Month: May 2019

  • Азербайджан простил гражданина США

    Гражданин США Роберт Гиш написал письмо в Министерство иностранных дел Азербайджана, в котором попросил исключить его имя из списка иностранных граждан, незаконно посетивших оккупированные территории Азербайджанской Республики.

    Об этом сообщили в пресс-службе МИД.

    Р.Гиш написал, что уважает территориальную целостность и суверенитет Азербайджанской Республики в рамках ее международно признанных границ, а также уважает законы нашей страны, отметив, что не был информирован о последствиях своего визита.

    Гражданин США пообещал в будущем воздержаться от незаконного посещения оккупированных территорий Азербайджана.

    Обращение Р.Гиша было рассмотрено в соответствующем порядке, было принято решение исключить его имя из списка «нежелательных лиц».

  • Azərbaycan ABŞ vətəndaşını bağışladı

    ABŞ vətəndaşı Robert Qiş Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

    Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bildirən Robert Qiş müraciətində səfərin nəticələri barədə məlumatsız olduğunu qeyd edib.

    O, habelə işğal olunmuş ərazilərimizə gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkinəcəyini bildirib.

    Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

  • Ильхам Алиев принял российского министра

    Президент Азербайджана Ильхам Алиев 24 мая принял министра труда и социальной защиты Российской Федерации Максима Топилина.

    Как передаёт Median.Az, об этом сообщает АЗЕРТАДЖ.


  • Mehriban Əliyeva iftar mərasimində iştirak edib – FOTOLAR

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahında təşkil olunan iftar mərasimində iştirak ediblər.

    Median.Az Azertac-a istinadən xəbər verir ki, birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu yaxınlarda həmin ziyarətgahda olarkən iftar süfrəsinə dəvət edilmişdilər.

    İftar mərasiminə toplaşanlar Azərbaycandakı sosial-iqtisadi inkişafa, əmin-amanlığa görə təşəkkürlərini bildirdilər. Onlar Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın ölkəmizim inkişafı istiqamətində gördükləri işləri yüksək qiymətləndirdilər, belə mərasimlərin tezliklə Qarabağda da keçiriləcəyinə əminliklərini ifadə etdilər.

    Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunun sakinləri ilə görüşməkdən şad olduğunu bildirdi, müqəddəs Ramazan ayında onların dualarının qəbul olunmasını və Allah-Təalanın ölkəmizi hər zaman qorumasını arzuladı.

    İftar mərasimində “Qurani-Kərim”dən ayələr və iftar duası oxundu.

    Müqəddəs kitabımız olan “Qurani-Kərim”in nazil olduğu Ramazan ayı insanların qəlbini nurlandıran, onları sülhə, həmrəyliyə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda xeyirxah əməllərin, mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Mübarək Ramazan günlərində gözəl ənənəyə çevrilən iftar süfrələrinin təşkil edilməsi də cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir. Ramazanın önəmli mərasimlərdən biri olan iftar süfrələrinin mənası, sadəcə, ehtiyacı olanlara yemək vermək deyil, paylaşmaq, yaxınlaşmaq, birlikdə Allaha dua etməkdir. Azərbaycan dövləti çox möhkəm milli dəyərlər üzərində qurulub. İslam dəyərləri isə milli dəyərlərimizin ayrılmaz tərkib hissəsidir.




  • Fuad Abbasov təcridxanadan danışdı – HƏBSİNİN SƏBƏBLƏRİNİ AÇIQLADI

    Artıq bir həftədir ki, Rusiyada saxlanılan Azərbaycan vətəndaşı, jurnalist və blogger Fuad Abbasovla bağlı məsələ gündəmin əsas müzakirə mövzusudur.

    Median.Az hazırda Moskva vilayətinin Korolyova şəhərindəki miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov ona.az-a müsahibəsini təqdim edir:

    – Fuad, neçə gündür ki, həbs olunmağın haqqında məlumatlar gündəmin əsas mövzusudur. Nə baş verir?

    – Məncə, ermənilərin çoxdankı arzusu yerinə yetdi. Təəssüflər olsun ki, ermənilərin bu arzusunun yerinə yetməsini bəzi həmyerlilərimiz arasında da bayram kimi qeyd edənlər var. Mən burda yaşayan heç bir azərbaycanlını günahlandırmaq istəmirəm. O azərbaycanlılar ki, çıxıb deyirlər, bunu biz eləmişik, yaxşı eləmişik, onları qınayıram. Çünki qərib ölkədə yaşaya-yaşaya bir-birinə qarşı belə hərəkət etməzlər. Bu, heç də yaxşı hal deyil.

