Month: May 2019

  • Bakıda xarici azərkeşlər arasında dava – Xəsarət alan var

    Bakıda ingilis azərkeşləri arasında ilk qarşıdurma qeydə alınıb.

    Dünən axşam saatlarında paytaxtın Malakan bağında “Çelsi” azərkeşləri ilə “Arsenal” azərkəşləri arasında mübahisə düşüb. Nəticədə, “Çelsi” azərkeşlərindən biri (Anderson Çels) xəstəxanaya çatdırılıb.

    Median.Az xəbər verir ki, faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a təsdiqləyib.

    O bildirib ki, çağırış daxil olan kimi hadisə yerinə təcili yardım briqadası yollanıb. Zərərçəkmiş təpə nahiyəsinin əzilmiş, kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, orada yaralıya ilkin yardım göstərildikdən sonra o, Mərkəzi Klinik Xəstəxanasına keçirilib. Vəziyyəti orta ağırdır. Həyatı üçün təhlükə yoxdur.

    Futbola baxmağa gələn Rusiya vətəndaşı 41 yaşlı Zaur Məmmədov Bakının mərkəzində yerləşən “pub”lardan birində baş verən qarşıdurma zamanı xəsarət alıb. Təcili tibbi yardım briqadası sifətin küt travması diaqnozu ilə müraciət edən zərərçəkmişə yerində yardım göstərib.

  • В Баку женщина-дворник перебегала трассу и была сбита

    Выяснились детали дорожно-транспортного происшествия (ДТП), в результате которого 28 мая в Сабунчинском районе Баку погибла 74-летняя работница жилищно-эксплуатационного управления (ЖЭУ) Асланова Нуру Намаз гызы.

    По полученным данным, ДТП произошло из-за того, что пожилая женщина решила перебежать через скоростную трассу недалеко от станции метро «Кероглу», причем в том месте, где это не положено (поблизости не было ни перехода, ни зебры). Wolskwagen Polo, за рулем которого находилась Асланова Гюнель Тариель гызы, двигался со стороны поселка Забрат в направлении центра. На этом участке допустимая скорость составляет 90-100 километров в час. Г.Асланова утверждает, что двигалась со скоростью 80 километров в час и не успела затормозить, когда увидела перед собой пожилую женщину.

    Тем не менее водителю иномарки придется ответить за содеянное. По факту возбуждено уголовное дело по статье 263.2 (нарушение правил эксплуатации транспортных средств, повлекших смерть человека) Уголовного кодекса.

    Отметим, что работница ЖЭУ была одета в светоотражающий жилет, но даже он не спас ее от наезда. В настоящее время следствие выясняет, была ли Н.Асланова штатной работницей управления или заменяла кого-либо. Правоохранители указали, что неправильно принимать на работу людей пожилого возраста.

    Отметим, что это далеко не первый случай автонаезда на женщин-дворников в Баку со смертельным исходом.

    //oxu.az

  • Natavan oğlunun videosunu paylaşdı – VİDEO

    Yeni ana olan müğənni Natavan Həbibi İnstaqram səhifəsində oğlu Zeydin yeni videosunu yayıb.

    Müğənni paylaşıma “Bizim ən xoşbəxt günümüz. Allah arzusunda olan hər kəsə qısmət eləsin” deyə, yazıb.

    Qeyd edək ki, müğənni 2017-ci ildə reper Dado ilə ailə qurub.

    ///Axşam.az

  • В регионах за выращивание конопли задержаны 3 человека

    Как сообщает Median.Az, сотрудники Евлахского РОП в результате проведенной операции задержали жителя города В.Велиева, у которого в дворовом участке обнаружили 40 кустов конопли, выращенных путем культивации.

    Кроме этого, сотрудники Шамкирского РОП задержали жителя района Т.Вердиева, у которого в дворовом участке обнаружили 9 кустов, а сотрудники Бардинского РОП задержали жителя района В.Мамедова, который на территории села Гусейнбейли вырастил 22 куста конопли.

    По фактам ведется расследование.

  • Regionlarda çətənə əkən şəxslər saxlanılıblar

    Median.Az xəbər verir ki, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini V.Vəliyev saxlanılıb. Ona məxsus həyətyanı sahədə oradan kultivasiya yolu ilə yetişdirilmiş 40 ədəd çətənə kolu aşkar edilib.

