Month: August 2019

  • DİN rəisin qardaşı oğlunun öldüyü qəza ilə bağlı məlumat yayıb

    Daxili İşlər Nazirliyini Bakıda ölümlə nəticələnmiş qəza ilə bağlı məlumat yayıb.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumatına görə, avqustun 2-də saat 12 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Əli Abbasov idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Ş.Babaşovun idarə etdiyi “Honda” markalı avtomobilə vurduqdan sonra idarəetməni itirib yolun əks istiqamətinə çıxaraq Ağsu rayon sakini E.Xasıyevin 49 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusla toqquşub.

    Nəticədə Ə.Abasov hadisə yerində ölüb, E.Xasıyevin 2 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

    Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

    Qeyd edək ki, qəzada ölən Ə.Abbasov Xəzər rayon Dövlət Yol Polisi bölməsinin rəisi, polis polkovnik-leytenantı Sadiq Abbasovun qardaşı oğludur.

  • Prezident 3 qurumu ləğv etdi

    Prezident İlham Əliyevin 2019-cu il 18 yanvar tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nəzdindəki üç müəssisə əsasında vahid qurum yaradılır.

    Nazirlikdən verilən məlumata görə, DSMF-nin nəzdindəki üç sosial xidmət müəssisəsi – “Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi”, “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi” və “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq” ləğv edilib. Onların əsasında DSMF-nin nəzdində olmaqla Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin yaradılmasına başlanılıb.

    Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi qeyd edilən şəxsləri, o cümlədən müəyyən yaşayış yeri olmayan şəxsləri, baxımsız, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanları stasionar şəraitdə sosial xidmətlərlə təmin edəcək. Müəssisə yalnız sığınacaq kimi fəaliyyət göstərməyərək, burada həmin insanların normal həyat tərzinə sahib olmaları, əmək qabiliyyətli olanların əmək bazarına dönüşü, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların bu vəziyyətdən çıxarılmaları, nəticə etibarilə həssas əhali qruplarından olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası və s. üçün aidiyyəti işlər aparacaq.

    Nazirlik Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Nizamnaməsini, strukturunu və ləğv edilmiş müəssisələrin işçilərinin say həddi daxilində ştat cədvəlini Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq edəcək.

  • Direktorların imtahanında ən yüksək balı o yığdı

    Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Bu mərhələdə 1 643 namizəd iştirak edib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, imtahanlarda iştirak edən Günel Həmidova 52 bal toplayaraq namizədlər arasında ən yüksək nəticə göstərib. Günel Həmidova Qubadlı rayonu Mahruzlu kənd tam orta məktəbinin tarix müəllimidir.

    Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 472 vakant yer çıxarılıb.

    Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

  • Azərbaycanda kişi özünü güllələdi: qolu amputasiya olundu

    Balakən sakini ehtiyasızlıqdan özünü güllələyib.

    Kortala kənd sakini, 1963-cü il təvəllüdlü Məhəmməd Bayramov özünə məxsus tüfənglə ehtiyatsız rəftar etməsi səbəbindən odlu silah əlində açılıb. Nəticədə qolundan yaralanan şəxs xəstəxanaya çatdırılıb və sol qolu amputasiya edilib.

    Faktla bağlı Baləkən rayon Polis Şöbəsində araşdırma aparılır.

    ///APA

  • Baş nazirdən “Salaam Cinema Baku”nun binası ilə bağlı mühüm – QƏRAR

    “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust qərarında dəyişikliklər edilib.

    Baş nazirin təsdiq etdiyi dəyişikliklərə əsasən, “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinə aşağıdakı məzmunda 3166-1-ci və 3166-2-ci bəndlər əlavə edilib:

    “3166-1. İbadət evi, S.Rüstəm küçəsi, 10, 1913-cü il;

    3166-2. Məscid, R.Rza küçəsi (34) ilə H.Aslanov küçəsinin (85) kəsişməsi”.

    Mədəniyyət Nazirliyi aidiyyəti qurumlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll edəcək.

    Qeyd edək ki, Süleyman Rüstəm küçəsi, 10 ünvanında yerləşən ibadət edi “Malakanların evi” kimi də tanınır. Hazırda binada “Salaam Cinema Baku” kinoteatrı fəaliyyət göstərir.