    – Saxlanmağın barədə danış. Necə baş verdi? Səni kimlər saxladı?

    – Mənim burada 10 günlük saxlanma müddətim var. Bu gün artıq bir həftə tamam olur. Məni ötən həftənin dördüncü günü saxladılar. Eşidirəm ki, mətbuatda yazırlar ki, guya sənədlərimi yoxlayan zaman məlum olub ki, sənədsizəm və buna görə saxlayıblar. Belə şey olmayıb. Mayın 16-da, səhər 11:00 radələrində evdən çörək almaq üçün çıxmışdım. Evdən çıxanda binamızın giriş qapısında üç nəfər mülkü geyimdə olan şəxs məni saxladı, heç bir xəbərdarlıq etmədən mənə hücum çəkdilər. Mən onların basqın elədiyini sandım, müqavimət göstərdim, məncə, hər kəsin reaksiyası belə olardı. Onlar üç nəfər, mən isə tək. Onların əlindın çıxıb, özümü bayıra atdım və “polis çağırın” deyib qışqırdım. Onda bir nəfər kostyumda olan şəxs gəldi və polis olduqlarını, məni saxlayanların da onların əməkdaşı olduğunu bildirdi. Həm saxlayanda, həm də polis məntəqəsində mənimlə kobud davrandılar. Mənə imzalamaq üçün sənəd təqdim edildi. Orda yazılmışdı ki, mənim Rusiyada yaşamaq üçün icazəm ləğv olunub. Lakin bir daha bildirirəm ki, mənə bu barədə heç vaxt xəbərdarlıq olmayıb. Onlardan Rusiyada yaşayış üçün icazə sənədimin ləğv olunması haqqında sənədi tələb etdim. Dedim ki, göstərin mənə həmin sənədi, görüm, oturma iznim nə vaxt ləğv olunub. Həmin sənədi məhkəmədə hakimdən istəməli olduğumu bildirdilər. Daha sonra məni polis maşınına oturtdular. Sosial şəbəkələrdə yayılan fotolardakı avtomobildə çəkilən şəkli özləri yayıb, çünki prosesi videoya çəkirdilər. Məni Ximki Şəhər Məhkəməsinə apardılar. Orda saxlanılarkən sənədsiz olduğum, Rusiyada oturma icazəmin ləğv olunduğu haqda yazılmışdı. Mən bunlarla razılaşmadığımı söylədim. Hakimdən də oturma iznimin ləğvi haqqında rəsmi kağızın göstərilməsini, nəyin əsasında ləğv olunduğunu öyrənmək istədim. Dedim ki, elə bir sənəd yoxdur. Hakim dediklərimə məhəl qoymadı, müşavirəyə getdi, daha sonra qayıdıb qərarını oxudu. Sonra gətirdilər məni buraya – Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə. Beş gün yanıma heç kəsi buraxmadılar, zəng etməyimə də icazə vermirdilər. Mayın 21-dən isə telefonla danışmağıma icazə verdilər.

    – Sənin Rusiyaya girişinin yasaq olduğunu bilə-bilə, Belarus vasitəsi ilə Rusiyaya qanunsuz daxil olduğun haqqında məlumatlar var. Həqiqətənmi Belarus vasitəsi ilə Rusiya ərazisinə daxil olmusan?

    – Xeyir, hamısı yanlış məlumatlardır. Mən Moskvaya Bakıdan uçmuşam. Şeremetyevo hava limanından gəlmişəm. Bunu da çəkib göstərmişəm. Belarusdan icazəsiz Rusiyaya keçməyim haqqında məlumatı uydurublar.

    – Bəs, Rusiyaya girişin qadağa oluna-oluna Moskvaya necə gəldin? Axı deyilənlərə görə, sənə həmin vaxt artıq “stop” qoymuşdular…

    – Bəli, həmin vaxt mətbuatda, sosial şəbəkələrdə mənə Rusiyada “stop” qoyduğu haqqında məlumatlar yayılmışdı. Məhz bu məlumatları yoxlamaq üçün Moskvaya gəldim. Sərhəddə heç bir maneəyə rast gəlmədim. Yayılan məlumatlar əsasında mənim Rusiyaya girişimə “stop” qoyan qurumu məhkəməyə verdim. Öyrənim ki, həmin məlumatlar doğrudur, ya yox. Əgər doğrudursa, o zaman qərarın qəbulu üçün əsas göstərilsin. Yalandısa, qoy desinlər ki, belə bir hal mövcud deyil və bunun haqqında məhkəmə qərarı verilsin. Həmin qərar əsasında mən Rusiyaya sərbəst giriş-çıxış edə bilim. Aprelin 18-də məhkəməyə müraciət etdik. Mayın 7-nə ilk məhkəmə iclası təyin olundu. Yayılan məlumatların doğru olduğunu söylədilər. Məhkəmədə Rusiyaya girişimə qadağa qoyulması haqqında rəsmi sənədin göstərilməsini tələb etdim. Dedilər ki, indi həmin rəsmi sənəd üstlərində yoxdur. Gələn məhkəmə iclasında olacaq. Mayın 17-də, saat 11:00-da növbəti məhkəmə iclası idi. Mayın 16-da isə məni tutdular.