    Bundan başqa, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən rayon sakini T.Verdiyev saxlanılıb, ona məxsus həyətyanı sahədə 9 ədəd çətənə bitkiləri
    aşkar edilib.

    Bərdə RPŞ əməkdaşlarının əməliyyat tədbiri nəsicəsində Hüseynbəyli kəndi ərazisində rayon sakini V.Məmmədov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 22 ədəd çətənə kolu aşkar edilib.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Zamirə Hacıyeva milyonları nəyə xərcləyib? – Siyahı

    Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda 16 milyon funt sterlinqi necə və hara xərclədiyi bəlli olub.

    Median.Az BBC Azərbaycanca-ya istinadən xəbər verir ki, əvvəlcə o, çox ehtiyatla alış-veriş edirmiş – £842 uşaq kitablarına və £140 ətirlərə xərcləyib.

    Sonra o, Cartier daş-qaş əşyaları dükanında £181, Miu Miu dizayner geyimlərinə £1,600 və Ferragamo ayaqqabılarına £1,539 ödəyib.

    2007-ci ildə o, yenidən Miu Miu dükanına gedib və 25 ədəd American Express kartlarından £10,616 ödəyib.

    Bundan sonra 55 yaşlı Zamirə Hacıyeva daha bahalı əşyalar almağa başlayıb.

    Harrods-da naməlum əşyalara £66,000, Tom Dixon dizaynerinin əşyalarına isə £17,000 xərcləyib.

    Zamirə Hacıyevanın 10 ildə çox pul xərclədiyi əsas Harrods mağazaları

    Boucheron daş-qaş dükanı: £3.5 milyon

    Cartier daş-qaz dükanı: 1.4milyon

    Dennis Basso (ABŞ dəb dizayneri) dükanı: £402,000

    Sandwich by Tom – “sendviç” barında: £332,000

    Harrods ətir kassaları : £160,000

    20 iyun 2008-ci ildə o, £925 funta alt paltarı və corab alır.

    Düz 63 dəqiqə sonra o, sevimli dükanı olan Cartier-də £433,389.79 funt sterlinq xərcləyir.

    Həmin günün axşamı isə 374 funt sterlinqə “kişi paltarları dizayneri”ndən əşya alır.

    Günlər sonra o, Elie Tahari dizaynerindən 8,387 funt sterlinqlik bazarlıq edir və £847 məbləğində ətir alır.

    26 iyunda isə lüks saat dükanında üç əşya üçün £17,000 xərcləyir.

    Ən maraqlı ödəniş isə 99,000 funt sterlinqdir. Bu məbləğ Disney-in eksklüziv mağazasında Bibbidi Bobbidi Boo kassasında xərclənib.

    Kimin üçün olması bəlli olmasa da, Disney dükanında, həmçinin uşaqlar üçün qız və oğlan şahzadə geyimlərinin bir saatlıq istifadəsinə görə £1,000 ödənilib.

    Həmin gün o, Boucheron daş-qaşına £160,000 xərcləyib.

    O, pulu təkcə özünə xərcləməyib, həmçinin hədiyyə də alıb. Bir dəfə o, kişi əşyaları dükanında hədiyyə bağlaması üçün £1,371 ödəyib.

    Beləliklə, Zamirə Hacıyeva 29 sentyabr 2006-cı ildən 14 iyun 2016-cı ilədək Harrods-da 16,309,077.87 funt sterlinq xərcləyib və bu xərclərin 6 milyonu ərinin bankına məxsus 35 kredit kartındən ödənib.

    Ümumilikdə isə o, 54 kredit kartından istifadə edib.

    Milli Cinayət Agentliyindən (MCA) Nicola Bartlett deyir ki, ərinin Azərbaycan bankından ailə üzvlərinə heç vaxt geri qaytarılmamış kredit kartları verməsinə dair iddialar fonunda Zamirə Hacıyevanın xərcləri “əhəmiyyətlidir”.

    Onun alış-verişləri Azərbaycanda oğurlandığı iddia edilən zamandan bir il sonra, Hacıyevanın Britaniyaya yerləşmək istəyindən sonra başlayıb.

    Zamirə Hacıyeva Britaniyada varlı sərmayeçi qismində viza almaq istəyib.

    MCA bildirib ki, Zamirə Hacıyevanın hər hansı gəlirinin olması barədə dəlil tapa bilməyib. Pul ona ərindən gəlib və bir də Britaniya banklarında olan depozitlərindən 27000 funt sterlinq məbləğində mənfəət əldə edib.

