Month: November 2019

  • Azərbaycanda ən çox nəyə pul xərclənilir? – SİYAHI

    2019-cu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,1 faiz üstələyərək, 31,1 milyard manata bərabər olub.

    Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

    Ticarət dövriyyəsinin 15741,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15381,1 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib.

    Satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-oktyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,7 faiz və 3,4 faiz artıb.

    Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

    2019-cu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 21,1 faizi ticarət müəssisələri, 50,2 faizi fərdi sahibkarlar tərəfindən, 28,7 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,2 faiz, fərdi sahibkarlar üzrə 1,6 faiz artmış, bazar və yarmarkalarda isə 7,9 faiz azalıb.

    Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 314,5 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 14,1 manat çox olub.

    Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 159,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 155,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.

  • Qaz sayğacları ilə bağlı MÜHÜM AÇIQLAMA

    “Azəriqaz” İstehsalat Birliyi “smart-kart” tipli sayğaclardan imtina edilməsi ilə bağlı məlumat haqda daha bir açıqlama yayıb.

    Median.Az həmin açıqlamanı təqdim edir:

    Əslində Birlik maliyyə imkanlarını nəzərə alaraq “İTRON GALLUS” şirkətindən “smart-kart” tipli sayğacların alışını azaldıb.

    “Azəriqaz” İB belə hesab edir ki, bu cür addım təşkilatın maliyyə resurslarını daha səmərəli istifadə etməyə və digər vacib istiqamətlərdə lazımi işləri görməyə imkan yaradacaq.

    Digər tərəfdən “smart-kart” tipli sayğacların quraşdırılması bundan sonra da davam etdiriləcək.

    Məsələn, Mənzil Tikinti Kooperativlərinin (MTK) inşa etdiyi çoxmərtəbəli binalarda sayğaclar daxildə (çöl eyvanlarda) olduğu üçün mexaniki sayğac quraşdırılmır, çünki bu, sərfiyyatın qeydiyyatı üçün çətinlik yaradır.

    Ona görə də belə tikililərdə “smart-kart” tipli sayğaclar həm quraşdırılacaq, həm də nasazlıq zamanı, eləcə də yoxlama vaxtı çatarkən eyni markalı sayğaclarla əvəzlənəcək.

    Daha bir məqama diqqət çəkmək istərdik ki, mexaniki sayğaclardan istifadə edən abonentlərimizin ödənişləri son illər xeyli yaxşılaşıb, yığımlar demək olar ki, 100 % yerinə yetirilir.

    Belə olan halda, mexaniki sayğacların quraşdırılmasında hər hansı problem görülmür və bu həm də “Azəriqaz” İB üçün maliyyə baxımından xeyli sərfəli hesab olunur”.

    “Azəriqaz” İB-dən bildirilib ki, “İTRON GALLUS” şirkətinin istehsal etdiyi sayğacların keyfiyyəti beynəlxalq sertifikatlarla təsdiqini tapıb və “Azəriqaz” İB-nin aldığı bu qurğularda hər hansı problem yaşanmır”.

    Xatırladaq ki, bundan əvvəl açıqlama verən “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirmişdi ki, smart tipli sayğacların alışının azaldılması barədə qərar verilib:

    “Mexaniki sayğaclarda abonent sərfiyyata görə ödəniş edir. Hər ay abonentə qaz sərfiyyatı barədə bildiriş verilir və o, ödənişini edir.

    Hesab edirik ki, bundan sonra quraşdırılacaq mexaniki sayğaclarda hər hansı narazılıq yaranmayacaq. Bu zaman həm də vətəndaş balansına pul yükləyə bilmədiyinə görə qazsız qalmayacaq.

    Ola bilər ki, sonrakı mərhələlərdə şirkət daha sərfəli və yeni nəsil sayğaclar təklif etsin. Təbii ki, biz bu təklifləri dəyərləndirəcəyik.

  • Bakıda qadın mağazadan 150 manatlıq çantanı belə oğurladı – VİDEO

    Bakıda qadınlar üçün mallar satılan mağazadan oğurluq olub.

    Bu barədə mağaza sahibi Emil Məmmədzadə Baku.ws-ə bildirib.