    – Fuad, sənin əlində Bakıdan Moskvaya uçmağın, Şeremeytevo hava limanından çıxmağın barədə sübutun varmı? Bunu sübut edə bilərsənmi?

    – Əlbəttə, var. Hava limanında sərhəddə bütün giriş-çıxış qeydləri pasportda qeyd olunub. Bunu göstərə bilərəm. Mayın 17-də vəkilim Elman Paşayev mənim adımdan getdi məhkəməyə. O da “stop” qoyulması haqqında yazılı qərarın göstərilməsini tələb edib. Vəkilimə də göstərməyiblər, deyiblər ki, bu barədə daxili qərar var.

    – Bu gün miqrantlar üçün xüsusi saxlanma məntəqəsində olmağının səbəbi kimi sənə rəsmən nə deyilib?

    – Bu gün burada olmağımın əsas səbəbi, yəni, saxlanılmağımın rəsmi səbəbi Rusiyada daimi yaşayış haqqında icazəmin ləğv olunmasına baxmayaraq, ölkəni vaxtında tərk etməməyim, qeyri-qanuni olaraq Rusiyada qalmağımdı. Məni burda məcburi ölkəni tərk etmək üçün saxlayırlar. Belarusdan Rusiyaya gəlməyim haqqında söhbətlər isə fantaziyanın məhsuldur. İttihamda Belarus barədə bir kəlmə də söz yoxdur.

    – Sənin yaşayış icazəni nə vaxt ləğv ediblər?

    – Dediklərinə görə, bu il martın 17-də yaşayış icazəm ləğv olunub. Qanuna görə, 15 gün ərzində ölkəni tərk etməliydim. Lakin mənə bu barədə heç bir xəbərdarlıq olmayıb. Bildirilməyib ki, Rusiyada yaşayış icazəm ləğv olunub və filan müddət ərzində ölkəni tərk etməliyəm.

    – Sonuncu dəfə Şeremetyevo hava limanında sərhəddən keçəndə “vid na jitelstvo”nu (Rusiyada yaşayış icazəsi haqqında sənəd-red.) təqdim etdinmi?

    – Bəli, həmişəki kimi bu sənədi təqdim etdim. Rusiyada yaşayış haqqında sənədimin müddəti 2023-cü ilə qədər idi. İndiyə kimi heç bir inzibati qayda pozuntum da olmayıb. İndi mənə deyirlər ki, həmin sənəd ləğv olunub və mən ölkəni tərk etməmişəm. Amma mənə bu barədə heç bir xəbərdarlıq olunmayıb. Onların dediyinə görə, mən 2 aprel tarixində Rusiyanı tərk etməliydim. Mən isə, aprelin 9-da Rusiyadan çıxmışam.

    – Rusiya telekanalı sənin haqqında “milli zəmində ədavəti qızışdırmaqda şübhəli bilinən azərbaycanlı saxlanılıb” deyə süjet yayıb. Ümumiyyətlə, sənə belə bir ittiham irəli sürülübmü?

    – Xeyr, bu müddətdə mənə bir kəlmə də olsun bu haqda heç nə deyilməyib. Bu “milli ədavəti qızışdırma” məsələsi “Azərros” rəhbəri Mehriban Sadıqovanın “mavi” arzularıdır. Onu özü mənə şəxsən deyib ki, guya, mən Rusiyada yaşayan ermənilər və azərbaycanlıların arasını vururam, məndən Rusiyanın rəsmi orqanlarına şikayət edəcəklər. Mən də bildirmişəm ki, əgər mən belə bir şey edirəmsə, onda məndən qabaq bunu Babayan, Baqdasaryan edib. Bəs, onlardan niyə şikayət etmirsən? Onlar uzun müddətdir ki, bu işlə məşğuldurlar.

    – İndi nə etməyi fikirləşirsən?

