Month: August 2019

  • Вилаят Эйвазов назначил на должность сына депутата

    В МВД произошло очередное кадровое изменение.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, приказом министра внутренних дел генерал-полковника Вилаята Эйвазова полковник полиции Эльсевяр Мирзоев был назначен заместителем начальника Главного кадрового управления МВД.

    Отметим, что Э.Мирзоев – сын Национального героя Азербайджана Ширина Мирзоева и депутата Флоры Гасымовой.

  • Vilayət Eyvazov deputatın oğluna vəzifə verdi

    Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən, polis polkovniki Elsevər Mirzəyev Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

    Qeyd edək ki, E.Mirzəyev Milli Qəhrəman Şirin Mirzəyevin və deputat Flora Qasımovanın oğludur.
    /oxu.az/

  • Столичная полиция начала борьбу с шумными посетителями кафе – ФОТО

    В социальных сетях появились снимки тротуаров, предназначенных для пешеходов, но занятых столами и стульями кафе.

    Руководитель пресс-службы Главного управления полиции города Баку майор полиции Эльшад Гаджиев, комментируя данную проблему, заявил oxu.az, что на основе обращения жителей, проживающих по адресу: Насиминский район, улица Джавадхана, 23, препятствия для граждан на данной территории были устранены 27 августа.

    Э.Гаджиев отметил, что были проведены профилактические мероприятия в связи с деятельностью чайных домов и оккупацией ими тротуаров, уличной торговлей и антисанитарией:

    “Были проведены воспитательные беседы с нарушителями общественного порядка.

    В то же время на основе поступивших в главное управление жалоб на дебоширство и развлечения под рок-музыку в чайханах, расположенных возле жилых домов, были выделены и проинструктированы соответствующие наряды полиции для охраны общественного порядка”.

  • Bakı polisi kafelərdə içib səs-küy salanlarla mübarizəyə başladı – FOTO

    Sosial şəbəkələrdə Bakıda piyada səkilərinin zəbt olunması ilə bağı fotolar yayılıb. Görüntüdən məlum olur ki, piyadaların gediş-gəlişi üçün nəzərdə tutulan səkidə kafeyə məxsus stollar və stullar düzülüb.

    Bakı şəhər Baş Polis İdarəsi bununla bağlı məsələyə münasibət bildirib.

    İdarənin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev oxu.az-a bildirib ki, bu barədə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 23 ünvanında yaşayan sakinlərin müraciəti əsasında ərazidə müşahidə olunan sosial-neqativ hallar avqustun 27-də aradan qaldırılıb.

    E.Hacıyev qeyd edib ki, Bakı şəhər BPİ İctimai Təhlükəsizlik və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi birgə keçirdiyi profilaktik tədbirlərlə sakinləri narahat edən çay evlərinin fəaliyyəti, piyada səkilərinin zəbt olunması, küçə ticarəti və antisanitariya ilə bağlı təsirli tədbirlər icra edilib:

    “İctimai qaydanı pozan şəxslərlə profilaktik-maarifləndirici söhbətlər aparılıb, əməlin hüquqa zidd olması vurğulanıb.

    Eyni zamanda, yaşayış binasının qarşısında yaranan vəziyyət – çayxanalarda insanların sərxoş vəziyyətdə səs-küylü söhbətləri, rok musiqi sədaları altında əylənmələri sakinlərin rahatlığının pozulması ilə bağlı Baş İdarəyə daxil olan müraciətlər əsasında ərazidə ictimai qaydanın qorunması və asayişin davamlı olması üçün müvafiq naryadlar ayrılaraq təlimatlandırılıb”.

  • Эксперт назвал причину отмены таможенной пошлины на бензин

    Глава Центра нефтяных исследований Ильхам Шабан прокомментировал отмену таможенных пошлин на импорт бензина с октановым числом 92 или выше, в том числе менее 95.

    Как передаёт Median.Az, И.Шабан заявил oxu.az, что такие решение принималось и ранее.

    По его словам, Бакинский нефтеперерабатывающий завод имени Гейдара Алиева останавливается на текущий ремонт.

    “Запасы завода не покрывают спрос Азербайджана на низкооктановые нефтепродукты, поэтому возникает необходимость в импорте”, – добавил И.Шабан.

    Он отметил, что по этой причине правительство отменило пошлины, чтобы не допустить изменения цен.

    Напомним, что решением премьер-министра Новруза Мамедова таможенная пошлина на импорт в Азербайджан автомобильного бензина с октановым числом 92 и выше, в том числе менее 95, снижена с 15% до 0%.

