Month: May 2019

  • Prezidentdən İçərişəhərlə bağlı – FƏRMAN

    Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 7 avqust tarixli 1573 nömrəli, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Fərmana əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilib:

    1.1. aşağıdakı məzmunda 3.1.3-1-3.1.3-5-ci yarımbəndlər əlavə edilsin:

    “3.1.3-1. Qoruqların ərazisində mədəniyyət sahəsində dövlət monitorinqini həyata keçirmək;

    3.1.3-2. Qoruqların ərazisində mədəni irs abidələrinin mühafizə zonalarını müəyyən etmək;

    3.1.3-3. Qoruqların ərazisində mühafizə dərəcəsi olan mədəni sərvətlərin, həmçinin tarix və mədəniyyət abidələrinin mülkiyyətçisi və ya istifadəçisi ilə həmin mədəni sərvətlərin qorunmasına dair mühafizə müqavilələri bağlamaq;

    3.1.3-4. konservasiya mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərdən məhdud dairədə istifadə olunmasına nəzarət etmək;

    3.1.3-5. qabaqlayıcı mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə razılıq vermək;”;

    1.2. 3.1.13-cü yarımbənddən “və abidələrin əhəmiyyətinə dair müvafiq siyahıları tərtib etmək” sözləri çıxarılsın;

    1.3. 3.1.15-ci yarımbəndə “özəlləşdirilməsinə” sözündən sonra “, icarəyə” sözü əlavə edilsin və həmin yarımbənddən “və qoruma öhdəliklərinə dair müqavilələr bağlamaq” sözləri çıxarılsın;

    1.4. 3.1.16-cı yarımbənddə “məhdudlaşdırılması və ya qadağan edilməsi üçün qanunvericiliyə uyğun qaydada tədbirlər görmək” sözləri “hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək” sözləri ilə əvəz edilsin;

    1.5. aşağıdakı məzmunda 3.1.16-1-ci və 3.1.16-2-ci yarımbəndlər əlavə edilsin:

    “3.1.16-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qoruqların ərazilərində və mühafizə zonalarında tarix və mədəniyyət abidələri üçün təhlükə yarada biləcək dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul etmək;

    3.1.16-2. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yerli əhəmiyyətli abidələrin köçürülməsinə icazə vermək, döyüş təhlükəsi olan ərazilərdən və döyüş zonalarından daşınar abidələrin köçürülməsini həyata keçirmək;”;

    1.6. 3.1.22-ci yarımbənddə “qanunvericiliyə uyğun olaraq icazə verilən arxeoloji işləri” sözləri “qanuna uyğun olaraq icazə verilən arxeoloji qazıntı və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda yerinə yetirilən elmi tədqiqat işlərini” sözləri ilə əvəz edilsin;

    1.7. 3.1.23-cü yarımbənddə “dövlət qeydiyyatına alınması, pasportlaşdırılması” sözləri “siyahıya və dövlət qeydiyyatına alınmasını, pasportlaşdırılmasını həyata keçirmək” sözləri ilə, “əhəmiyyəti” sözü “əhəmiyyət dərəcəsi” sözləri ilə əvəz edilsin;

    1.8. 3.2.8-ci yarımbənddə “qazıntı işlərinin aparılmasını təşkil edən” sözləri “bu Nizamnamənin 3.1.22-ci yarımbəndində qeyd olunan işləri aparan (yerinə yetirən)” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “hesabat” sözündən sonra “və arxeoloji qazıntı zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqlarının siyahısını” sözləri əlavə edilsin.

    2. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209, № 10, maddə 2002) aşağıdakı dəyişikliklər edilsin:

    2.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə” üzrə:

    2.1.1. 3.2.9-cu yarımbəndə “hesabat” sözündən sonra “və arxeoloji qazıntı zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqlarının siyahısını” sözləri əlavə edilsin;

    2.1.2. 3.2.17-ci yarımbənddən “dövlət mühafizəsinə götürülməsi və onların” sözləri çıxarılsın və həmin yarımbəndə “təkliflər verir” sözlərindən sonra “, abidələrin siyahıya və dövlət qeydiyyatına alınmasını, pasportlaşdırılmasını həyata keçirir” sözləri əlavə edilsin;

    2.1.3. 3.2.22-ci yarımbəndə “icazə verir” sözlərindən sonra “, döyüş təhlükəsi olan ərazilərdən və döyüş zonalarından daşınar abidələrin köçürülməsini həyata keçirir” sözləri əlavə edilsin;

    2.1.4. aşağıdakı məzmunda 4.2.1-1-ci yarımbənd əlavə edilsin:

    “4.2.1-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qoruqların ərazilərində və mühafizə zonalarında tarix və mədəniyyət abidələri üçün təhlükə yarada biləcək dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul edir, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, onların hərəkətini məhdudlaşdırır və ya qadağan edir;”;

    2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə” üzrə:

    2.2.1. 3.0.30-cu yarımbəndə “hesabat” sözündən sonra “və arxeoloji qazıntı zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqlarının siyahısını” sözləri əlavə edilsin;

    2.2.2. aşağıdakı məzmunda 4.0.5-1-ci yarımbənd əlavə edilsin:

    “4.0.5-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qoruqların ərazilərində və mühafizə zonalarında tarix və mədəniyyət abidələri üçün təhlükə yarada biləcək dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul etmək, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, onların hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək;”.

