Month: May 2019

  • Известные футболисты находятся в Баку – ВИДЕО

    Экс-звезды мирового футбола – англичанин Майкл Оуэн и итальянец Франческо Тольдо – находятся в Баку.

    Они приняли участие в Фестивале болельщиков, который открылся сегодня на Приморском бульваре (основной вход около Государственного кукольного театра имени Абдуллы Шаига).

    Отметим, что фестиваль продлится до 29 мая, когда состоится финал Лиги Европы УЕФА.

  • Dünyanın məşhur futbolçuları Bakıda – VİDEO

    Dünyanın sabiq məşhur futbolçuları – ingiltərəli Maykl Ouen və italiyalı qapıçı Françesko Toldo Bakıdadır.

    Onlar bu gündən etibarən Dənizkənarı Bulvarda (əsas giriş: Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığı) təşkil olunmuş Azarkeş Festivalında iştirak edirlər.

    Yeri gəlmişkən, bu festival UEFA Avropa Liqasının finalının keçiriləcəyi mayın 29-dək fəaliyyət göstərəcək.

    İctimaiyyət üçün girişin sərbəst olacağı Azarkeş Festivalında Bakının Dənizkənarı Bulvarının ecazkar mənzərəsinin fonunda Avropa Liqasının kuboku ilə şəkil çəkdirmək, festivalın əsas səhnəsində Bakının və ümumilikdə Azərbaycanın ən yaxşı DJ-lərinin, qruplarının və ifaçılarının çıxışlarından zövq almaq, müxtəlif futbol məşğələlərində və həyəcanverici Virtual Reallıq zonasında bacarıqlarınızı sınaqdan keçirmək, inanılmaz mükafatlar qazanmaq və bütün ailəniz üçün Avropa Liqasının əyləncəli suvenirlərini əldə etmək imkanı qazanacaqsınız.

    Uşaq Zonasında uşaqlar hava ilə doldurulmuş qala üzərindən tullana bilər, üzlərinə rəsm çəkdirə və hava ilə doldurulmuş futbol qapılarında futbol bacarıqlarını sınaqdan keçirə bilərlər.

  • В районах в течение трех дней ожидаются осадки

    Обнародован прогноз погоды в районах Азербайджана на ближайшие три дня.

    Как сообщили в Национальном департаменте гидрометеорологии, 26, 27 и 28 мая погода в районах будет неустойчивой.

    До 29 мая вечером и ночью ожидаются грозы, локальные ливни, в некоторых горных и предгорных районах возможен град. Западный ветер временами усилится. Повысится уровень воды в реках.

    Температура воздуха ночью составит 15-20 градусов, днем 28-33 градуса тепла, в горах ночью 9-14, днем 15-20 градусов тепла.

  • Rayonlarda üç gün ərzində hava belə olacaq – XƏBƏRDARLIQ

    Üç gün ərzində rayonlarda gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, 26,27,28 may tarixlərində rayonlarda hava şəraiti dəyişkən olacaq.

    Mayın 29-na qədər gecə və axşam saatlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Çaylarda sululuq artacaq.

    Havanın temperaturu gecə 15-20, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

  • Стало известно, когда будет запущен новый поезд «Махачкала – Баку»

    Новый поезд по маршруту Махачкала – Баку запустят осенью 2019 года. Планируется, что это будет ночной экспресс.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщила пресс-служба администрации главы и правительства Дагестана со ссылкой на начальника Северо-Кавказской железной дороги (СКЖД) Владимира Пястолова.

    «В этом году у нас будет абсолютно новое расписание движения в Баку. Мы договорились осенью открыть международный маршрут «Махачкала – Баку, ночной экспресс», где будут новые комфортабельные вагоны СВ и удобное расписание. Мы создадим комфортные условия, чтобы жители республики могли сесть в комфортабельный вагон, например, в 20:00 в Махачкале и выйти около 7:00 утра в Баку», – цитирует пресс-служба Пястолова.