    Решение вступает в силу с 1 сентября 2019 года и будет действовать в течение 90 дней.

  • Hökumətin benzinlə bağlı qərarının məqsədi nədir? – ŞƏRH

    Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini növləri üçün gömrük rüsumunun aradan qaldırılmasını şərh edib.

    İ.Şaban oxu.az-a deyib ki, bu cür qərarlar əvvəllər də verilib.

    Onun sözlərinə görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu cari təmirə dayanır.

    “Zavodun ehtiyatları Azərbaycanın aşağı oktanlı neft məhsullarına olan tələbatını ödəmir. Ona görə də idxala ehtiyac yaranır”, – deyə İ.Şaban əlavə edib.

    O qeyd edib ki, buna görə də hökumət qiymətin dəyişməməsi üçün idxal vergilərini aşağı salır:

    “Məqsəd budur ki, daxili bazarda qiymət sabit qalsın”.

    Xatırladaq ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin, 95-dən az oktan ədədi ilə avtomobil benzini növləri üçün gömrük rüsumu 15-dən 0 faizə endirilib.

    Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq olunur və 90 gün müddətində qüvvədədir.

  • Семейная драма в Гяндже: Мужчина на КамАЗе сбил внука

    В Гяндже пожилой мужчина по неосторожности убил своего внука.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, случай произошел в пятом микрорайоне города.

    Арастун Гасымов на грузовике КамАЗ сдавал назад и случайно сбил своего внука Арастуна Гасымова 2016 года рождения.

    По факту ведется расследование.

  • Gəncədə ailə faciəsi: baba “KamAZ”la nəvəsinin üstündən keçdi

    Gəncədə baba nəvəsini ehtiyatsızlıqdan öldürüb.

    Hadisə şəhərin beşinci mikrorayon ərazisində qeydə alınıb.

    Ərəstun Qasımov idarə etdiyi “KamAZ” markalı yük maşınını arxaya verərkən nəvəsi, 2016-cı il təvəllüdlü Qasımov Ərəstun Nizami oğlu maşının altında qalaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    /oxu.az/

  • Рухани назвал условие встречи с Трампом

    Президент Ирана Хасан Рухани призвал Вашингтон “сделать первый шаг и отменить санкции в отношении Тегерана”.

    Как передаёт Median.Az со ссылкой на ВВС, с таким заявлением иранский лидер выступил 27 августа – на следующий день после заявления Дональда Трампа, заявившего о готовности к скорой встрече с иранским коллегой.

    “Вы должны снять все незаконные, несправедливые и ошибочные санкции против иранского народа”, – сказал Х.Рухани в телеобращении, показанном по государственному телевидению Ирана.

    Санкции в отношении Тегерана были заново введены Вашингтоном в 2018 году после того, как США в одностороннем порядке приняли решение выйти из соглашения по иранской ядерной программе, заключенного в 2015 году. После введения санкций напряженность в отношениях между двумя странами не перестает расти.

    Отметим, что накануне в ходе заключительной пресс-конференции саммита G7 в Биаррице Дональд Трамп ответил, что при наличии правильных условий он “безусловно согласился бы” на встречу с Х.Рухани в ближайшем будущем.

  • Ruhani Trampla görüşdən imtina etdi

    İran Prezidenti Həsən Ruhani ABŞ lideri Donald Trampla görüşməkdən imtina edib.

    BBC-nin məlumatına görə, H.Ruhani deyib ki, İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra D.Trampla görüşə bilər.

    “Bu addım atılmasa, qıfıllar açılmayacaq”, – deyə H.Ruhani əlavə edib.

    Xatırladaq ki, ötən il ABŞ İranın nüvə fəaliyyətini məhdudlaşdıran sazişdən imtina etdikdən sonra Vaşinqtonla Tehran arasında gərginlik artıb.

    2018-ci ilin noyabr ayında İranın neft və maliyyə sektorlarını hədəf alan sanksiyaların tətbiqinə başlanıb.

    ABŞ Prezidenti D.Tramp sazişin yenidən müzakirə edilməsini və onun daha da genişləndirilməsini istəyir. Məqsəd İranın ballistik raket proqramını və Yaxın Şərqdəki münaqişədə iştirakını məhdudlaşdırmaqdır. İran isə bunu rədd edir.

    İrana qarşı sanksiyalar ölkənin neft ixracının çökməsinə, milli valyutasının dəyərdən düşməsinə və inflyasiyanın yüksəlməsinə səbəb olub.