    3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1841) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

    3.1. 3.0.31-ci yarımbəndə “dövlət nəzarətini” sözlərindən sonra “və dövlət monitorinqini” sözləri əlavə edilsin;

    3.2. aşağıdakı məzmunda 3.0.33-1-ci yarımbənd əlavə edilsin:

    “3.0.33-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qoruqların ərazilərində yerləşən yerli əhəmiyyətli abidələrin köçürülməsinə icazə vermək, döyüş təhlükəsi olan ərazilərdən və döyüş zonalarından daşınar abidələrin köçürülməsini həyata keçirmək;”;

    3.3. 3.0.36-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

    “3.0.36. Qoruqların ərazilərində mühafizə dərəcəsi olan mədəni sərvətlərin, həmçinin tarix və mədəniyyət abidələrinin mülkiyyətçisi və ya istifadəçisi ilə həmin mədəni sərvətlərin qorunmasına dair mühafizə müqavilələri bağlamaq;”;

    3.4. aşağıdakı məzmunda 3.0.36-1-ci və 3.0.36-2-ci yarımbəndlər əlavə edilsin:

    “3.0.36-1. konservasiya mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərdən məhdud dairədə istifadə olunmasına nəzarət etmək;

    3.0.36-2. qabaqlayıcı mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə razılıq vermək;”;

    3.5. 3.0.38-ci yarımbənddə “arxeoloji işləri qeydə almaq” sözləri “arxeoloji qazıntı və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda yerinə yetirilən elmi tədqiqat işlərini qeydə almaq, bu işləri aparan (yerinə yetirən) şəxslərdən aparılmış tədqiqat işləri barədə hesabat qəbul etmək, arxeoloji qazıntı zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqlarının siyahısını tələb etmək” sözləri ilə əvəz edilsin;

    3.6. aşağıdakı məzmunda 3.0.45-1-ci və 4.0.15-1-ci yarımbəndlər əlavə edilsin:

    “3.0.45-1. Qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrini siyahıya və dövlət qeydiyyatına almaq, pasportlaşdırılmasını həyata keçirmək;”;

    “4.0.15-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qoruqların ərazilərində və mühafizə zonalarında tarix və mədəniyyət abidələri üçün təhlükə yarada biləcək dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul etmək, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, onların hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək;”.

  • Каков будет призовой фонд «Большого шлема» в Баку?

    Определился призовой фонд бакинского этапа турнира «Большой шлем» по дзюдо.

    Как сообщили oxu.az в Федерации дзюдо Азербайджана, призовой фонд составит 154 тысячи долларов.

    Согласно утвержденному Международной федерацией дзюдо призовому фонду, победителю в каждой из 14-ти весовых категорий (по семь у мужчин и женщин) будет вручено по пять тысяч долларов.

    Серебряным медалистам выделяется по три тысячи долларов, а бронзовые призеры получат по 1500 долларов.

    Отметим, что бакинский этап «Большого шлема» пройдет 10-12 мая. 13-14 мая в Баку парадзюдоисты поборются за Гран-при. Призовой фонд этого турнира составит 27300 долларов.

  • Azərbaycanda dəfn qaydalar dəyişdi – Prezident qanunu təsdiqlədi

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

    Dəyişikliyə əsasən, Ailə Məcəlləsinə 196-cı maddə (Dəfnlərin reyestri) əlavə edilib.

    Həmin maddədə dəfnlərin vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılması nəzərdə tutulur.

    Bundan başqa qanuna edilən dəyişikliyə görə, İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə “445-1,” rəqəmlərindən sonra “516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə),” sözləri əlavə edilir.

  • Tələbə qız müəllimindən uşaq dünyaya gətirdi – Azərbaycanda

    Azərbaycanda tələbə qız müəllimindən uşaq dünyaya gətirib.

    Bu barədə ATV-də yayımlanan “Bizimləsən” verilişində məlumat verilib. Verilişə müraciət edən Zaur anası ilə görüşmək istədiyini bildirib.