    По его словам, ночной экспресс свяжет две столицы и повысит комфорт переезда в Баку и обратно.

    Ранее ТАСС сообщал, что власти Дагестана рассчитывают в 2019 году начать организацию скоростного пассажирского сообщения по маршруту Махачкала – Дербент – Баку с оформлением таможенного досмотра в пункте отправления.

    Вопрос нового железнодорожного сообщения по маршруту Махачкала – Баку рассматривался властями Дагестана и РЖД в начале апреля 2018 года. В конце октября 2018 года Васильев сообщал, что Дагестан и Азербайджан свяжет постоянное железнодорожное сообщение. Кроме того, ранее сообщалось, что между Махачкалой и Баку планируется запустить прямой авиарейс.

  • Житель Губы изнасиловавший и убивший тетю на кладбище осужден на 19 лет

    В Бакинском суде по тяжким преступлениям завершился судебный процесс в отношении жителя Губинского района Миши Мигирова, обвиняемого по статье 120.2.4 (умышленное убийство) УК Азербайджана.

    Как сообщает Median.Az, 17-го апреля прошлого года на кладбище в поселке Красная Собода в городе Губа Миши Мигиров избил и изнасиловал тетю, 87-и летнюю Шушану Сумхаеву, вследствии чего женщина была доставлена в Центральную районную больницу, где из-за тяжких травм на следующий день скончалась. 45-и летнего М.Мигирова в тот же день задержали сотрудники районного отделения полиции (РОП).

    В ходе следствия стало известно, что М.Мигиров в 2006-м году в г.Ульяновска РФ убил человека и за это был осужден на 9 лет 6 месяцев. После освобожения его депортировали в Азербайджан.

    Напомним, что во время судебных заседаний М.Мигиров не признал себя виновным, отметив, что не убивал и не насиловал женщину.

    Выступивший на судебном процессе гособвинитель попросил приговорить М.Мигирова к 20 годам лишения свободы.

    Суд приговорил обвиняемого к 19 годам лишения свободы.

  • Qəbirstanlığda bibisini zorlayıb, öldürən şəxs 19 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakini Mişi Migirovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə proses başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il aprelin 17-də Mişi Migirov qohumlarının məzarlarını ziyarət etmək adı ilə bibisi Şuşan Sumxayevanı Quba şəhərinin “Qırmızı qəsəbəsi”ndə “Yəhudi qəbiristanlığı”na aparıb. Taksi sürücüsünə onları 10 dəqiqə gözləmələrini tapşırıb, yaşlı, xəstə bibisi ilə birgə məzarlığa doğru addımlayıb. Sərxoş vəziyyətdə qardaşı Raxamin Migirovun məzarı önündə dayanan Mişi elə orada bibisinə yumruqla çoxsaylı zərbələr endirib, daha sonra isə qadını zorlayıb. Bir saata yaxın qəbirstanlığın önündə gözləyən taksi sürücüsü onların qayıtmadıqlarını görüb və ərazidən keçən post patrul xidmətinin (PPX) əməkdaşına bu barədə məlumat verib. Taksi sürücüsü polislə birgə qəbiristanlıqda Mişi ilə bibisini axtarıblar. Nəhayət, onları yarıçılpaq vəziyyətdə qəbirlərin arasından tapıblar. M.Migirovu polis şöbəsinə, zərbələrin təsirindən yerdə zarıyan qadını isə xəstəxanaya çatdırıblar. 87 yaşlı Ş.Sumxayeva aldığı xəsarətlərdən səhərisi gün elə Mərkəzi rayon xəstəxanasıda dünyasını dəyişib.

    Məlum olub ki, 2006-cı ildə Rusiyanın Ulyanovsk şəhərində qəsdən adam öldürdüyünə görə 9 il 6 ay cəza alıb. Cəzasını çəkib qurtarandan sonra Azərbaycana deportasiya edilib. Doğulduğu kəndə qayıdan M.Migirov spirtli içki aludəçisi olduğundan, sərxoş vəziyyətdə bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunub.

