Month: August 2019

  • Həftəsonu hava soyuyacaq, temperatur enəcək

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, avqustun 26-sı gündüz ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib, lakin avqustun 26-sı axşamdan 27-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb. Düşən yağıntının miqdarı 1-9, Sədərəkdə 14 mm olub.

    Həftənin birinci yarısında hava şəraitini şimaldan hərəkət edən antisiklon təyin edəcək. Əksər rayonlarda havanın yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında səhər və axşam saatlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Böyük Qafqazın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

    Havanın temperaturu ötən günlərlə müqayisədə nisbətən aşağı enəcək, Aran rayonlarında 32-37, dağlıq rayonlarda 21-26 dərəcə isti olacağı gözlənilir.

    Həftənin son günlərində isə hava şəraitinin qeyri-sabit keçəcəyi, avqustun 30-da ölkə ərazisində şimşək çaxacağı, arabir yağış yağacağı, avqustun 31-i, sentyabrın 1-də bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

    Havanın temperaturu tədricən aşağı enəcək. Aran rayonlarında 25-30, dağlıq rayonlarda 15-20 dərəcə isti olacaq. Şərq küləyi üstünlük təşkil edəcək, ayrı-ayrı günlərdə arabir 20-25 m/s-dək güclənəcək.

    Bakıda və Abşeron yarımadasında

    Avqustun 28-29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 29-33 dərəcə isti təşkil edəcək.

    Həftənin son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal küləyi üstünlük təşkil edəcək, arabir 18-23 m/s-dək güclənəcək. Hava nisbətən sərin olacaq, maksimal temperatur 23-25 dərəcə isti təşkil edəcək.

  • Bakıda qayınanasını vəhşicəsinə döyən kürəkəndən xəbər var

    Bakıda qayınanasına xəsarət yetirən kişi həbs edilib.

    Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

    O qeyd edib ki, Xəzər rayonu Buzovna qəsəbəsində Ağdaş rayonu Ləkə qəsəbəsində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Elnur Bayramov qayınanasına bədən xəsarətləri yetirilməsi faktı ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb: “İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri hərəkətləri həyata keçirilib. İstintaqla Elnur Bayramovun G.Abdullayevaya sağlamlığına az ağır zərər vurmasına məsinə əsaslı şübhələr müəyyən edilib”.

    Xidmət rəisi qeyd edib ki, E.Bayramov şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə istintaqa cəlb olunub: “İş üzrə E.Bayramova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir”.

  • Məhərrəm ayının başlanması ilə bağlı fətva verildi

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib.

    Fətvada deyilir:

    “Bismillahir-rəhmanir-rəhim!

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura bəyan edir ki, hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edəcək.
    Tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəmin onuncu günü olan Aşura əfsus ki, hicri 61-ci ildən şəhadət və hüzn günü kimi yad edilir. Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyn (ə), o Həzrətin (s) digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilmiş, ailələri əsir alınmışdır.

    Bununla yanaşı, İmamın (ə) haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsidir. Odur ki, İmam Hüseyn (ə) əzadarlığı ölkəmizdə də bədbinlik və ümidsizliyə deyil, Vətən və iman sevgisinə, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizəyə çağırış ruhunda olmalıdır.

    Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur. Dindarlarımız müsəlman tarixində kədərli, lakin şərəf və qürur nümunəsi kimi yer alan Kərbəla faciəsinin, eləcə də İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsini ənənəvi olaraq bu gün də davam etdirirlər.
    Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.

    Din xadimləri İmam Hüseyn (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, vətən təəssübü və milli mənafelərimizin təbliğinə ciddi çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Qurşağadək soyunub zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir, İmamın (ə) və Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Allah rizası üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər Fətvada əks olunan tövsiyələrə əməl etməlidirlər. Din xadimləri isə Qazılar Şurasının və Elmi-Dini Şuranın Fətvasını məscidlərdə oxumalı və qeyd olunan tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır.

    QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və təziyə günlərində ehtiyacı olan xəstələr üçün təşkil edilən İmam Hüseyn (ə) xatirinə könüllü qanvermə aksiyaları cəmiyyətin təqdirini qazanmışdır. Respublika Səhiyyə Nazirliyi QMİ-nin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini təmin edəcəkdir. Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili ən münasib əzadarlıq nümunəsidir və din xadimlərimiz bu savab əməli lazımınca təbliğ etməlidirlər. Ümid edirik ki, möminlər Allaha xoş gedən bu gözəl ənənəni yaşadacaqlar və Allah-Təala minlərlə xəstə insana İmam Hüseynə (ə) xatir şəfa bəxş edəcəkdir, inşallah!

    Bu gün vətənimiz Azərbaycanda dövlət və xalq birliyi sayəsində ictimai asayiş və əmin-amanlıq mövcuddur. Ölkə müsəlmanları olaraq bu böyük nemətə görə Allah-Təalaya şükürlər edir, din xadimlərimizi və dindarlarımızı respublikadakı mövcud sabitliyin qorunmasına, dindən sui-istifadə edərək məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı ayıq-sayıq olmağa çağırırıq. Din xadimləri və dindarlar isə hər hansı təxribatın qarşısını almaq üçün asayiş keşikçilərinə yardımçı olmalıdırlar.