    Onun sözlərinə görə, İslam Səfərli küçəsində yerləşən mağazasına müştəri qismində daxil olan bir qadın oradan çanta oğurlayıb.

    “Hadisə noyabrın 8-də günorta vaxtı baş verib. Bir qadın mağazamızdan 150 manat dəyərində çanta oğurlayıb”, – deyə Emil Məmmədzadə bildirib.

  • Hindistanda təmiz hava pulla satılır – VİDEO

    Hava çirkliliyinə görə fövqəladə vəziyyət elan edilən Hindistanın paytaxı Yeni Dehlidə təmiz havanın pulla satışı başlayıb.

    Median.Az “ensonhaber.com”a istinadən xəbər verir ki, “Oxy Pure” adlı şirkət bir mağazada xüsusi kimyəvi borularda hazırlanan və müxtəlif aromatlar qatılan havanı 299 rupiyə (təxminən 7 manat) satır.

    Təmiz hava almağın müddəti isə 15 dəqiqədir.

    Şirkət iddia edir ki, bu “təmiz hava” vücud və zehnə müsbət təsir edir.

    Qeyd edək ki, havanın həddindən artıq çirklənməsinə görə, Yeni Dehli məktəblərinə 5 milyon maska paylanılmışdı.

  • Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq – Zığ, Bayıl, Yeni Yasamal… – XƏRİTƏ

    Bakı metropoliteni xəttlərinin konseptual inkişaf sxeminə uyğun olaraq yeni stansiyalar tikilir. 

    Perspektiv plana əsasən, ümumi uzunluğu 28,5 km olacaq mövcud Qırmızı xətt Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq.

    19 stansiyadan ibarət olacaq xəttin 13 stansiyası və 1 elektrik deposu istismardadır. Layihədə “İçərişəhər” stansiyasından sonra 4, “Həzi Aslanov” stansiyasından sonra 2 stansiyanın inşası nəzərdə tutulub.

    Ümumi uzunluğu 41,8 km olacaq Yaşıl xətt Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək.

    Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.

    Perspektiv inkişaf planına uyğun olaraq, “28 May” stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması ilə mövcud Qırmızı və Yaşıl xətlərin ayrılması onların hər birində qatarların sərbəst hərəkətinin təşkili nəzərdə tutulub.

    Uzunluğu 18,5 km olacaq Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib.

    Bu xətt üzrə 6-sı keçid olmaqla,10 yeni stansiya inşa olunmalıdır. Hazırda Xocəsən qəsəbəsində Bənövşəyi xəttin deposunun, eləcə də Ceyhun Səlimov küçəsində 3-cü stansiyasının tikintisi davam edir.

    Uzunluğu 16,3 km olacaq Mavi xətt Yeni Yasamal yaşayış sahəsindən başlayaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə qədər uzanacaq. Xətt üzrə 7-si keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu tikiləcək.

    Uzunluğu 14,7 km olacaq Sarı xətt Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanacaq. Bu xətdə 5-i keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu inşa olunacaq.

    Perspektiv inkişaf planına uyğun olaraq yeni xətlərin tunel, stansiya və depolarının inşası ilə yanaşı, mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü birçıxışlı stansiyaların ikinci çıxışlarının tikintisi aparılır.

    “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km metro xəttindən ibarət olacaq. Metropolitenin 51 yeni stansiyanın inşa edilməsi və 84,3 km metro xəttinin çəkilməsi nəzərdə tutulub.

  • Azərbaycanda gənc oğlan heyvan bazarında ölümcül döyüldü

    Bərdə rayonunda gənc oğlan döyülüb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun heyvan bazarında baş verib.

    Bərdə rayonu, Xamtorpaq kənd sakini, 1991-ci il təvəllüdlü Möylanverdiyev Ədalət Möylanverdi oğlu bazar ərazisində olarkən naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər onu ağac parçası ilə döyərək hadisə yerindən qaçıb.

    Ə.Mövlanverdiyev qapalı kəllə beyin travması və ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb, sonradan isə Bərdə rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

    Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

  • Bakıda Milli Qəhrəmanın heykəlinin açılışı oldu

    Bu gün Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin açılışı olub.