  • Türkiyədə azərbaycanlı turistləri daşıyan avtobus aşdı – Yaralılar var

    Türkiyədə azərbaycanlı turistləri daşıyan avtobus aşıb.

    Karar xəbər verir ki, Kapadokyaya gedən avtobus Nevşehirdə qəzaya düşüb.

    Avtobusda 18 nəfər olub, onlardan 14-ü yaralanıb.

    Yaralılar Nevşehir Dövlət Xəstəxanasına yerləşdirilib.

  • “Oğlunun sualları qarşısında acizik, ağlayır, hamımızı ağladır” – İtkin pilotun ailəsindən reportaj

    İyulun 24-də təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəza xəbəri hər kəsi sarsıtdı. Axı o təyyarədə Azərbaycan Ordusunun 100 illiyinə dair keçirilən möhtəşəm hərbi paradda Bakı səmasında insanları heyrətləndirən uçuşlar, manevrlər etmiş Rəşad Atakişiyev var idi…

    Hər kəs onun sağ-salamat ailəsinə, vətəninə, öz işinin başına dönəcəyinə çox böyük ümid bəsləyir. Elə onu hər gün anasından soruşan 7 yaşlı oğlu Turqay kimi.

    Turqayın babası, Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynli azyaşlı nəvəsinin atası ilə bağlı verdiyi sualların qarşısında acız qaldığını deyir:

    “Çox həssas uşaqdır. Hər şeyi başa düşür. O gün də hamama girib ağlayıb. Hamını da ağladıb. Bir təhər başını aldadırıq ki, Türkiyəyə gedib. Özünü inanmış kimi göstərsə də, tez-tez soruşur ki, niyə gəlmir? Niyə atamı göndəriblər? Başqasını göndərə bilməzdilər? Uşaq çox məntiqli suallar verir və adam o sualların qarşısında aciz qalır”.

    Baku TV-nin əməkdaşları pilotun evində olub, onun həyat yoldaşı Könül Atakişiyeva və qayınanası Məhbubə xanımla söhbətləşiblər.

    Məhbubə xanım kamera qarşısında danışmaqdan imtina etsə də, Rəşaddan ürək yanğısı ilə söz açıb. Qayınanası deyir ki, Rəşad ailəsinə, övladlarına bağlı biridir. Hətta işdən kənar 1 saat vaxtı qalanda da bu zamanı mütləq onlarla birlikdə keçirməyi sevir.

    Elə xanımı Könüllə də sevib ailə həyatı qurub:

    “Gözləyirik biz. Allahdan möcüzə istəyirik. Rəşad güclü insandır”.

    Qabil Hüseynli isə deyir ki, Rəşad çox yumşaq xasiyyətli adamdır:

    “Nizam-intizamı çox sevir, kollektivdə də böyük hörmət qazanıb. Komandiri deyir ki, hansı işə buyursaq, Rəşad ona “baş üstə” deyir və o işi layiqincə yerinə yetirir. Onun bir dəfə də olsun nəyəsə etiraz etdiyini görməmişik”.

    Qeyd edək ki, Rəşad Atakişiyevin 3 və 7 yaşında 2 oğul övladı var.

    Qeyd edək ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

    Qəza nəticəsində MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

  • Şamaxı zəlzələsində evinə zərər dəyən ailə ağır durumda: Heç baxmadılar da… – VİDEO

    Şamaxıda baş vermiş zəlzələ zamanı bəzi evlər tamamilə dağıldı, yüzlərlə ev qəzalı vəziyyətə düşdü.

    Hadisədən dərhal sonra dövlət başçısının tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin yerlərdə komissiyası yaradıldı. Evlərə baxış keçirən komissiya zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş və ya bərpaya ehtiyacı olan evləri müəyyənləşdirib.

    Baku TV xəbər verir ki, zəlzələ nəticəsində zərər çəkmiş insanlardan biri də şəhərin Aşıq Məmmədağa küçəsində yaşayan Bəkirov Adil Kazım oğludur.

    Vətəndaşın sözlərinə görə, zəlzələdən sonra onun evinə ciddi zərər dəyib, evdə iri çatlar yaranıb, tavan aralanıb.

