Month: October 2019

  • Nizami rayonunda dostların yeyib-içmək məclisi qanlı başa çatdı

    Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, hadisə Qara Qarayev prospekti ev 136-nın qarşısında qeydə alınıb.

    Belə ki, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Əzizov Vasif Tofiq oğlu dostu tərəfindən bıçaqlanıb.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, o, dostları ilə məclisdə yeyib-içdikdən sonra onlar arasında mübahisə yaranıb.

    Daha sonra dostu V.Əzizova çoxsaylı bıçaq xəsarəti yetirib.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Bakıda 11 yaşlı uşaq döyülərək ağır xəsarət alıb

    Bakının Binəqədi rayonunda döyülmə faktı baş verib.

    Hadisə Ş.Məmmədova küçəsi 3 ünvanının qarşısında qeydə alınıb.

    Pərviz adlı şəxs xuliqanlıq zəminində 2008-ci il təvəllüdlü Niyazzadə Ruslan İlqar oğlunu döyüb. O, ağır bədən xəsarətləri alıb.

    İlkin əməliyyat-axtarış tədbirləri Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılır.

  • Şamaxı-İsmayıllı yolu yenidən qurulacaq – Prezident göstəriş verdi

    Oktyabrın 28-də Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.
    Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirdi ki, regionların inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur. İndi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib.

    Diqqətə çatdırıldı ki, Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 10 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Uzunluğu 19 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol üzərində xeyli yol nişanı və göstərici lövhələr, siqnal dirəkləri və 8 avtodayanacaq quraşdırılıb. Avtomobil yolunun 10-cu kilometrliyində Qaraçay çayı üzərində dördaşırımlı yeni körpü tikilib, Zalamçay çayı üzərində isə ikiaşırımlı körpü təmir edilib. Bu yolun inşası əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin kənd təsərrüfatı məhsullarının vaxtında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına şərait yaradacaq.

    Prezident İlham Əliyevə rayonun Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolunun tikintisi barədə də məlumat verildi. Qeyd olundu ki, 11 min əhalinin yaşadığı və 8 yaşayış məntəqəsini birləşdirən yolun uzunluğu 18 kilometrdir.

    Prezident İlham Əliyev Şamaxı-İsmayıllı yolunun yenidən qurulması barədə göstəriş verərək deyib:

    – Mən indi Bakı-Şamaxı yolu ilə gəlmişəm. Bu yol yaxşıdır. Vaxtilə göstəriş vermişdim ki, yol dörd zolağa genişləndirilsin, demək olar başa çatıb. Amma Şamaxı-İsmayıllı yolu bərbad vəziyyətdədir. Belə bir yolla biz barışa bilmərik. Niyə məlumat vermirsiniz bu haqda? Biz indi kənd yollarını magistral yollar səviyyəsində inşa edirik. Amma şəhərlərarası, xüsusilə turizm zonasına gedən yol belə bərbad vəziyyətdə qala bilməz. Təkliflər verin ki, biz Şamaxı-İsmayıllı yolunu investisiya proqramına salaq. Gələn il gərək Şamaxı-İsmayıllı yolu istifadəyə verilsin, özü də yüksək səviyyədə.

    Sonra dövlətimizin başçısı Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışını bildirən lenti kəsdi.

    Sonda xatirə şəkli çəkdirildi.

  • Bakıda orta yaşlı kişi bıçaqlanıb

    Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Qara Qarayev prospekti, ev 136 ünvanının qarşısında Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Əzizov Vasif Tofiq oğlu bıçaqlanıb.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Məlumata görə, o, dostları ilə məclisdə görüşdükdən sonra aralarında mübahisə yaranıb. Daha sonra V.Əzizov dostu tərəfindən çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yarası alıb.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Ильхам Алиев: В Азербайджане должно быть построено более 30 ковровых фабрик

    По моему указанию в нашей стране должно быть построено более 30 ковровых фабрик.

    Об этом в частности в понедельник сказал Президент Азербайджана Ильхам Алиев во время встречи с коллективом Габалинского филиала Открытого акционерного общества «Азерхалча» на церемонии его открытия.По моему указанию в нашей стране должно быть построено более 30 ковровых фабрик.

    Об этом в частности в понедельник сказал Президент Азербайджана Ильхам Алиев во время встречи с коллективом Габалинского филиала Открытого акционерного общества «Азерхалча» на церемонии его открытия.

  • Prezident: Mənim göstərişimlə ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir

    Mənim göstərişimlə ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir.

    Median.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılışı mərasimində kollektiv ilə görüşü zamanı deyib.

    Dövlət başçısı bildirib: “Mən sizi ürəkdən salamlayıram. Sizi yeni xalça fabrikinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu gözəl müəssisədə indi 50-dən çox iş yeri yaradılıb. Gələcəkdə iş yerlərinin sayı daha da çox olacaq. Əsas məsələ ondadır ki, burada qadınlar üçün iş yerləri yaradılır. Yəni, qadınları işlə təmin etmək üçün xüsusi tədbirlər görülür ki, Azərbaycanda iş yerləri daha da sürətlə açılsın, daha geniş əhalini əhatə etsin.

