Month: November 2019

  • Bakıya yağış, rayonlara qar yağacaq

    Azərbaycanda şənbə günü gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 16-da bəzi yerlərdə yağış yağacağı gözlənilir.

    Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 11-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

    Sabah Azərbaycanın qərb rayonlarında havanın yağmursuz keçəcəyi, bəzi şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

  • Автокран протащил “легковушку” – ВИДЕО

    На камеру видеонаблюдения попало ДТП, произошедшее в Баку.

    Как передаёт Median.Az со ссылкой на Avtosfer.az, инцидент зафиксирован на Сабунчинском мосту аэропортовской дороги.

    Легковой автомобиль нарушил правила маневрирования и попал в слепую зону автомобильного крана. В результате крупногабаритное транспортное средство проволокло “легковушку” несколько метров. Водитель получил травмы.

  • Kran minik maşınını yolda belə sürüdü – ANBAAN VİDEO

    Bakıda baş verən dəhşətli qəza anı kameraya düşüb.

    Avtosfer.az xəbər verir ki, hadisə Aeroport yolunun Sabunçu körpüsü ərazisində baş verib.

    Minik maşını manevr qaydalarını pozaraq iri qabaritli avtomobilin kor bucağına daxil olub. Nəticədə, iri qabaritli maşın onu yolboyu bir neçə metr sürüyüb.

    Hadisə nəticəsində sürücü xəsarət alsa da, ölüm halı baş verməyib.

  • Bakıda qulaqları boynunda, ağzı olmayan uşaq necə doğulub? – ARAŞDIRMA + VİDEO

    Anomaliyalı uşağın dünyaya gələcəyi hamiləlik dövründə ortaya çıxır. Ya hamiləlik dövründə həkimə müraciət edilməyib, ya da həkim səhlənkarlığı olub.

    Bu sözləri pediatr Vaqif Qarayev son günlər qəribə görünüşlə dünyaya gələn uşaqla bağlı cəmiyyətdə gedən geniş müzakirələrə münasibət bildirərkən deyib.

    O bildirib ki, bu, sadəcə, genetik pozuntudur:

    “İnsanlar qəbul etməsə də, belə hallar daha çox qohum evliliklərində meydana çıxır. Bir nəsildə olmasa belə, nə zamansa bu, özünü büruzə verəcək. Belə hallar genetik mutasiya zamanı baş verir. Bu, irsi faktorla da bağlı ola bilər, hamiləlik zamanı qadının həyat tərzindən də asılıdır.

    Sözün düzü, məlumatlı deyiləm ki, həmin qadın hamiləlik dövründə həkim müayinələrinə gedib, yoxsa getməyib. Çünki ola bilməz ki, müayinə zamanı bu məqam bilinməsin. Həkim bunu təyin edib valideynə məlumat verir ki, belə bir döl inkişaf edir. Artıq uşağın dünyaya gəlməsi və ya hamiləliyin sonlandırılması qərarını valideyn verir. Cəmiyyətdə uşağın fotolarını görənlər təəccüblənirdi, sosial şəbəkələrdə şahid olmuşam.

    Amma genetik xəstəliklərin də risk faktorları var. Məsələn, irsiyyətdə hər hansı genetik faktor varsa, hamiləlik zamanı ana ağır fiziki iş görəcəksə, radiasiyaya məruz qalacaqsa, normal gedişatdan əlavə, xüsusi həkim nəzarətində saxlanılmalıdır.

    Eyni zamanda, irsi genetik xəstəliklərin yoxlanılması üçün müxtəlif analizlər var. Hətta bu gün daun sindromunun da təsbit edilməsi üçün analizlər mövcuddur. Ona görə, açığı düşünmürəm ki, bunu həkim bilsin, amma deməsin. Elə hamilələr var ki, doqquz ayda heç doqquz dəfə həkimə getməyib.

    Doğum zamanı da ya bu cür anomaliyalar olur, ya uşaq, ya da ana həyatını itirir. Mən demirəm ki, həkimlərdə səhlənkarlıq yoxdur, amma hər bir halda bu məqam araşdırılmalıdır”.

    V.Qarayev anomaliya ilə dünyaya gələn uşağın vəziyyətinin enerji içkiləri ilə bağlı olabilmə ehtimalının əsassız olduğunu deyib:

    “Ümumiyyətlə, enerji içkilərinin nəsilartırma məsələsinə təsirinin olması elmi cəhətdən sübut edilməyib. Amma enerji içkilərinin insanlarda, xüsusilə də uşaqlarda mədə-bağırsaq sisteminə, ürəyə, eləcə də, mərkəzi sinir sisteminə kifayət qədər ziyanı var”.

    Qeyd edək ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi rəsmi məlumat yayımlamayıb.

    Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova Medicina.az-a açıqlamasında hadisənin dövlət yox, özəl klinikalardan birində olduğunu deyib:

    “Çünki bu hadisə özəl klinikada baş verib, ora bizim müdaxilə etməyə ixtiyarımız yoxdur. Qanunla əmr var ki, özəl tibb xidməti göstərən müəssisələrin yoxlanılması aparılmır. Bu, anormal doğulmuş körpəni nə ölkənin baş neanotoloqu, nə mən, nə baş pediatrı görüb.

    Bizi həmin özəl klinikaya çağırmalıdır ki, gəlin, belə bir uşaq doğulub. Belə anomaliyalar nadir olsa da, tibbdə rast gəlinir. Azərbaycanda ginekoloji təcrübədə bir gözü olan təpəgöz uşaq, beyni olmayan uşaq, başı normal inkişaf etməyən körpələr doğulub. Bu anomaliya hamiləliyin üçüncü ayında USM müayinəsi zamanı aşkar olunmalı və abort olunmalıdır”.

