Month: October 2019

  • Президент Узбекистана посетит Баку

    Президент Узбекистана Шавкат Мирзиеев примет участие в 7-м саммите Тюркского совета, который пройдет в Баку 15 октября.

    Как передает Median.Az, об этом на международной конференции, посвященной 10-летию подписания Нахчыванского соглашения, сообщил заместитель генерального секретаря Тюркского совета Гисмет Гезалов.

    По его словам, между министерствами и организациями тюркоязычных стран-членов совета подписано около 30 соглашений.

    Г.Гезалов также отметил, что на предстоящем саммите будет заявлено о поддержке малого и среднего предпринимательства.

    Отметим, что глава Узбекистана в сентябре прошлого года в качестве почетного гостя впервые принял участие в заседании Совета сотрудничества тюркоязычных государств в Чолпон-Ате (Кыргызстан).//oxu.az

  • Özbəkistan Prezidenti Bakıya gəlir

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 15-də Türk Şurasının Bakıda keçiriləcək 7-ci Zirvə görüşündə iştirak edəcək.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, bunu Türk Şurasının Baş katibinin müavini Qismət Gözəlov Naxçıvan müqaviləsinin 10 illiyi ilə bağlı keçirilən beynəlxalq konfransda deyib.

    Onun sözlərinə görə, türkdilli dövlətlərin nazirlikləri və qurumları arasında 30-a yaxın saziş imzalanıb.

    Q.Gözəlov əlavə edib ki, Türk Şurasının Bakıda keçiriləcək sammitində kiçik və orta sahibkarlığa dəstək ifadə olunacaq.

  • Polis mayoru ölümlə hədələndi, cinayət işi başlandı

    Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin ölümlə təhdid olunması ilə bağlı məlumat yayıb.

    Məlumatda bildirilib ki, kütləvi informasiya vasitələrində Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin “Facebook” sosial şəbəkəsində “Evez Vahidoviç” adlı sosial şəbəkə istifadəçisi tərəfindən ölümlə təhdid olunmasına dair informasiyalar yayılıb.

    Belə ki, “Evez Vahidoviç” adlı sosial şəbəkə istifadəçisi “Facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qeyd olunan polis əməkdaşının öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib.

    Qeyd olunan hərəkətlərdə öldürməklə hədələmə əməlinin tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanıb.

    Cinayətin xarakterinə görə dövlət və cəmiyyətin mənafeyinə qəsd etməsini, işin xüsusiyyətləri, ibtidai araşdırmanın maraqları nəzərə alınmaqla cinayət təqibinin səmərəliliyini, eləcə də, iş üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv həyata keçirilməsini təmin etmək məqsədi ilə istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinə tapşırılıb.

    Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Əlbəyaxa dava qanla bitdi

    Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

    1995-ci il təvəllüdlü Hüseynov Fərid Fərhad oğlu iki nəfər naməlum şəxslə əlbəyaxa dava edib.

    Nəticədə, F.Hüseynov bıçaqlanıb.

    Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.

    Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Установлены имена погибших и пострадавшего в ДТП в Барде – ОБНОВЛЕНО + ФОТО

    Стали известны имена погибших и пострадавших в тяжелом ДТП в Бардинском районе.

    Как передает Median.Az со ссылкой на oxu.az, все они – жители Агджабединского района Азербайджана.

    В ДТП погибли водитель автомобиля ВАЗ-2107 Мамедов Эмин Садай оглу 1979 года рождения и пассажир Керимов Эльгюн Ширин оглу 1990 года рождения.

    Один из пострадавших – Асланов Шамхал Ровшан оглу 1994 года рождения. Личность другого раненого не установлена.

    ***

    В Бардинском районе Азербайджана произошло дорожно-транспортное происшествие со смертельным исходом.

    Как передает Median.Az со ссылкой на oxu.az, инцидент зафиксирован на территории села Соганвердилер.

    Водитель автомобиля ВАЗ-2107 не справился с управлением, в результате транспортное средство врезалось в дерево.

    Четырех человек, находившихся в машине, с тяжелыми травмами доставили в Центральную районную больницу Барды, двое из них скончались.

    По факту ведется расследование.

  • Bərdədə ağır qəzada ölənlər və yaralananların adları bilindi – YENİLƏNİB + FOTO

    Bərdə rayonunda baş verən ağır qəzada ölən və yaralanan şəxslərin adları məlum olub.