    Burada iş şəraiti də, əməkhaqqı da yaxşıdır. Azərbaycanda xalçaçılıq sənətinin bundan sonra da yaşadılması üçün biz çox böyük işlər görürük. Bu məqsədlə “Azərxalça” müəssisəsi yaradılıbdır və mənim göstərişimlə ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir. Onlardan 10-u istifadəyə verilib, o cümlədən biri Qəbələ şəhərində. Növbəti illərdə isə 20-dən çox fabrik fəaliyyətə başlayacaq. Bu fabriklərdə minlərlə yeni iş yeri yaradılacaq”.

    Prezident İlham Əliyev qeyd edib ki, xalçaçılıq sənəti bizim milli, qədim sənətimizdir: “Azərbaycan xalçaları dünyanın ən aparıcı muzeylərində nümayiş etdirilir. Xalça bizim məişətimizin ayrılmaz hissəsidir və Azərbaycan xalçaları öz keyfiyyəti ilə seçilir. Biz elə etməliyik ki, bu sənət daim yaşasın. Buna nail olmaq üçün, əlbəttə ki, belə fabriklərin yaradılması çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, gənc nəsil bu gözəl sənətə gələcək və bizim peşəkar mütəxəssislərimiz öz təcrübələrini bölüşərək bunu gənc nəslə də ötürəcəklər. Beləliklə, xalça sənəti yaşayacaq, necə ki, əsrlərboyu yaşayıb.

    Eyni zamanda, xalça ixracyönümlü məhsuldur. Bu xalçalar xaricə satılmaqla ölkəmizə valyuta gələcək. Biz indi Sumqayıt şəhərində böyük əyirici-boyaq müəssisəsini yaradırıq. Ölkə üzrə yun tədarük mərkəzləri yaradılır. Bizim öz boyalarımız, öz iplərimiz olacaq və idxaldan asılılıq aradan qaldırılacaq.

    Ona görə “Azərxalça”nın yaradılması, görün, nə qədər böyük, gözəl hadisələrə təkan verdi. Həm iş yerləri yaradılır, biz sənətimizi yaşadırıq, gənc nəsli yetişdiririk, həm də bölgələrdə yunçuluqla bağlı aparılan tədbirlər öz səmərəsini verir və nəticədə Azərbaycan daha da güclənir, ölkəmizin uğurlu inkişafı təmin edilir”.

    Azərbaycan Prezidenti vurğulayıb ki, Qəbələ rayonuna çox böyük diqqət göstərilir. Son illər ərzində burada bir çox önəmli müəssisələrin, obyektlərin açılışı olub: “Təsadüfi deyil ki, mən son 16 il ərzində Qəbələyə 13 dəfə səfər etmişəm, şəhərin, rayonun inkişafı ilə bağlı göstərişlər verilib və gözəl açılışlarda iştirak etmişəm.

    Qəbələ Azərbaycanın Bakıdan sonra ikinci turizm məskənidir. Turizmin inkişafı sürətlə davam edir, 9 otel, 9 istirahət mərkəzi yaradılıb. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Qəbələdə beynəlxalq aeroport tikilib. Baxmayaraq ki, sovet vaxtında Qəbələdə aeroport yox idi, indi beynəlxalq uçuşlar təşkil edilir. İcra başçısı mənə məlumat verdi ki, bu il təkcə otellərdə 150 min qonaq istirahət edib. Fərdi evlərdə də bəlkə o qədər qonaq istirahət edib. Bu, vətəndaşlara da böyük maddi dəstəkdir. İmkanı olan vətəndaşlar öz evlərinin bir hissəsini kirayəyə verirlər, pul qazanırlar. Kəndlilər də öz məhsullarını satırlar. Ona görə turizmin inkişafı əhalinin çox böyük bir hissəsini əhatə edir.

    Əlbəttə, Qəbələdə sosial infrastruktur da icra edilir. O cümlədən biz bu gün içməli su-kanalizasiya layihəsini icra etdik. Bundan sonra Qəbələ ən yüksək standartlara cavab verən içməli su ilə təmin ediləcəkdir. Şəhər sakinləri bundan faydalanır. “ASAN xidmət” mərkəzi yaradılmışdır ki, bu da vətəndaşlara çox böyük rahatlıq verir. Heydər Əliyev adına böyük Konqres Mərkəzi yaradılıb və orada beynəlxalq tədbirlər, musiqi festivalları keçirilir. Yəni, Qəbələdə hərtərəfli inkişaf təmin edilir, iş yerləri, yeni müəssisələr, konserv zavodu, iki böyük heyvandarlıq müəssisəsi, bu gün tanış olduğum, Azərbaycanın tələbatının böyük hissəsini öz üzərinə götürən gülyetişdirmə mərkəzi və bu xalça müəssisəsi. Ona görə Qəbələnin timsalında biz ölkəmizin uğurlu inkişafını görürük.