    QMİ, məzhəbindən asılı olmayaraq ölkə müsəlmanlarına İmam Hüseyn (ə) mərasimlərində birgə iştirak etməyi, İmam (ə) və Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ və Xocalı şəhidlərinin də ruhlarına dualar etməyi tövsiyə edir.

    Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura Azərbaycan dövlətçiliyinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevə Allah-Təaladan rəhmət diləyir, dövlətimizin siyasi-iqtisadi və mənəvi inkişafı üçün misilsiz səylər göstərən, tolerantlığın və multikultural dəyərlərin təminatçısı və himayədarı olan, dünya miqyasında İslam həmrəyliyi ideyalarını müdafiə edən dövlət başçımız İlham Əliyev cənablarının fədakar fəaliyyətinə Uca Allahdan inayət arzulayır, xalqımızın əmin-amanlığı və rifahı üçün dualar edir. Allah köməyimiz olsun!
    Vəssəlamu-əleykum və rəhmətullahi və bərəkətuhu!

  • Fədayə Laçının məhkəməsi niyə ard-arda təxirə salınır? – Vəkil səbəbi açıqladı

    Ötən gün Bakı Apellyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesinin ard-arda yeddi dəfə təxirə salınmasının səbəbi məlum olub.

    F.Laçının vəkili Nurəngiz Qarayeva hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilməli olan proseslərin əksəriyyətinin təxirə salınmasına səbəb kimi təqsirləndirilən şəxslərin məhkəməyə gətirilməməsini göstərib:

    “Mən də öz növbəmdə bu məsələ ilə maraqlandım. Penitensiar Xidmətin əməkdaşları bildirdi ki, sözügedən məhkəmə “Gəncə işi” ilə eyni vaxta təsadüf edir. Təqsirləndirilən şəxslərin sayının hər iki iş üzrə çox olması, onların xüsusi mühafizə altında gətirilməsini çətinləşdirdiyi üçün bu hal baş verir”.

    Vəkil qeyd edib ki, F.Laçının səhhətinin pisləşdiyi üçün məhkəmə iclaslarının təxirə salındığı barədə yayılan informasiyalar həqiqəti əks etdirmir.

    Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın beş il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev doqquz il, qarovul rəisi Ceyhun Səmədov doqquz il, müavinləri – Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev yeddi il, Günay Atakişiyeva altı il, Aqil Nəcəfov doqquz il, İsrafil Soltanov yeddi il, Şahmar Bəyəlizadə yeddi il, Tərlan Zeynalov yeddi il, Anar Əsgərov yeddi il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

  • Bakıda qadınlara qənim kəsilən gənc peyda olub – Müxtəlif adlarla yaxınlaşır, yaralayır, qarət edir

    Paytaxtın Nəsimi rayonu ərazisində 42 yaşlı qadın bıçaqlanıb.

    Bu barədə oxu.az-a Bakının Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

    Məlumata əsasən, avqustun 25-də, 08:00 radələrində, akademik Həsən Əliyev küçəsində ev kirayələyən Sumqayıt sakini Sevinc Qənimovaya münaqişə zəminində çoxsaylı bıçaq zərbəsi endirilib. Cinayətkar qadını kürək, sinə, baş və üz nahiyəsindən yaralayıb.

    Ağır vəziyyətdə olan qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    İlkin dindirmə zamanı zərərçəkən ona təzə tanış olduğu Orxan adında şəxsin hücum etdiyini bildirib.

    Lakin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən operativ-axtarış tədbirləri nəticəsində fakt üzrə Bakı sakini saxlanılıb. Özünü Orxan kimi təqdim edən şəxsin əslində, 1999-cu il təvəllüdlü Qurbanlı Aslan Azər oğlu olduğu ortaya çıxıb.

    Araşdırma zamanı məlum olub ki, həmin şəxs bir həftə öncə Məlahət Əli adlı qadına da hücum edərək, pul və qiymətli əşyalarını oğurlayıb.

    Bir müddət öncə Oxu.Az xəbər vermişdi ki, avqustun 19-u saat 03:00-da Cavadxan küçəsi, bina 1-də Abşeron rayon sakini, 1972-ci il təvəllüdlü Məlahət Əliyə hücum olunub.

    Zərbənin gücündən qadın huşunu itirib, ayılanda isə 70 manat pul, 1000 manatlıq qızıl əşyaları və mobil telefonunun yoxa çıxdığını görüb. Qadın həmin şəxsin adının Həsən olduğunu bildirib. Kişi özünü ona elə təqdim edibmiş.

    Məlum olub ki, 20 yaşlı şəxs müxtəlif adlar altında tənha qadınlarla tanış olaraq onların etibarını qazanmağa çalışıb. Daha sonra isə xəsarət yetirərək, həmin qadınları qarət edib.

    Faktla bağlı istintaq davam edir.

