Month: November 2019

  • Azərbaycanda bu telekanalın yayımı dayandırıldı

    Bu gün səhər saatlarından etibarən “ARB Ulduz”un peyk vasitəsilə yayımı dayandırılıb.

    “ARB Media Qrup”un mətbuat xidmətdən “ARB Ulduz” telekanalının peyk vasitəsilə yayımının birdəfəlik dayandırılması barədə qərar qəbul edildiyi bildirilib:

    “Buna “ARB Ulduz”un ölkənin reklam bazarında özünü tam maliyyələşdirəcək qədər gəlir əldə edə bilməməsi səbəb olub. Təəssüf ki, ölkəmizdə tematik televiziyalar reklam bazarından kifayət qədər vəsait əldə edə bilmirlər. Musiqi yönümlü tematik kanal olan “ARB Ulduz” da reklam bazarının oyunçularından birinə çevrilə bilmədi”.

  • Bakıda gəlin maşını yandı – VİDEO

    Bakıda gəlin maşını yanıb.

    APA-nın məlumatına görə, hadisə aeroport yolunda qeydə alınıb.

    Hadisə zamanı toy üçün bəzədilmiş gəlin maşını qəfildən alışaraq yanıb.

  • Baş Prokurorluq AQTA-nı təkzib etdi: Bizə heç bir məlumat daxil olmayıb

    Qida Təhlükəsizliyi Agentliyinin ölkəmizdə qida təhlükəsizliyi sahəsində şəffaflığın təmin etmək məqsədilə yaranan neqativ hallarla mübarizə istiqamətində tədbirlər gördükləri və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verdiklərinə dair yayılan informasiyalar Baş Prokurorluq tərəfindən təkzib edilib.

    Baş Prokurorluqdan oxu.az-a verilən məlumatda AQTA tərəfindən irəli sürülən faktlar təkzib edilib.

    Belə ki, bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin rəisi Hüseyn Abdullazadənin, Gəncə regional bölməsinin Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Kamran Əzizovun, Lənkəran regional bölməsinin rəisi Əlimuxtar Bağırovun, Lənkəran regional bölməsinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun böyük məsləhətçisi Habil İsmayılovun barələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində guya araşdırmalar aparılması ilə bağlı dərc edilən məlumatlar həqiqəti əks etdirmir.

    Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən təkzib edilir. Eyni zamanda adları qeyd edilən şəxslərlə bağlı Qida Təhlükəsizliyi Agentliyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə hər hansı material daxil olmamış və həmin şəxslər barəsində Baş İdarədə araşdırma aparılmayıb.

    Kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş edilir ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirsinlər.

  • Bakıda döyülən 15 yaşlı qızın anası danışdı: “Onu aptekə göndərdim, bir də baxdım ki,…”

    Bakıda 15 yaşlı qızın döyülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

    Noyabrın 18-i gecə saatlarında Binəqədi rayonu, 1-ci mədəndə 2004-cü il təvəllüdlü Ə.Z döyülüb.

    Qızın anası Samirə Əliyeva oxu.az-a bildirib ki, Z.Ə-nı “Lələ” ləqəbli 28-30 yaşlı kişi döyüb:

    “Qızım dəfələrlə deyirdi ki, “Lələ” mənə küçədə pis sözlər deyir. Uşaq bilib keçirdim. Bacısı xəstə olduğu üçün qızımı aptekə göndərdim. Bir də baxdım ki, küçədə səs-küy düşüb. Uşaq ağlaya-ağlaya evə qaçıb”.

    S.Əliyeva iddia edir ki, onun qızını zorlamaq istəyiblər:

    “Qızımın başını divara vurub. Onu aparıb zorlamaq istəyib. Qız ona müqavimət göstərəndə elə onun öz belindəki bıçağı götürərək qarnına soxub. Bundan sonra qızımdan əl çəkib”.

    S.Əliyeva deyir ki, qızı hafizəsini itirib.

    Qeyd edək ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə Z.Ə-yə alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Hazırda həkim nəzarətində müalicə alan Z.Əliyevanın vəziyyəti normaldır.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda boşananların sayı artıb – RƏSMİ

    Cari ilin doqquz ayı ərzində Azərbaycanda 46 min 898 nikah və 12 min 713 boşanma halları qeydə alınıb.

    2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikah sayı (6,3) eyni olsa da, boşanmaların sayı 1,5-dən 1,7-yə qədər artıb.

    Bu o deməkdir ki, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən 45977 nikah və 11102 boşanma halları qeydə alınıb

    Boşanan cütlüklər arasında nikah müddəti beş ilə qədər davam edənlər (5296) üstünlük təşkil edir.

    Boşananlar arasında kişilərin yaş ortalaması 30-34, qadınların isə 25-29 olaraq qeydə alınıb.
    /oxu.az/

  • Авария на аэропортовской дороге: Prado врезался в Opel – ВИДЕО

    Авария на аэропортовской дороге в Баку попала на камеры видеонаблюдения.

    Как передаёт Median.Az со ссылкой на Avtosfer.az, автомобиль марки Toyota Prado врезался сзади в Opel.

    В аварии частично виновен водитель Opel, который сбросил скорость, но и водитель Prado не соблюдал дистанцию.

    Уже после аварии Opel в последний момент избежал столкновения с другим транспортным средством.

  • Aeroport yolunda daha bir qəza: “Prado” “Opel”i belə vurdu – ANBAAN VİDEO

    Bakıda baş vermiş qəza anı kameraya düşüb.

    Avtosfer.az xəbər verir ki, “Toyota Prado” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən “Opel” markalı avtomobilə arxadan çırpılıb.

    Hadisəyə “Opel”in sürücüsünün sürəti azaltması səbəb olsa da, “Prado” sürücüsü də ara məsafəsini düzgün seçməyib.

    “Opel” zərbədən sonra son anda digər nəqliyyat iştirakçısı ilə toqquşmadan yayınıb.

  • В Барде пропала душевнобольная женщина

    В Бардинском районе пропала без вести женщина.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, инцидент произошел 17 ноября.

    Гостившая в Бардинском районе жительница Геранбойского района 49-летняя Бахар Фарман гызы Насибова вышла из дома и не вернулась.

    Женщина страдает психическим расстройством.

    По факту ведется расследование.

  • Bərdədə ruhi xəstə itkin düşdü

    Bərdə rayonunda qonaq olan qadın itkin düşüb.

    Hadisə noyabrın 17-də baş verib.

    Rayonda qonaq olan Goranboy rayon sakini, ruhi xəstəlikdən əziyyət çəkən 49 yaşlı Bahar Fərman qız Nəsibova evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.
    /oxu.az/

  • Обнародована численность населения Азербайджана

    Численность населения Азербайджана увеличилась.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом говорится в информации Госкомстата.

    По состоянию на 1 октября 2019 года численность населения республики составила 10 млн 044 тыс. 466 человек.

    За 10 месяцев данный показатель вырос на 63 тыс. 9 человек, или на 0,6%.