    Şəhər də gündən-günə gözəlləşir, abadlaşır. Həm tarixi abidələr qorunur, həm yeni obyektlər göz oxşayır. Belə də olmalıdır. Çünki Qəbələ dünyanın ən qədim yaşayış yerlərindən biridir. Qəbələ qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuşdur. Bu şəhərin çox böyük tarixi var. Biz indi Qəbələnin tarixi simasını saxlamaqla şəhərə, rayona yeni nəfəs veririk. Yeni inkişaf konsepsiyası icra edilir. Hər dəfə Qəbələdə olanda mən gördüyüm bu inkişafı qiymətləndirirəm və buna sevinirəm.

    Sizə gələcəkdə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, bu müəssisədə yaxşı işləyəsiniz, həm ailə büdcənizə töhfə verəsiniz və həm də burada gözəl sənətimizi yaşadasınız”.

  • Таможенники конфисковали шесть iPhone XS – ФОТО

    На таможенном посту “Гырмызы Керпю” был задержан приехавший из Грузии автомобиль Volkswagen Cratter, управляемый гражданином Азербайджана, а водителя подвергли устному допросу.

    Как сообщили Oxu.Az в Государственном таможенном комитете, в ходе устного допроса гражданин заявил, что у него нет предметов, скрытых от таможенного контроля и подлежащих обязательному декларированию.

    Однако в ходе проверки в автомобиле было обнаружено шесть мобильных телефонов iPhone XS 64 GB, спрятанных в коврике на сиденье.

    По факту ведется расследование.

  • Yasamalda kişini ürəyindən bıçaqladılar

    Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, insident Ə.Əhmədov küçəsi 31A ünvanında qeydə alınıb.

    Belə ki, “Günəş pretrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında 1973-cü il təvəllüdlü Qasımov İsa İsmayıl oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb.

    Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır olan İ.Qasımova döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

    Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.//oxu.az

  • Yevlaxdan Bakıya gələn 24 yaşlı oğlan itkin düşdü

    Yevlax sakini Bakıda itkin düşüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

    Yevlax rayonunun Xanabad kənd sakini, 1995-ci il təvəllüdlü Binnətov İlyas Aşır oğlu oktyabrın 20-də yaşadığı evdən çıxaraq Bakıya gəlib və bir daha geri qayıtmayıb. Sonuncu dəfə onu oktyabrın 25-də paytaxtın Nəsimi rayonu, H.Seyidzadə küçəsi 22 ünvanının qarşısında görüblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Xəzərin çirklənməsi problemləri müzakirə edilib

    Xəzər dənizinin çirklənməsinin qarşısının alınması və bu problemin aradan qaldırılması məqsədilə maraqlı və məsul tərəflərin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) görüş keçirilib.

    “Report” xəbər verir ki, “Azərsu” ASC, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “Azersun Holding” MMC, SOCAR-ın Ekologiya İdarəsi, Beynəlxalq Dəniz Ticarət Limanı, “Siyəzən Broyler”, “Səba” ASC, Qafqaz Konserv zavodu, Bakı Qida və Yağ fabriki, “Azər Yod” MMC, “Yalama Xəzər” Turist bazası, “Lotos”, “Malibu”, “Meşəbəyi”, “Xəzər Palace”, “SunSet”, “Ülfət” və s. idarə, müəssisə və iaşə obyektlərinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Xəzər dənizinin ekoloji mühitinə mənfi təsirlərin azaldılmasına birgə nail olunması ətrafında müzakirələr aparılıb.

    Nazirliyin Ətraf mühit üzrə mütəxəssisi Adil Zeynalov bildirib ki, görüşdə Xəzər dənizinin çirklənməsinin qarşısının alınması mövzusunda Nazirliyin əməkdaşları tərəfindən təqdimat olunub, dənizə mənfi təsirlərin minimuma endirilməsi üçün tətbiq olunan müasir texnologiyalar nümayiş etdirilib.

    Xəzərin çirklənməsinin qarşısının alınması üçün qarşılıqlı əməkdaşlığın qurulmasında, sahibkarların üzləşdikləri çətinliklərin təhlilində ETSN-in maraqlı olduğu diqqətə çatdırılıb. Xəzəri çirkləndirən obyekt, müəssisə və təşkilatların fəaliyyətlərini qanunvericilik prinsipləri əsasında qurması, texnoloji yeniliklərin tətbiqi istiqamətində maraqlı və məsul tərəflərlə sıx əməkdaşlıq edilməsi üçün təkliflər və tövsiyələr verilib, qarşılıqlı razılaşma əldə olunub.

    ETSN rəsmisi Xəzərin çirkləndirilməsində rolu olan müəssisə və təşkilat rəhbərlərinə bir daha müraciət edərək bildirib ki, müasir texnologiyalar mövcud olduğu halda, bu avadanlıqları quraşdırmağa və onlardan istifadəyə önəm verilmir və bu gün də standartlara cavab verməyən köhnə texnoloji üsullardan istifadə edilir. Əgər qısa vaxt ərzində lazımi işlər görülməzsə çirkləndiricilər barəsində sərt və daha ciddi tədbirlər görüləcək, fəaliyyətlərinin məhdudlaşdırılması üçün məhkəmələrə müraciət olunacaq.