    Aparıcı Zaur Baxşəliyev həmin tələbənin adını açıqlamasa da, bir çox faktların üstünü açıb:

    “1980-cı ildə tələbə qız Azərbaycanın şimal rayonlarından birindən Mingəçevirə mühasibatlıq üzrə oxumağa gəlib. Burada onun müəllimi ilə arasında münasibət yaranıb. Tələbə qız müəllimindən hamilə qalıb. Rayona qayıdan tələbə qız ailəsi tərəfindən Bakıya, əmisigilə göndərilir. O, Bakıda kirayə qaldığı evlərin birində 1981-ci ildə uşağı dünyaya gətirir. Həmin mənzil OMD-yə yaxın yerdə yerləşir. “Salyan kazarması”na yaxındır. Doğulan uşağı bir ailəyə verirlər. Həmin qadın uşağını övladlıq verdiyi ailəyə gedib gəlirmiş. 7 ildən sonra isə həmin ailə ilə əlaqəsi kəsilir, qadın rayona qayıdır, burada toyu olur. Hərbçi ilə evlənir. İndi də həmin şəxslə evlidir. Həmin qadının yaşama ehtimalı var. Mən istəyirəm ki, o efirə gəlsin və Zaur anasını tanısın”.

    ///Unikal.org

  • Иранской спортсменке грозит тюрьма за выход на ринг без хиджаба

    Власти Ирана приняли решение арестовать женщину-бойца Садаф Хадем.

    Как передаёт Median.Az со ссылкой на «Газета.ру», она стала первой иранской спортсменкой, которой удалось победить в международном боксерском матче.

    По информации ближневосточных СМИ, вина С.Хадем в том, что она участвовала в поединке без хиджаба и в спортивных трусах. Все это нарушает законы государства, согласно которым женщины должны выходить на ринг в хиджабе и форме, полностью закрывающей тело. Кроме того, С.Хадем тренировалась под руководством мужчины, что также нарушает закон.

    Федерация любительского бокса Ирана предпочла не участвовать в конфликте. Глава организации отметил, что С.Хадем не зарегистрирована у них, а выступила на турнире в качестве частного лица.

    Сама женщина и ее наставник Махьяр Моншипур отказались возвращаться на родину и попросили убежища во Франции, куда прибыли для участия в боксерском турнире.

  • В поселке Сарай “ВАЗ 2106” сбил двух пешеходов

    Как сообщает Median.Az, 1-го мая примерно в 21 часов в поселке Сарай автомобиль марки “ВАЗ 2106”, управляемый жителем столицы Н.Дадановым сбил жителя Нефтчалинского района Нахида Алиева и жителя Лачинского района Эльшана Джафарзаде.

    В результате наезда Н.Алиев скончался на месте происшествия, Э.Джафарзаде был помещен в больницу.

    В Апшеронском РУП по факту ведется расследование.

  • Sarayda “VAZ 2016” iki piyadanı vurub

    Median.Az xəbər verir ki, mayın 1-i saat 21 radələrində Saray qəsəbəsində, Bakı şəhər sakini N.Dadanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Neftçala rayon sakini Nahid Əliyevi və Laçın rayon sakini Elşən Cəfərzadəni vurub.

    Nəticədə N.Əliyev hadisə yerində ölüb, E.Cəfərzadə isə xəstəxanaya yerləşdirilib.

    Abşeron RPİ-də faktla bağlı araşdırma aparılır.

  • “8 kilometr bazarı”nda satılan ət və ət məhsulları niyə təhlükəlidir

    Bazarlarda açıq şəkildə satılan ət və ət məhsulları keyfiyyətlidirmi? Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vəziyyətlə bağlı sorğuya cavab verib

    Bir müddət əvvəl paytaxtın müxtəlif ərazilərində ət kəsim yerləri – qəssabxanalar fəaliyyət göstərirdi. Heyvanlar elə kəsilib soyulduğu yerdəcə hissələrə bölünüb satılırdı. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qoyduğu müəyyən məhdudiyyətlərdən sonra belə yerlərin sayı azalmağa başlayıb. Ancaq bazarlarda hələ də belə yerlər fəaliyyət göstərir.

    Məsələn, “8 kilometr bazarı”nda ət və ət məhsulları açıq şəkildə satılır. Bazara bu məhsulların qoxusundan girmək mümkün deyil. Düzdür, son zamanlar bazarda gigiyenik vəziyyətin qorunması üçün müəyyən adımlar atılıb. Misal üçün, əvvəllər açıq şəkildə satılan pendir artıq xüsusi, şüşədən hazırlanmış piştaxtaların altında satılır. Amma ət məhsullarının saxlanılma şəraiti və satışı ilə bağlı vəziyyət dəyişməz olaraq qalır. Ət kiçik piştaxtaların üstündə açıq şəkildə satılır. Hər gün minlərlə insanın ziyarət etdiyi bir bazarda ətin açıq şəkildə piştaxta üstündə satılması sağlamlıq üçün təhlükəli deyilmi?!

