Month: October 2019

  • Умер актер из Kurtlar Vadisi

    Скончался известный турецкий актер Тарык Унлуоглу.

    Как передаёт Median.Az, об этом сообщает Hürriyət.

    Тарыку было 60 лет. В последнее время он лечился от онкологии.

    Отметим, что Тарык Унлуоглу наиболее известен по ролям в сериалах Kurtlar Vadisi и Eşkiya dünyaya hükümdar olmaz.

  • Rafael Ağayev növbəti medalını qazanmaq üçün Moskvada yarışacaq

    Azərbaycan karateçiləri 4-6 oktyabr tarixlərində Rusiyanın paytaxtı Moskvada Karate1 Premyer Liqa turnirində iştirak edəcək.

    Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının VI mərhələsində 20 idmançımız mübarizə aparacaq.

    23 sentyabrdan Rusiyanın paytaxtına 10 günlük təlim-məşqlərə yollanmış 13 nəfərlik heyətlə birlikdə daha yeddi idmançımız turnirdə çıxış edəcək.

    Kumite millimizdə Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev, Tural Ağalarzadə (hər üçü -67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü -84 kq), Asiman Qurbanlı, Şahin Atamov, Əli Cəfərov (hər üçü +84 kq), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretskaya (-68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaq.

    Roman Heydərov (fərdi), həmçinin Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyev (komanda) kata çıxışlarına qatılacaq.

    Qeyd edək ki, Karate1 Premyer Liqa turnirinin Moskva mərhələsində 85 ölkədən 642 karateçi yarışacaq.

  • Azərbaycana fəsillərin daxil olma vaxtı bilindi

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə fəsillərin ölkəmizə daxil olma vaxtlarını açıqlayıb.

    Rəsədxanadan oxu.az-a verilən məlumata görə, 2020-ci ildə yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq.

    Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarımkürəsinə Yaz fəsli daxil olur.

    Yay fəsli iyunun 21-də saat 01:43:42-də ölkəyə daxil olacaq. Buna həm də yay Günəş duruşu deyilir. Yəni Günəş üfüqdən ən hündür nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən kiçik bucaq əmələ gətirir. Belə olan halda günəş şüaları yer səthinə, xüsusilə də şimal yarımkürəsinə yaxşı düşə bilir.

    Payız fəsli sentyabrın 22-də saat 17:30:36-da qeydə alınacaq. Bu halda gecə-gündüz bərabərliyi baş verir. Buna payız bərabərliyi də deyirlər. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir.

    Qış fəsli isə dekabrın 21-də saat 14:02:18-də ölkəyə qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur.

    Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur.

  • İlham Əliyev siyahıyaalınma və sorğu vərəqələrinin suallarını cavablandırıb

    Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə həyata keçirilən növbəti siyahıyaalınmada iştirak edərək siyahıyaalınma və sorğu vərəqələrinin suallarını cavablandırıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • “Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

    Türkiyənin tanınmış aktyoru Tarık Ünlüoğlu vəfat edib.

    Bununla bağlı “Hürriyət” məlumat yayıb.

    61 yaşında vəfat edən aktyor bir müddət idi ki, xəstəxanada xərçəng xəstəliyindən müalicə alırdı.

    Qeyd edək ki, aktyor “Kurtlar Vadisi” və “Eşkiya dünyaya hükümdar olmaz” teleserialları ilə məşhurlaşıb.

  • Günəş və Ay tutulmalarının vaxtı açıqlandı

    Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə gözlənilən Günəş və Ay tutulmalarının vaxtını açıqlayıb.

    Rəsədxana bildirib ki, iki Günəş, dörd Ay tutulması olacaq.

    Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş verib.

    İl ərzində ən çox tutulma hadisəsi isə 2038-ci ildə baş verəcək. Yeddi tutulma hadisəsindən üçü Günəş, dördü isə Ay tutulması olacaq. Bu sayda tutulma axırıncı dəfə 1973-cü ildə baş verib.

    2020-ci ildə baş verəcək altı tutulma hadisəsindən Azərbaycanda yalnız üçü müşahidə olunacaq. Bunlardan biri Günəş, ikisi isə Ay tutulması olacaq.

    2020-ci ildə iki Günəş tutulması müşahidə olunacaq. İlin ilk Günəş tutulması 21 iyun 2020-ci ildə baş verəcək və bu yay günəşduruşu gününə təsadüf edəcək.

    Bu tutulma həlqəvari Günəş tutulmasıdır. Tutulma hadisəsi saat 07:46-da başlayacaq və saat 13:34-də sona çatacaq. Tutulmanın maksimumu 10:41-də olacaq. Tutulma hadisəsi 5 saat 48 dəqiqə davam edəcək.