    Unikal.org saytında isə sözügedən körpənin Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyaya gəldiyi yazılıb. Məsələ ilə bağlı Xəstəxananın Doğum Şöbəsinin müdiri Zəhra Abbasova açıqlama verərək, körpənin nə üçün bu şəkildə dünyaya gəldiyini müəyyənləşdirə bilmədiklərini deyib:

    “Körpə keçən həftə dünyaya gəlmişdi. Nə üçün bu görünüşdə olduğunu biz də bilmədik. Uşaq bir gün də yaşamadı. Körpənin valideynləri sağlam insanlardır. Onların birgə nikahdan iki azyaşlı övladı da var”.

    Qeyd edək ki, bakıda doğulan qız uşağının qulaqları boynunda olub. Körpənin ağzı olmayıb.
    /oxu.az/

  • Azərbaycanlı məktəbli erməniyə qalib gələrək, qızıl medal qazandı – FOTO

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 21 nömrəli tam orta məktəbin VI sinif şagirdi Kənan Cəfərli 37 kiloqram çəki dərəcəsində kikboksinq idman növü üzrə Rusiyada keçirilən beynəlxalq yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb.

    BŞTİ-dən Oxu.Az-a bildirilib ki, yarışın final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.

    Vətənə qalibiyyətlə dönən digər idmançılar isə 82 nömrəli tam orta məktəbin şagirdləridir. Məktəbin VIII sinif şagirdi Sənan İsgəndərzadə universal döyüşün layt növü, X sinif şagirdi Kənan İsgəndərzadə isə klassik növü üzrə Ukraynada keçirilən dünya çempionatında 81 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanıblar.

    Məktəblilər qızıl medal və diplomla mükafatlandırılıblar.

    Paytaxtdakı 311 nömrəli tam orta məktəbin I sinif şagirdi Gülnaz Şərifova Gürcüstanda gimnastika üzrə keçirilən beynəlxalq yarışda uğurlu çıxışına görə bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

    Final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.

    164 nömrəli tam orta məktəbin VI sinif şagirdi Rəna Fətəliyeva da Gürcüstanda gimnastika üzrə keçirilən beynəlxalq yarışda I yeri tutub. R.Fətəliyeva qızıl medal və diplomla mükafatlandırılıb.




  • Balakəndə yük maşını qaz xəttini qırdı, bir kənd qazsız qaldı

    Balakəndə yük maşını qaz xəttini qırıb.

    Hadisə dünən axşam saatlarında rayonun Katex kəndində baş verib.

    Hərəkətdə olan maşın magistral yolda daşıyıcı qaz xəttini qırıb. Hadisə ilə bağlı Katex kəndinin 1500-dən çox abonentinə mavi yanacağın verilişi dayandırılıb.

    Hazırda Zaqatala Regional Qaz İstismar İdarəsinin Balakən sahəsi üzrə əmkədaşları baş verən qəzanın aradan qaldırılması üçün işlər aparırlar. Bildirilib ki, kəndə qazın verilişi tezliklə bərpa olunacaq.

  • В Баку мужчина пошел гулять и не вернулся

    В Ясамальском районе Баку без вести пропал 37-летний мужчина.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, 13 ноября Х.Алиага 1982 года рождения вышел из своего дома на улице К.Кязимзаде на прогулку и до сих пор не вернулся.

    По факту начато расследование.

  • Bakıda gəzməyə gedən kişi geri qayıtmadı

    Yasamal rayonunda 37 yaşlı kişi itkin düşüb.

    Noyabrın 13-də paytaxtın Yasamal rayonu, K.Kazımzadə küçəsində yaşayan 1982-ci il təvəllüdlü X.Əliağa yaşadığı evdən gəzmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Суд вынес решение в отношении азербайджанца, обокравшего возлюбленную на Кипре

    Суд Северного Кипра вынес решение в отношении азербайджанца, ограбившего свою возлюбленную.

    Напомним, Сабина Гасымова, азербайджанка по национальности, проживающая в городе Газимагуса, обратилась в полицию, сообщив, что в июне этого года из ее дома похитили золотые изделия.

    Расследование показало, что кражу совершил азербайджанец по имени Арман Шах. 11 ноября он был задержан полицией.

    Cогласно решению суда, А. Шахину запрещено покидать территорию Северного Кипра, а его личные документы переданы полиции.

    В то же время он выплатил компенсацию в размере 15 тыс. турецких лир (4,4 тыс. манатов – ред.). Шахин освобожден, но должен будет являться в управление полиции раз в неделю.

  • Kiprdə sevgilisini soyub qaçan azərbaycanlı haqqında qərar verildi

    Məhkəmə Kiprdə sevgilisini qarət edən azərbaycanlı haqqında qərar çıxarıb.

    Məhkəmə qərarına əsasən, Ərman Şahın Kipr ərazisindən çıxması qadağan edilib, şəxsiyyət vəsiqəsi, pasportu və səyahət sənədlərini polisə təqdim edilib.

    Eyni zamanda, o, 15 000 TL (4.422 AZN) məbləğində təzminat ödəyib və həftədə bir dəfə Polis İdarəsinə gəlməsi tələb edilərək sərbəst buraxılıb.

    Xatırladaq ki, Qazimağusa şəhərində yaşayan Azərbaycan əsilli Səbinə Qasımova oktyabrın 15-də polisə müraciət edərək, 2019-cu ilin iyun ayında evindən qızıl əşyalarının oğurlandığını bildirib.

    Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Azərbaycan əsilli Ərman Şah olduğu müəyyən olunub və o, noyabrın 11-də polis tərəfindən tutulub.