yoldaşı olub, bir yerdə xidmət ediblər.

    Şəhid olduğu vaxt onu döyüş meydanından qardaşı İntiqam çıxarıb. Hər iki qardaş düşmənə qarşı döyüşüb. Şəhidin anası Ziba xanım övladının vətəninə sevgisi olduğu qədər, düşməninə nifrətinin olduğunu deyir.

    Baku TV əməkdaşlarının şəhidin evindən hazırladığı reportajı təqdim edirik:

  • Problemli kreditlərin ödəniş forması açıqlandı

    Problemli kreditlərlə bağlı kompensasiyaların ödənişinə aprelin sonunda başlanacaq və mayın sonunda proses yekunlaşacaq. Bank olmayan kredit təşkilatları və bağlanan bankların problemli kredit sahibləri məbləği nağd və nağdsız formalarda olmaqla, “Azərpoçt” MMC-dən ala biləcəklər.

    “Azərpoçt” SMS göndərəcək

    Prosesə start veriləndə vətəndaşın kredit götürdüyü zaman qeydiyyata aldırdığı nömrəsinə SMS göndəriləcək.

    SMS-də fiziki şəxsə ödəniləcək məbləğ, ödənilən kreditin olduğu kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı barədə məlumat (adı, ünvanı, əlaqə vasitələri), fiziki şəxsin yardımın köçürüldüyü ödəniş kartını əldə edə biləcəyi və ya pul köçürməsinin ediləcəyi kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru barədə məlumat (kredit təşkilatının, onun filialının, poçt rabitəsinin milli operatorunun və onun şöbəsinin adı, ünvanı, əlaqə vasitəsi) pul köçürməsinin ediləcəyi tarix barədə informasiya öz əksini tapacaq.

    Adınız siyahıda yoxdursa…

    Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə rəisi Orxan İsmayılov adını siyahıda tapmayan və ya “Sizin kreditinizlə bağlı məlumat araşdırılır” cavabını alanlarla bağlı vəziyyətə aydınlıq gətirib.

    Onun sözlərinə görə, əgər vətəndaşın adı siyahıda çıxmırsa, bu, o deməkdir ki, 2015-ci il 21 fevral və 21 dekabr tarixlərində baş verən devalvasiyalarda həmin şəxsin götürdüyü kredit qalığının məbləği 10 min dollardan çoxdur və fərman ona şamil edilmir. Həmin şəxsə kompensasiya düşmür, ona görə də siyahıda adı yoxdur.

    Elə hallar da var ki, kompensasiya hesablanmır, ancaq 1 mart 2019-cu il tarixinə kredit borcu 10 min dollar və ya 17 min manat təşkil edir, onlar restruktrizasiya olunacaq. Yəni şəxsi vərəqədə ona kompensasiya “0” göstərilsə də, restruktrizasiya ilə bağlı hissədə məbləğ göstərilir.

    Bankın borcunu müqavilədə adı olmayan şəxs ödəyibsə, bu halda kompensasiya ilə bağlı məsələ rəsmi borcalanla qeyri-rəsmi ödəyici arasında həll olunmalıdır.

    Zaminlərlə bağlı vəziyyət isə hüquqi şəkildə öz həllini tapacaq, çünki fərmandan sonra zaminlərin ödədiyi pulu geri tələb etmək hüququ yaranıb.

    Adı siyahıda olan, lakin kompensasiya məbləği göstərilməyən şəxslərə gəlincə, bu qrup şəxsi əhatə edir və yaxın günlərdə tam həllini tapacaq.

    Məlumatlar üst-üstə düşməyib

    Qeyd edək ki, ekspert Vüqar Bayramovun açıqlamasına görə, bu vəziyyət bankların siyahısında bəzi borcalanlarla bağlı məlumatların Mərkəzi Kredit Reyestri ilə üst-üstə düşməməsindən qaynaqlanır. Ona görə də bu rəqəmlərin dəqiqləşdirilməsi prosesi gedir.

