Month: August 2019

  • 5400 sakinin istifadə etdiyi körpü: dayaqlarını sel yuyub aparıb, üstündən qaz xətti keçir – VİDEO

    Astarada Şiyəkəran kənd sakinləri illərdir qəzalı vəziyyətdə olan körpüdən istifadə edirlər.

    Sonuncu dəfə 26 il əvvəl əsaslı təmir edilən körpünün dayaqlarını yeddi il əvvəl sel yuyub aparıb.

    Körpünün altından axan Pensərçay 5400 sakinin yaşadığı kəndi iki yerə bölür. Bələdiyyə torpaqlarının 70 faizinin yerləşdiyi əraziyə keçmək üçün isə qəzalı körpüdən istifadə etmək lazımdır.

    Çay üzərində piyadalar üçün başqa iki keçid olsa da, məhz bu körpü nəqliyyat vasitələri üçün nəzərdə tutulub.

    Körpünün üst hissəsi dəmirdən inşa olunub və korroziyaya məruz qalır. Digər narahatlıq doğuran məsələ isə körpünün üzərindən qaz xəttinin keçməsidir.

    Sakinlər qəzalı körpünün tezliklə təmirini istəyirlər.
    /oxu.az/

  • Bu abituriyentlər ali məktəblərə qəbul olunmayacaqlar – Son xəbərdarlıq

    I qrup üzrə 15101, II qrup üzrə 10166, III qrup üzrə 17465, IV qrup üzrə 4082 abituriyent olmaqla ümumilikdə 46814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib.

    Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

    V ixtisas qrupu üzrə isə 5163 abituriyent imtahanlardan məqbul qiymət alaraq ixtisas seçiminə buraxılıb. Bundan əlavə, 14615 subbakalavr ali təhsil müəssiələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmişdir.

    6 avqust saat 10.45-ə olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 57062 abituriyent (o cümlədən 10915 subbakalavr) ixtisas seçimi edərək ərizəsini təsdiq edib. 593 elektron ərizə isə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib.

    İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

    Abituriyentlərin (subbakalavrların) nəzərinə bir daha çatdırırıq ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.

    Abituriyentlər (həmçinin subbakalavrlar) qeyd olunan vaxta qədər ixtisas seçimi edib ərizələrini təsdiq etməlidirlər.

    Xatırladaq ki, ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmuş abituriyentlər də məlumdur. Bu il 3 nəfər incəsənət, 3 nəfər dünya fənn olimpiyadası, 22 nəfər respublika fənn olimpiyadası, 71 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 1 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan Internatıonal Baccalaureate təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olunub.

    SAT imtahanının nəticələrinə əsasən 104 abituriyent ADA Universitetinə qəbul olunub.

    Bundan əlavə, I ixtisas qrupu 139 abituriyent Azərbaycan-Fransız Universitetinə (UFAZ), IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 128 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

    Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

  • Baş infeksionist: Heyvanlara qarşı rəhmli olmalıyıq, amma öz sağlamlığımızı da düşünməliyik

    Bir müddət əvvəl mediada qızın iti tumarlayarkən infeksiyaya yoluxması barədə xəbər yayılmışdı. Hadisə ABŞ-n Ohaya ştatında baş verib. Meri Treyner adlı qız itin tüpürcəyi vasitəsilə ağır infeksiyaya yoluxub. Həkimlər qızda it və pişiklərdə rast gəlinən “Capnocytophaga” bakteriyaları aşkar edib. Nəticədə M.Treyner yuxarı və aşağı ətraflarından məhrum olub. Onun əlləri və ayaqları amputasiya edilib.

    Mövcud vəziyyət əhali arasında narahatlıq yaradıb.

    Oxu.az mövzu ilə əlaqədar Azərbaycanın baş infeksionisti Cəlal İsayevlə əlaqə saxlayıb.

    C.İsayev bildirib ki, bu gün ən qorxulu xəstəlik quduzluqdur:

    “İt, pişik və siçovul dişləməsi ilə insana keçən bakteriyalar var. Lakin bu bakteriyalar belə bir qorxulu vəziyyət yarada bilməz. Cəmiyyət arasında sensasiya yaratmağa dəyməz. İtlərdən insana daha çox yoluxan xəstəlik quduzluqdur. Onun da vaksinləri var. Vaxtında peyvəndə aparıldığı təqdirdə ölüm halları da yaşanmır”.

    Baş infeksionist qeyd edib ki, siçovul dişləməsindən yaranan xəstəliklər də var:

    “Lakin bütün bunlar ümumilikdə ağır deyil, müalicəyə cavab verən xəstəliklərdir. Bu xəstəliklər zamanı heç bir amputasiya və ya ölüm halları riski böyük deyil, hətta deyərdim ki, yoxdur”.

