Month: November 2019

  • Almaniya islam respublikasına çevrilir – Məşhur jurnaldan sensasiya

    Uzun müddətdir dünyanın müxtəlif yerlərindən insanlar kütləvi şəkildə Almaniyaya mühacirət edir, hərçənd ki, almanlar xaricdə tez-tez xilas yolları axtarırlar.

    Median.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Avstriyada dərc olunan “Contra Magazin” jurnalındakı yazıda bildirilir.

    Qeyd olunur ki, bu tendensiya gələcəkdə dah da güclənəcək və ölkəni əhalinin tamamilə dəyişdirilməsi ilə təhdid edəcək. Buna görə də məqalənin müəllifi Marko Mayer Almaniyanın islam respublikasına çevrilməsini istisna etmir.

    Yazıda deyilir:

    “Almaniyanın miqrasiya siyasəti əhalinin tamamilə dəyişdirilməsinə səbəb olmurmu? Yaxın onilliklərdə ölkə demoqrafik nöqteyi-nəzərdən necə inkişaf edəcək? Almaniyanın “Almanıstan”a çevrilmə riski var”.

    Onun fikrincə, son aylarda 1950-60-cı illərin Almaniyasının xatirələrinin oyanması labüddür. Bu, demoqrafik dəyişikliklərin özünü daha aşkar surətdə göstərdiyi böyük şəhərlərə adidir. Məqalə müəllifi əmindir ki, yaxın onilliklərdə bu dəyişikliklər daha aydın görünəcək.

    Marko Mayer bunun səbəbini uzun müddətdir dünyanın müxtəlif yerlərindən insanların davamlı şəkildə Almaniyaya kütləvi mühacirətində, çoxlu sayda almanın – ilk növbədə yüksək ixtisaslı insanların “qurtuluşu” ölkə sərhədindən kənarda axtarmasında, qalıb orada yaşamasında görür.

    Avstriya jurnalı qeyd edir ki, Almaniyada “əhali dəyişikliyi” haqqında danışmaq siyasi cəhətdən düzgün hesab edilmir, ancaq əhalinin “mübadilə” və ya “transferi” termini istifadə olunur. Mayerin fikrincə, son onilliyin miqrasiya siyasəti məhz bu cür adlanır.

    “Almaniyanın etnik tərkibi son onilliklər ərzində əhəmiyyətli dəyişikliklərə məruz qalıb və növbəti illərdə bu tendensiya “dramatikcəsinə sürətlənəcək”, – məqalə müəllifi xəbərdar edir.

    Almanları 2050-ci ilə qədər nə gözləyə bilər və 2100-cü ilə qədər onlarla bağlı nə olacaq? Marko Mayerin ehtimalına görə, Almaniyanın “Almaniya İslam Respublikası” olmaq riski var.

    “Əvvəl-axır ölkəyə müsəlmanların aktiv immiqrasiyası müşahidə olunur. Bundan əlavə, müvafiq konfessiyanın nümayəndələri arasında doğum göstəricisi xristianlar və ya ateistlərlə müqayisədə daha yüksəkdir”, – Marko Mayer “Contra Magazin”dəki yazısını bu sözlərlə yekunlaşdırır.

  • Coğrafiya İnstitutunun direktoru: “Bakıda isti hava dalğalarının sayı xeyli artıb”

    Bakıda iqlim dəyişmələri fonunda isti hava dalğalarının sayı xeyli artıb, soyuq hava dalğalarının sayı isə bir qədər azalıb.

    Median.Az bildirir ki, bunu Trend-ə AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

    Onun sözlərinə görə, 1961-1990-cı illərdə, yəni baza dövrünü əhatə edən 30 il ərzində Bakıda cəmi 2 isti hava dalğası qeydə alınıb və onların davamiyyəti 6 gündən çox olmayıb. Sonrakı 25 il ərzində isə 17 isti hava dalğası hadisəsi müşahidə edilib. Onlardan da 14-ü son 14 ildə baş verib.

    R.Məmmədov əlavə edib ki, 1961-1990-cı illərlə müqayisədə 1991-2014-cü illərdə soyuq hava dalğalarının orta sayında nisbi azalma müəyyən edilib.