  • “Instagram”da yeni messencer müjdəsi: maraqlı yeniliklər olacaq

    “Facebook” sosial şəbəkəsi “Threads” adlı yeni messencer hazırlayır.

    İstifadəçilər onun köməyi ilə “Instagram”da yaxın dostları ilə müxtəlif məlumatları paylaşacaqlar.

    Qeyd edilir ki, istifadəçilər mətn, foto və videodan başqa, olduqları yer, hərəkət sürətləri barədə avtomatik paylaşım da edə biləcəklər.

    “Threads”, həmçinin istifadəçinin onlayn rejimdə olub-olmadığını avtomatik rejimdə göstərəcək. Hazırda sözügedən tətbiq sınaqdan keçirilir.

    Xatırladaq ki, “Facebook” 2012-ci ildə “Instagram”ı bir milyard dollara satın alıb.

  • Дорожная полиция провела мероприятие в связи со свадебными кортежами – ФОТО

    Главное управление Государственной дорожной полиции проводит просветительские и пропагандистские мероприятия в связи с частым нарушением правил дорожного движения автомобилями из свадебных кортежей.

    Как сообщили в отделе по связям с общественностью управления, в этот раз встречи по поводу безопасности дорожного движения прошли в сервисах по аренде автомобилей. Их провели начальник отдела Главного управления государственной дорожной полиции полковник-лейтенант полиции Руфат Гулиев и главный инспектор управления полковник-лейтенант полиции Иса Дейстани.

    В рамках данных мероприятий сотрудники дорожной полиции, наряду с пропагандистской работой, раздали сотрудникам и клиентам сервисов, арендующим автомобили для свадебных мероприятий, информативные буклеты, подготовленные Главным управлением Государственной дорожной полиции.



  • Yol polisindən toy karvanları ilə bağlı yenilik – FOTO

    Baş Dövlət Yol Polisi İdarəsi yoy karvanlarında iştirak edən avtomobil sürücülərinin bir çox hallarda yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə əlaqədar maarifləndirmə və təbliğat tədbiri həyata keçirir.

    İdarənin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu dəfə yol hərəkəti təhlükəsizliyi ilə bağlı görüşlər bu məqsədlə avtomobillərin icarəyə verildiyi yerlərdə keçirilib.

    Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rüfət Quliyev və baş inspektor polis polkovnik-leytenantı İsa Deystani müxtəlif ərazilərdə yerləşən avtomobil icarəyə verilən yerlərdə görüşlər keçiriblər.

    Görüş zamanı yol polisi əməkdaşları təbliğat işləri ilə yanaşı, həmin yerlərdə çalışan əməkdaşlara və toy mərasimi üçün avtomobilləri götürən sürücülərə BDYPİ tərəfindən hazırlanmış bukletlər təqdim ediblər.

    Bukletlərdə olan tövsiyələrə əsasən, toy mərasimi üçün avtomobilləri icarəyə verərkən sürücülərlə profilaktik söhbətlər aparılmalı və xəbərdarlıq olunmalıdır ki, sürücülər toy karvanı zamanı yol hərəkəti qaydalarına əməl etsinlər. Eyni zamanda, sürücülərə hərəkət zamanı digər yol hərəkəti iştirakçılarına maneə yaratmamaq və optimal sürət seçməklə ötmə, manevr qaydalarına əməl edərək yalnız bir zolaq üzrə sağ tərəfdə idarə etmək tövsiyə olunur.

    Maraqla qarşılanan bu tədbirə görə yol polisinə təşəkkür bildirilib, qeyd olunan tövsiyələri vacib hesab olunduğunu qeyd edilib.



  • В Баку иномарка сбила “гаишника”

    Сотрудник Государственной дорожной полиции пострадал в результате дорожно-транспортного происшествия (ДТП).

    Как сообщил oxu.az источник в правоохранительных органах, ДТП произошло 26 августа на территории Наримановского района Баку.

    В 12:45 на проспекте Зии Буниятова автомобиль марки Renault, управляемый Эльгюном Алиевым 1988 года рождения, сбил переходящего дорогу сотрудника полиции Агазаде Ровшана Захир оглу. Пострадавший был доставлен в госпиталь Министерства внутренних дел. Его состояние оценивается как тяжелое.

    Сообщается, что Р.Агазаде находился при исполнении служебных обязанностей, когда на него был совершен наезд.

    По факту ведется расследование.

  • Bakıda yolu keçən yol polisini maşın vurdu

    Dövlət Yol Polisinin əməkdaşı avqustun 26-da Bakının Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.

    Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

    1988-ci il təvəllüdlü Elgün Əliyevin idarə etdiyi “Renault” markalı avtomobil saat 12:45-də Ziya Bünyadov prospektində yolu keçən polis əməkdaşı Ağazadə Rövşən Zahir oğlunu vurub.

    Nəticədə xəsarət almış R.Ağazadə Daxili İşlər Nazirliyinin hospitalına çatdırılıb. Pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

    Bildirilir ki, R.Ağazadə maşınla vurularkən xidmət başında olub. Faktla bağlı araşdırma aparılır.