    Xatırladaq ki, M.Migirov ittiham üzrə özünü təqsirli bilməyib, bibisini zorlamadığını və onu öldürmədiyini qeyd edib.

    Bu gün keçirilən prosesdə prokuror çıxışında M.Migirovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Nəqliyyata cavabdeh BNA əməkdaşı özü qaydanı pozur – VİDEO

    Ötən gün Bakı şəhəri, Xırdalan-Binəqədi şossesi 4-də, Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında Bakı Nəqliyyat Agentliyinə məxsus avtomobilin sürücüsü qayda pozuntusuna yol verib.

    Bu barədə hadisə şahidləri Baku.ws-ə məlumat veriblər. Bildirilir ki, BNA-ya məxsus avtomobil yolda sola dönməyə icazə verilən istiqamətdən düz hərəkət edib.

    Hadisə səhər saat 09:30-da qeydə alınıb.

    Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurumdan Baku.ws-ə bildirdilər ki, sözügedən qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə tənzimlənir.

    Beləliklə də, BNA-ya məxsus avtomobil sürücüsünün yol verdiyi qayda pozuntusu həmin maddə ilə 40 AZN cərimə ilə hesablanır.


  • Kərimi döyən şəxs DANIŞDI – Təhqir etdi

    Kərim Abbasova iradımı bildirdim ki, belə maşın sürməzlər. Bu da əllə işarə elədi ki, “əcəb eləyirəm, sür”. Bir az mübahisə etdikdən sonra yenidən hərəkətə başlayanda sağıma keçib, yanında qadın ola-ola söyüş söyməyə başladı. Mən “qadınlasan, get” desəm də məni təqib etməyə başladı.

    Median.Az xəbər verir ki, bu sözləri Lent.az-a müsahibəsində müğənni ilə əlbəyaxa olan Elvin Ramazanov deyib. E.Ramazanov bildirib ki, Kərim Abbasov ona iki dəfə hücum çəkib:

    “Yaxınlaşdı pəncərədən dedi ki, çək sağda saxla. Mən saxladım, cumdu üstümə təhdid dolu təhqirlər yağdırdı, mənə təpik atdı. Yəqin ki, bütün görüntülər təhlükəsiz şəhər kameralarına qeyd olunub. Yaxınlıqdakı adamlar bizi ayırandan sonra hərəkətə başladıq. Yenidən sağ tərəfdən maşını mənim maşınımın üstünə sürdü. Əllə təhqiramiz işarə göstərdi. Qarşıma keçib qəfil əyləci basdı. İşıqforun qırmızı işığına düşdük. Kərim orta zolaqda, yolun hərəkət hissəsində saxlayıb düşdü yerə. Gördüm ki, əlində telefon söyüş-söyə mənim maşınıma tərəf gəlir. Mən də maşından düşdüm ki, əlindən telefonunu alım. Düşəndə mənə ağır söyüşlər söydü. Fikir versəniz görərsiniz ki, onun paylaşdığı video səssizdir. O, özü təhqir edərək, əlində telefon mənə hücum çəkirdi”.

    Qeyd edək ki, Kərim Abbasov küçədə hücuma məruz qalması və ona hücum edən şəxsin özünü polis kimi qələmə verdiyini bildirmişdi. Hazırda da iş üzrə Binəqədi rayon Polis İdarəsində təhqiqat gedir.

  • “Yeddi gözəl” yaşayış kompleksində fəhlə öldü

    Tikinti aparılan ərazidə krandan qırılan tros fəhlənin üzərinə düşüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Məhəmmədi kəndi ərazisində qeydə alınıb.

    Belə ki, “Yeddi gözəl” yaşayış kompleksində tikinti işləri aparılan zaman krandan qırılan tros orada çalışan 1989-cu il təvəllüdlü Taleh Tağıyevin üzərinə düşüb.

    Nəticədə fəhlə aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.