Month: August 2019

  • Çində həbs olunmuş avstraliyalı yazıçı casusluqda ittiham olundu

    Çində həbs olunmuş avstraliyalı yazıçı Yan Xentsünə qarşı rəsmi olaraq casusluq ittihamı irəli sürülüb.

    Bu haqda yazıçının vəkili Rob Stariyə istinadən ABC News telekanalı bildirir.

    Avstraliya XİN-in başçısı Meris Peyn məlumatı təsdiqləyib:

    “Hökümətimiz akademik Yan Xentsünun həbs olunması və casusluqda ittiham olunmasından çox narahatdı”.

    O, bildirib ki, ittihamla bağlı əlavə məlumat hələ ki əldə olunmayıb.

  • В работе Facebook произошел сбой

    В работе социальной сети Facebook произошел сбой. Об этом сообщает сайт Downdetector.

    Больше всего жалоб на работу социальной сети поступило из Германии, Великобритании, Испании, Франции, США, России и Греции.

    30% жалоб связаны с работой новостной ленты, такая же доля пользователей сообщили о проблемах с авторизацией. О проблемах с полным отключением соцсети рассказали 39% людей.

  • “Facebook”ın işində nasazlıqlar yaranıb

    “Facebook” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunub.

    Bu barədə şəbəkələrin işini izləyən “Downdetector” saytında bildirilib.

    Problemlərdən daha çox İngiltərə, Almaniya, Fransa, ABŞ, İspaniya, Rusiya və Yunanıstan sakinləri şikayətləniblər.

    İstifadəçilərin əksəriyyəti (30%) xəbər lenti ilə bağlı problemlərdən şikayətlənib, həmin sayda insan şəbəkəyə girişdə problem yaşayıb, 39%-i isə “Facebook”un tam sondüyünü bildirib.

  • Üç dövlətin ordusu Bakıda birgə hərbi təlim keçəcək

    Sentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayacaq.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

    Təlim sentyabrın 6-dək davam edəcək.

  • Bakı məktəblərində bu vəzifələr boş qalıb – Qəbul elan edildi

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə start verilib.

    İdarədən verilən məlumata görə, 27-29 avqust tarixlərində laborant, avqustun 29-da gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, avqustun 30-da kitabaxanaçı, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq, 2-6 sentyabr tarixlərində isə təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələrində çalışmaq istəyən namizədlər üçün müsahibə keçiriləcək.

    Ümumilikdə, müsabiqənin vakansiya mərhələsində müvafiq yerlər üzrə seçim etmiş 488 nəfər müsahibəyə dəvət olunub. Onlardan 92-si təlim-tərbiyə işləri üzrə direktor müavini, 47-si tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 21-i gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 32-si psixoloq, 46-sı uşaq birliyi təşkilatı rəhbəri, 219-u laborant, 31-i kitabxanaçı olmaq istəyən şəxslərdir.

    Müsahibəyə dəvət edilmiş şəxslərdən müsahibəyə gələrkən şəxsiyyəti təsdiq edən sənədin və təhsil sənədinin (ali və ya orta istisas təhsili haqqında diplom(lar) və ya attestat, o cümlədən çağırışaqədərki hazırlıq üzrə rəhbər vəzifəsi üzrə müsabiqədə iştirak edənlər hərbi bilet) əslini, əmək fəaliyyətini təsdiq edən sənədin əslini və ya surətini özləri ilə götürmələri xahiş olunur.

    Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifələr üzrə təyinat alacaq.

    Qeyd edək ki, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

  • Azərbaycanlı qız təhsil üçün Türkiyəyə getdi, özünə şirkət qurdu – FOTO

    1992-ci ildə təhsil almaq üçün Türkiyəyə gedən azərbaycanlı Gülşən Qasımzadə böyük uğura imza atıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, soydaşımız Türkiyədə “Çınar Doğal Kozmetik” adlı şirkət yaradıb.

    Antalyada yaşayan G.Qasımzadə Türkiyə vətəndaşlığı alıb və şirkətinin istehsal etdiyi məhsulları dünyanın bir çox ölkəsinə satmağı planlaşdırır.

    Həmyerlimiz deyir ki, iki il əvvəl hobbi olaraq təbii bitki kremləri və sabun hazırlamağa başlayıb.

    “Lakin ətrafımdakı insanlardan müsbət rəylər almağım bununla ciddi məşğul olmağıma səbəb oldu. Beləliklə də 2019-cu ilin aprelində şirkətimi qurdum”.

    G.Qasımzadənin sözlərinə görə, hazırda şirkəti günə 50 sabun, 30 qab krem istehsal edir:

    “Sabunların hazırlanmasında əsas xam maddə zeytun yağlarıdır. Bundan başqa, digər bitki yağlarından da istifadə olunur. Məhsullarımız ancaq bitki yağlarından düzəldilir və tərkiblərində heyvan yağları, duz, alkoqol , neft məhsulları yoxdur”.

    Məhsullarını internet saytı vasitəsilə satışa çıxardıqlarını deyən şirkət sahibi qeyd edib ki, müştərilər üçün sabun və kremləri Türkiyənin hər yerinə çatdıra bilirlər:

    “Hələ ixracata başlamamışıq, lakin ən yaxın zamanda məhsullarımızı ixrac edəcəyik. Başda Azərbaycan olmaqla, türk dövlətlərinə və Rusiyaya ixrac planlarımız mövcuddur”.


    Qeyd edək ki, G.Qasımzadə Azərbaycanda anadan olub və 1992-ci ildə Ege Universitetinin Biologiya fakültəsində təhsil almaq üçün Türkiyəyə gedib.

    “Ailəmdən heç bir maddi dəstək almamışam, yalnız dövlətin verdiyi təqaüd hesabına oxumuşam. Həm maddi, həm də mənəvi baxımdan bir çox problemlərim olub. Ancaq düşünürəm ki, çətinliklər həmişə insanı inkişaf etdirir. Məzun olandan sonra müxtəlif tibbi qurumlarda və kosmetik məhsulların istehsalı sahəsində işləmişəm. İndi isə ən sevdiyim hobbimi işə çevriməyin xoşbəxtliyini yaşayıram”, – deyə şirkət sahibi qeyd edib.

  • В Сабирабаде задержан 61-летний “наркоплантатор”

    Сотрудники Сабирабадского районного управления полиции задержали 61-летнего жителя села Асадли Тарыверди Иманова по подозрению в незаконном обороте наркотиков.

    Как сообщила ширванская региональная группа пресс-службы Министерства внутренних дел, в ходе осмотра его приусадебного участка были обнаружены 53 куста конопли, а в его доме – около четырех килограммов высушенной марихуаны.

    По факту ведется расследование.

  • Həyətində çətənə əkən 61 yaşlı kişi saxlanıldı

    Sabirabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Əsədli kənd sakini, 61 yaşlı Tarıverdi İmanov saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, T.İmanova məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi dörd kiloqram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

    Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Сегодня завершается регистрация поступивших в вузы

    Сегодня, 27 августа, завершается регистрация поступивших в высшие учебные заведения.

    Как сообщили в Государственном экзаменационном центре, студенты должны представить документы в вузы и пройти там регистрацию до 17:00 27 августа.

    О списке необходимых документов можно узнать в вузе.

    Непрохождение регистрации расценивается как отказ от обучения.

    Напомним, что регистрация абитуриентов, принятых на вакантные места в вузах, продолжится до 2 сентября.

  • Abituriyentlərin nəzərinə! – Vaxt başa çatır

    Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır.

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 27-si saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

    Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

    Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı sentyabrın 2-dək davam edəcək.