    APA -nın xəbərinə görə, açılış mərasimində müdafiə nazirinin müavini Kərim Vəliyev, İsrailin Azərbaycandakı səfiri Dan Stav, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Dağ yəhudiləri dini icmasının, Albert Aqarunovun ailə üzvləri, deputalar və digər qonaqlar iştirak ediblər.

    Albert Aqarunovun heykəli Bakının Nərimanov rayonu ərazisində, Milli Qəhrəmanın adını daşıyan küçədə ucaldılıb. Albert Aqarunovun heykəlinin müəllifləri heykəltəraşlar Rahib Qarayev və Zamik Rzayevdir.

    Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində anadan olub. O, 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

  • Кенуль Хасыева: На мой концерт билеты не проданы, у меня долг в 20 тысяч манатов

    За последние три месяца в связи с концертом мне был нанесен ущерб в размере 20 тысяч манатов. Мне много обещали, но ничего не было выполнено.

    Как передаёт Median.Az, об этом oxu.az заявила Народная артистка Кенуль Хасыева, комментируя появившиеся сообщения о ее долгах.

    “Хотя многие компании, некоторые лица мне дали обещания, ни одно и них не выполнено. Билеты не продавались из-за отсутствия объявлений в эфире. Телеканалы запросили у меня крупную сумму денег, а у меня нет таких средств.

    Если нет анонса, кто узнает, где какое мероприятие состоится. Поэтому я и обратилась к компаниям и исполнительным властям. Компании я назвать не могу. Только Исполнительная власть Сабаильского района приобрела билеты и заплатила за них наличными. И хотя ИВ Наримановского района купила билеты на 5 тысяч манатов, она до сих пор не дала мне денег”, – посетовала К.Хасыева.

    Народная артистка отметила, что на ее концерт не пришли многие исполнители, хотя и обещали.

    “Ханенде Миралам Мираламов и певица Кенуль Керимова не пришли на концерт. Я говорю о них, чтобы люди не подумали, что я лгу. Потому что в анонсах их имена упомянуты с разрешения самих певцов”, – подчеркнула она.

  • Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm

    Son üç ay ərzində konsertə görə mənə 20 min manat ziyan dəyib. Konertimlə bağlı çox söz verilsə də, heç biri yerinə yetirilmədi.

    Bunu oxu.az-a Xalq artisti Könül Xasıyeva borca düşməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

    “Bir çox şirkətlər, müəyyən insanlar söz versələr də, dediklərini yerinə yetirmədilər. Efirlərdə anonslar verilmədiyi üçün biletlər satılmadı. Televiziya kanalları məndən külli miqdarda pul istədi. Mənim də istənilən pulu ödəməyə imkanım yox idi.

    Anons verilmədikdən sonra kim, harada, hansı tədbirin olacağını nə biləcək? Ona görə də şirkətlərə və icra hakimiyyətlərinə üz tutdum. Şirkətlərin adlarını çəkə bilməyəcəm. İcra hakimiyyətlərindən isə Səbail Rayon İcra Hakimiyyəti biletləri alıb pulunu da nağd ödədi. Amma Nərimanov Rayon İcra Hakimiyyəti beş min manatlıq bilet götürsə də, hələ də pulunu verməyiblər”, – deyə Könül Xasıyeva bildirib.

    Xalq artisti bir çox müğənnilərin söz vermələrinə rəğmən, konsertə gəlmədiklərini qeyd edib:

    “Xanəndə Mirələm Mirələmov və müğənni Könül Kərimova ikinci dəfə söz versələr də, konsertə gəlmədilər. Adlarını ona görə açıqlayıram ki, insanlar mənim yalan danışdığımı hesab etməsin. Çünki anonslarda onlardan icazə alıb adlarını çəkirik”.

  • Президент встретился с Фейсалом бин Муаммаром – ФОТО

    15 ноября Президент Азербайджана Ильхам Алиев принял генерального секретаря Международного центра межрелигиозного и межкультурного диалога KAICIID Фейсала бин Муаммара.

    Об этом сообщает АЗЕРТАДЖ.