    A.Bəkirov deyir ki, dəfələrlə Şamaxı Rayon İcra Hakimyətində yaradılan komissiyaya müraciət etsə də, onun müraciətinə baxan olmayıb. O, iddia edir ki, yaradılmış komissiya, ümumiyyətlə, evə baxış keçirməyib.

    Hazırda A.Bəkirovun 4 nəfərdən ibarət ailəsi qohum evində qalır.

    Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət etdik. Şəhərin baş memarı Rüstəm Əliyev məsələdən xəbərdar olduqlarını və həmin evin siyahıya alındığını bildirib.

    Rayon rəsmisi bir aydan sonra A.Bəkirovun evinin bərpa olacağını və problemin öz həllini tapacağını söyləyib.

  • Azərbaycanlılar işləmək üçün ən çox bu ölkələrə gedir – SİYAHI

    Kütləvilik meyarlarına görə vətəndaşlarımız əmək fəaliyyəti ilə məşğul olmaq üçün daha çox Rusiya, Ukrayna və Türkiyəyə üz tutur.

    Bunu oxu.az-a Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov azərbaycanlıların daha çox işləmək üçün getdiyi ölkələri şərh edərkən deyib.

    Sədrin sözlərinə görə, Rusiya daha çox azərbaycanlı miqrantların diqqət mərkəzindədir:

    “Rusiya ilə çox sıx miqrasiya müqaviləmiz var. Oranın əmək bazarının çox geniş imkanları mövcuddur. Eyni zamanda, bu ölkədə diasporumuz nüfuzlu və genişmiqyaslıdır. Bir çox fəaliyyət sahələri ilə əlaqədar işlər həyata keçirilir. Bu səbəbdən Rusiya ərazisində çox sayda soydaşlarımız yaşayır. Ənənəvi olaraq bizim üçün maraqlı ölkə Rusiyadır. Böyük əksəriyyəti əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu ölkəyə üz tuturlar.

    Rusiyanın rəsmi mənbələrindən əldə etdiyimiz məlumata görə, 600 minə qədər Azərbaycan vətəndaşı hazırda orada yaşayır. Onların da təqribən 300 minə qədəri əmək fəaliyyəti ilə məşğul olur. Yəni 300 min insan müvafiq qaydada icazəli şəkildə əmək patenti almaqla orada işləyir. Bu, statistik rəqəmlərdir. Təbii ki, qeyri-qanuni şəkildə işləyənlər də var. Sadəcə bu gün Rusiya qanunverciliyi imkan verir ki, hər bir Azərbaycan vətəndaşı 90 gün ərzində bu ölkənin ərazisində yaşasın, daha sonra bu müddət bitdiyi zaman yenidən Rusiyaya keçib öz işini davam etdirsin. Amma bu, bir çox hallarda qeyri-qanuni müstəvidə baş verir. Yəni kimsə özü üçün iş yeri qurur. Bununla da heç bir əmək münasibətləri rəsmiləşdirmədən öz iş yerini kənardan idarə etmiş olur. Sadaladığım bu kimi əlamətlərə görə Rusiya birinci yerdədir”.

    İkinci yerdə olan Ukraynada da çoxsaylı vətəndaşlarımız var:

    “Ayrı-ayrı mənbələrdə müxtəlif rəqəmlər səsləndirilir. Haradasa 250 mindən çox azərbaycanlının Ukrayna ərazisində yaşadığı və orada əmək faliyyəti ilə məşğul olduğu deyilir”.

    O əlavə edib ki, Türkiyə azərbaycanlılar üçün maraqlı ölkə olması baxımından üçüncü yerdə qərarlaşıb:

    “Bu səbəbdən hazırda Türkiyədə kifayət qədər azərbaycanlı işləyir. Müxtəlif mənbələrdə ayrı-ayrı rəqəmlər qeyd olunub.

    Dördüncü yerdə olan Gürcüstanda bizim çoxlu şirkətlərimiz fəaliyyət göstərir. Azərbaycanlı iş adamlarının qurduğu əmək sahələrində soydaşlarımız çalışır. Sonuncu yerdə Orta Asiya respublikalarıdır. Məsələn, Qazaxıstanda Azərbaycan şirkətləri fəaliyyət göstərir. Məhz Azərbaycan şirkətləri vasitəsilə xarici ölkələrə üz tutan soydaşlarımız çoxdur”.