    Qeyd edək ki, ödənişlər pul köçürmələri və plastik kartlar vasitəsilə olmaqla, iki formada həyata keçiriləcək. 500 manata qədər məbləğ nağd formada, 500 manatdan yuxarı olduqda isə plastik kartlar vasitəsilə kredit sahibinə təqdim olunacaq.

  • İlham Əliyev yaşayış kompleksinin açılışında – FOTO

    Aprelin 5-də Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yeni yaşayış kompleksinin açılışı olub.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.


















































  • Göyçayda polis piyadanı vurub öldürdü

    Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən qəza hadisəsi baş verib.

    Hadisə dünən gecə saatlarında qeydə alınıb.

    Belə ki, “VAZ 2107” markalı avtomobilin sürücüsü Abdulov Emil Bəylər oğlu yolu keçən 1950-ci il təvəllüdlü Miriyev Abduləli Məhəmmədəli oğlunu vurub. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisəni törədən şəxs Göyçay Rayon Polis Şöbəsinin əməkdaşıdır.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Aliment ödəmək üçün böyrəyini “su qiymətinə” satdı – TƏFƏRRÜAT

    Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanları və ya toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə və insan alverində təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

    Məlum olub ki, 62 yaşlı Vahib Xudadatov böyrək çatışmazlığından əziyyət çəkib orqan köçürməsinə ehtiyacı olan şəxslərlə imkansızlıqdan böyrəyini satanlar arasında vasitəçilik edib. Bunun müqabilində hər iki tərəfdən də pul alıb.

    Böyrəyini satanlar saytlarda, sosial şəbəkələrdəki elanlar, ortaq tanışlar vasitəsilə tapılır, xəstəlikdən əziyyət çəkənlərin özləri, yaxınları ilə görüşdürülür və qiymət məsələsi razılaşdırılırmış.

    Öncə Bakıda müxtəlif tibb müəssisələrində qan analizi verilir, sonra hər iki tərəf İrana həkim Mohsen Tahirinin yanına aparılır, orada ətraflı müayinədən keçirilib, transplantasiya qərarı veriləndən sonra böyrək köçürmə əməliyyatı Gürcüstanda “Lanseti” klinikasında aparılırmış.

    Əməliyyatı Tbilisidə Mohsen Tahiri özü həyata keçirirmiş. 2016-cı ilin martından sonra Tbilisidə “Lanseti”nin azərbaycanlı rəhbəri Fərman Ceyranlının həbsilə əlaqədar klinikanın fəaliyyəti dayandırıldığından ondan sonra əməliyyatlar Tacikistanda Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İnsan orqanları və toxumaları transplantasiyası Milli Mərkəzi”ndə aparılıb.

    Orada da əməliyyatları Mohsen Tahiri həyata keçirib. Mohsen Tahiri tez-tez Bakıya gəlir, buradakı klinikalardan birində də xəstələri müayinə edirmiş.

    Məsələnin maddi tərəflərinə gəlincə, hər orqan köçürülən xəstənin yaxınları böyrəyini satan donora onunla razılaşdırılmış məbləğlə yanaşı, əməliyyat həyata keçirilən klinikaya 8 min, iranlı həkimə 10 min dollar pul ödəyirmiş. Vasitəçilik edən Vahib Xudadatova isə 200 manatdan iki min manata qədər pul verilirmiş.

    Böyrəyini satanlarla onu alanlar arasında Bakıda notarial qaydada müqavilə imzalanıb. Orada göstərilib ki, guya bu adamlar qohumdurlar və biri digərinə böyrəyini verir.