    Median.Az oxu.az- a istinadən xəbər verir ki, hadisə yerində ölənlər və yaralananlar Ağcabədi rayonu Boyat kənd sakinləridir.

    Qəza nəticəsində sürücü – 1979-cu il təvəllüdlü Məmmədov Emin Saday oğlu və 1990-cı il təvəllüdlü Kərimov Elgün Şirin oğlu ölüb.

    Yaralanan sərnişinlərdən biri isə 1994-cü il təvəllüdlü Aslanov Şamxal Rövşən oğludur.

    ***

    Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın oxu.az- a istinadən verdiyi məlumata görə, rayonun Soğanverdilər kəndi ərazisində baş verən yol qəzasında iki nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb.

    “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirərək iri gövdəli ağaca dəyib.

    Hadisə zamanı maşında dörd nəfər olub. Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılardan ikisi xəstəxanada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Babək prospektində qəza: Azyaşlı ağır yaralandı – FOTO

    Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, qəza Babək prospekti ilə Lütfizadə küçəsinin kəsişməsində qeydə alınıb.

    Musa Həsənovun idarə etdiyi 10-RR-964 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil Xəyal Abdullayevin idarə etdiyi OKA markalı avtomobillə toqquşub.

    Hadisə nəticəsində OKA markalı avtomobil yolun kənarına aşıb və avtomobildəki biri azyaşlı olmaqla iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili yaralıları xəstəxanaya çatdırıb.

    İlkin məlumata görə, azyaşlının vəziyyəti ağırdı.

  • Арестован заместитель главы «Аэрофлота»

    Басманный суд Москвы арестовал заместителя гендиректора «Аэрофлота» Владимира Александрова по делу о хищении 250 миллионов рублей (более 6,5 милионов манатов) , передает РИА Новости.

    Александров обвиняется в крупном мошенничестве. По версии следствия, он привлекал сторонних адвокатов для оказания юридических услуг компании «Аэрофлот», при этом всю работу делали штатные юристы. Ставка по договорам для привлеченных адвокатов по договору составляла 350 евро в час.

    «Удовлетворить ходатайство следствия», – огласила свое решение судья Наталья Дударь. Таким образом, Александров будет находиться до 30 ноября под арестом.

    В других залах суда параллельно рассматриваются ходатайства следствия еще трем фигурантам – адвокату Дина Кибец, председателю подмосковной коллегии адвокатов «Консорс» Александру Сливко и некоей Татьяне Давыдовой.

    Следователь просил заключить Александрова под стражу, прокурор возражала. «Я считаю, достаточно будет домашнего ареста»,- заявила она.

    Сам Александров заявил, что знал о том, что проходит проверка. «Я знал, что проходит проверка в отношении меня, обо всех перемещениях я сообщал, я имею трех несовершеннолетних детей, из них один ребенок малолетний. В ходе обыска у меня изъяли загранпаспорт», – заявил Александров.

    Как говорится на сайте «Аэрофлота», Владимир Александров курирует в компании правовые и имущественные вопросы, должность заместителя гендиректора занимает с июля 2016 года, а до этого работал в прокуратуре и Следственном комитете. Награжден медалью ордена «За заслуги перед Отечеством» II степени.

  • Azərbaycanda polis mayoru bıçaqlandı

    Mingəçevirdə Polis mayoru bıçaqlanıb.

    Median.Az-ın ölkə.az-a istinadən məlumatına görə, hadisə axşam saatlarında şəhərin mərkəzi küçələrindən birində baş verib.

    Belə ki, xidmətdə olan polis mayoru Məmmədov Rəşad Məzahir oğluna mübahisə zəminində hələlik şəxsiyyəti məlum olmayan şəxs bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Fuad Abbasov bu kanalda veriliş aparacaq

    Tanınmış jurnalist Fuad Abbasov Azərbaycanda özəl televiziyalardan birində fəaliyyətə başlayıb.

    Median.Az-ın unikal.org-a istinadən verdiyi məlumata görə, Fuad Abbasov Xəzər Televiziyasında yeni layihə ilə tamaşaçıların önünə çıxacaq. Onun tok-şou verilişi aparacağı bildirilir. Veriliş oktyabr ayından etibarən efirdə olacaq.

    Qeyd edək ki, azərbaycanlı jurnalist Fuad Abbasov bir neçə müddət öncə Moskvada həbs edilmişdi. Sonra isə o, Azərbaycana deportasiya edilmişdi.