    Akademikin bildirdiyinə görə, 1971-1990-cı illərdə soyuq hava dalğalarının sayı 58, son iki onillikdə isə 51 olub:

    “Müasir iqlim dəyişmələri dalğaların davamiyyətinin artmasına da səbəb olub”.miyyəti 5,5 gün, maksimum 6 gün olduğu halda, 1991-2015-ci illərdə orta davamiyyət 7,3 gün, maksimum davamiyyət isə 2010-cu ildə 24 gün təşkil edib. Soyuq hava dalğalarının orta davamiyyəti baza dövründə 4,5 gün, ən uzun dalğanın davamiyyəti 31 gün (1972-ci il) təşkil etdiyi halda, son onilliklərdə orta davamiyyəti 4,4 gün, maksimal davamiyyət isə 21 gün (2012-ci il) olub:

    “İki dövrün müqayisəli təhlili göstərir ki, iqlim dəyişmələri fonunda isti hava dalğalarının davamiyyəti də xeyli artıb, soyuq hava dalğalarının orta davamiyyətdə azalması statistik əhəmiyyətli olmayıb. 1961-ci ildən 1978-ci ilədək isti hava dalğası qeydə alınmayıb. 1979-cu ildən 1997-ci ilədək cəmi 3 isti dalğa olub, son onilliklərdə isə Bakıda hər il isti hava dalğası müşahidə edilir. Ən güclü dalga 2010-cu ildə olub”.

    Akademik bildirib ki, Bakıda isti hava dalğalarından fərqli olaraq, soyuq hava
    dalğalarının illər üzrə qeyri-bərabər paylanması müşahidə edilir:

    “İki dövr arasında aparılan təhlil göstərir ki, orta qiymətlərdə statistik əhəmiyyətli dəyişiklik yoxdur. 2008 və 2012-ci illərdə anomal soyuqlar müşahidə edilsə də, davamiyyəti və gücünə görə baza dövründəki 1969 və 1972-ci illərin qışı daha soyuq keçib”.

  • В Баку мужчина скончался от передозировки наркотиками

    В Баку мужчина скончался от отравления наркотиками.

    Как сообщает АПА, житель Ясамальского района Баку Алиев Мазахир Мирзаага оглу 1960 г.р. отравился от передозировки наркотиками. М.Алиев был доставлен в тяжелом состоянии в Клинический медицинский центр, однако, спасти его не удалось.

    Выясняются обстоятельства происшествия.

  • Sabiq daxili işlər naziri siyasətdən getdi

    Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) sədri İsgəndər Həmidov siyasətdən gedib.

    Median.Az xəbər verir ki, bu barədə modern.az-a açıqlamasında İ.Həmidovun özü məlumat verib. O, bu gün AXH-nin qərargahında son iclasının yekununda qərarını hərəkat üzvlərinə açıqladığını deyib:

    “Həkimlərin məsləhətilə yenidən – üçüncü dəfə əməliyyat olunmalıyam. Artıq ayın 22-23-ü yenidən Türkiyəyə qayıdacağam. Ürəyimdə hələ 2 damar da tıxanmış qalıb. Onları bərpa etmək üçün əməliyyata ehtiyacım var.
    Artıq yaşlanmışam və həkimlərin də məsləhətilə siyasətdən uzaqlaşmalı oldum”.

  • DİN işçi axtarır

    Daxili İşlər Nazirliyi (DİN) polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

    Median.Az Nazirliyə istinadən xəbər verir ki, respublikanın şəhər, rayon polis orqanlarında (Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) polis sahə rəisi vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir.
    Cəmi 100 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı – “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahanının proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar əsasında keçirilir. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir.

    Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası üzrə təhsil almış, yaşı 28-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla) “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş, Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan və qeydiyyatda olan şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

    Müsabiqə qaliblərinin təyinatı zamanı, ilk növbədə, həmin rayonda yaşayış şəraiti olanlara üstünlük veriləcək və təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcəkdir.

    Müsabiqədə iştirak etmək istəyən şəxslər 2019-cu il noyabr ayının 18-dən dekabr ayının 18-dək http://www.mia.gov.az/index.php?/az/content/29799/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

    Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.

    Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

    – şəxsiyyət vəsiqəsi;

    – ali təhsil haqqında diplom;

    – hərbi bilet (kişilər üçün);

    – əmək kitabçası (olanlar üçün);

    Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.

    Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.

    “Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”, test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı Veb saytında yerləşdirilib.

    Əlavə məlumat almaq üçün əlaqə telefonları:

    (012) 590-92-37; 590 -80-66; 590-93-27; 590-93-45; 590-93-64; 590-95-23.

  • “Baklift”in sabiq rəisi barəsində cinayət işi başlandı

    “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsi rəisi olmuş Ruslan Dilanov barəsində cinayət işi başlanıb.

    R.Dilanov külli miqdarda mənimsəmədə təqsirli bilinir.

    İş üzrə zərərçəkən şəxs qismində “Lifttəmir” İstehsalat Birliyi tanınıb.

    R.Dilanova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

    Təqsirləndirilən şəxs barəsində aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Ramella Allahverdiyevaya icraatına verilib. //APA

  • В Сальяне молодая женщина стала жертвой угарного газа

    В Сальяне женщина скончалась от отравления угарным газом.

    Как сообщает Oxu.Az, случай произошел сегодня вечером на улице Тале Давудзаде в городе Сальян.

    Проживающая по данному адресу Закира Бадалова 1992 года рождения задохнулась от угарного газа, купаясь в ванной.

    На место происшествия прибыли сотрудники правоохранительных органов.

    Тело передано по назначению.

    По факту ведется расследование.

  • BDU rektorundan tələbələrə jest – FOTO

    Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev təşəbbüsü tələbələr tərəfindən xoş qarşılanıb.

    Median.Az xəbər verir ki, rektorun göstərişi ilə BDU-da təhsil alan az təminatlı ailələrdən olan və valideynini itirmiş tələbələrə dəstək layihəsi çərçivəsində gündəlik biri 3 manat civarında yemək kuponu pulsuz olaraq verilir. Bu barədə təhsil eksperti Kamran
    Əsədov məlumat yayıb. Onun sözlərinə görə, bu, noyabr ayının 1-dən etibarən həyata keçirilir.//yeniavaz.com

  • Зеленский решил не бриться до возвращения украинских кораблей из России

    Президент Украины Владимир Зеленский признался в суеверности, пообещав не бриться до возвращения из РФ трех украинских кораблей, которые были задержаны в ноябре 2018 года в Керченском проливе за нарушение российской границы.

    На пресс-конференции после встречи с премьером Чехии Андреем Бабишем в Киеве украинский лидер извинился за небритое лицо, напомнив об украинском слове «забобон», которое означает суеверие.

    «Сейчас я жду корабли. Корабли вернутся — тогда побреюсь» — цитирует Зеленского РИА Новости.

    Как отмечает агентство, в ВМС ВС Украины сообщили, что корабли, переданные украинской стороне 18 ноября, начали переправлять в Одессу, а прибытие судов ожидается 20−21 ноября.

    Напомним, 25 ноября 2018 года российские пограничники задержали в Керченском проливе три судна украинских ВМС, вторгшихся в территориальные воды РФ: бронекатера «Бердянск» и «Никополь», а также буксир «Яны Капу. Моряков задержали, а сами корабли отбуксировали в Керчь.

  • A seriyasının prezidenti istefa verib

    İtaliya çempionatının A seriyasının prezidenti Qaetano Miççiçe istefa verib.

    Apasport.az saytının məlumatına görə, buna “Cenoa” klubunun sahibi Enriko Pretsiozinin ittihamları səbəb olub.

    O bildirib ki, Q.Miççiçe 2018-ci ilin martında bu posta əsasnaməni pozaraq yiyələnib. A seriyasının rəhbəri vəzifəsindən ayrılan funksioner inamsızlığa görə belə addım atdığını bəyan edib: “Postumu tərk edirəm. Mənə inam olmayan vəziyyətdə işləyə bilmərəm. Bu vəzifədə olduğum müddətdə İtaliya futbolunun həm idman, həm iqtisadi baxımdan daha yaxşı duruma yüksəlməsinə çalışmışam”.