    – Mənim indi əsas etirazım Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə İdarəsinin əməkdaşlarınadır. Əgər mənim Rusiyada daimi yaşamaq haqqında icazə sənədim ləğv olunmuşdusa, o zaman polis mənə xəbərdarlıq etməli idi. Nə poçt, nə də telefonla heç bir xəbərdarlıq olunmayıb. Birdən-birə gəlib məni evimin qapısından götürüb polisə aparıblar. Bu şikayətimə baxılmasını istəyirəm. Bir də ki, yuxarı instansiya məhkəməsinə “vid na jitelstvo”nun, mənim yenidən Rusiyada yaşamaq hüququmun bərpa olunması üçün müraciət etmişik.

    – Azərbaycana deportasiyanın tarixi dəqiqləşibmi?

    – Bəli, mayın 28-də Azərbaycana deportasiya olunacam. Lakin hələlik, Azərbaycana getməyim üçün bilet alınmayıb.

    Fuad Abbasov tÉcridxanadan danıÅdı - HÆBSİNİN SÆBÆBLÆRİNİ AÃIQLADI

  • Azərbaycanda 13 yaşlı məktəblinin öldüyü dəhşətli qəzanın – TƏFƏRRÜATI

    Dünən Yevlax rayonunda mikroavtobusun dəhşətli qəzaya düşməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

    Median.Az Publika.az-a istinadla xəbər verir ki, Mingəçevir istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtobusun qəzaya uğramasına nəqliyyat vasitəsinin arxa təkərlərindən birinin yerindən çıxması səbəb olub. Nəticədə mikroavtobus gəldiyi sürətlə aşaraq yolun kənarına yuvarlanıb.

    Bildirilir ki, bu nəqliyyat vasitələri istehsalçı şirkət tərəfindən kiçiktutumlu yük maşını kimi istismara verilib. Daha sonra isə həmin nəqliyyat vasitələrinin iinə oturacaqlar yerləşdirilərək, pəncərələr açılaraq avtobusa çevrilib.

    2006-cı il təvəllüdlü Sevindik Tamerlan oğlu İmanzadə hadisə yerində, 20 yaşlı Sadət Müzəffər qızı Musayeva dəfn edilib. Hadisə zamanı vəfat edən 13 yaşlı Sevindikin anası Gülər İmanova uisə hazırda xəstəxananın reanimasiya şöbəsindədir.

  • Bakı metrosunda telefonu tunelə düşən sərnişindən təhlükəli addım

    Səhər saatlarında Bakı metrosunun “Koroğlu” stansiyasında həyəcanlı anlar yaşanıb.

    Gənc oğlan anidən qatar yoluna düşüb. Hadisə şahidlərinin verdiyi məlumata görə, sərnişin tunelə qatar stansiyaya çatdığı vaxt düşüb. Amma maşinist qatarı platformaya daxil olmamış saxlayıb.

    Hadisəni Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da təsdiqləyib. Onun sözlərinə görə, sərnişinlərdən birinin telefonu tunelə düşüb:

    “Sərnişin telefonunu qatar yolundan götürmək üçün ora düşüb. Həmin şəxs qatar yoluna icazəsiz düşdüyü üçün polisə təhvil verilib”.

    ///missiya.az

  • Bakının bu əraziləri susuz qalacaq

    Bakıda bir neçə mikrorayona suyun verilişində məhdudiyyətlər olacaq.

    “Azərsu” ASC-dən verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün 1-5-ci mikrorayonların bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

    Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

  • Azərbaycanda şok hadisə: Eyni gündə dörd 15 yaşlı hamilə xəstəxanaya gətirildi

    Ağstafa rayonunda şok hadisə yaşanıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mayın 24-də bir gün ərzində rayon sakinləri olan 4 qız Ağstafa Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 15 yaşlarında olan qızların hər birinin hamilə olduğu müəyyən edilib.

    Hazırda qızlar xəstəxanada həkim nəzarəti altında saxlanılır, rayon polis və prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

  • В России Дамлу «атаковала» толпа – ВИДЕО

    Азербайджанскую исполнительницу Дамлу снова «атаковали» фанаты.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, несколько дней назад певица выступила с концертом в российском городе Новосибирске.

    На вечере собралась большая толпа поклонников творчества Дамлы.

    На видео, опубликованном в Instagram, видно, как среди фанатов, которые хотели сфотографироваться с азербайджанской певицей, возник ажиотаж. Зажатая своимих фанатами исполнительница была вынуждена обратиться за помощью к организаторам мероприятия.

    Отметим, что аналогичный случай произошел несколько недель назад в Гяндже, где фанаты окружили Дамлу.