    Tutulma hadisəsi Afrika, cənub-şərqi Avropa və Asiyada müşahidə olunacaq. Günəş tutulmasının həlqəvari fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla Afrikanın bir hissəsindən, Cənubi Pakistan, şimali Hindistan və Çindən müşahidə etmək mümkün olacaq.

    Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar həlqə görəcəklər. Azərbaycan ərazisində isə qismən Günəş tutulması müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisi üçün saat 08:47-də başlayıb saat 11:05-də sona çatacaq və bu proses 2 saat 18 dəqiqə davam edəcək.

    Növbəti Günəş tutulması isə 2020-ci il 14 dekabrda baş verəcək. Bu tutulma tam Günəş tutulmasıdır.

    Tutulma hadisəsi saat 17:34-də başlayacaq və saat 22:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 20:15-də olacaq. Tutulma hadisəsi 5 saat 19 dəqiqə davam edəcək. Tutulma hadisəsi Cənubi Amerikanın orta və cənub hissələrində, Atlantik və Sakit okenda və Antarktidada müşahidə olunacaq. Tam tutulma isə Sakit və Atlantik okeanların cənubunda, Çili və Argentinada müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

    2020-ci ildə dörd Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.

    Birinci Ay tutulması 2020-ci il yanvarın 10-dan 11-nə keçən gecə baş verəcək. Bu, yarımkölgəli Ay tutulmasıdır.

    Tutulma hadisəsi saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

    İkinci Ay tutulması 2020-ci il iyun ayının 5-dən 6-sına keçən gecə baş verəcək. Yarımkölgəli Ay tutulmasıdır.

    Tutulma hadisəsi saat 21:46-da başlayacaq və saat 01:04-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:26-da olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Adi gözlə müşahidəsi mümkün olmayacaq, yalnız xüsusi cihazlar vasitəsi ilə prosesi müşahidə etmək olacaq. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

    Üçüncü Ay tutulması 5 iyul 2020-ci ildə baş verəcək. Yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi saat 03:07-də başlayacaq və saat 05:52-də sona çatacaq. Tutulmanın maksimumu saat 04:31-də olacaq.

    Tutulma hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.

    Dördüncü Ay tutulması 30 noyabr 2020-ci ildə baş verəcək. Bu 2020-ci ilin axırıncı Yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi saat 11:32-də başlayacaq və saat 15:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 13:44-də olacaq.

    Tutulma hadisəsi Şimali və cənubi Amerikada, Avstraliyada və Asiyanın bəzi bölgələrində müşahidə olunacaq.

    Adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək.

    Tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.
    /oxu.az/

  • Ahıl yaşda evlənən və boşananların sayı açıqlandı

    2018-ci ildə 60 və daha yuxarı yaş qrupuna aid 677 nəfər boşanıb.

    Bu barədə Dövlət Statistika Komitəsindən oxu.az-ın sorğusuna cavab olaraq məlumat verilib.

    Bildirilib ki, onlardan 462-si kişi, 215-i isə qadınlardır.

    60 və daha yuxarı yaş qrupuna aid 917 nəfər isə nikaha daxil olub. Onlardan 707-si kişi, 210 isə qadınlardır.

    İnsanları bu yaşda boşanmağa vadar edən səbəblər nələrdir?

    Psixoloqlar düşünür ki, 60 yaşdan yuxarı şəxslərin boşanmalarına səbəb evliliklərinin uğursuz başlaması və daha çətin mərhələlərə qədər davam etməsidir. Bu yaşa qədər onların qarşısını kəsən səbəblər isə övladları, ya da valideynləri olur.

    Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən psixoloq Əfsanə Rüstəmovanın sözlərinə görə, insanlar qınaq obyekti olmamaq üçün boşanmaya o qədər qlobal səbəb axtarır ki, bu da kifayət qədər zaman alır:

    “Əslində, elə insanlar var ki, adi rahatlığının bir qədər dəyişməsi belə onlar üçün boşanma səbəbi ola bilər. Bu daha çox gənc cütlüklərə şamil edilir. Lakin bizim mentalitetimiz insanların həyatını çərçivəyə saldığı üçün yaşlı cütlüklər bu addımı atmağa çəkinir.

    Onların qarşısında dayanan səbəb isə mərhələli şəkildə dəyişir: ilk olaraq “el töhməti”, daha sonra dünyaya gələn övladları, nəhayət, yaşlı valideynlərinə görə bir-birilərinə səbr edirlər.