    Qida mühəndisi Elsevər Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələ sovet dövründən səhərlər baytarlıq idarələrinin möhürü vurulmuş ət məhsulları bazara çıxarılırdı. O dövrdə də gecə növbələrində baytar həkimləri işləmirdi. Amma səhərlər bazarlarda möhürlənmiş ət satılırdı. Odur ki, bazarda satılan ətə kimin nə vaxt və nəyə əsasən möhür vurduğu indiyə qədər də qaranlıq qalır.

    E.Fərzəliyev qeyd edib ki, açıq şəkildə satışa çıxarılan məhsullar qidalanmaq üçün yararsızdır.

    “Əksər mikroorqanizmlərin nüvəsi 10-20 dəqiqə ərzində parçalanaraq artır. Mikroorqanizmlərin artması üçün nəmlik, qida mühiti və temperatur göstəricisi şərtdir. Ət və süd məhsulları qeyri-gigiyenik qablarda qablaşdırılaraq gigiyenik olmayan şəraitdə saxlanıldığı üçün onlardan istifadə etmək təhlükəlidir. Bazarlarda ət və süd məhsullarının saxlanılması qaydalarına riayət edilmədiyindən, həmin məhsullar daha qısa zamanda keyfiyyətini itirir” – deyə ekspert əlavə edib.

    Mütəxəssisin fikrincə, bu məhsullar bazarlarda satılması üçün müəyyən tələblərə uyğun olmalıdır.

    “Son zamanlar baş verən qida zəhərlənmələri açıq şəkildə satılan ət və süd məhsullarından qaynaqlana bilər” – deyə Fərzəliyev vurğulayıb.

    Xatırladaq ki, bu sahəyə AQTA nəzarət edir. Agentlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq, bildirilib ki, ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları risk əsaslı ekspertizalara cəlb olunur. Məhsullardan götürülmüş nümunələr laboratoriyada təhlükəsizlik göstəricilərinə görə müayinə olunur. Həmçinin bazarlarda satışa çıxan heyvan mənşəli məhsullar bazar ərazisində fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyası tərəfindən müayinə olunduqdan sonra satışına icazə verilir.

    AQTA-dan əlavə edilib ki, ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçməyən heyvan mənşəli məhsulların və xammalın satışı qanunvericiliyə əsasən yolverilməzdir. İstehlakçılar məhsul alarkən saxlanma şəraitinə diqqət etməli və etiket məlumatları ilə tanış olmalıdırlar.

    Qurumdan bildirildiyinə görə, AQTA-nın mütəxəssisləri tərəfindən heyvan mənşəli məhsullardan və xammaldan qanunvericiliklə müəyyən edilmiş qaydada nümunə götürüb laboratoriyalarda baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilir. Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktı təqdim edilir və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulur.

    “Ticarət obyektlərinin sahibləri baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən məhsulların satışına görə qanunla müəyyən edilmiş qaydada şəxsən məsuliyyət daşıyırlar. Xatırladaq ki, Agentlik bu sahədə tənzimləmə və nəzarət funksiyasını həyata keçirir. Yerlərdə icranın həyata keçirilməsi isə digər yerli icra strukturlarının fəaliyyətinə daxildir” – deyə Agentlikdən bildirilib.

  • Bu şəxslər cərimələnəcək – Qanun təsdiqləndi

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

    Qanuna daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulması barədə yeni maddə əlavə edilib.

    Belə ki, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər iki min beş yüz manat məbləğində cərimə edilir.

    Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.

    “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində cərimə edilir.”.

    Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər iki min beş yüz manat məbləğində cərimə edilir.

    Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.

    “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə -vəzifəli şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

  • Bakı rusiyalı turistlərin seçimləri arasında liderdir

    “TurStat” analitik agentliyi mayın bayram günlərində rusiyalı turistlər arasında səyahət baxımından populyar olan MDB şəhərlərinin reytinqini hazırlayıb.

    May bayramlarında MDB ölkələrinə turistik səyahətlərin reytinqinə Azərbaycan, Belarus və Qazaxıstan başçılıq edir.

    İlk onluğa Bakı, Minsk (Belarus), Nur-Sultan (Qazaxıstan), Yerevan (Ermənistan), Almatı (Qazaxıstan), Yerevan (Ermənistan), Daşkənd (Özbəkistan), Bişkek (Qırğızıstan), Kişinyov (Moldova), Düşənbə (Tacikistan), Aşqabad (Türkmənistan) daxil edilib.

    “TurStat”ın məlumatına görə, turistlər may ayında MDB şəhərlərinə 3-5 günlük səyahət edir və günə 60-120 dollara yaxın pul xərcləyir (qidalanma və qalma xərcləri).

    Qeyd edək ki, Rusiyada bayramlarla əlaqədar 1-5 may və 9-12 may tarixləri qeyri-iş günləri hesab olunur.