    V.Xudadatov elan olunmuş ittihamla özünü təqsirli bilməyib:

    “Mənin günahım yoxdur. Mən onları həkimlə tanış eləmişəm, taksi sürücüsü kimi, onları İrana, Gürcüstana aparıb-gətirmişəm. Buna görə mənə pul veriblər. Hər şeyin şahidi-sübutu var. Heç kim heç nəyə məcbur edilməyib. Adamlar özləri öz aralarında razılaşıblar, mənlik bir şey olmayıb. Könüllü şəkildə satıblar, pullarını da alıblar”.

    Sonra zərərçəkmiş qismində Rüstəm Yamaqujin ifadə verib. O, böyrəyini necə satması barədə danışıb:

    “Biləcəridə kirayədə yaşayırdım. Vəziyyətim çox ağır idi, həm kirayə pulu ödəyirdim, həm də aliment. İmkanım yox idi, ona görə də razılaşdım. Doqquz min manata danışdıq. Bundan sonra gəlib Respublika Xəstəxanasında qan verdim”.

    Zərərçəkənin sözlərinə görə, o, maddi durumunun ağırlığına görə böyərini doqquz min manata satmağa razılaşıb.

    Məhkəmə prosesi aprelin 12-də davam edəcək.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqədə olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib.

    Vahid Xudadatovla əlaqəsi olan şəxslər istintaqa cəlb ediliblər. Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.
    //oxu.az

  • İlham Əliyev yaşayış kompleksinin açılışında

    Aprelin 5-də Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yeni yaşayış kompleksinin açılışı olub.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.

  • Yeni rektor ad gününü yataqxanadakı tələbələrlə keçirdi – FOTO

    Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayev ad gününü universitetin yataqxanasındakı tələbələrlə keçirib.

    Bununla bağlı universitetin sosial şəbəkə səhifəsində məlumat verilib.

    Bildirilib ki, rektor yataqxanadakı şəraitlə tanış olub və tələbələrlə söhbət edərək, problemlərini dinləyib.

    Yataqxananın zalında baş tutan görüş zamanı rektorun ad gününün olduğu bildirilib.

    “Axşamüstü 7-8 olardı. Dedilər, rektor otaqlara baxır, şəraitlə tanış olur. Koridora çıxdıq. Ayaqüstü söhbətdən sonra zala yığışdıq. Suallar üçün tam şərait yaratdı, problemlərimizi dinlədi. Gəmirici, ağcaqanad, istilik, internet xətti, pəncərə toru, ödəniş – ürəyimizi boşaltdıq.

    Qeydlər apardı. Axır ki, yolu yataqxana otaqlarından düşən, problemimizlə yerindəcə maraqlanan rektorumuz da oldu. Rektor özü ilə şirniyyat gətirmişdi. Sonra öyrəndik ki, ad günü imiş. Rektorun ad gününü bizimlə keçirməsi ikiqat sevinc oldu. Təbrik edirik sizi, Elçin müəllim. Problemlərimizin həllinə kömək göstərəcəyinizə inanırıq”, – paylaşımda qeyd edilib.


  • Yeni sürücülük vəsiqələri belə olacaq – FOTO

    Bu gün baş nazir Novruz Məmmədov sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi ilə bağlı qərarı imzalayıb.

    Sənədə əsasən, motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün yeni sürücülük vəsiqəsi “İSO/İEC 7810 Kimlik kartları – Fiziki xüsusiyyətlər” beynəlxalq standartının tələblərinə cavab verəcək.

    85,60 mm x 53,98 mm ölçülü yeni vəsiqənin daxilində təmassız oxuna (yazıla) bilən elektron daşıyıcı (çip) yerləşdirilib.