    Nəticədə, uşaqlar öz həyatlarını qurduqdan, valideynlər vəfat etdikdən sonra boşanmaq üçün heç bir maneə qalmadığını düşünərək bu qərarı reallaşdırırlar”.

    Psixoloq onu da qeyd edib ki, boşandıqdan sonra qadınlardan çox kişilər ikinci, üçüncü ailə həyatı qurmağa daha meyilli olurlar:

    “Bu yaşda insanlar boşanandan sonra bir çox hallarda həyatlarını ilk sevdikləri insanlarla birləşdirirlər. Bunu çoxları etiraf edir. Mənim bir çox pasiyentim var ki, onlar da hər zaman ahıl yaşda ayrılan valideynlərini qınayır.

    O cür sevgisiz ailədə böyüyən uşaqlar valideynlərinin bir-birinə qarşı olan münasibətindən təsirləndiklərini, psixoloji travma aldıqlarını deyirlər. Valideynlər düşünür ki, onların ayrılması uşaqlara travma olar, lakin birlikdə daim söz-söhbət içərisində yaşamaqları onlara çox daha böyük problemlər yarada bilir.

    Boşandıqdan sonra qadınlardan çox kişilər ikinci, üçüncü ailə həyatı qurmağa daha çox meyilli olurlar. Qadınların bir qismi isə əksinə, “alınsaydı elə birinci nikahda xoşbəxt olardım”,- deyib təkliyə üstünlük verirlər”.

  • Число браков в Азербайджане увеличилось

    Численность населения Азербайджана за последние 10 лет (с 2009 года) выросла на 1 млн 84 тыс. 500 человек, или на 12,1%.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом сказал председатель Госкомстата Тахир Будагов на пресс-конференции, проведенной в исполнительном секретариате партии “Ени Азербайджан” и посвященной переписи населения страны, которая будет проведена с 1 по 10 октября.

    По его словам, за последние 15 лет количество браков увеличилось на 11,4%.

    “Средняя продолжительность жизни выросла с 73,4 до 75,8 лет. Также средний возраст мужчин с 70,8 лет увеличился до 73,3 лет, а женщин – с 76,1 до 78,2 лет”, – добавил Т.Будагов.

    Глава комитета также обратил внимание на снижение уровня материнской смертности:

    “Коэффициент материнской смертности на каждые 100 тыс. рожениц достиг 12,2, тогда как раньше этот показатель составлял 26,3.

    Уровень младенческой смертности упал незначительно – с 11,4 до 11,1 человека на 100 тыс. новорожденных. Сократилась также смертность среди детей в возрасте до пяти лет – с 14,4 до 13,1 человека”.

    Т.Будагов отметил, что показатель миграционного сальдо за последние 10 лет увеличился и составляет сейчас 14 тыс. 800 человек.

  • Azərbaycanda nikahların sayı artıb

    Azərbaycan əhalisinin sayı son 10 il ərzində, yəni 2009-cu ildən bu günə qədər 1 084 500 və ya 12,1 faiz artıb.

    Иunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyində 1-10 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək əhalinin növbəti siyahıalınmasına həsr olunan mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib.

    Onun sözlərinə görə, son 15 il ərzində nikahların sayında 11,4 faiz artım olub:

    “Ömür uzunluğu 73,4 yaşdan 75,8 yaşa yüksəlib. Həmçinin, kişilər üzrə 70,8 yaşdan 73,3 yaşa, qadınlar üzrə 76,1 yaşdan 78,2 yaşa qədər artıb”.

    T.Budaqov bildirib ki, ana ölümü əmsalı da aşağı düşüb:

    “Ana ölümü əmsalı doğulan hər 100 min nəfərdə 26,3-dən 12,2-ə enib. Körpələr üzrə əmsal isə 11,4-dən 11,1-ə enib. Beş yaşadək uşaq ölümlərinin sayı 14,4-dən 13,1-ə düşüb”.

    Komitə sədri qeyd edib ki, miqrasiya saldosu yüksəkdir, bu rəqəm son 10 ildə 14 min 800 təşkil edir.
    /oxu.az/

  • Türkiyənin məşhur aktyoru vəfat etdi

    Türkiyənin məşhur “Yeşilçam” aktyoru Abdi Algül 86 yaşında vəfat edib.

    “Hürriyət” xəbər verir ki, aktyorun ölüm səbəbi kimi uzun müddət ağır xəstəlikdən əziyyət çəkməsi göstərilib.

    Daha çox mənfi obrazları canlandıran aktyor “Tokatçı” filmində Qara Borsaçı rolu ilə məşhurlaşıb.

    Kemal Sunal ilə birgə filmlərdə də oynayan aktyor 170-ə qədər rolun ifaçısı olub.