    O, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub, sonra isə ev həbsinə buraxılıb.

    Zamirə Hacıyeva dəfələrlə heç bir yanlış iş tutmadığını bildirib və Milli Cinayət Agentliyindən məhkəməyə şikayət edib.

    O, məhkəməyə deyib ki, həyat yoldaşı həbsdə olduğu üçün onlar müdafiə edilə bilməyiblər və buna görə ərinin uğurlu biznes imkanlarını və qanuni yollarla pul qazanmasını göstərmək mümkün olmayıb.

  • Paytaxtımızdan final ərəfəsi reportaj – Bəlkə də, son matçı Bakıda izləyəcəyəm

    Bu gün Bakıda UEFA Avropa Liqasının 2018/2019 mövsümünün qalibi müəyyənləşəcək. Final qarşılaşmasında iki London klubu – “Arsenal” və “Çelsi” üz-üzə gələcək.

    Oyuna maraq gözlənildiyindən də artıqdır. Son məlumata görə, satışda cəmi 100 bilet qalıb.

    Final oyunu ilə əlaqədar paytaxtımıza öz komandalarını dəstəkləmək üçün minlərlə futbol həvəskarı gəlib.

    “Sky Sports”un müxbiri Qari Koteril Bakıda olub və buradan reportaj hazırlayıb.

    Reportajına “Bakının taksiləri tanış gəlir. Londonun ənənəvi “keb”ləridir. Hazırda isə Bakıda daha böyük “London” ab-havası gözə dəyir. Söhbət “Arsenal” və “Çelsi” klublarının futbolçuları, rəsmiləri, texniki heyəti və azarkeşlərindən gedir. Azarkeş sayı arzuolunan sayda olmasa belə”, – deyə başlayan Koteril azarkeşlərin Azərbaycan paytaxtı və final oyunu ilə bağlı fikirlərini öyrənib.

    “Bakıya, “Avropa Azarkeş festivalı”na xoş gəlmisiniz”.

    “Arsenal” azarkeşi olan turist Bakı barədə danışaraq, insanlarının möhtəşəmliyinə diqqət çəkib:

    “İstanbula uçduq, oradan isə bura ötən gecə çatdıq. Bura çox yaxşıdır. İnsanları möhtəşəmdir”.

    Başqa bir “Arsenal” azarkeşi isə özünü şanslılardan hesab edir:

    “Yarımfinalın birinci oyunundan sonra bron etdiyimiz üçün bəxtimiz gətirdi, bir az qabağa düşdük. Uçuşlara 440 funt sterlinq ödədik”.

    “Çelsi” azarkeşlərindən biri Qari Koterilə müsahibə verib və komandasının qələbə qazanacağına əminliyini ifadə edib:

    “Hazardın “Real Madrid”ə keçidi ilə bağlı danışıqların getdiyini eşitdik. Bununla belə, komandamızın 2013-cü ildə Amsterdamda olduğu kimi, bu dəfə də kuboku başları üzərinə qaldıracaqlarını gözləyirik”.

    Qari yazır ki, sabahkı (bugünkü – red.) finalın əsas hədəfi bu gümüşü rəngli kubokdur. Fan-zonada onunla şəkil çəkdirmək üçün insanlar uzun növbəyə dayanır. Azarkeşlər arasında Torontodan gələn Deb Piter adlı “Arsenal” azarkeşi də var. O, Londondan 55 il əvvəl köçüb.

    Deb Piter xəstə olsa da, ölümünə nə qədər qaldığını bilməsə də, bu fürsəti qaçırmaq istəməyib. O, bəlkə də, sevimli komandasının son matçını izləyəcəyinə işarə edib:

    “Mən 75 il əvvəl “Arsenal”da doğulmuşam”. Bu komanda mənim üçün çox dəyərlidir (göz yaşlarını saxlaya bilmir)… Əslində, səyahət etməməli idim. Xəstəyəm. Ancaq bu füsəti qaçıra bilməzdim. Bilmirəm ömrümə nə qədər qalıb və bundan sonra neçə finala gedə biləcəyəm…”

    Deb Piterin dostu isə belə deyir:

    “Bir neçə il əvvəl xərçəngdən müalicə olunurdu. Amma indi yaxşıdır. Hər halda bura gəlib çıxmışıq.”