    C.İsayev onu da əlvə edib ki, azyaşlı uşaqların heyvanlarla çox sıx ünsiyyət qurması məsləhət görülmür:

    “Bəzən 5-10 yaşlı uşaqlar heyvanlarla oynayır, valideynlər isə buna mane olmur. Məsələ burasındadır ki, ev heyvanlarının sağlamlığına kimsə cavabdeh ola bilər, sahibsiz heyvanların sağlam olub-olmadığını isə bilmirik. Küçədə itdən, pişikdən insana exinokokk xəstəliyi də keçə bilər ki, bu da qaraciyərdə, digər orqanlarda kistanın yaranmasına səbəb ola bilər. Bu da əməliyyatla götürülə bilər. Demirəm ki, heyvanlara qarşı qayğı göstərilməsin, amma heyvanlara qarşı rəhmli olmaqla yanaşı, insan öz sağlamlığını da düşünməlidir”.

  • Üç qurumdan Qurban bayramı açıqlaması

    Bayram günlərində Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri tərəfindən əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyası genişləndirilib.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər Nazirliklərinin birgə məlumatında qeyd olunur.

    Bildirilir ki, heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarları, məhəllələr, parklar və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda, baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşınması yolverilməzdir.

    Qurban bayramı ilə bağlı hər üç qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına veriləcək. Həmin kəsim məntəqələrinin ərazilər üzrə ünvanları artıq media vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılıb. O da qeyd olunmalıdır ki, mütəxəssislərin metodiki tövsiyəsi ilə hazırlanmış çadır tipli kəsim məntəqələrində qurbanlıq heyvanların satışı ilə yanaşı, onların kəsimi, hazırlanması və digər xidmətlər yerli icra strukturları tərəfindən təmin ediləcək.

    Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri bu bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə küçələrdə və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini, baytarlıq-sanitariya və gigiyenik normalara cavab verən stasionar və çadır tipli heyvan kəsimi məntəqələrində həyata keçirməyi bir daha tövsiyə edir.

    Vətəndaşlardan xahiş olunur ki, bayram günlərində sağlamlığı şübhə doğuran heyvanlarla bağlı, eyni zamanda, küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı müşahidə olunduqda Daxili İşlər Nazirliyinin “102” Xidməti – Zəng Mərkəzinə, Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə, Kənd Təsərrüfatı Nazirliyinin isə 1652 “Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər.

  • Türkmənistan televiziyası Berdıməhəmmədovun tətilini göstərdi – VİDEO

    Türkmənistan Dövlət televiziyası prezident Qurbanqulı Berdıməhəmmədovun məzuniyyətindən 26 dəqiqəlik süjet hazırlayıb.

    Videoda Berdıməhəmmədovun istirahət zamanı nə işlə məşğul olduğu göstərilib.

    Bir ay ərzində ölkə başçısı velosiped sürüb, at çapıb, boulinq oynayıb, yeni hovuzu və idman zalını test edib.

    Bundan əlavə Türkmənbaşı nəvəsinin bəstələdiyi “Yaşa Türkmənistan! At sürəti ilə irəli!” adlı mahnısını studiyada yazdırıb.

    Ən maraqlı sərgüzəşt kimi prezidentin maşınla Qaraqum səhrasındakı “Cəhənnəm qapıları” adlı qaz kraterinə səyahəti göstərilib.

    Türkmənistan rəhbərinin məzuniyyəti 15 iyuldan 15 avqusta qədərdir. Bu Berdıməhəmmədovun götürdüyü ən böyük tətil vaxtıdır.
    Xatırladaq ki, iyulun 21-də İnternetdə Berdıməhəmmədovun ölüm xəbəri yayılmışdı.
    /oxu.az/

  • Göyçayda spirtli içki zavodu yanıb

    Göyçay rayonunda spirtli içki istehsal edən müəssisədə yanğın baş verib.

    Hadisə dünən axşam saatlarında rayonun Yalman kəndində qeydə alınıb.

    Sahibkar Vaqif Məmmədova məxsus “Emil” firmasının köhnə konyak zavodunun yerində fəaliyyət göstərən spirtli içki istehsalı müəssisəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

    Hadisə zamanı ümumi sahəsi 465 kvadratmetr olan zavodun məhsul saxlama anbarının 300 kvadratmetrlik tavanı və spirt istehsalı sexinin 50 kvadratmetrlik çardağı yanıb.

    Müəssisənin tavanı tez alışan andölün materialından olduğu üçün alov qısa müddətdə zavodun hər yerini əhatə edib.

    Hadisə zamanı zavodun 350 kvadratmetrlik hissəsi və həyatdəki bir hektar kol-kos yanıb.

    Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.
    /oxu.az/

  • Завтра в Баку ожидается дождь

    В Баку и на Абшеронском полуострове 7 августа ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков. Однако утром в местами есть вероятность осадков. Ветер умеренный северо-западный.

    Об этом сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Температура воздуха на Абшероне составит ночью 21-24, днем – 27-30, в Баку ночью – 22-24, днем – 28-30 градусов тепла.

    Атмосферное давление будет в пределах нормы на отметке 762 мм ртутного столба, относительная влажность составит 50-60%.

    На северном побережье Абшерона (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) температура морской воды составит 23-24, на южном побережье (Тюркан, Говсан, Сахиль, Ших) – 24-25 градусов.

    В районах Азербайджана будет без осадков. Однако утром в некоторых северных и восточных районах ожидаются дожди, грозы, град. Порывистый восточный ветер.

    Температура воздуха составит ночью 20-25, днем – 33-38, в горах ночью – 12-17, днем – 21-26 градусов тепла.

  • Sabah yağış yağacaq

    Avqustun 7-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 27-30, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 50-60 faiz olacaq.

    Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında avqustun 7-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şimal və şərq rayonlarında gecə və səhər şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

  • Дорожная полиция о конфликте между их сотрудником и водителем в Гобустане

    В социальных сетях распространилось снятое в Гобустанском районе Азербайджана видео, на котором сотрудник дорожной полиции останавливает грузовик и пытается насильно усадить водителя в свою машину.

    Начальник отдела Главного управления Государственной дорожной полиции Кямран Алиев заявил oxu.az, что и водитель, и сотрудник дорожной полиции получили наказание:

    «Инцидент произошел 1 июня в Гобустане. Житель Кюрдемира был задержан за нарушение правил грузоперевозки. Но водитель не подчинился сотруднику дорожной полиции, не стал предъявлять документы и не назвал имя и фамилию. Все это запечатлено на видео. Мы уже провели расследование в связи с этим.

    Когда водителя попытались отвезти в отделение полиции для установления личности, он оказал сопротивление сотруднику полиции. Гобустанский суд вынес решение в отношении водителя по статье 535 Кодекса об административных проступках».

    К.Алиев отметил, что сотрудник полиции также был привлечен к дисциплинарной ответственности за то, что допустил неэтичные выражения во время разговора с водителем.

    «Инспектор долгое время культурно обращался с водителем. Но тот оказал сопротивление, намеренно допустил провокационные высказывания, и наш сотрудник не выдержал», – сказал Кямран Алиев.

  • DYP-dən polislə sürücünün mübahisəsi ilə bağlı açıqlama: İkisi də cəzalandırıldı

    Sosial şəbəkələrdə Qobustan rayon yol polisi əməkdaşlarının “Shacman” markalı yük avtomobilini saxlayaraq sürücünü zorla öz maşınlarına əyləşdirməyə cəhd etməsi ilə bağlı görüntülər yayılıb. Bu zaman tərəflər arasında insident yaranıb. DYP əməkdaşları sürücüdən əmrə tabe olmasını tələb ediblər.

    Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məsələ ilə əlaqədar oxu.az-a bildirib ki, həm sürücüyə, həm də polis əməkdaşına cəza verilib:

    “Hadisə iyunun 1-də Qobustan ərazisində olub. Kürdəmir sakini yükdaşıma qaydasını pozduğuna görə saxlanılıb. Amma sürücü polis əməkdaşlarına tabe olmayıb. Belə ki, nə sürücülük sənədlərini verib, nə də mərkəzi informasiya sistemində onun şəxsiyyətini müəyyən etmək üçün lazım olan ad və soyadını bildirib. Bunların hamısının görüntüsü də var. Biz artıq onunla bağlı araşdırma aparmışıq.

    Ümumiyyətlə, sürücü saxlandığı zaman polislərə tabe olmayıb, şəxsiyyətini müəyyənləşdirmək üçün polisə aparılanda da əməkdaşlara qarşı müqavimət göstərib. Daha sonra həmin şəxs haqqında Qobustan məhkəməsində polisə müqavimət göstərdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə qərar çıxarılıb”.

    K.Əliyev qeyd edib ki, polis əməkdaşı da onunla ünsiyyət zamanı müxtəlif qeyri-etik ifadələrə yol verdiyinə görə intizam məsuliyyətinə cəlb olunub:

    “Burada birtərəfli cəza verilməyib. Həm əməkdaşa cəza verilib, həm də vətəndaş məsuliyyətə cəlb olunub. İnspektor onunla uzun müddət çox mədəni rəftar edib. Sürücü onu polis bölməsinə aparan əməkdaşlara müqavimət göstərib, qızışdırıcı ifadələr işlədib. Bunu da qəsdən edib. Bu vaxt isə əməkdaş dözməyərək qeyri-etik ifadələr işlədib”.