Month: November 2019

  • Aksizi olmayan spirtli içkilər aşkarlandı

    Gömrükçülər xeyli miqdarda aksiz markasız müxtəlif növ alkoqollu içkilərin realizə edilməsinin qarşısını alıblar.

    Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə Gürcüstandan ölkəmizə qanunsuz yollarla gətirilən alkoqollu içkilərin Bakı şəhəri ərazisində bir qrup şəxs tərəfindən realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

    Həmin məlumat əsasında Yasamal rayonu ərazisində yerləşən 17 mərtəbəli yaşayış binasının yeraltı dayanacağında əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bu zaman yeraltı dayanacaqdakı qarajda Azərbaycanın aksiz markası ilə markalanmayan hər biri 1 litrlik olmaqla 268 ədəd “Moskovskaya”, 7 ədəd “President”, 10 ədəd “12 Ouzo” və 217 ədəd “Vodka Marya Morevna” markalı spirtli içki aşkarlanıb.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində, ölkə ərazisinə qanunsuz yollarla gətirilən aksiz markasız alkoqollu içkilərin realizə olunması işinə rəhbərlik edən şəxs təhqiqata cəlb edilib. Hazırda isə üzərində Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan məhsulların satış məqsədilə saxlanılması əməllərini törədən digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.//ölkə.az

  • Bakıda ata və oğlu bıçaqlanıb

    Bakıda bıçaqlanma hadisəsi olub.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

    Belə ki, 51 yaşlı Qaybalıyev Salman Allahverdi oğlu və oğlu 26 yaşlı Qaybalıyev Davud Salman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. S.Qaybalıyevə sol budun deşilmiş yarası, D.Qaybalıyevə isə qarnın sıyrılmış yarası diaqnozu qoyulub.

  • Азербайджан обыграл Лихтенштейн

    Молодежная сборная Азербайджана по футболу (U-21) провела шестой матч в отборочном цикле ЕВРО-2021.

    Как передает АПА, подопечные Милана Обрадовича на своем полеобыграли команду Лихтенштейна со счетом 1:0. На 65 минуте отличился Барыш Экинчиер.

    Азербайджан U-21 – Лихтенштейн U-21 – 1:0 (0:0)
    Экинчиер, 65 (1:0)

    Сумгайыт, стадион «Капитал Банк Арена». Главный арбитр – Лукас Сотириу (Кипр).

  • Tbilisidə etirazçılar növbədənkənar parlament seçkiləri tələb edirlər – YENİLƏNİB

    Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar parlamentin binası qarşısında, Rustaveli prospektində çadırlar quraşdırıblar.

    Median.Az report-a istinadən xəbər verir ki, aksiyaçılar növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı tələbləri yerinə yetirilməyənə qədər ərazini tərk etməyəcəklərini bildiriblər.

    Tələbə əsasən, seçkilər keçid hökuməti altında təşkil olunmalıdır.

  • Nə üçün yatarkən ağzımızdan su gəlir? – Bilmədiyiniz SƏBƏBLƏR

    Ağız suyu – ağız içindəki bakteriyaları öldürmək və həzmi başlatmaq üçün ifraz edilən mayedir. Son illərdə yatarkən ağzınızdan su gəlməsi tez-tez rast gəlinən hal olub. Bir çoxları yatarkən bunu hiss etmədiyi üçün problemə ciddi yanaşmır. Ağızdan su axmasının bir neçə səbəbi ola bilər.

    Median.Az medicina.az-a istinadən ağzı açıq yatmaq və bu şəkildə oyanan zaman ağızdan su gəlməsi səhv yuxu pozası, diş problemləri, allergiya, reflüks, parkinson xəstəliyi, diş çıxarma, dərmanların əks təsirləri, sinir sistemi pozğunluqları, ağız anatomiyasında problem və ya qıl qurdu kimi təsirlərin nəticəsidir.

    Buna adətən kiçik uşaqlarda və körpələrdə rast gəlinir, amma müəyyən yaş kateqoriyasına aid edilmir. İstənilən yaşda insan bu xoşagəlməz halla üzləşə bilər.
    Ağız quruluşunuz da tüpürcək axmasına səbəb ola bilər. Bəzi insanlar, yatarkən dodaqlarını bağlamaqda çətinlik çəkər. Dilin böyük olması, genişlənmiş badamcıq, çapraz dişlərdən, ya da şişmiş burun əti də dodaqların bağlanmasına çətinlik yaradır.

    Qarşısını necə almalı?

    Yuxuda olan zaman ağzınızdan su axması məlum olmayan sağlamlıq problemindən də ortaya çıxa bilər. Ən yaxşı müalicə üsulunu təyin etmək üçün əvvəlcə problemi müəyyənləşdirməlisiniz. Vaxt itirmədən allergiya, zəhərlənmə, sinus infeksiyası, badamcıqlar, diş problemləri və ya ruh və sinir xəstəlikləri kimi xəstəliklərin müalicəsi üçün həkimə müraciət edin.

    Ağzınızdan su gəlməsi hər hansı ciddi xəstəlik əlaməti deyilsə, öz üsullarınızla bunun qarşısını ala bilərsiniz. Məsələn, yastıq alçaqdırsa, onu hündürüylə dəyişdirə bilərsiniz.

