Month: October 2019

  • Bakıda bacılarını bıçaqlayıb öldürən şəxlə bağlı qərar verildi

    Bakı Apellyasiya Məhkəməsində bacılarını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Muxtar Əlimanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barədə qərar elan olunub.

    Qərara görə, M.Əlimanovun apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

    Hadisə bu ilin aprel ayında Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. 1976-cı il təvəllüdlü M.Əlimanov ailə münaqişəsi zəminində yaşadığı evin qonaq otağında bacısı, 1964-cü təvəllüdlü Əlimanova Səadət Şirbala qızını mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə endirərək öldürüb.

    Daha sonra həmin bıçaqla digər bacısı, 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına bir neçə bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib. Ağır yaralanan qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə rəğmən, qadın xəstəxanada ölüb.

    Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan M.Əlimanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci (xüsusi amansızlıqla iki və daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, M.Əlimanov əvvəllər qəsdən adam öldürmə maddəsi ilə məhkumluq həyatı yaşayıb.//oxu.az

  • Первое фото Федаи Лачын на свободе – ФОТО

    Я очень рада тому, что вышла на свободу. Свобода – прекрасное чувство.

    Как передаёт Median.Az со ссылкой на Report, об этом журналистам сказала певица Федая Лачын, которая вышла сегодня на свободу из Бакинского следственного изолятора.

    По ее словам, она продолжит заниматься творчеством.

    “От души хочу петь. Два года ждала, чтобы выйти на сцену”, – отметила певица.

    Затем Ф.Лачын спела для журналистов песню Şirin anlar (“Сладкие мгновения”).

    Отметим, что согласно решению Бакинского апелляционного суда срок наказания Федае Лачын был сокращен до двух лет. Певицу арестовали 30 октября 2017 года.

  • Fədayə Laçının azadlıqda ilk – FOTOSU

    Azadlığa çıxdığıma görə çox sevincliyəm. Azadlıq çox gözəl hissdir.

    Report xəbər verir ki, bunu bu gün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçın jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, bundan sonra da sənətini davam etdirəcək:

    “Oxumaqdan ötrü ürəyim gedir. İki ildir ki, səhnəyə çıxmağımı gözləyirəm”.

    Daha sonra F.Laçın jurnalistlər üçün “Şirin anlar” mahnısını ifa edib.

    Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, bu gün azadlığa buraxılıb.

  • Bakıda “Opel” qırmızıda keçdi, qəza törədib aşdı – ANBAAN VİDEO

    Bakıda baş vermiş dəhşətli qəza kameralara düşüb.

    Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Qara Qarayev prospektində baş verib.

    “Opel” markalı avtomobilin sürücüsü işıqforun qadağanedici işığında yolayrıcına daxil olan zaman sağdan gələn avtomobilin önünə çıxıb.

    Toqquşma nəticəsində “Opel” çevrilib və bir neçə metr kənarda aşıb. Qəza nəticəsində “Opel”in sürücüsü ağır yaralanıb. Digər avtomobilə ciddi ziyan dəyib.

  • В Насиминском районе житель столицы совершил автокражу

    Как сообщает Median.Az, сотрудники 21-го отделения полиции Насиминского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы Х.Азизова, который 24-го октября украл из автомобиля марки “Chevrolet” 700 долларов и золотые украшения на сумму 1000 манатов.

    В Следственном отделе Насиминского РУП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Nəsimi rayonunda paytaxt sakini avtomobildən oğurluq edib

    Median.Az xəbər verir ki, Nəsimi RPİ 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisində “Chevrolet” markalı avtomobildən, içərisində 700 dollar və 1000 manat dəyərində qızıl-zinət əşyaları olan çantanı oğurlayan Bakı şəhər sakini X.Əzimov saxlanılıb.

    Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Ильхам Алиев – председателю агентства: Вы латаете и латаете дороги, так нельзя – ВИДЕО

    Я прибыл по дороге Баку-Шамахы. Очень хорошая дорога. В свое время я дал указание расширить дорогу до четырех полос, работы, можно сказать, завершились. Но дорога Шамахы-Исмайыллы в плачевном состоянии. Мы не можем смириться с такой дорогой. Почему не сообщаете об этом?