    Jurnalist fan-zonada olan “Çelsi” komandasının plakatında Ruben Loftusun baş hissəsinin boş qaldığına diqqət çəkib (insanların şəkil çəkdirməsi üçün – red). Sabahkı (bugünkü – red.) oyunda da ona meydanda yer olmayacaq. Belə ki, o, ötən həftə Bostonda xəsarət alıb.

    Qari deyir ki, belə mənzərələrə Bakı məhəllərində çox rast gələ bilərsiniz (uşaq top çiləyir – red). Bu, yerli əhalidə futbola böyük marağın olduğunu göstərir. UEFA-nın göstərməyə çalışdığı Bakı budur. Bakı limanında cah-cəlallı yaxtalar Roman Abramoviçin də oyuna baxmaq üçün bura gələcəyindən xəbər verir. Ancaq hələlik heç kim nə təsdiq, nə də inkar edir. Bakı Olimpiya Stadionu hər iki kluba yaxşı tanışdır. Hər ikisi burada “Qarabağ” klubu ilə qarşılaşıb. Bu yaxınlarda, oktyabr ayında “Arsenal” 0-3 hesab ilə qələbə qazanmışdı. Sabah isə Avropa Liqası futbolu ab-havası olacaq. “Arsenal” məğlub olsa, növbəti mövsümdə yenə də “tutqun sular”da vurnuxmalı olacaq.

    Bakı Qran-Prisindən bir ay keçməsinə baxmayaraq, pitstop cığırı hələ də mərkəzi yolda gözə dəyir. Luis Hamilton burada məğlubiyyətə uğramışdı. Sabah isə (bu gün – red.) “Arsenal” və ya “Çelsi” məğlub olacaq. Bakının London taksiləri isə yollarda hərəkət etməyə davam edəcək.

  • На финал ЛЕ в Баку осталось всего 100 билетов

    На финальный матч Лиги Европы УЕФА в Баку осталось всего 100 билетов.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил глава департамента информации и связей с общественностью Ассоциации футбольных федераций Азербайджана (АФФА) Фируз Абдулла.

    По его словам, из 62 тысяч выставленных на продажу билетов осталось только 100. Представитель АФФА отметил, что это не означает, что стадион будет заполнен до отказа:

    «Как вам известно, изначально УЕФА выставил на продажу 21500 билетов онлайн. Все они были распроданы. Но это не означает, что стадион будет полностью заполнен. Дело в том, что в финал могли выйти и участники полуфинала – «Айнтрахт» и «Валенсия».

    Болельщики этих команд заранее приобрели билеты на финал. Быть может, эти немецкие и испанские фанаты не приедут на игру в Баку».

    Отметим, что сегодня состоится финальный матч Лиги Европы, в котором встретятся «Арсенал» и «Челси». Встреча на Бакинском олимпийском стадионе начнется в 23:00 по местному времени.

  • Finala cəmi 100 bilet qalıb

    UEFA Avropa Liqasının final matçına cəmi 100 bilet qalıb.

    Bunu oxu.az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib.

    Onun sözlərinə görə, satışdakı 62 min biletdən yalnız 100-ü qalıb. Lakin AFFA rəsmisi bunu da vurğulamağı unutmayıb:

    “Bildiyiniz kimi, əvvəl UEFA biletlərin 21500-nü onlayn qaydada satışa çıxarmışdı. Bunların hamısı satıldı. Amma bu, o demək deyil ki, stadion tam dolu olacaq. Çünki bu finala Avroliqanın yarımfinal iştirakçılarından “Ayntraxt” və “Valensiya”nın da çıxmaq şansı vardı.

    Bu iki komandanın azarkeşləri isə əvvəldən finala bilet almışdı. Ola bilsin ki, həmin alman və ispan azarkeşlər Bakıdakı oyuna gəlməsin”.

    Qeyd edək ki, bu gün “Arsenal” və “Çelsi” final görüşünə çıxacaq. Bakı Olimpiya Stadionundakı görüş saat 23:00-da baş tutacaq.

  • Ильхам Алиев на выставке «Нефть и Газ Каспия 2019»

    Президент Азербайджана Ильхам Алиев 29 мая принял участие в открытии XXVI международной выставки и конференции «Нефть и Газ Каспия 2019» в Бакинском Экспо-центре.

    Как передаёт Median.Az, об этом сообщает АЗЕРТАДЖ.

    Глава государства произнес речь на мероприятии.

    Затем Президент Ильхам Алиев ознакомился с выставкой