    Həmçinin şübhəli dərmanlardan istifadə etdikdə orqanizminizdə dəyişiklik yaranırsa, həkiminizə bildirin. Burun əti və ya anatomik pozğunluq olursa, qulaq, burun, boğaz həkiminə gedib vəziyyət aydınlaşdırın və müvafiq müalicəyə başlayın.

    Həkimlər kürəyi üstə yatmağı tövisyə edir. Çünki belə yatmaq ağız suyunun, boğazdan aşağıya doğru axmasını təmin edir. Arxasıüstə yatmağa başlasanız, vəziyyətinizdə əhəmiyyətli dəyişiklik olduğunu görəcəksiniz. Bədəninizin şaquli vəziyyətdə olması kömək edəcək ki, ağzınız qapalı qalsın.

  • Ученые раскрыли секрет рекордно долгой жизни

    У людей в возрасте 110 лет и выше наблюдается избыток специфических иммунных клеток, выяснила японская научная группа из Центра интегративной медицины в институте RIKEN и Университета Кэйо.

    Как передает АПА со ссылкой на РИА Новости, об этом сообщает портал MedicalXpress.

    Ученые провели клеточных анализ у супердолгожителей — добровольцев, преодолевших 110-летний рубеж — и людей в возрасте 50-80 лет. Выяснилось, что у первой группы количество иммунных клеток было выше почти в полтора раза. При этом у них обнаружили избыток цитотоксических T-лимфоцитов, атакующих опухоли и клетки, пораженные внутриклеточными паразитами, к которым относятся вирусы и некоторые виды бактерий.

    Исследователи отмечают, что обычно цитотоксическими оказываются клетки с маркерами CD8, но в данном случае это были CD4-положительные Т-лифоциты. У более молодых участников эксперимента количество Т-клеток с CD4 было относительно мало. Именно благодаря таким CD4 T-лимфоцитам, которые у обычных людей встречаются достаточно редко, организм супердолгожителей поддерживает иммунитет и борется с злокачественными опухолями.

    “Это чрезвычайно интересно, так как дало нам новое понимание, каким образом организм людей, которые живут очень долго, защищается от инфекций и рака”, — сказал один из членов научной группы Пьеро Карнинчи.

  • “Alman polisi qardaşımı şübhəli şəxs qismində saxlayıb” – Şahbaz Xuduoğlu

    “Qardaşım Əlövsət Əliyev alman polisi tərəfindən şübhəli şəxs qismində saxlanılıb”.

    Median.Az modern.az-a istinzadən bildirir ki, bunu “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Almaniyada qanunsuz miqrant daşınmasında adı hallanan qardaşı Əlövsət Əliyevlə bağlı danışarkən bildirib.

    Ş.Xuduoğlu qardaşının tez bir zamanda azad olunacağına inandığını deyib:
    “Əlövsət son dərəcə ağıllı və öz işini bilən adamdır. O, yardım istəyən hər bir azərbaycanlıya kömək etməyə çalışıb. Məsləhət verib. Çünki o hüquqşünasdır, eləcə də ictimai xadimdir.

    Adım kimi əminəm, o heç bir çirkin oyunun iştirakçısı deyil. O, hüquqazidd heç bir hərəkət edə bilməz”.

    O, alman hüquq mühafizə orqanlarının tez bir zamanda məsələni araşdıracağına və Əlövsət Əliyevi sərbəst buraxacaqlarına inandığını bildirib.

    Qeyd edək ki, Almaniya polisi ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində yoxlama aparıb, miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə saxlanılıb.

    Məlumatlara görə, saxlanılan dəstədə “Legat” İnteqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev də var.

  • Azərbaycan millisi Lixteynşteynə qalib gəldi

    21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

    Sumqayıtdakı “Kapital Bank Arena”da Lixtenşteyn yığması ilə qarşılaşan millimiz 1:0 hesablı qələbə qazanıb.

    U-21-in heyətində 65-ci dəqiqədə Barış Ekincier fərqlənib.

  • Министр назначил полковника вместо генерала

    В Министерстве внутренних дел произошла кадровая перестановка.

    Как передает Oxu.Az, соответствующий приказ подписал министр внутренних дел, генерал-полковник Вилаят Эйвазов.

    Согласно приказу, начальник Лянкяранского городского управления полиции, полковник Ислам Гюмбетов освобожден от занимаемой должности.

    Другим приказом министра он был назначен начальник Главного управления по борьбе с наркотиками МВД.

    Отметим, что бывший начальник Главного управления по борьбе с наркотиками МВД, генерал-майор полиции Хази Асланов был освобожден от занимаемой должности и назначен начальником Главного управления по борьбе с торговлей людьми.

  • Bakıda 6 avtomobil toqquşub

    Bakıda zəncirvari qəza baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

    Belə ki, prospektdə hərəkətdə olan “Hyundai”, “Chevrolet”, “VAZ-2106” və digər avtomobillər də daxil olmaqla, 6 nəqliyyat vasitəsi toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

    Qeyd edilir ki, hadisəyə yolun sürüşkən olması səbəb olub.

    Qəza ilə bağlı yolda tıxac yaranıb.