    Как передает Median.Az, об этом Президент Азербайджана Ильхам Алиев сказал председателю правления Государственного агентства автомобильных дорог Салеху Мамедову на открытии автомобильной дороги Беюк Эмили-Былых-Амирван в Габалинском районе.

    По словам главы государства, сегодня в стране строятся проселочные дороги на уровне магистралей. Однако, добавил Президент, междугородная дорога, в особенности ведущая в туристическую зону, не может оставаться в таком плачевном состоянии.

    Президент также добавил, что на дороге Шамахы-Исмайыллы был оползень, но на одном участке.

    “Но остальная часть дороги в Исмайыллы в плачевном состоянии. Везде “заплатки”. У самой дороги нет основания. И никогда не было. Вы латаете и латаете дороги, так нельзя. Подготовьте предложения с тем, чтобы мы включили дорогу Шамаха-Исмайыллы в инвестиционную программу. В следующем году эта дорога должна быть сдана в эксплуатацию, причем на высоком уровне”, – сказал Ильхам Алиев.

  • İlham Əliyevdən Agentlik sədrinə: “Yolları elə yamaqlayırsınız, yamaqlayırsınız, belə olmaz” – VİDEO

    Mən indi Bakı-Şamaxı yolu ilə gəlmişəm. Bu yol yaxşıdır. Vaxtilə göstəriş vermişdim ki, yol dörd zolağa genişləndirilsin, demək olar, başa çatıb. Amma Şamaxı-İsmayıllı yolu bərbad vəziyyətdədir. Belə bir yolla biz barışa bilmərik. Niyə məlumat vermirsiniz bu haqda?.

    Median.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun açılışında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova deyib.

    Ölkə başçısı qeyd edib ki, biz indi kənd yollarını magistral yollar səviyyəsində inşa edirik. Dövlət başçısı söyləyib ki, şəhərlərarası, xüsusilə turizm zonasına gedən yol belə bərbad vəziyyətdə qala bilməz.

    Prezident daha sonra əlavə edib ki, Şamaxı-İsmayıllı yolunda sürüşmə olub – amma bir yerdə.

    “Amma yolun İsmayıllıya qalan hissəsi bərbad vəziyyətdədir. Hamısı yamaq. Özü də o yolun əsası yoxdur. Heç vaxt olmayıb. Elə yamaqlayırsınız, yamaqlayırsınız, belə olmaz. Təkliflər verin ki, biz Şamaxı-İsmayıllı yolunu investisiya proqramına salaq. Gələn il gərək Şamaxı-İsmayıllı yolu istifadəyə verilsin, özü də yüksək səviyyədə”.

  • Погибшие в Гяндже студенты учились в Аграрном университете

    Погибшие в дорожно-транспортном происшествии в Гяндже Мамедов Эльдар Керим оглу и Байрамлы Икрам Ариф оглу были студентами 3-го курса Азербайджанского государственного аграрного университета.

    Как передает Median.Az, они учились на факультете ветеринарной медицины и зооинженерии.

    Как сообщалось ранее, в Гяндже на улице Исмета Гайыбова столкнулись автомобили ВАЗ-2106 и LADA Priorа.

    От удара LADA Priorа врезалась в дерево. Э.Мамедов и И.Байрамлы (оба – 2000 года рождения) находились в этом автомобиле.

    В результате ДТП один человек получил травмы. Он госпитализирован.

    По факту ведется расследование.

  • Gəncədə ağır qəzada ölənlər bu universitetin tələbələri imiş

    Gəncədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlər tələbədir.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hər iki tələbə Azərbaycan Dövlət Aqrar Univeristetində təhsil alıblar.

    Onlar ADAU-nin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin baytarlıq ixtisası üzrə III kurs tələbələri – Məmmədli Eldar Kərim oğlu, Bayramlı İkram Arif oğludur.

    Qeyd edək ki, ötən gecə Gəncə şəhərinin İsmət Qayıbov küçəsində “VAZ 2106” markalı maşınla “Lada Priora” markalı avtomobilin toqquşması nəticəsində ikinci nəqliyyat vasitəsi ağaca çırpılıb.

    Qəza zamanı iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

    Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263-1.4-ci (nəqliyyatda ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.