Month: June 2019

  • Bakıda özünü 3-cü mərtəbədən atan qız ağır yaralanıb

    Bakının Nərimanov rayonu, Mirəli Qaşqay küçəsində bədbəxt hadisə baş verib.

    21 yaşlı Musayeva Əfsanə Rəşid qızı 3-cü mərtəbədən yıxılaraq ağır kəllə-beyin travması alıb. Onun təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə aparıldığı bildirilir.

    Əldə etdiyimiz məlumata görə, Əfsanə Musayeva Şəmkir rayon sakinidir və Bakıda bacısı ilə birgə yaşayır. O, Bakı Dövlət Universitetinin III kurs tələbəsidir.

    Hadisə zamanı Əfsanənin bacısı və rəfiqəsi evdə olub. Onların dediklərinə görə, qonşu otaqda dərs hazırlayarkən qışqırıq səsi gəlib və qızın yıxıldığını görüblər.

    İlkin araşdırmalar zamanı Əfsanə Musayevanın özünü 3-cü mərtəbədən atdığı məlum olub.

  • Возбуждено дело против автора видео о дорожной полиции

    Возбуждено уголовное дело против водителя Керимова Теймура Мардан оглу, распространившего в соцсетях видеоролик о дорожной полиции (публичное распространение обвинений в совершении тяжких и особо тяжких преступлений).

    Уголовное дело направлено для рассмотрение в Насиминский районный суд.

    Отметим, что указанный выше водитель распространил в соцсетях видео в связи с дорожной полицией.

    Водитель утверждает, что сотрудники ГДП нарушили правила дорожного движения, создав аварийную ситуацию.

    Заведующий отделом по связям с общественностью Управления государственной дорожной полиции Баку Вагиф Асадов, комментируя ситуацию, отметил, что на самом деле все обстоит вовсе не так, как заявляет водитель.

    «Теймур Мардан оглу Керимов, водитель автомобиля марки Opel Astra 18 августа около 17:53 на перекрестке улиц Джафара Хандана и Шовкет Мамедовой был остановлен сотрудником Дорожной полиции за грубое нарушение правил дорожного движения.

    За нарушение правил проезда перекрестков в отношении водителя был составлен протокол №İXP 1986233 по статье 327.2 Кодекса об административных правонарушениях АР.

    При составлении протокола водитель автомобиля Mercedes, которому Теймур Керимов не уступил дорогу, также заявил инспектору об этом. Но Теймур Керимов не согласился с этими доводами и стал снимать действия инспектора на камеру телефона, заявив, что распространит их в соцсетях. Тем самым он хотел бросить тень на работу Дорожной полиции своей клеветой.

  • Sosial şəbəkələrdə yol polisi ilə bağlı video yayan sürücü cinayət məsuliyyətinə cəlb edildi

    Bir müddət əvvəl sosial şəbəkələrdə yol polisi ilə bağlı video yayan sürücü Kərimov Teymur Mərdan oğlu barəsində cinayət işi açılıb.

    T. Kərimov Cinayət məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham edilir.

    Artıq cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

    Qeyd edək ki, ötən ilin avqustunda sosial şəbəkələrdə sürücü tərəfindən yol polisi ilə bağlı video yayılıb. Sürücü iddia edir ki, yol polisi qayda pozur. Hətta onun çəkiliş apardığını görüb oradan uzaqlaşarkən inspektor qəza şəraiti yaradıb.

    “Sürücüdən qaçan yol polisi” başlıqlı həmin videoya yol polisi cavab verib. Bu barədə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, əslində, hadisə heç də həmin videoda deyildiyi kimi baş verməyib.

    V.Əsədov qeyd edib ki, 99 MT 608 dövlət nömrə nişanlı, “Opel Astra” markalı avtomobilin sürücüsü Kərimov Teymur Mərdan oğlu avqustun 18-də, saat 17:53 radələrində Cəfər Xəndan və Şövkət Məmmədova küçələrinin kəsişməsində yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün həmin YPX əməkdaşı tərəfindən saxlanılıb və qanunvericiliklə nəzərdə tutulmuş tələblər üzrə yol ayrıcı qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə uyğun olaraq İXP 1986233 saylı protokol tərtib edilib:

    “Protokol tərtib edilərkən Teymur Kərimovun qəza şəraiti yaratdığı, yəni yol vermədiyi “Mercedes” markalı avtomobilin sürücüsü də ora yaxınlaşıb və həmin avtomobili idarə edənə yol polisinin yanında iradını bildirib.

    Lakin bununla razılaşmayan Teymur Kərimov protokol yazılandan sonra yol polislərinin videosunu çəkərək sosial şəbəkələrdə yaymaqla özünə bəraət qazandırmaq istəyib və guya əvəz çıxıb. Belə şər və böhtan xarakterli informasiya yaymaqla yol polisinin fəaliyyətinə kölgə salmaq istəyib”.

    //oxu.az

  • В Сумгайыте за серийные кражи задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники 4-го отделения полиции Сумгайытского ГУП в результате оперативно-розыскных мер задержали жителя Апшеронского района, ранее судимого А.Агакишиева, который на территории города украл из автомобиля марки “Chevrolet” 300 манатов, из одного дома ноутбук, из магазина деньги и карту камеры наблюдения, из двух дворовых участков стройматериалы и металлолом.

    Кроме этого, сотрудники 4-го отделения полиции задержали жителя города М.Рустамова, который с 26-го октября прошлого года по 9-е мая этого года украл из одного дома и автомобиля деньги и магнитофон.

    По фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Sumqayıtda silsilə oğurluqlar törədən 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində “Chevrolet” markalı avtomobildən 300 manat, 1 evdən noutbuk, 1 mağazadan pul və müşahidə kamerasının yaddaş qurğusunu, 2 həyətyanı sahədən inşaat materialları və metal qırıntıları oğurlayan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş A.Ağakişiyev saxlanılıb.

    Bundan başqa, 4-cü polis bölməsinin əməkdaşları tərəfindən ötən il oktyabrın 26-dan bu il mayın 9-dək olan müddətdə, şəhər ərazisindəki 1 evdən,
    1 avtomobildən pul və maqnitofon oğurlayan şəhər sakini M.Rüstəmov saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.