    Vəsiqənin üz tərəfinin yuxarı sol küncündə ətrafı gilyoşdan ibarət ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı – “AZ” yazılır, onun altında Azərbaycan Respublikası Dövlət bayrağının rəngli təsviri verilir, sağında “AZƏRBAYCAN RESPUBLİKASI”, həmin sözlərin altında “SÜRÜCÜLÜK VƏSİQƏSİ”, ingilis dilində “Republic of Azerbaijan” və “Driving licence” sözləri yazılır. Vəsiqənin aşağı sağ küncündə elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə təsvir olunur, yuxarı sağ küncündə (OVİ – opticaly variable ink) müxtəlif rakurslar altında rəngini dəyişən təhlükəsizlik elementi ilə hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin təsviri verilir, sol tərəfində 6 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin 26 mm x 22 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulur və fotoşəklin altında 7 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin imzası əks olunur.

    Üz tərəfinin orta hissəsində 1., 2., 3., 4a., 4b., 4c., 4d., 5., 8. və 9. rəqəmləri yerləşdirilir və həmin rəqəmlərdə vəsiqə sahibinin soyadı, adı və atasının adı, doğulduğu tarix və yer, vəsiqənin verildiyi tarix, vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix, vəsiqəni vermiş qurumun adı, vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, vəsiqə sahibinin yaşayış yeri, vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu nəqliyyat vasitələrinin kateqoriyaları (altkateqoriyaları) qeyd olunur.

    Sözlə yazılan məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində yazılır.

    Vəsiqənin arxa hissəsinin sol tərəfində “Soyadı/Surname”, “Adı və atasının adı/Name and patronymic”, “Doğulduğu tarix və yer/Date and place of birth”, “Vəsiqənin verildiyi tarix/Date of issue”, “Etibarlıdır/Date of expiry”, “Vəsiqəni vermiş qurumun adı/İssuing authority name”, “Fərdi identifikasiya nömrəsi/Personal identification number”, “Vəsiqənin nömrəsi/Licence number”, “Fotoşəkil/Photo”, “Vəsiqə sahibinin imzası/Signature of the holder”, “Yaşayış yeri/Place of residence”, “Kateqoriyalar (altkateqoriyalar)/Categories (subcategories)”, “Verildiyi tarix/Date of issue”, “Etibarlılıq müddəti/Date of expiry”, “Əlavə məlumat və ya məhdudiyyətlər/Additional information or limitations”, və “Digər qeydlər/Other information” sözləri yazılır.

    Sağ tərəfində sütunları 9, 10, 11 və 12 rəqəmləri ilə işarələnmiş cədvəl əks olunur, 9 nömrəli sütunda kateqoriyalara (altkateqoriyalara) və hər bir kateqoriyalara (altkateqoriyalara) aid nəqliyyat vasitələrinin növlərini bildirən piktoqramlar göstərilir. Cədvəlin alt hissəsində digər məlumatların əks olunması üçün 14 rəqəmi ilə nömrələnmiş sətir nəzərdə tutulub.

    Ətrafı gilyoşdan ibarət ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı – “AZ” hərfləri ilə yazılmış şəffaf holoqrafik plyonka, “Qobustan qayaüstü” rəsmləri formasında hazırlanmış gilyoş, təhlükəsizlik elementləri ilə tərtib olunmuş arxa fonda Heydər Əliyev Mərkəzinin binasının təsviri, (İRİS print) “göy qurşağı” üsulu ilə hazırlanmış gilyoş, ultrabənövşəyi çap texnologiyası və mikromətn, (OVİ – opticaly variable ink) müxtəlif rakurslar altında rəngini dəyişən elementdən hazırlanmış Azərbaycan Respublikasının xəritəsi, “Driving licence” sözünün altında yerləşdirilmiş qızılı rəngli eninə düz xətt (iridescent), arxa tərəfinin alt hissəsində qızılı rəngdə eninə bir-birini təkrarlayan 18 “buta” fiqurundan ibarət elementlər, ultrabənövşəyi işıqda görünən Azərbaycan Respublikasının Dövlət gerbi və səkkizguşəli ulduzun təsviri, o cümlədən, bilərəkdən səhvlərlə yazılmış mikromətn vəsiqənin təhlükəsizlik elementlərini özündə cəmləşdirir.