    A.Allahverənovun fikrincə, azərbaycanlı miqrantların üz tutduğu ölkələr ənənəvi olaraq postsovet dövlətləridir:

    “Çünki bu ölkələrlə aramızda viza rejimi yoxdur. Həmçinin həmin ölkələrin əmək bazarına müəyyən çıxışlarımız, şirkətlərimiz var. Bu kimi şərtlər və amillər o ölkələrə axın edən azərbaycanlılar, xüsusilə də işləmək istəyənlər üçün əlverişli mühit yaradır. Ən çox da Türkiyədə bizim çoxsaylı şirkətlərimiz fəaliyyət göstərir”.

    Şura sədri əlavə edib ki, Avropa ölkələrindən Almaniya, Çexiya və Skandinaviya ölkələrində əmək fəaliyyəti ilə məşğul olmaq istəyənlər də var:

    “Xüsusilə də son illər bu tendensiya artıb. Cexiya, Almaniya və Skandinaviya ölkələrində əmək fəaliyyəti ilə məşğul olmaq istəyənlər kifayət qədərdir. Bəziləri buna müvəffəq olsa da, bir çoxları bacara bilmir. İşləmək adı ilə gedib orada başqa status almaq istəyənlər də var. Soydaşlarımız tərəfindən müxtəlif yanaşmalar ola bilər, amma istənilən halda kütləvilik meyarlarına uyğun olaraq Rusiya, Ukrayna və Türkiyə üçlükdədir”.

  • В какие страны азербайджанцы чаще всего уезжают на заработки?

    Больше всего наших граждан отправляются на заработки в Россию, на Украину и в Турцию.

    Как передаёт Median.Az, об этом oxu.az заявил председатель общественного совета при Государственной миграционной службе Азер Аллахверанов.

    По его словам, именно Россия находится в центре внимания большинства азербайджанских мигрантов:

    «У нас есть миграционное соглашение с Россией. У рынка труда там очень широкие возможности. В то же время наша диаспора в России крупная и авторитетная. Поэтому на территории России живет очень много наших соотечественников. Традиционно Россия всегда нас интересовала. Большинство едет туда на заработки.

    По информации, полученных из официальных источников России, в настоящее время там проживает около 600 тысяч граждан Азербайджана, из них 300 тысяч имеют работу. То есть 300 тысяч человек работают там, получив разрешение. Это статистические данные. Естественно, есть и те, кто работает незаконно. Просто сегодня российское законодательство дает возможность каждому гражданину Азербайджана жить в стране 90 дней, а затем по окончании этого срока снова вернуться в Россию и продолжить свою работу. Однако это незаконно. Многие создают там бизнес, работают без регистрации трудовых отношений».

    Украина находится на втором месте по числу проживающих там азербайджанцев:

    «Имеются разные данные из разных источников. По некоторым данным на Украине проживают и работают около 250 тысяч азербайджанцев».

    А.Аллахверанов добавил, что третье место занимает Турция:

    «Из-за наличия в Турции большого числа азербайджанских компаний там в настоящее время работает достаточно азербайджанцев. В разных источниках также приводятся разные цифры.

    На четвертом месте находится Грузия, там тоже действует много азербайджанских компаний. Наши соотечественники едут туда, чтобы работать в них. На последнем месте – среднеазиатские республики. Например, азербайджанские компании есть в Казахстане».

    По мнению председателя совета, традиционно азербайджанцы едут на заработки именно в постсоветские страны:

    «Потому что между нами нет визового режима. Также там работают азербайджанские компании. Это создает благоприятные условия для наших граждан, которые едут в эти страны на заработки».

    Он отметил, что есть желающие работать в таких европейских странах, как Германия, Чехия и скандинавские страны:

    «Эта тенденция особенно усилилась в последние годы. Некоторым удается найти работу, а многие не могут там остаться. Есть и такие, кто под видом поиска работы приезжают туда, чтобы получить другой статус. В любом случае массово наши соотечественники едут именно в Россию, на Украину и в Турцию».